Məhkəmə qərarları › İş №2(005)-1177/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1177/2024

12.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1177/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1986-cı il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı Şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum X6 onun qardaşı idi. O, xx.xx.1986-cı ildə Ermənistan Respublikasının Razdan kəndinə anadan olmuşdur. Qardaşı xx.xx.2024-cü il tarixdə ürək infaktından vəfat etmişdir. Ailəsi xx.xx.2024-cü il tarixdə onu Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən Şuşa qəbirstanlığında dəfn etmişlər. Ərizəçi ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Bakı şəhəri Nərimanov rayonu qeydiyyat şöbəsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi ona bildirmişdir ki, həkim arayışı olmadan ölüm haqqında akt qeydiyyatı aparıla bilməz. Bu halda məhkəməyə müraciət olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclaslarda nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X1 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur, mərhum X6 isə ərizəçinin qardaşdır. X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində dünyasını dəyişmişdir və dəfnində iştirak etmişdir. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X10 ifadəsində bildirdi ki, o ərizəçinin qonşusudur. mərhum X6 isə ərizəçinin qardaşdır. X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində dünyasını dəyişmişdir və dəfnində iştirak etmişdir. 5 saylı Bakı “Asan xidmət” X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"- nın 8.5 bəndlərinə əsasən ölüm laklı tibb müəssisəsinin müvafiq sənədi (öüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” X11 4 nömrəli Şəhər Poliklinikası tərəfindən 12 yanvar 2024-cü il tarixdə verilmiş məktubda qeyd olunur ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda vəfat edən vətəndaş X6 hər hansı bir xəstəliklə 4 nömrəli şəhər poliklinikasına müraciət etmədiyindən, sağlamlıq vəziyyəti ilə əlaqədar məlumat olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyil. Bakı Şəhəri Təcili və X5 Stansiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən aydın olur ki, 13:00 radələrində X2 adına Nərimanov rayonu, Böyük Şor, Daş Karxanası 3 ünvanına çağırış olmuş, həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. X2 AA2251538 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X6 xx.xx.1986-cı il tarixdə Ermənistan Respublikasında doğulmuşdur. Sabunçu Rayonu Pirşağa Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışda qeyd olunur ki, mərhum X6 xx.xx.2024-cü il tarixə Şuşa qəbristanlığında dəfn olunmuşdur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: X6 xx.xx.1986-cı il Ermənistan Respublikasında doğulmuşdur. Ərizəçi onun qardaşıdır. X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Tələb olunan sənədlər olmadığından Ərizəçi ölüm haqqında şəhadətnaməni ala bilməmiş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü X6 Ərizəçi qardaşıdır. X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. 5 saylı Bakı “Asan xidmət” X7 ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X2 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1986-cı il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən ərizəçi X3 aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar