Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1279/2021 12.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “cavabdeh hüquqi şəxslərin hərəkətsizliyi və verilmiş sorğuya cavab verilməsinin cavabdehlərə həvalə edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “cavabdeh hüquqi şəxslərin hərəkətsizliyi və verilmiş sorğuya cavab verilməsinin cavabdehlərə həvalə edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia təmin edilərək, xx xxxxxx 2020-ci il tarixli sorğuların - Cavabdeh1 tərəfindən rəsmi qaydada qəbul edildiyi xx xxxxxxxx 2020-ci il tarixdən üç ay yarımdan (115 gündən), Cavabdeh2 tərəfindən rəsmi qaydada qəbul edildiyi xx xxxxxxxx 2020-ci il tarixdən isə üç aydan (90 gündən) artıq bir vaxt keçməsinə baxmayaraq, hələ də cavabdehlər tərəfindən sorğulara rəsmi cavab verilmədiyi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etdiyi hərəkətsizliklərin qanunsuz hesab edilməsi, xx xxxxxx 2020-ci il tarixli sorğuların - məzmununda göstərildiyi kimi, onun və övladı X6 rəsmi qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən yaşayış evi söküldükdən sonra, onun yerində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilən hündürmətbəli binadakı müvafiq mənzilə dair müqavilənin təsdiq olunmuş surətinin verilməsi vəzifəsi cavabdehlərin öhdəsinə qoyulması, xx xxxxxx 2020-ci il tarixli sorğunun - Cavabdeh1 tərəfindən rəsmi qaydada qəbul edildiyi xx xxxxxxxx 2020-ci il tarixdən üç ay yarımdan (115 gündən) artıq bir vaxt keçməsinə baxmayaraq, hələ də cavabdeh tərəfindən sorğuya rəsmi cavab verilmədiyi üçün Cavabdeh1 etdiyi hərəkətsizlik nəticəsində, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl (hərəkətsizlik) kimi vurduğu ziyana görə 5.000 (beş min) manat məbləğində təzminat pulunun Cavabdeh1ndən onun xeyrinə tutulması, xx xxxxxx 2020-ci il tarixli sorğunun - Cavabdeh2 tərəfindən rəsmi qaydada qəbul edildiyi xx xxxxxxxx 2020-ci il tarixdən üç aydan (90 gündən) artıq bir vaxt keçməsinə baxmayaraq, hələ də cavabdeh tərəfindən sorğuya rəsmi cavab verilmədiyi üçün Cavabdeh2 etdiyi hərəkətsizlik nəticəsində, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməli olduğuna və qanunla zərərin əvəzini ödəmək vəzifəsinin zərəri vurmayan şəxsin öhdəsinə qoyula bildiyinə görə 5.000 (beş min) manat məbləğində təzminat pulunun Cavabdeh2ndən onun xeyrinə tutulması, onun tərəfindən məhkəmə üçün ödənilən 30,80 (otuz manat səksən qəpik) manat məbləğində olan dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun və övladı X6 rəsmi qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən yaşayış evi söküldükdən sonra yerində - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilən hündürmətbəli binadakı müvafiq mənzilə dair müqavilə bağlanmışdır. Həmin müqavilə onların hüquqlarının gələcək təminatı ilə bağlı olduğundan onlar məsələ ilə bağlı sorğu verilməsi üçün “Hüquqi yardımın göstərilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli 1213 nömrəli müqavilə bağlanmış, o cümlədən bu müqavilə əsasında, bütün dövlət və qeyri-dövlət orqanlarına sorğu verilməsinə dair hüquqi hərəkətlərin edilməsi ilə bağlı alınmış xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli order alınmışdır. Qeydolunan xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli orderin təsdiq olunmuş surəti də əlavə olunmaqla, xx xxxxxx 2020-ci il tarixli 110 nömrəli vəkil sorğusuna əsasən, Cavabdeh1 İddiaçı rəsmi qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən yaşayış evi söküldükdən sonra yerində Cavabdeh1 tərəfindən inşa edilən hündürmətbəli binadakı müvafiq mənzilə dair bağlanmış müqavilənin surətinin təqdim olunması barədə sorğu göndərilmişdir. Sözügedən sorğunun poçt vasitəsilə Cavabdeh1nə rəsmi qaydada göndərilməsi xx xxxxxx 2020-ci il tarixli qəbzlə sübut olunur. Sözükeçən sorğunun poçt vasitəsilə Cavabdeh1 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə rəsmi qaydada qəbul olunması xəbərnamə ilə sübuta yetirilir. Bundan başqa, adıgedən xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli orderin təsdiq olunmuş surəti də əlavə olunmaqla, xx xxxxxx 2020-ci il tarixli 112 nömrəli vəkil sorğusuna əsasən, Cavabdeh2nə İddiaçı rəsmi qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, 26 ünvanında yerləşən ev söküldükdən sonra yerində Cavabdeh2 tərəfindən inşa edilən hündürmətbəli binadakı müvafiq mənzilə dair bağlanmış müqavilənin surətinin təqdim olunması barədə Sorğu verilmiş və həmin Sorğu xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh2 tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, adıkeçən sorğunun – Cavabdeh1 tərəfindən rəsmi qaydada qəbul edildiyi xx xxxxxxxx 2020-ci il tarixdən üç ay yarımdan (115 gündən), cavabdeh “Avrasiya Construction LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rəsmi qaydada qəbul edildiyi xx xxxxxxxx 2020-ci il tarixdən isə üç aydan (90 gündən) artıq bir vaxt keçməsinə baxmayaraq, hələ də cavabdehlər tərəfindən sorğulara rəsmi cavab verilməmiş və bununla da, hərəkətsizlik edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, Kommersiya qurumlarının dövlət reyestrindən alınmış məlumata əsasən cavabdehlərdən biri olan Cavabdeh1 hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 4, mənzil 19 olduğu üçün qanunvericiliyin tələbinə uyğun olaraq, iddia tələbi də aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırılmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X4 iddia ərizəsini qəbul etməyərək, Cavabdeh2 ilə X8 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilənin bir surətini iddiaçı şəxsin nümayəndəsi və vəkili olan şəxsə təqdim edərək, iddia tələbinin təmin edilməsi üçün mövcud olan hüquqi əsaslar aradan qalxdığından, həmçinin müvafiq müqavilə üzrə tərəf İddiaçı olmadığından onun tərəfindən irəli sürülmüş iddia ərizəsi heç bir hüquqi əsasa söykənmədiyindən onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1nə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: X6 notariat kontoruna ünvanladığı xx xxxxxx 2018-ci il tarixli ərizəsinin surətindən və məzmunundan görünür ki, X3 istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsində yerləşən 26 nömrəli evin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sökülməsinə və əvəzində tikiləcək evdə yeni mənzilin verilməsinə etiraz etməyərək, razlığını bildirmişdir; İddiaçı notariat kontoruna ünvanladığı xx xxxxxx 2018-ci il tarixli ərizəsinin surətindən və məzmunundan görünür ki, X3 istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsində yerləşən 26 nömrəli evin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sökülməsinə və əvəzində tikiləcək evdə yeni mənzilin verilməsinə etiraz etməyərək, razlığını bildirmişdir; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti-birinci tərəf ilə X8-ikinci tərəf arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 26 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən xx xxxxxx 1989-cu il tarixdə X5 verilmiş 113 nömrəli qərara əsasən mülkiyyətçiyə istifadə hüququ üzrə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirirək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş istifadəsində olan iki otaqlı 29,3 kv.metr (faktiki 88 kv.metr) mənzilin ümumi sahəsinə əlavə etməklə: 1-ci giriş, 14-cü mərtəbədə, tam təmirli, iki otaqlı, 60 kv.metr; 2-ci giriş, 9-cu mərtəbədə, orta təmirli, iki otaqlı, 60 kv.metr və 1-ci giriş, 10-cu mərtəbədə, orta təmirli, bir otaqlı, 44 kv.metr mənzilləri “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür (1.1-ci bənd). Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh2nə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzilləri qəbul etməyi öhdəsinə götürmüşdür (1.2-ci bənd); İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh1nə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 110 nömrəli məktubun surətindən və məzmunundan görünür ki, İddiaçı və X9 ona müraciət edərək, onların rəsmi qeydiyyatda olduqları ünvan 1 ünvanında müvafiq cəmiyyət tərəfindən tikilən hündürmərtəbəli binadakı mənzillərin vətəndaşlara verilməsi ilə bağlı hazırladığı müqavilənin rəsmiləşdirilməsi məqsədilə razılıq ərizəsinə imza atdıqlarını bildirmişlər. Eyni zamanda, vətəndaşlar onunla bütün dövlət və qeyri-dövlət orqanlarına sorğu verilməsi üçün xx xxxxxx 2020-ci il tarixli 1213 nömrəli müqavilə bağlamış və həmin müqavilənin əsasında, sözügedən hüquqi hərəkətlərin edilməsi ilə bağlı onun tərəfindən eyni tarixli ******* nömrəli order alınmışdır. Yaranmış zərurətlə əlaqədar İddiaçı həyat yoldaşı və X6 atası olan X11 ilə bağlanmış, o cümlədən ünvan 1 ünvanında yerləşən evin söküldükdən sonra qarşılığında veriləcək məzillə bağlı bağlanmış müqavilənin surətinin verilməsi xahiş olunmuşdur; İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 112 nömrəli məktubun surətindən və məzmunundan görünür ki, İddiaçı və X9 ona müraciət edərək, onların rəsmi qeydiyyatda olduqları ünvan 1 ünvanında müvafiq cəmiyyət tərəfindən tikilən hündürmərtəbəli binadakı mənzillərin vətəndaşlara verilməsi ilə bağlı hazırladığı müqavilənin rəsmiləşdirilməsi məqsədilə razılıq ərizəsinə imza atdıqlarını bildirmişlər. Eyni zamanda, vətəndaşlar onunla bütün dövlət və qeyri-dövlət orqanlarına sorğu verilməsi üçün xx xxxxxx 2020-ci il tarixli 1213 nömrəli müqavilə bağlamış və həmin müqavilənin əsasında, sözügedən hüquqi hərəkətlərin edilməsi ilə bağlı onun tərəfindən eyni tarixli ******* nömrəli order alınmışdır. Yaranmış zərurətlə əlaqədar İddiaçı həyat yoldaşı və X6 atası olan X11 ilə bağlanmış, o cümlədən ünvan 1 ünvanında yerləşən evin söküldükdən sonra qarşılığında veriləcək məzillə bağlı bağlanmış müqavilənin surətinin verilməsi xahiş olunmuşdur; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı nümayəndəsi və vəkili Vəkil ünvanladığı xx xxxx 2021-ci il tarixli ***-**-** nömrəli məktubun surətindən və məzmunundan görünür ki, xx xxxxxx 2020-ci il tarixli 112 nömrəli məktuba cavab olaraq qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən evin söküldükdən sonra qarşılığında veriləcək mənzillə bağlı sorğuda adları çəkilən vətəndaşlar və Cavabdeh2 arasında müqavilə bağlanmamışdır. Bununla bağlı həmin müqavilənin surətinin konfıdensiallıq səbəbindən təqdim edilməsi mümkün deyildir. Müqavilənin sürəti yalnız müqavilə tərəfinə təqdim edilməsinin mümkünlüyü bildirilmişdir; xx xxxxxx 2020-ci il tarixli **********08 nömrəli qəbzdən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilə başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X8 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 26 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən xx xxxxxx 1989-cu il tarixdə X5 verilmiş 113 nömrəli qərara əsasən mülkiyyətçiyə istifadə hüququ üzrə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirirək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş istifadəsində olan iki otaqlı 29,3 kv.metr (faktiki 88 kv.metr) mənzilin ümumi sahəsinə əlavə etməklə: 1-ci giriş, 14-cü mərtəbədə, tam təmirli, iki otaqlı, 60 kv.metr; 2-ci giriş, 9-cu mərtəbədə, orta təmirli, iki otaqlı, 60 kv.metr və 1-ci giriş, 10-cu mərtəbədə, orta təmirli, bir otaqlı, 44 kv.metr mənzilləri “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh2nə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzilləri qəbul etməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “cavabdeh hüquqi şəxslərin hərəkətsizliyi və verilmiş sorğuya cavab verilməsinin cavabdehlərə həvalə edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı şəxsin tələb etdiyi müvafiq müqavilə Cavabdeh2 nümayəndəsi X4 tərəfindən təqdim edildiyindən və bununla da iddia tələbinin qismən təmin edilməsi üçün müəyyən edilmiş əsaslar olmadığından, həmçinin aradan qalxdığından iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “cavabdeh hüquqi şəxslərin hərəkətsizliyi və verilmiş sorğuya cavab verilməsinin cavabdehlərə həvalə edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia tələbi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “cavabdeh hüquqi şəxslərin hərəkətsizliyi və verilmiş sorğuya cavab verilməsinin cavabdehlərə həvalə edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1279/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1279/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver