Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1208/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, Cəfərova Rüfanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 06.04.2018-ci il tarixli ərizənin və onun əsasında yaranan sənədlərin yəni, 06.04.2018-ci il tarixli müqavilənin, 10.11.2020-ci il tarixli ərizənin etibarsız hesab edilməsi, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseyinzadə küçəsi, 5046-cı məhəllə, ev 20C, 65 nömrəli mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********24-05301-093030 olan çıxarışın ləğv edilməsi və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin İddiaçı nümayəndəsi və vəkili Vəkil1 04.05.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək göstərmişdir ki, iş materiallarına əlavə edilmiş çıxarışın alınması üçün “xxxx” İnşaat MTKnın üzvlərinin ümumi iclasının 19 saylı protokolu olmuşdur. Odur ki, məhkəmədən ilkin iddia tələbinin təmin edilməsi ilə yanaşı 02 may 2020-ci il tarixli, 19 saylı prtokolun etibarsız hesab edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 19.08.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, atası X13r. Anası atası ilə evlənməmişdən əvvəl ailə qurmuşdur və əvvəlki ərindən hazırkı işdə cavabdeh olan Cavabdeh1 doğulmuşdur. Bu evlilikdən isə İddiaçı və onun qardaşı dünyaya gəlmişdir. Cavabdeh1 iddiaçının ögey bacısıdır. İddiaçının valideynləri bir müddət evli olsada sonradan boşanmışdılar. Boşanma zamanı iddiaçının atası həmin vaxt ünvan 1 ünvanında yerləşən öz evini uşaqlarına verərək evdən çıxmışdır. Sonralar həmin ev satılmış və əldə edilmiş pulla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 5046-cı məhəllədə inşa edilən binada ikinci giriş, 65 nömrəli, 3 otaqlı ümumi shəsi 94.8 kv.m olan mənzil iddiaçıdan alınmışdır. 06.09.2016-cı il tarixli 25 nömrəli “Kooperativ binada mənzil tikintisi üçün müqavilə" İddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmışdır. Müqavilənin 1-ci bəndində qeyd edilir ki, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 5046-cı məhəllədə inşa edilən binada 2 girişdə, 9 mərtəbə 65 nömrəli, 3 otaqlı ümumi sahəsi 94.8 kv.m olan mənzili “payçıya verməyi öz üzərinə götürür. Həmin Müqavilənin 2-ci bəndinə əsasən Müqavilənin 1-ci bəndində göstərilən mənzilin hər kv. metrinin dəyəri 520 ABŞ dolları həcmində 49296,0 ABŞ dolları təşkil edir. 2018-ci il tarixdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri 27 saylı Notariat Ofisinə aparılaraq avtomobilin içərisində bəzi sənədlərə imza etdirilmişdir. Ona bu imzalar binada adına olan mənzilə görə çıxarışın alınması və yekun sənədləşmə işlərinin apanlması üçün lazım olduğu deyilmişdir və bu adla imzalatdırılmışdır. Həmin vaxt ərizəni imzalatmaq üçün “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi də bu əməliyyatda iştirak etmişdir. Onun iştirakı iddiaçıda arxayınlıq yaratmışdır və onlara daha çox inanmasına səbəb olmuşdur. Lakin sənədləri imza edən zaman notarius ona nəyə görə və niyə imza etdiyini izah etməmişdir. O sənədi oxumadan imza etmişdir və məzmunu ilə tanış olmağa imkan verilməmişdir. Onu tələm-tələsik imza etdirdikdən sonra oradan aparmışdılar. Həmin vaxt iddiaçı notariusu görməmişdir. Sənədi imza edərkən Cavabdeh1 və "xxxx" MMC-nin nümayəndəsi İxtiyar müəllimə inanmışdır. İddiaçı savadsızdır, orta məktəbə 7-ci sinifə kimi getmişdir, onun hətta natamam orta təhsili belə yoxdur. 06 aprel 2016-cı il tarixdə X10 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında həmin mənzillə bağlı müqavilə bağlanmışdır. Müqavilədə həmin müqavilənin tərəfi kimi 27.03.2017-ci il təvəllüdlü X10 göstərilmişdir. Müqavilənin sonunda imza hissəsində də X2 adı qeyd edilmişdir və imza olunmuşdur. İmza kimin tərəfindən çəkildiyi məlum deyil. Həmin vaxt o imzanı X10 çəkə bilməzdi çünki onun həmin vaxt bir yaşı vardır. Lakin imza edən şəxs barədə məlumat müqavilədə yazılmamışdır. Bu isə həmin müqavilənin etibarlı olmadığını göstərir. 10 noyabr 2020-ci il tarixdə Cavabdeh1 27 saylı notariat ofisində ərizə verərək sözügedən mənzilin cavabdeh X3 adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Bakı şəhəri, Bnəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 5046-cı məhəllə, ev 20 c mənzil 65 ünvanında yeləşən ümumi shəsi 94.8 kv.m olan mənzilə aid müvafiq sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim edilərək cavabdeh X7 adına 01.12.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********24-05301-093030 olan Çıxarış alınmışdır. 2020-ci ilin dekabr ayının əvvəllərində Cavabdeh1 İddiaçı demişdir ki, hər ay mənə 500 manat versən qapının girişində dəhlizdə qala bilərsən. Yada sənə bu evdə yer yoxdur, qovacam səni evdən. Bundan sonra iddiaçının əşyalarını çölə ataraq evdən döyərək qovmuşdur. 09.12.2020-ci il tarixdə iddiaçı müraciət edərək notariat ofisindən imza etdirdikləri ərizəni əldə etmişdir. Ərizəni oxuduqdan sonra ona məlum olmuşdur ki, imza edərək sözügedən mənzilin Cavabdeh1 və onun qızı X2 adına sənədləşdirilməsinə etiraz etmədiyini ərizəsində göstərmişdir. Lakin iddaçı heç vaxt belə bir ərizəni imza etməzdi. Bu ərizələrdə iddiaçının iradə ifadəsi düzgün ifadə edilməmişdir. Çünki o həmin ərizəni imza edərkən adına olan mənzilin başqa şəxslərin adlarına sənədləşməsinə heç vaxt razı ola bilməzdi.Əvvəla, sual yaranır ki, nəyə görə iddiaçı öz mənzilini əvəzsiz olaraq heç bir qarşılığı olmadan ögey bacısının və ya ögey bacısının uşağının adına sənədləşməsinə razı olsun? İkincisi, əgər iddiaçı öz mənzilini onlara bağışlamışdısa nəyə görə iki il həmin evdə yaşayırdı? Üçüncüsü iddiaçının mülkiyyətində başqa mənzili və ya mənzilləri vardımı və əgər öz evini bağışlayırdısa onun özü harada qalacaqdı? Niyə hər iki ərizə eyni tarixdə tərtib edilərək imzalatdırılmışdır? Bütün bu sualların cavabları onu deməyə əsas verir ki, burada qrup halında qabaqcadan əlbir olaraq dələduzluq yolu ilə əmlak ələ keçirilmişdir. Beləliklə, İddiaçı imzaladığı ərizələr və onun əsasında yaranan sənədlər, yəni X10 ilə ‘xxxx” MMC arasında 06.04.2018-ci il tarixli “Kooperativ binada mənzil tikintisi üçün müqavilə", Cavabdeh1 verdiyi 10.11.2020-ci il tarixli ərizə etibarsız hesab edilməli və DƏDRX-in Reyestr Xidmətindən alınmış çıxarış ləğv olunmalıdır. Çünki cavabdehlər iddiaçını aldadaraq əqdin başqa əqdi imzalamaq adı ilə ərizəni imzalatmışdılar və bu da vacib əhəmiyyətli yanılmadır. iddiaçı bu ərizələri imzalayarkən cavabdehlərin vicdansızlıq nümunəsi göstərərək iddiaçının onlara olan etimadından suiistifadə edərək onu aldatmışdılar. Buna görə də ərizələr etibarsız hesab olunmalıdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı X11 (bundan sonra “İddiaçı”) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra “Cavabdehlər”) qarşı əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş vardır. Həmin mülki iş üzrə aşağıdakılar məhkəmənin nəzərinə çatdırırlır: İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “İddiaçı” arasında bağlanmış 06 sentyabr 2016-cı il tarixli, 25 saylı “Kooperativ binada mənzil tikintisi üçün müqavilə”yə əsasən Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 5046-cı məhəllədə inşa edilən binada 2 girişdə, 9 mərtəbə 65 nömrəli, 3 otaqlı ümumi shəsi 94.8 kv.m olan mənzilin payçısı İddiaçıdır. 06 aprel 2018-ci il tarixdə İddiaçı Bakı şəhəri 27 saylı notariat ofisində sözügedən mənzilə çıxarışın verilməsi üçün bir sıra sənədlərə imza etmişdir. Bundan sonra əvvəlcə həmin vaxt hələ bir yaşı olan X10 ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Kooperativ binada mənzil tikintisi üçün müqavilə” bağlanmışdır. 10 noyabr 2020ci il tarixdə Cavabdeh1 Bakı şəhəri 27 saylı notariat ofisində ərizə verərək mübahisəli mənzilin Cavabdeh2 adına sənədləşdirilməsinə etiraz etməmişdir. 02 may 2020-ci il tarixdə “X23” Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclası keçirilmiş və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 5046-cı məhəllə, ev 20C-də yerləşən “X23” Mənzil Tikinti Kooperativinə məxsus binanın 2-ci girişdə 9-cu mərtəbədə 3 otaqlı ümumi sahəsi 94.8 kv.m olan 65 saylı mənzilə çıxarış vətəndaş Cavabdeh2 adına verilməsi qərara alınmışdır. Həmin protokoldan çıxarışa əsasən 01 dekabr 2020-ci il tarixdə sözügedən mənzil Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən çıxarış verilmişdir. “İddiaçı” 2020-ci il dekabr ayında evdən qovulmuşdur və mənzilin aldadılaraq əlindən alındığını bilmişdir. Bundan sonra məhkəməyə müraciət emək məcburiyyətində qalmışdır. İddia ərizəsində “İddiaçı”nın hazırkı iş üzrə “Cavabdeh”ə olan tələbi aşağıdakı kimi olmuşdur. 06.04.2018-ci il tarixli ərizənin və onun əsasında yaranan sənədlərin yəni, 06.04.2018-ci il tarixli müqavilənin, 10.11.2020-ci il tarixli ərizənin etibarsız hesab edilməsi, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 5046-cı məhəllə, ev 20C, 65 nömrəli mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********24-05301-093030 olan çıxarışın ləğv edilməsi İddiaçı 04 may 2021-ci il tarixdə ərizə ilə iddia tələbinin həcmini artıraraq çıxarışın alınması üçün əsas olmuş 02 may 2020-ci il tarixli, 19 saylı protokoldan çıxarışın da etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi əsaslıdır,ona görə də təmin edilməlidir. 06.04.2018-ci il tarixli ərizələrdə: “İddiaçı” iddia ərizəsində göstərdiyi kimi məhkəmədə ifadə verərək bildirdi ki, o Bakı şəhəri 27 saylı notariat ofisində bir gündə oxumadan bir neçə sənədi oxumadan imza etmişdir və bu sənədləri imzalamaqda niyyəti “xxxx” MMC-də olan mənzilə çıxarışın verilməsi olmuşdur. İş materiallarından da görünür ki, 06 aprel 2018-ci ildə “iddiaçı”-dan eyni məzmunlu iki ərizə alınmışdır. Ərizədə İddiaçı sözügedən mənzilin Cavabdeh1 və X2 adına sənədləşdirilməsinə etiraz etmədiyi, həmin əmlaka dair nə indi nə də ki, gələcəkdə heç bir iddiasının və tələbinin olmayacağı yazılmışdır. Bu ərizələri iddiaçı mübahisələndirir və etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Çünki ərizədə iddiaçının iradəsi və iradə ifadəsi əks olunmamışdır. Yəni o mənzilin başqa şəxsin adına sənədləşdirilməsi deyil, öz adına çıxarışın verilməsi üçün bu ərizələri imza etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 347.2.1-ci maddəsinə əsasən şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdirsə, bu, vacib əhəmiyyətli yanılmadır. Yanılma zamanı iddiaçının iradəsi və onun xaricən ifadəsi bir birindən ayrılır, onlar arasında ziddiyət yaranır. Hazırda iddiaçı bu ərizələri imza etməklə yanılmışdır, o bağlamaq istədiyi əqdi deyil, başqa əqdi bağlamışdır. O əqdin xarakteri barədə yanılmışdır ki, bu vacib əhəmiyyət kəsb edir. Beləliklə iddiaçı bu ərizələri imza etməklə vacib əhəmiyyətli yanılmışdır. 06.04.2018-ci il tarixli müqavilə: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X10 arasında bağlanmış 06 aprel 2018-cı il tarixli “Kooperativ binada mənzil tikintisi üçün müqavilənin tərəfi kimi X10 göstərilmişdir. Nurayın doğum tarixi 27.03.2017-ci il tarixdir. Yəni müqavilə bağlanan zaman onun bir yaşı yenicə olmuşdur. Qanunvericiliyə əsasən o azyaşlı hesab edilir və onun əqd bağlamaq qabiliyyəti yoxdur. Lakin müqavilənin sonunda payçı qrafasında X10 yazılmış və imza edilmişdir. Həmin imzanın kim tərəfindən çəkilməsi qeyri-müəyyəndir. Bu müqavilə əhəmiyyətsiz əqddir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 344-cü maddəsində qeyd edilir ki, Bu Məcəllənin 29-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın (azyaşlının) bağladığı əqd etibarsızdır. Bu müqavilə əhəmiyyətsiz (puç) əqddir. Puç əqdlərin etibarsız hesab edilməsi üçün məhkəmə qərarının olması tələb edilmir. Belə əqdlərin qüsuru göz qabağındadır, onların qüsurlu olması faktının məhkəmə tərəfindən təsdiqlənməsinə ehtiyac qalmır. Hazırkı iş materiallarında olan müqavilənin puç əqd olması göz qabağındadır. Mülki Məcəllənin 344-cü maddəsinin 1 -ci bəndinə görə 14 yaşı tamam olmamış azyaşlının bağladığı əqd etibarsızdır. Etibarsız əqdlər iki meyara görə təsnif edilir. Əqdin elementinin qüsurlu olması meyarı və əqdin etibarsız sayılması üçün mübahisə edilməsi meyarı. Birinci meyara görə etibarsız əqdlərin dörd növü fərqləndirilir. Subyekt tərkibi qüsurlu olan etibarsız əqd; İradəsi qüsurlu olan etibarsız əqd; Forması qüsurlu olan etibarsız əqd; Məzmunu qüsurlu olan etibarsız əqd. Göründüyü kimi müqavilədə subyekt tərkibi qüsurludur, yəni 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmamış şəxsin bağladığı əqd etibarsızdır. Həmçinin subyekt tərkibi ilə yanaşı iradəsi də qüsurludur. Çünki bir yaşlı uşaq iradəsini ifadə edə bilməz.MM-in 324.1ci maddəsində (“Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir) əqdə verilmiş anlayışdan aydın olduğu kimi, əqdin əmələ gəlməsi, bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Müqavilənin bağlanması üçün qarşılıqlı iradə ifadəsinin olması tələb edilir (m.324.1, 324.2, 389.1, 405.1 və s.) və iradə ifadəsinin də əqdin qurucu ünsürü olması şübhəsizdir. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyətinin olmadığı bilindiyi halda (MM-nin 28.3-cü maddəsi) belə şəxsə münasibətdə “müqavilə bağlamağa yönəlmiş iradə ifadəsi”ndən isə, söhbət gedə bilməz. Əslində, burada əqdin yuxarıda qeyd edilən qurucu ünsürü-nüvəsi olan iradə mövcud deyildir; başqa sözlə, belə halda əqdin bağlanmaması, mövcud olmaması halı ilə qarşı-qarşıyadır. Bu mənada, bağlanmamış bir əqdin səlahiyyətli şəxsin (bu halda, qanuni nümayəndənin və ya qəyyumun) bəyənməsi ilə etibarlı hala gətirilməsinin mümkünlüyü, bəyənmənin əqdin qurucu deyil, tamamlayıcı ünsürü olması bilindiy halda, istisna edilir. Yəni bu hal bəyənmə olsa belə bu əqdin etibarlı olması anlamına gəlmir. Başqa bir məsələ müqavilənin imzalanmasıdır. İmza əqdin məzmununu ifadə edən yazılı sənədin məcburi rekvizitidir. Bu o deməkdir ki, əgər müvafiq yazılı sənəddə əqd bağlayan şəxsin imzası olmazsa, o, etibarsız sayılır. Yəni hazırkı müqavilənin məzmunu da qüsurludur. Çünki, müqavilənin imza qrafasında olan imzanın kim tərəfindən icra edilməsi məlum deyil. Cavabdeh2 məhkəmədə ifadə verən zaman həmin müqavilənin bağlanmasında iştirak etmədiyini bildirdi. Cavabdeh tərəf imzanın Sədrəddinli Nurayın qanuni nümayəndəsi və ya qəyyumu tərəfindən icra edilməsi barədə heç bir sübut təqdim edə bilmədi. Beləliklə, müqavilənin əhəmiyyətsiz əqd olması göz qabağındadır 10.11.2020-ci il tarixli ərizə Cavabdeh1 10.11.2020-ci il tarixdə ərizə verərək mübahisəli mənzilin Cavabdeh2 adına sənədləşdirilməsi barədə Bakı şəhəri 27 saylı notariat ofisində verdiyi ərizə etibarsız hesab edilməlidir. Çünki bu ərizəyə kimi iddiaçının verdiyi ərizə və 06.04.2018-ci ildə Nurayla bağlanmış müqavilə etibarsız olduğundan bu ərizədə etibarsızdır. 02 may 2020-ci il tarixli protokoldan çıxarışdan və ddia ərizəsinə əlavə verərək protokolun etibarsızlığı məhkəmədən xahiş edilmişdir. Ümumiyyətlə belə bir protokol verilməsi qanunvericiliyin tələblərinə ziddir. Əvvəla protokol tarixi 02.05.2020-ci ildə olmuşdur. İş materiallarında olan Cavabdeh1 ərizəsinin tarixi 10 noyabr 2020-ci il tarixdə olmuşdur. Burada ziddiyyət vardır. Həmçinin, protokolda qeyd edilir ki, vətəndaş Cavabdeh2 “X23” Mənzil Tikinti Kooperativinə ona məxsus mənzil sahəsinin dəyərini tam ödəyib. Əvvala MTK ilə Cavabdeh2 arasında heç vaxt müqavilə bağlanmamışdır. Yəni Cavabdeh2 MTK-da mənzili olmamışdır. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, heç kimə bu mənzilin əldə edilməsinə görə ödəniş etməmişdir. Həmçinin suala cavab olaraq bildirdi ki, o MTK-da mənzilə görə ödəniş etməyib. İş materiallarında vətəndaş Cavabdeh2 tərəfindən mənzilə görə ödəniş barədə heç bir sənəd yoxdur. Belə olan halda sual yaranır. MTK hansı əsasla bu protokolu qəbul edib və burada MTK-nın marağı nədir.? protokol qanunsuzdur, onun verilməsi üçün əsaslar olmadığından məhkəmədən verilmiş protokoldan çıxarışın etibarsız hesab etməsini xahiş etmişlər. Çıxarışın ləğv edilməsi, 01 dekabr 2020-ci il tarixdə sözügedən mənzil Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Çıxarış əsassız olduğundan ləğv edilməlidir. Çünki çıxarışa qədər olan bütün hərəkətlər qanunvericiliyə zidd olmuşdur, həmçinin Toğrul bu mənzilə görə heç bir ödəniş etməmişdir. İddiaçı ilə aralarında olan telefon danışığı da, eyni zamanda WhatsApp yazışmasıda bir daha mənzilin əsassız formada əld edildiyini təsdiq edir. Odur ki, çıxarış ləğv edilməlidir.Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin tam olaraq təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 22.04.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək iddia müddətinin keçməsini nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahat verərək göstərmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbi ilə Bakı şəhər Nərimanov rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı iddia tələbini onunla izah etmişdir ki, 2018- ci il tarixdə guya cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçını Bakı şəhəri 27 saylı Notariat Kontoruna apararaq, avtomobilin içərisində bəzi sənədlərə imza etdirmişlər. Halbuki, cavabdeh ümumiyyətlə həmin vaxtı notariusa getməmiş və həmin əməliyyatda iştirak etməmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs. M.Hüseynzadə küçəsi 5046-cı məh. ev 20C, mənzil 65 (indiki AZ 1117, Bakı şəhəri, Binəqədi ray., Biləcəri qəs. Mehdi Hüseynzadə küç., 84, M9, m1 ) iddiaçının qızı X4 adından keçmişdir. Qeyd olunan müqaviləni də cavabdehin qızı X4 adından anası Cavabdeh1 bağlamışdır. AR MM-in 29.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır”. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb elmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığnı araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçı Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbi üzrə iddiaçının subyektiv hüququ olmadığı üçün iddia tələbi rədd edilsin. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 30.12.2020-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. 06.10.2016-cı il tarixli Kooperativ binada mənzil tikintisi üçün 25 nömrəli müqavilənin surətindən görünür ki, Bu müqavilənin 1.2-ci bəndinə əsasən həmin müqavilə tərəfləri olan “xxxx” MMC Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseyinzadə küçəsi 5046cı məhəllədə inşa edilən binada 2 girişdə 9 mərtəbə 65 nömrəli 3 otaqlı ümumi sahəsi 94,8 m2 olan mənzili “payçı” İddiaçı verməyi öz üzərinə götürür. Bu müqavilənin 3-cü bəndinə əsasən “payçı” mənzilin müəyyənləşdirilən pay haqqını əvvəlcədən tam şəkildə ödəməyi və son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürür. 06.04.2018-ci il tarixli Kooperativ binada mənzil tikintisi üçün 25 nömrəli müqavilədən görünür ki, “xxxx” MMC Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseyinzadə küçəsi 5046-cı məhəllədə inşa edilən binada 2 girişdə 9 mərtəbə 65 nömrəli 3 otaqlı ümumi sahəsi 94,8 m2 olan mənzili “payçı” X12 verməyi öz üzərinə götürür. Bu müqavilənin 3-cü bəndinə əsasən “payçı” mənzilin müəyyənləşdirilən pay haqqını əvvəlcədən tam şəkildə ödəməyi və son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürür. Bakı şəhəri 27 saylı notariat kontorunda 06.04.2018-ci il tarixli ərizəsində İddiaçı göstərmişdir ki, “xxxx” MMC-nin 06.09.2016-cı il tarixli müqavilə əsasında onun adına olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Hüseyinzadə küçəsi 5046-cı məhəllədə inşa edilən binada 2-ci girişdə 9-cu mərtəbədə 65 nömrəli 3 otaqlı ümumi sahəsi 94.8 kv.m olan mənzilin Cavabdeh1 adına sənədləşdirilməsinə etiraz etmir. Həmin əmlaka dair nə indi, nə də gələcəkdə heç bir iddia və tələbi olmayacaqdır. Bakı şəhəri 27 saylı notariat kontorunda 12.04.2018-ci il tarixli ərizədə Cavabdeh1 göstərmişdir ki, “xxxx” MMC-nin 06.09.2016-cı il tarixli müqaviləsi əsasında onun adına olan Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseyinzadə küçəsi 5046-cı məhəllədə inşa edilən binada 2-ci girişdə 9-cu mərtəbə 65 nömrəli 3 otaqlı ümumi sahəsi 94.8 kv.m olan mənzilin X2 adına sənədləşdirilməsinə etiraz etmədiyini və həmin əmlaka dair nə indi, nədə gələcəkdə heç bir iddia və tələbi olmayacaqdır. Bakı şəhəri 27 saylı notariat kontorunda 12.04.2018-ci il tarixdə Cavabdeh1 ərizəsində göstərmişdir ki, qızı X2 adına olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseyinzadə küçəsi 5046-cı məhəllədə inşa edilən binada 2 girişdə 9-cu mərtəbə 65 nömrəli 3 otaqlı mənzilin bütün kommunal xərclərini ödəməyi öz üzərinə götürür. Bakı şəhəri 27 saylı notariat kontorunda 10.11.2020-ci il tarixdə X2 əvəzinə imzalayan şəxs Cavabdeh1 ərizədə göstərmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 nömrəli, 06 aprel 2018-ci il tarixli müqaviləsi ilə onun adına verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseyinzadə küçəsi, 5046-cı məhəllədə inşa edilən binada 2 girişdə, 9 mərtəbə, 65 nömrəli, 3 otaqlı ümumi sahəsi 94.8 kv.m olan mənzilin atası Cavabdeh2 adına sənədləşdirilməsinə etiraz etmir. Həmin ərizədən görünür ki, X10 27.03.2017-ci il təvəllüdlüdür. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 06.04.2018-ci il tarixli, 90 nömrəli maliyyə arayışının surətindən görünür ki, X10 həqiqətən “xxxx” MMC-ə məxsus yaşayış binasında ümumi sahəsi 94,8 m2 olan, 3 otaqlı 65 saylı mənzilin tikintisi üçün tələb olunan pay haqqını tam ödəmişdir, tikintiyə borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01.12.2020-ci il tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 5046-cı məhəllə, e 20C, mənzil 65-yeni qaydalarla: AZ 1117, ünvan 6 Cavabdeh2 mülkiyyətindədir. “xxxx” Mənzil Tikinti Kooperativinin ümumi icasının 19 saylı protokolundan 02.05.2020-ci il tarixli çıxarışın 1-ci bəndinə əsasən pay haqqını tam ödəmiş üzvlərə çıxarış verilməsi haqqında sənəddən görünür ki, Cavabdeh2 MTK-da ona məxsus mənzil sahəsinin dəyərini tam ödəyib və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5046-cı məhəllə Mehdi Hüseynzadə küçəsi “20C”-də yerləşən “xxxx” Mənzil Tikinti Kooperativinə məxsus binanın 2-ci girişdə 9-cu mərtəbədə 3 otaqlı ümumi sahəsi 94,8 kv.m olan 65 saylı mənzilin dəyərini tam ödədiyi üçün həmin mənzilə çıxarış verilməsi qərara alınmışdır. Asan-1 tərəfindən verilmiş 09.06.2014-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Yasamal rayonu, Q.İsmayılov küç dal 19, ev. 2 ünvanında qeydiyyatdadır. Asan-1 tərəfindən verilmiş 15.04.2014-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, Cavabdeh1 xx.xx.1988-ci ildə Ukrayna Respublikası, Xarkov şəhərində anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küç 9 ünvanında qeydiyyatdadır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1985-ci il tarixdə doğulmuşdur. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 11.01.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1985-ci ildə ünvan 4 ünvanında qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 11.01.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1988-ci ildə Ukrayna, Xarkov şəhərində anadan olmuş və ünvan 5 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 11.02.2021-ci il tarixli **********14 nömrəli məktubundan görünür ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1208/2021 nömrəli, 22.01.2021-ci il tarixli qərardadı icra olunaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseyinzadə küçəsi, 5046-cı məhəllədə, ev 20C, 65 nömrəli mənzilin (yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 84, M9, m.1) üzərinə qadağa qoyulmuşdur. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 27 saylı notariat ofisinin 13.02.2021-ci il tarixli 104 nömrəli məktubundan görünür ki, X10 adından Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 5046-cı məhəllədə inşa edilən binanın 2 ci girişində, 9 cu mərtəbə, 65 nömrəli, 3 otaqlı ümumi sahəsi 94.8 kv.m olan mənzilin Cavabdeh2 adına sənədləşdirilməsi barədə ərizə rəsmiləşdirilmişdir. Ərizədə imza təsdiq edilən zaman notariat ofisində heç bir sənəd saxlanılmır. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışın surətindən görünür ki, 4780 nömrəli, 10.11.2020-ci il tarixdə imzası təsdiq edilən şəxs X2 qanuni nümayəndəsi kimi Cavabdeh1 imzası ilə təsdiq edərək bildirmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 nömrəli, 06 aprel 2018-ci il tarixli müqaviləsi ilə onun adına verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 5046-cı məhəllədə inşa edilən binada 2 girişdə, 9 mərtəbə, 65 nömrəli, 3 otaqlı ümumi sahəsi 94.8 kv.m olan mənzilin atası Cavabdeh2 adına sənədləşdirilməsinə etiraz etmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 06.10.2016-cı il tarixli Kooperativ binada mənzil tikintisi üçün 25 nömrəli müqavilə əsasında “xxxx” MMC Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseyinzadə küçəsi 5046-cı məhəllədə inşa edilən binada 2 girişdə 9 mərtəbə 65 nömrəli 3 otaqlı ümumi sahəsi 94,8 m2 olan mənzili “payçı” İddiaçı verməyi öz üzərinə götürmüşdür. Həmin mənzil İddiaçı mülkiyyət hüququ ilə məxsus olsa da cavabdehlərlə birlikdə orada yaşamışlar. Daha sonra 2018-ci ildə İddiaçı bu mənzilə dair hüquqlarının dövlət qeydiyyatına alınmasını istəmişdir. 06 aprel 2018-ci ildə 27 saylı dövlət notariat kontoruna iddiaçı ərizə verərək mübahisəli mənzilin Cavabdeh1 adına və eyni tarixli ərizə ilə X2 adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Bu əsasla 06.04.2018ci il tarixli müqavilə əsasında həmin mənzilə dair “xxxx” MMC ilə cavabdehlərın qızı 2017ci il təvəllüdlü X10 arasında müqavilə bağlanmışdır. Bu müqavilənin onun adından imzalanmalı olan şəxs müəyyən olunmamışdır. Daha sonra X2 anası Cavabdeh1 27 saylı notariat kontoruna 2017-ci il təvəllüdlü X10 adından ərizə ilə müraciət edərək uşağın, yəni qızı 2017-ci il təvəllüdlü X2 adına olan mübahisəli mənzilin X5 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Həmin ərizə Cavabdeh1 tərəfindən qanuni nümayəndə kimi imzalanarkən qəyyumluq və himayəçilik orqanından rəy və razılıq alınmadan yetkinlik yaşına çatmayan X2 adına olan əmlak özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə əqdin etibarsızlığı ilə bağlı ilk növbədə iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin ərizəsinə münasibətdə qeyd edir ki, sözügedən maddənin 1-ci hissəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). O da nəzərə alınmalıdır ki, yuxarıda qeyd edilən əsaslar iddia müddətinin tətbiq edilmə imkanının mümkün olduğu halları nəzərdə tutur. Bu baxımdan hazırki iddia tələbləri ilə mübahisənin predmeti və xarakteri nəzərə alınmaqla iddia müddətinin tətbiqinə dair ərizəni məhkəmə əsaslı hesab etmir. Belə mövqe ilə bağlı birinci əsas ondan ibarətdir ki, müqavilə etibarsızlığı ilə bağlı mülki qanunvericiliyin yuxarıda sadalanan normalarında xüsusi iddia müddətlərini qanunvericlik bilavasitə kəsici müddət kimi müəyyən etmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsindən asılı olmayaraq kəsici iddia müddətin axımının tətbiq edilməsi mümkünlüyü iddia ərizəsinin rədd edilməsi əsaslarından biri kimi çıxış edir. İkinci əsas isə onunla izah edilir ki, etibarsız əqdlər dedikdə mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər başa düşülür. Mülki Məcəllədə mübahisələndirilən əqdlərin aid olduğu hallar sırasında hansı əqdlərin mübahisələndirilə bilən əqd olması göstərilmişdir. Hazırki mülki iş üzrə olan əqd isə həmin sadalanan hallar sırasına aid olan əqd deyildir. Əhəmiyyətsiz əqdlərə münasibətdə isə əhəmiyyətsiz əqd bağlanıldığı andan özü özlüyündə əhməyyətsiz əqddir. Qanınunvericiyiliyin belə göstərişi isə ona əsas verir ki, əhəmiyyəsizliklə bağlı hal müddətdən asılı edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Mülki Məcəllənin 354.1-ci maddəsində iddianın qaldırılmasının bir illik müddəti yalnız əhəmiyyətsiz əqdin etibarsızlığı ilə bağlı nəticələrinin baş verdiyi halları nəzərdə tutmuşdur. İddia tələblərindən göründüyü kimi hazırki əqdin hüquqi nəticəsi hələ baş verməmişdir. Bu səbəbdən də baş vermə ehtimalı olan halların qarşısının alınması üçün məhkəməyə müraciət edilmişdir. Üçüncü əsas odur ki, Mülki Məcəllənin 372.1-ci maddəsində iddia müddətinin yalnız başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna şamil edildiyi qeyd edilmişdir. Qanunvericiliyin belə mövqeyindən aydın olur ki, əqdin etibarsız hesab edilməsi üçün müddətin ötürülməsi həmin əqdin müddət ötdükdən sonra etibarlı olması ilə nəticələnmir. Çünki etibarsızlığı şərtləndirən əhəmiyyətsiz əqd özü-özlüyündə əhəmiyyətsiz əqddir. Odur ki, Mülki Məcəllənin 354.1-ci maddəsində etibarsız əqd nəticəsində baş vermiş hüquqi nəticəyə iddia müddətinin tətbiqini nəzərdə tutulmuşdur. Hazırki mülki mübahisə ilə bağlı isə müqavilə əsasında isə hər hansı hüquqi nəticə baş verməmişdir. O da qeyd edilməlidir ki, iddiaçı digər tələbləri ilə yanaşı 06.04.2018-ci il tarixdə verdiyi ərizənin də etibarsızlığını mübahisələndirdiyindən məhkəmə ərizənin mülki hüquq münasibətlərini tənzimləyən əqd xarakterli olduğunu və çıxarışın bu əsasla alındığını nəzərə alaraq iddia müddətilə bağlı məhkəmə iclasında tərəflərin bildirdiyi və təqdim etdiyi sübutları da nəzərə almışdır. Belə ki, iddiaçının tələbində göstərdiyi hallardan məlum olduğu kimi iddiaçı 06.04.2018-ci il tarixli ərizənin cavabdeh olan Elmira adlı bacısına onun adına hüquqların qeydiyyatıına dair çıxarış alınması üçün verdiyini hesab etdiyini bildirmişdir. O, aldadıldığını bacısının onun evdən çıxararkən 2020-ci ilin sonlarında məlum olduöunu iddia etmişdir. Cavabdeh tərəf məhkəmə iclasında mübahisəli mənzilə dair iddiaçı X6 cavabdeh tərəfə hər hansı maddi və sair razılaşma əsasında 06.04.2018-ci il tarixli ərizəni verməsinə dair inandırıcı sübut təqdim etməmişdir. Belə yanaşma baxımından qeyd edilən halları da yuxarıdakı digər əsaslarla yanaşı məhkəmə qiymətləndirərək iddia müddətilə bağlı iddiaçı tərəfin pozulmuş hüquqlarının ona sonradan məlum olması ilə bağlı əsaslarını inandırıcı hesab edir. Qeyd edilən əsaslardan çıxış edərək məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddia müddəti ötürülmədiyindən iddia tələbinə işdə olan sübutlar əsasında hüquqi qiymət verilməlidir. İddiaçının iddia tələbində qeyd etdiyi “06.04.2018-ci il tarixli ərizənin etibarsız hesab edilməsinə” münasibətdə məhkəmə qeyd edir ki, həmin ərizə cavabdeh Sədrəddinli Toğrulun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə nəticələndiyindən ərizəyə dair tələbi mülki qanunvericiliyin əqdlərə dair müddəalarına əsasən hüquqi qiymət verilməsini məhkəmə mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 29.1-ci maddəsinə görə bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. 29.3-cü maddəsinə görə 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər. 30.1-ci maddəsinə görə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. 36.1-ci maddəsinə görə qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. 36.2-ci maddəsinə görə qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.5-ci maddəsinə əsasən uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Uşaq Hüquqlarının Həyata X8" Qaydasının 2.8.1-ci maddəsinə əsasən yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanları uşaqların hüquqlarını və mənafelərini müdafiə edir. Sadalanan əsaslardan göründüyü kimi yetkinlik yaşına çatmayanın əmlakından payların ayrılmasına səbəb olan əqdlər, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdlər bağlana bilməz. Belə halda qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmalıdır. İş materiallarında olan 10.11.2020-ci il tarixli ərizədən göründüyü kimi X2 anası Cavabdeh1 27 saylı notariat kontoruna 2017-ci il təvəllüdlü X10 adından ərizə ilə müraciət edərək uşağın, yəni qızı 2017-ci il təvəllüdlü X2 adına olan mübahisəli mənzilin X5 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Məhkəmə sorğusuna əsasən 104 saylı 13 fevral 2021-ci il tarixli Bakı Şəhər 27 saylı notariat ofisindən məhkəməyə daxil olmuş “Elektron notariat” Avtomatlaşdırılmış İnformasioya sistemindən çıxarışdan və əlavə edilmiş sənədlərdən də təsdiqlənir ki, Cavabdeh1 10.11.2020-ci il tarixli ərizəni imza edərkən qəyyumluq orqanının razılığını almamışdır. Məhkəmə iclasında cavabdeh tərəf də razılığın olmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. İş materiallarında olan mübahisəli mənzilə dair 06.04.2018-ci il tarixli müqavilə “xxxx” MMC ilə cavabdehlərın qızı 2017-ci il təvəllüdlü X10 arasında müqavilə bağlanmışdır. Məhkəmə iclasında iddiaçı bu müqavilənin X10 tərəfindən onun yaşı nəzərə alınmaqla imzalanmasının mükünsüzlüyünü iddia etmişdir. Cavabdeh tərəfin nümayəndəsi və vəkili müqavilədə olan imzanın Cavabdeh1 məxsus olduöunu bildirmişdir. Bu hala münasibətdə qeyd edilməlidir ki, Bakı Şəhər 27 saylı notariat ofisində Cavabdeh1 məxsus imza ilə mübahisəli mənzilə dair 06.04.2018-ci il tarixli “xxxx” MMC ilə X10 arasında bağlanmış müqavilədə olan imzanın tamamilə fərqlənməsi bu imzanın Cavabdeh1 məxsus olması üçün məhkəmədə inamlı şərait yaratmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İşin hallarından göründüyü kimi 10.11.2020-ci il tarixli qanuni nümayəndə kimi Cavabdeh1 ərizəsi əsasında “X23” MTK-nın üzvlərinin ümumi iclasının 19 saylı protokolundan çıxarış alınmış və həmin əsasla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi 5046-cı məhəllə, ev 20C, mənzil 65 (yeni qaydalarla AZ 1117, ünvan 6 ünvanda) hazır tikilmiş yaşayış binasında ümumi sahəsi 94.8 m² olan 3 otaqlı mənzilə dair Cavabdeh2 adına ********** nömrəli, 01.12.2020-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Odur ki, “X23” MTK-nın üzvlərinin ümumi iclasının 19 saylı protokolundan çıxarış da əqdlərin etibarsızlığının hüquqi nəticəsi tətbiq edilməklə etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi 5046-cı məhəllə, ev 20C, 65 saylı mənzilin X2 adına sənədləşdirilməsinə dair Bakı şəhəri 27 saylı Notariat kontoruna İddiaçı tərəfindən verilən 06 aprel 2018-ci il tarixli ərizə, X4 adından Cavabdeh1 tərəfindən Cavabdeh2 həmin mənzilin sənədləşdirilməsinə dair Bakı şəhəri 27 saylı Notariat kontoruna 10 noyabr 2020-ci il tarixdə verilmiş ərizə, Cavabdeh2 adına mənzilə çıxarışın verilməsinə dair “X23” MTK-nın üzvlərinin ümumi iclasının 19 saylı protokolundan çıxarış etibarsız hesab edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi 5046-cı məhəllə, ev 20C, 65 saylı mənzilə dair (yeni qaydalarla AZ 1117, ünvan 6 ünvanda) Cavabdeh2 adına 01.12.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun hər hansı tələb olmadığından iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin və Ailə Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi 5046-cı məhəllə, ev 20C, 65 saylı mənzilin X2 adına sənədləşdirilməsinə dair Bakı şəhəri 27 saylı Notariat kontoruna İddiaçı tərəfindən verilən 06 aprel 2018-ci il tarixli ərizə, X4 adından Cavabdeh1 tərəfindən Cavabdeh2 həmin mənzilin sənədləşdirilməsinə dair Bakı şəhəri 27 saylı Notariat kontoruna 10 noyabr 2020-ci il tarixdə verilmiş ərizə, Cavabdeh2 adına mənzilə çıxarışın verilməsinə dair “X23” MTK-nın üzvlərinin ümumi iclasının 19 saylı protokolundan çıxarış etibarsız hesab edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi 5046-cı məhəllə, ev 20C, 65 saylı mənzilə dair (yeni qaydalarla: AZ 1117, ünvan 6) Cavabdeh2 adına 01.12.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1208/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1208/2021
07.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver