Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1256/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 4 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Rafael qızının maraqlı şəxs 4 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi cəlb edilməklə, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1nın xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 Ərizəçi Rafael qızının övladı idi. O,2005-ci ildə Bakı şəhərində doğulmuşdur. xx.xx.2024-cü ildə İbrahimli Məryəmin vəziyyyəti ağırlaşdı və X17 gələnə qədər o,vəfat etdi. X10 xx.xx.2024-cü il tarixində Zabrat 1 qəbristanlıqda dəfn edilmişdir.Bundan sonra, ərizəçi-anası ölüm haqqında şəhadətnaməni almaq üçün 4 saylı Bakı “Asan xidmət” X8nə rəsmi müraciət edib. 4 saylı Bakı “Asan xidmət” Mərkəzindəki Qeydiyyat şöbəsində rəsmi qaydada bildirildi ki,ölüm faktını təsdiq edən tibbi müəssisənin müvafiq sənədi tələb edilir. Əgər ölüm haqqında tibbi şəhadətnamə yoxdursa bu zaman məhkəməyə müraciət etməlisiz. Bu səbəbdən ərizəçi Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi Rafael qızının ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclaslarının yeri və vaxtı barədə maraqlı şəxs 4 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin nümayəndəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilmiş və məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun qızıdır. X1 onun nəvəsi olub və doğulandan xəstə idi. X1 21 noyabr 2024-cü ildə vəfat etmişdir. Mərhum Zabrat qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X6 ifadəsində bildirmişdir ki, ərizəçi qızıdır. Mərhum xəstə olub. Qeydiyyatda olduğu ünvanda vəfat edib. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materialları: - İş materiallarında olan Bakı 4 saylı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli,7796622 nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1977-ci ildə Masallı rayonunda anadan olub. 24 iyun 2002-ci ildən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 69-da qeydiyyatdadır. - İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli, AZ-İİ 564657 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 20 iyun 2005-ci il tarixdə Bakı şəhərində doğulub. X2, anası X3r. 1446 nömrə ilə qeydiyyata alınmışdır. - İş materiallarında olan Təcili və X7 şöbəsinin Ölüm haqqında vərəqəsindən müəyyən olunur ki, X17 briqadasının tərkibinə xx.xx.2024-cü il tarixdə, saat 13:50-də ünvan 1 ünvanına çağırış edilmiş və qadın cinsinə məxsus meyit aşkar edilmişdir. Ölümünün ilkin səbəbi qeyd olunmamışdır. - İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən Ərizəçi ünvanlanan 18 dekabr 2024-cü il tarixli,3-52-13-18/2-İ-39-xx-xx/2024 saylı məktubundan görünür ki,qızı, X10, 22 noyabr 2024-cü il tarixində,Sabunçu rayonu, Zabrat 1 qəbiristanlığında,dəfn edilmişdir və dəfn xərcləri Ərizəçi tərəfindən ödənilmişdir. - İş materiallarında olan 4 saylı Bakı “Asan xidmət” X8 tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli,3.16.5/8-15/3346-2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasfnın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - İş materiallarında olan 4 nömrəli Şəhər Poliknikası tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli,95 nömrəli məktubdan görünür ki, vətəndaş X10 xx.xx.2024-cü il tarixdə tibbi xidməti ərazisindən kənarda-digər ünvanda (ünvan 3ə olum səbəbi barədə məlumatları olmadığından, tərəflərindən onun adına ölüm haqqında tibbi şahədətnamənin verilməsi mümkün deyildir. - İş materiallarından olan qəbirüstü abidənin fotoşəklindən görünür ki, X4 xx.xx.2005ci ildə anadan olduğu və xx.xx.2024-cü il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 20 iyun 2005-ci il təvəllüdlü X10 21 noyabr 2024-cü il vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən 20 iyun 2005-ci il təvəllüdlü X10 Bakı şəhərində ev şəraitində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20 iyun 2005-ci il təvəllüdlü X4 21 noyabr 2024-cü il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1256/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1256/2025
11.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver