Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1234/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X7, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 və həyat yoldaşı X6 ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o xx.xx.1963-cü ildə Ucar rayonunun Qazyan kəndində anadan olmuşdur. X2 xx.xx.2010-cu ildə vəfat etmişdir. X5 xx xxxx 2006-cı ildə vəfat edib. Ata nənəsi X10 xx xxxxxx 1985-ci ildə Ucar rayon notoriat kontorunda özünə məxsus əmlakları, o cümlədən Qazıyan kəndində olan 2 otaqlı evini nəvəsi yəni ona bağışlamağı vəsiyyət etmişdir. Ədliyyə Nazirliyi Dövlət Notoriat Arxivinə müraciət edərək bildirdi ki, vəsiyətnamənin xx.xx.2019-cu ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. X3 xx xxxxxx 1993-cü ildə Qazyan kəndində vəfat etmişdir. 2019-cu ildə Ucar rayon DƏDRX-nin Ərazi İdarəsinə müraciət edərək mərhum nənəsindən miras qalan Qazyan kəndindəki 2 otaqlı evi və həyətyanı torpaq sahəsini özəlləşdirmək istədi. Ucar rayon notoriat kontoru ondan X8 valideynlərinin ölüm faktını müəyyən edən sənədləri tələb etdi. Qeydiyyat orqanına müraciət etsə də, ölüm faktını aşkar etməyərək ona imtina verdilər. Təqdim etdiyi Ucar rayon LHB-nın Qazyan kənd ərazi dairəsi üzrə nümayəndəsi yazıb bildirir ki, X8 valideynləri Allahverdiyev Alməmməd və həyat yoldaşı X11 ilə birlikdə Qazyan kəndində yaşamış, vəfat etmişlər, (arayış №673 xx.xx.2019) Ölüm şəhadətnamələrini təqdim edə bilmədiyindən vərəsəlik şəadətnaməsini ala bilmir. Məhkəmə iclasında ərizəçi olaraq Ərizəçi kimi təqdim edən şəxs ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə təmin edilməməlidir. Belə ki, işin materiallarına əlavə edilmiş: xx.xx.1985-ci tarixli vəsiyyətnamənin surətində “Mən aşağıda imza edirəm Ucar rayonu, Qazyan kəndində yaşayan X13 həmin vəsiyyətnamə ilə aşağıdakı sərəncamı verirəm. Bir öləcəyim günə mənə məxsus olan əmlakın o cümlədən Bazıyan kəndində olan 2 otaqlı evimi nəvəm Ərizəçi vəsiyyət edirəm” qeyd olunmuşdur; xx.xx.2014-cü il tarixdə ASAN1 tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1963cü il tarixdə Bakı şəhərində anadan olmuş Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır; ünvan 3 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X13 xx.xx.1993-cü il tarixdə Ucar rayonu Qazyan kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 44 nömrə ilə qeyd edilmişdir; AR Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2019-cu il tarixli, 05/01-11-47/13 nömrəli məktubundan görünür ki, Ucar rayon dövlət Notariat kontorunda xx.xx.1985-ci il tarixdə 13973 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmış, həmin vəsiyyətnamənin xx.xx.2019-cu ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır; ünvan 3nin Ucar rayon Notariat kontoruna ünvanlanmış xx.xx.2019-cu il tarixli, 673 nömrəli məktubunun surətindən görünür ki, Allahverdiyev Alməmməd həyat yoldaşı Allahverdiyeva Fatma ilə birlikdə Ucar rayonun Qazyan kəndində yaşamış və vəfat etmişdilər; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göründüyü kimi, Ərizəçi nənəsinin valideynlərinin ölməsi faktının müəyyən edilməsini xahiş edir. Lakin məhkəmə iclasında iştirak edən ərizəçi həmin şəxslər, yəni X4, X11 barədə, onların şəxsiyyət məlumatlarına dair hər hansı bir sübut təqdim etməmişdir. Ərizəçi həmin sənədlərini bərpa etmək üçün bugünədək hər hansı bir dövlət orqanına müraciət etməsini göstərə bilməmişdir. Ərizəçi ölüm faktının müəyyən olunmasını tələb etdiyi şəxslərin X4, X11 olduğunu göstərsə də, bu barədə hər hansı ilkin sübutları və ya onların doğum tarixlərini, ölüm tarixlərini əks etdirən sənədlər də məhkəməyə təqdim edilməmişdir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında xx xxxxxxx 2003-cü il tarixli, 145 № li Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.4-cü bəndinə əsasən, Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13-cü və 14-cü bəndlərinə görə isə, “vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 16-cı bəndə görə, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Bu kontekstdə məhkəmə qeyd edir ki, bu kimi hallar aidiyyəti orqan tərəfindən verilmiş (rəsmiləşdirilmiş) sənədlərlə təsdiq olunur. Lakin iş materiallarında olan sənədlərlə ərizəçinin qeyd etdikləri təsdiq olunmur. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən “qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz” və bu baxımdan məhkəmə hesab edir ki, ərizəçi qeyd edilən faktın müəyyən edilməsi üçün kifayət qədər sübut təqdim etməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, mülki mühakimə icraatı fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının və qanunla qorunan mənafeyinin müdafiəsi vəzifəsi yaranmış mübahisəni iddia icraatı qaydasında bilavasitə həll etməklə yerinə yetirir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin həyata keçirilməsi ya qeyri-müəyyən və ya həyata keçirilməsi mümkün olmur. Belə halda mülki mühakimə icraatı qaydasında hüquqi faktların müəyyən edilməsinə, fiziki şəxsin və əmlakın hüquqi vəziyyətinin müəyyən edilməsinə zərurət yaranır ki, belə işlərə xüsusi icraat qaydasında baxılır. Belə kateroriya işlərdən biri də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının müəyyən edilməsi haqqında işlərdir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının müəyyən edilməsi haqqında işlər üzrə icraatın məqsədi vətəndaşlıq vəziyyəti aktlarının bərpasına nail olmaqdır. Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəyə həmin hüquqmüəyyənedici sənədi verən orqanın həmin aktı bərpa etmək iqtidarında olmaması haqqında sübut əlavə etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Göründüyü kimi ərizəçinin təsdiq edilməsini istədiyi faktla bağlı müvafiq dövlət orqanında arxiv materialları mövcuddur və bu materialların ərizəçiyə təqdim olunmasından imtina edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin ərizəsinin təmin edilməsi üçün Mülki Prosessual Məcəllənin 308-ci maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər mövcud olmamışdır; müvafiq arxiv materiallarındakı məlumatların ərizəçini qane etməməsi isə həmin məlumatların faktın təsdiqi institutu vasitəsilə təkzib edilməsinə yol aça bilməz. Məhkəmədə hüquqi əhəmiyyəti olan faktlar ərizənin verildiyi hər bir halda deyil, ərizəçiyə lazım olan faktları təsdiq edən lazımı sənədlərin başqa qaydada alınmasının mümkün olmadığı halda, əgər həmin faktları təsdiq edən sənədlərin digər qaydada qəbul edilməsi və ya itirilmiş sənədlərin bərpa edilməsi digər vasitə ilə qeyri-mümkündürsə, yalnız bu halda müəyyən edir. Buna görə də, ərizəçi nənəsinin valideynlərinin məhz X4, X11 olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etmədiyindən “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi rədd olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1234/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1234/2021
02.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver