Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1202/2025 06.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında 09 dekabr 2024-cü il tarixli bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən Maraqlı şəxs ilə aralarında bağlanılmış xx.xx.2024 tarixli barışıq sazişi üzrə Maraqlı şəxs xx.xx.2024-cü il tarixə qədər 4 ədəd minik avtomobilini və onların dəyəri olan 52800 ABŞ dolları məbləğində pulu qaytarmasını vəd etsə də, qeyd edilən müddətdə nə avtomobil, nə də dəyəri olan pulu mənə qaytarmamışdır. Maraqlı şəxs ilə aralarında bağlanılmış xx.xx.2024 tarixli barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs 52800 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan AZN məzənnəsi nəzərə alınmaqla tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, ərizənin təmin edilməsinə etiraz etmir. Ərizəçi ilə bu ayın əvvəlində aralarında danışıqlar aparılmış və ona ay sonuna kimi sazişin icrası üçün möhlət vermişdir. Eyni zamanda, 1 ay ərzində sazişdə qeyd olunan 4 avtomobilin ölkə hüdudlarına gəlməsi, dolayısı ilə sazişin icrası təmin olunacaqdır. Həmçinin bildirdi ki, saziş üzrə ərizəçiyə 4 avtomobili təhvil verməyi, bu mümkün olmadığı təqdirdə 52.800 ABŞ dolları məbləğində pul vəsaitini həmin valyutada ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən ərizəçinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin məzmunundan görünür ki, tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəldilər: 2.1. Tərəflər Ərizəçi və Maraqlı şəxs “avtomobil alqı-satqısı” sövdələşməsinə əsasən, aralarında 52.800 (əlli iki min səkkiz yüz) ABŞ dolları məbləğində borcun olduğunu təsdiq və bəyan edir, razılaşırlar. 2.2. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs bu sazişin imzalandığı tarixdən sonra, səni xx.xx.2024-cü il tarixdən etibarən xx.xx.2024-cü il tarixinə kimi birinci tərəf kimi çıxış edən Ərizəçi, ondan aldığı. 52.800 (əlli iki min səkkiz yüz) ABŞ dolları məbləğində pulun müqabilində 4 (dörd) ədəd minik avtomobilini birinci tərəf kimi çıxış edən Ərizəçi təhvil verməyi öhdəsinə götürür. 2.3. Bu sazişin 2.2-ci bəndi tanı və ya qismən icra olunmadığı təqdirdə, ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs həmin tarixə, yəni xx.xx.2024-cü il tarixinə qalan borcunu pul şəklində birinci tərəf kimi çıxış edən Ərizəçi geri qaytarmağı öhdəsinə götürür. 2.4 Bu Saziş tanı icra olunduğu təqdirdə tərəflər bu məsələ ilə bağlı aralarında olan mübahisəyə son qoyduqlarını və gələcəkdə bir-birlərinə qarşı hər hansı bir iddianın olmuyacağını bəyan edir və razılaşırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-ci maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, bu baxımdan məhkəmə hesab edir ki, mediator X1 tərəfindən təsdiq edilən tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanılmış barışıq sazişinin 2.3-cü bəndi qeyd olunmuş şərtlərlə təsdiq olunmalıdır. Belə ki, hazırda ərizəçi barışıq sazişinin 2.3-cü bəndinin maraqlı şəxs tərəfindən icra edilməsini xahiş edir, həmin hissədə maraqlı şəxs tərəfindən üzərinə götürülmüş öhdəliyin icra edilmədiyini bildirir. Bu səbəbdən də, məhkəmə barışıq sazişini yalnız həmin hissədə təsdiqləməyi əsaslı hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs Mansur oğlu arasında xx.xx.2024-cü il tarixli Barışıq sazişinin 2.3-cü bəndində qeyd edilən “Bu sazişin 2.2-ci bəndi tanı və ya qismən icra olunmadığı təqdirdə, ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs həmin tarixə, yəni xx.xx.2024-cü il tarixinə qalan borcunu pul şəklində birinci tərəf kimi çıxış edən Ərizəçi geri qaytarmağı öhdəsinə götürür.” hissəsi təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1202/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1202/2025
06.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver