Məhkəmə qərarları › İş №2(005)-1261/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1261/2025

05.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1261/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclası katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası - xx.xx.1937-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ürək tutmasından ölməsi faktının müəyyən edilməsin barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası- X8 xx.xx.1937-ci il tarixində Kəlbəcər rayonunda anadan olmuşdur. Ailə üzvləriylə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə, “Main” Yaşayış Kompleksi, bina 43, mənzil 38 ünvanında yaşamışlar. X12 xx.xx.2024-cü il tarixində qəflətən ürək tutmasından dünyasını dəyişmişdir. Vəziyyəti ağırlaşan zaman tərəflərindən dərhal təcili tibbi yardıma müraciət edilmiş, təcili tibbi yardım gələrkən anası artıq vəfat etmişdi. Daha sonra tərəflərindən təcili tibbi yardıma faktın təsdiq edilməsi ilə bağlı müraciət edilmiş və Təcili və X6 Stansiyası tərəfindən bu barədə “Ölüm haqqında xəbərdarlıq vərəqəsi” verilmişdir. xx.xx.2024-cü il tarixdə onu Abşeron rayonu, Masazır kənd qəbiristanlığında dəfn ediblər. Bundan sonra tərəflərindən Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamə verilməsi üçün müraciət etmələrinə baxmayaraq Qeydiyyat Şöbəsi tərəfindən imtina cavabı verilmişdir. Hazırda anasının ölümünü təsdiq edən şəhadətnamənin olmaması onun və digər birinci növbə yaxın qohumlarının hüquqlarını pozur. Yuxarıda qeyd edilən səbəblərdən, anasının ölüm haqqında şəhadətnaməsinin alınması mümkün olmadığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Anası xx.xx.1937-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ürək tutmasından ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa müvafiq izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Ədliyyə Nazirliyi Bakı Şəhəri Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən ərinin ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun övladı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılı ola bilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 03584902 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1937-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuşdur; - Təcili və təxirəsalınmaz tibbi yarım stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X9 barəsində xx.xx.2024-cü il tarixdə həkimə qədər ölüm qeyd edilmişdir; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. X1, anası X5r; - Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, ölüm haqqında şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması mümkün deyildir; - Abşeron rayon Masazır Bələdiyyəsinin 01/xx-xx/2017 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X9 xx.xx.2024-cü il tarixində Masazır kənd qəbiristanlığında dəfn olunmuşdur; - Qəbirüstü abidənin fotoşəklinin surətindən görünür ki, abidənin üzərində “X9 xx.xx.1937-xx.xx.2024-cü il” yazısı əks olunmuşdur; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, mərhum onun anasıdır, axşam ağrıdığını bildirdi, səhər işə gedəndə onun kefini soruşdu, o isə az ağrıdığını dedi. O, işdə olanda evdən zəng gəldi ki, halı pisdir. İşdən gəlib təzyiqini ölçüb, normal idi. Təcili tibbi yardım çağırdılar, onlar gələndə isə artıq o vəfat etmişdi. Onun şəkər xəstəliyi var idi; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, mərhum onun dostu olub. Onlar Kəlbəcərdən gəliblər, çox əziyyətlər çəkiblər. Xəstələnəndə orada olmasa da, cümə mərasimində iştirak etmişdir. Xəstəliyi var idi. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mərhum X9 ərizəçinin anası olmuşdur. X9 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Ərizəçi Maraqlı şəxsnə müraciət etmiş və qeydiyyat şöbəsi tərəfindən X9 barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1937-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1937-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar