Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1263/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Quliyeva Nigar Ülfət qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh4 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3. Cavabdeh4, Cavabdeh5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 8088.15 ABŞ dolları məbləğində kredit borcu, 5871.48 ABŞ Dolları məbləğində faiz borcu və 9051.6 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 23011 (iyirini üç min on bir) ABŞ Dolları 23 (iyirmi üç) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması: tələbin Bakı şəhəri Qaradağ rayonu Müşfıqabad qəsəbəsi Şamaxı yolu 4K ünvanında yerləşən qeyri-yaşayış binasına (çayxana) (həyətyanı tikili və qurğular ilə birlikdə) yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması və 23011 (iyirmi üç min on bir) ABŞ dolları 23 (iyirmi üç) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması; Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 4K ünvanında yerləşən qeyri- yaşayış binasına (çayxana) (həyətyanı tikili və qurğular ilə birlikdə) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 20.11.2009-cuıT tarixli 09L000000910 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 02.06.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 26.01.2016-cı il tarixli 002R**********S saylı, 18.04.2016-cı il tarixli 002R**********SA saylı, 25.01.2017-ci il tarixli 002R**********SB saylı, 03.11.2017-ci il tarixli 002R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 30.03.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 11911.85 ABŞ Dolları ödəmiş, onun 8088.15 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytanlmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06.10.2020-ci il tarixə 950 gün üçün hesablanmış faiz borcu 5871.48 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 06.10.2020-ci il tarixə 950 gün üçün hesablanmış cərimə 9051.6 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin elmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehipoteka verən Cavabdeh4 eyni zamanda o, Cavabdeh6 adından hüquqi təmsilçi kimi iddiaçı ilə bağladığı 02.06.2015-ci il tarixli 002M**********01 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 4K ünvanında yerləşən qeyri- yaşayış binası (çayxana) (həyətyanı tikili və qurğular ilə birlikdə) iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 66 nömrəli reyestr kitabının 6294 nömrəli vərəqində qeydiyyata alınmış və Seriya RX 0674366№-li Çıxarışa əsasən Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 4K ünvanında yerləşən qeyri-yaşayış binası (çayxana) (həyətyanı tikili və qurğular ilə birlikdə) Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Azərbaycar Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yelirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehipoteka verən Cavabdeh4 qızma və Cavabdeh6 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişləri 25.09.2020-ci il tarixdə göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişlərin qeydə alınması haqqında ərizə Hlck:ron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim olunmuş və idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. İddiaçı «Accessbank” QSC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh4 iddia tələbini ipoteka əmlaknına münasibətdə qəbul etmədiyini, əsas borcluya zamin durduğunu, lakin həmin kredit borcuna görə ona məxsus əmlakın hərracdan satılmasına etiraz etdiyini bildirdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh X4 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20.11.2009-cu il tarixli 09L000000910 saylı Kredit xətti müqaviləsinə əsasən, Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra «kredit» adlandırılacaq) Kredit Alana 30000 (otuz min) ABŞ dollar məbləğində kredit xəttini (bundan sonra «kredit xətti» adlandırılacaq) açır. Kreditlər tərəflər arasında «Kredit Razılaşması» və «Bank qarantiyası vertiməsi haqqında müqavilə» formasında bağlanmış ayrıca razılaşma (bundan sonra «Kredit Razılaşması») əsasında veriləcək. Bu müqavilə Bankiri kredit vermək vədini ifadə etmir. (1.1-ci bənd) Bu müqavilə və Kredit razılaşmaları əsasında istənilər məbləğ 120 (bir yüz İyirmi) ay 20 noyabr 2019-cu il tarixdən gec olmayaraq verilməlidir. (1.2-ci bənd) İş materiallarında olan 20.11.2009-cu il tarixli 09L000000910 saylı Uzunmüddətli Kredit xətti müqaviləsi üzrə 002R********** Kredit Razılaşmasına əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankının 15 sentyabr 2008-ci il tarixli 245/ 1 saylı icazəsi əsasında fəaliyyət göstərən və bundan sonra «Bank» adlandırılacaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "Babək" filialı etibarnamə əsasında aşağıda imza edən nümayəndəsinin şəxsində. «Kredit Verən» qismində bir tərəfdən və digər tərəfdən bundan sonra «Kredit Alan» adlandırılacaq Cavabdeh1 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AZE********) hər iki tərəf birlikdə bundan sonra «Tərələr» adlandırılacaq, 20 noyabr 2009-cu il tarixli 09L000000910 saylı UzunMüddətli Kredit Müqaviləsinə (bundan sonra «Müqavilə» adlandırılacaq) uyğun olaraq bu Kredit Razılaşmasını aşağıdakılar barədə bağladılar: Kredit Razılaşmasının predmeti: 1.1 Bank məbləği 20000.00 (iyirmi min) ABŞ Dolları olan krediti (bundan sonra «Kredit» adlandırılacaq) aylıq faiz dərəcəsi 1.6667 (bir tam on mində altı min altı yüz altmış yeddi) % olmaqla 18(on səkkiz) ay müddətinə Kredit Alana verir. 1.2 Kredit Alan bu Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş Planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan 26 yanvar 2016-cı il tarixli Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 002R**********S saylı Sazişə əsasən, Bank ilə Kredit Alan arasında 20 noyabr 2009-cu ı tarixli 09L0000009İ0 saylı Kredit Xətti Müqaviləsi uzrə 02 iyun 2015-ci il tarixdə bağlanmış 002R1S15326645 Kredit Razılaşması («Kredit Razılaşması») əsasında Kredit Alan, Kredit Razılaşması üzrə götürdüyü kredititin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 26 yanvar 2015-ci il tarixli ÖDƏNİŞ PLANİna uyğun olaraq Banka ödəməlidir. İş materiallarında olan 18 aprel 2016-cı il tarixli Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 002R**********SA saylı Sazişə əsasən, 1. Bank ilə Kredit Alan arasında 20 noyabr 2009-cu il tarixli 09L000000910 saylı Kredit Xətti Müqaviləsi üzrə 02 iyun 2015-cı ıl tarixdə bağlanmış 002R********** Kredit Razılaşması ("Kredit Razılaşması') əsasında verilmiş kreditin qalıq məbləğinə 18 04.2016-cı il tarixdən ayıq 1.1667% dərəcəsi ilə faizlər hesablanır. 2. Kredit Alan bu Sazişə əlavə olunan 18.04.2016-cı il tarixli Ödəniş Planına ('Ödəniş Planı") uyğun olaraq Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri Banka Ödəyir. İş materiallarında olan 25 yanvar 2017-ci il tarixli Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 002R**********SB saylı Sazişə əsasən, Bank ilə Kredit Alan arasında 20 noyabr 2009-cu il ta'ixli 09L000000910 saylı Kredit Xətti Müqaviləsi üzrə 02 iyun 2015-ci il tarixdə bağlanmış 002R********** Kredit Razılaşması («Kredit Razılaşması») əsasında Kredit Alan verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri bu Sazişə əlavə olunan 25 yanvar 2017-ci il tarixli Ödəniş Planına ("Ödəniş Planı") uyğun olaraq Banka ödəməlidir. İş materiallarında olan 03 noyabr 2017-ci il tarixli Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 002R**********SC saylı Sazişə əsasən, Bank ilə Kredit Alan arasında 20 noyabr 2009-cu il tarixli 091.000000910 saylı Kredit Xətti Müqaviləsi üzrə 02 iyun 2015-ci il tarixdə bağlanmış 002R********** Kredit Razılaşması («Kredit Razılaşması») əsasında Kredit Alan verilmiş kreditin qalıq məbləğini və ona hesablanmı? faizləri bu Sazişə əlavə olunan 03 noyabr 2017-ci il tarixli Ödəniş Planına ("Ödəniş Planı”) uyğun olaraq Banka ödəməlidir. İş materiallarında olan 19.12.2012-ci il tarixli 02S000018670 saylı, 19.12.2012-ci il tarixli, 02S000018671 saylı, 10.06.2010-cu il tarixli 09S000002836 saylı, 02.06.2015-ci il tarixli 002S**********01 saylı Zaminlik müqavilələrindən görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 ilə İddiaçı QSC arasında bağlanmış Zaminlik müqavilələrinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 02 iyun 2015-ci tarixli ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh6 və Cavabdeh4 məxsus Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 4K ünvanında yerləşən qeyri-yaşayış binası ipoteka müqaviləsilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, mənzil 125 Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1367 nömrəli reyestr kitabının 124953 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh6 və Cavabdeh4 məxsus Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 4K ünvanında yerləşən qeyri-yaşayış binasına İddiaçı QSC-nin xeyirinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 66 nömrəli reyestr kitabının 6294 nömrəli vərəqində 06.06.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borcludan banka olan borcunun ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 25.09.2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Cavabdeh4 və Cavabdeh6 ünvanlanmış bildirişin surətindən görünür ki, Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmeti olan mənzilə yönəltməyə başlamaqları barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 01.10.2020-ci il tarixli İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir. Həmin bildiriş 06.10.2020-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 07.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Məmmədov Cavabdeh1 06.10.2020-ci il tarixə 8088,15 ABŞ dolları əsas borcu, 5871,48 ABŞ dolları faiz borcu, 9051,6 ABŞ dolları cərimə borcu, 23011,23 ABŞ dolları ümumi borcu mövcuddur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 01.06.2021-ci il tarixli, 9/2880 №-li rəyi ilə, Cavabdeh1 İddiaçı QSCyə 30.10.2019-cu il tarixədək 8088,15 ABŞ dolları əsas borcu, faiz borcu üzrə 2044,06 ABŞ dolları olduğu müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 19.05.2021-ci il tarixli, 4/558 №-li rəyi ilə, Ekspertizaya təqdim edilmiş, Cavabdeh1 ilə İddiaçı QSC arasında olan 18.04.2016-cı il tarixli 002R**********SA nömrəli, 25.01.2017-ci il tarixli 02R**********SB nömrəli, 03.11.2017-ci il tarixli 002R**********SC nömrəli Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında Sazişlərdə (mülki işin 15- ci, 17-ci və 19-cu vərəqələri) "Kredit Alan:” qrafalarındakı imzalar və "həceнов X” əlyazmaları - Cavabdeh1 tərəfindən icra olunmuşdur. Beləliklə məhkəmədə müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında, sonuncu Bankdan 30000 ABŞ dolları məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Kreditin təminatı olaraq cavabdehlər Cavabdeh6 və Cavabdeh4 məxsus Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 4K ünvanında yerləşən qeyri-yaşayış binası 05.09.2017-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 ilə İddiaçı QSC arasında bağlanmış Zaminlik müqavilələrinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımaqları barədə öhdəlik götürmüşlər. İş üzrə iddiaçı «Accessbank” QSC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə Ekspertiza Mərkəzinin 01.06.2021-ci il tarixli, 9/2880 №-li rəyi ilə, Cavabdeh1 İddiaçı QSC-yə 30.10.2019-cu il tarixədək 8088,15 ABŞ dolları əsas borcu, faiz borcu üzrə 2044,06 ABŞ dolları olduğu müəyyən edilir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsi imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır, lakin faiz borcunun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarış, maliyyə arayışından və ekspert rəyindən də görünür ki, cavabdehlərin iddiaçıya 8088,15 ABŞ dolları məbləğində əsas borcu, 2044,06 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit üzrə 9051,6 ABŞ dolları cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından həmin məbləğ azaldılmalı, 500 ABŞ dollarına endirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi tələbin cavabdehlər Cavabdeh6 və Cavabdeh4 məxsus Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 4K ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması, eyni zamanda ipoteka predmeti olan Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 4K ünvanında yerləşən qeyri- yaşayış binasına (çayxana) (həyətyanı tikili və qurğular ilə birlikdə) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsində qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296-cı maddəsinə əsasən, girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. İpoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə qeyd edir ki, məhkəmənin 20.04.2021-ci il tarixli qərardadına əsasən əmlakın qiymətləndirmə ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin rəyi ilə cavabdehlər Cavabdeh6 və Cavabdeh4 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 4K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid qiyməti 25200 (iyirmi beş min iki yüz) manat müəyyən edilir. Məhkəmə hesab edir ki, borc tələbi ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 4K ünvanında yerləşən qeyri- yaşayış binasına (çayxana) (həyətyanı tikili və qurğular ilə birlikdə) yönəldilməli, həmin daşınmaz əmlak açıq hərraca çıxarılmalı, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 4K ünvanında yerləşən qeyri- yaşayış binasının açıq hərracda ilkin satış qiyməti 25200 (iyirmi beş min iki yüz) manat müəyyən edilməli, qeyri-yaşayış sahəsi satılmalı və ondan əldə ediləcək vəsait cavabdehlərin banka olan borcunun ödənilməsinə yönəldilməli, qeyriyaşayış sahəsinin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ cavabdehlər Cavabdeh6 və Cavabdeh4 qaytarılmalı, qeyri-yaşayış sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh6 və Cavabdeh4 Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 4K ünvanında yerləşən qeyri- yaşayış binasını tərk etməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçının cavabdehin ipoteka ilə yüklü edilmiş qeyri yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi ilə bağlı iddia tələbi irəli sürməkdə subyektiv hüququ yoxdur. Ona görə də həmin hissədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutularaq, 283 manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına, 200 manat məbləğində pul "xxxx" MMC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 8088,15 ABŞ dolları əsas borc, 2044,06 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 10.632,21 (on min altı yüz otuz iki ABŞ dolları, iyirmi bir sent) ABŞ dolları məbləğində borc, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutulsun. Borc tələbi ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfıqabad qəsəbəsi Şamaxı yolu 4K ünvanında yerləşən qeyri-yaşayış binasına (çayxana) (həyətyanı tikili və qurğular ilə birlikdə) yönəldilsin, həmin daşınmaz əmlak açıq hərraca çıxarılsın, Bakı şəhəri Qaradağ rayonu Müşfıqabad qəsəbəsi Şamaxı yolu 4K ünvanında yerləşən qeyriyaşayış binasının (çayxana) (həyətyanı tikili və qurğular ilə birlikdə) açıq hərracda ilkin satış qiyməti 25200 (iyirmi beş min iki yüz) manat müəyyən edilsin. Qeyri-yaşayış sahəsi satılsın və ondan əldə ediləcək vəsait cavabdehlərin banka olan borcunun ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ cavabdehlər Cavabdeh6 və Cavabdeh4 qaytarılsın. Qeyri-yaşayış sahəsinin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Qeyri-yaşayış sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh6 və Cavabdeh4 Bakı şəhəri Qaradağ rayonu Müşfıqabad qəsəbəsi Şamaxı yolu 4K ünvanında yerləşən qeyri-yaşayış binasını (çayxana) (həyətyanı tikili və qurğular ilə birlikdə) tərk etsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq və məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatlarının dəyəri 283 (iki yüz səksən üç) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq, VÖEN **********, Hesab № AZN: AZ25GUNA********************, Bank: Gunay Bank ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594, SWİFT:GUNAAZ22 "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1263/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1263/2021
09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver