Məhkəmə qərarları › İş №2(005)-1172/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1172/2025

18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1172/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X4 ərizəçinin doğma atasıdır. Yaşadığı müddət ərzində X4 bir neçə dəfə insult və infarkt keçirmiş, ilk infarktı isə 27 yaşında olmuşdur. Bununla əlaqədar Vital klinikasında həkim-terapevt Zakir İsmayılov tərəfindən uzun müddətli müalicə almışdır. Son üç il ərzində qeyd olunan şəxsin sağlamlıq vəziyyətində pisləşmə halları qeydə alınmamış, eləcə də tutmaların, miokard infarktı və ya insultun yaranmasına səbəb ola biləcək hər hansı bir əlamət mövcud olmamışdır. X4 çoxdandır ki, şəkər xəstəliyindən əziyyət çəkirdi və eyni zamanda Diabeton dərmanından istifadə edirdi. Qeyd olunan şəxs 91 yaşında yatdığı zaman dünyasını dəyişmişdir. Bununla əlaqədar olaraq, 26 oktyabr 2024-cü il tarixində Təcili və X7 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsini tərtib edib onlara təqdim etmişdir. Dəfn işləri bitdikdən sonra ölüm faktının təsdiq edilməsi barədə 39 nömrəli şəhər poliklinikasına və Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişlər, lakin onlara bildirilmişdir ki, xx.xx.1933-cü il təvəllüdlü X2 hər hansı xəstəliklə bağlı poliklinikaya müraciət etməməsi, dispanser qeydiyyatının olmaması, ölümün xəstəxanada baş verməməsi və ölümdən sonra meyidin xəstəxanaya gətirilməməsi üçün ölüm faktını təsdiq edən sənəd verməkdən imtina etdilər və məhkəməyə müraciət etməylərini bildirdilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizə ilə eyni məzmunlu ifadə verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdir ki, mərhum onun atasıdır. O, Bakıda yaşadığı evdə rəhmətə gedib. O rəhmətə gedərkən onun 91 yaşı var idi. Mərhum 3-cü Şəhidlər Xiyabanında dəfn etdilmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, mərhum onun babasıdır. Mərhum rəhmətə gedərkən 91 yaşı var idi. O, şəkər xəstəliyindən əziyyət çəkirdi. Mərhum 3-cü Şəhidlər Xiyabanında dəfn edilmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AA3039052 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1933-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan AZE № 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan ИЖ №154330 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1933-cü il tarixdə doğulmuşdur. X1, anası İmanova Səbiyə ...qızıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Təcili və X7 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, həkimlərin çağırış məntəqəsinə gələnə qədər X2 meyidi aşkar edildiyi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Bakı Baş Səhiyyə Mərkəzi” X16 39 nömrəli şəhər poliklinikası tərəfindən Ərizəçi ünvanlanan 01 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, bildirilmişdir ki, “39 nömrəli şəhər poliklinikasının rəhbərliyi Sizin xx.xx.2024-cu il tarixli atanızın ölüm aktının verilməsi ilə bağlı ərizənizə cavab olaraq bildirir ki, atanız Yasamal rayonu, Ə.Əhmədov 31 E, mən 58 ünvanında vəfat etmiş xx.xx.1933-cü i! təvəllüdlü X6 hər hansı xəstəliklə bağlı polikllinikaya müraciət etməmiş, dispanser qeydiyyatda deyil və xəstəliklə bağlı heç bir tibbi sənəd təqdim etmədiyinizə bununlada ölüm səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş “ insanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası "nın 4.4.5 bəndinə əsasən tərəfimizdən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir”. İş materiallarında olan ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024cü il tarixli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, A.Nemətulla küçəsi, ev 70 C, mənzil 55 saylı mənzildə qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, bildirilmişdir ki, “atanız X3 ölümünün qeydə alınması barədə müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki , Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktının müəyyən edilməsi bağlı aidiyyəti məhkəməyə müraciət edəsiniz.” Azərbaycan Respublikası MPM-in: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X4 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X3 xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar