Məhkəmə qərarları › İş №2(005)-1306/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1306/2025

21.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1306/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 22 fevral 2023-cü il tarixli “Barışıq sazişi”nin təsdiq edilməsi və aliment məbləğini hər ayın 22-ə qədər ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2022-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2022-ci tarixdə anadan olmuş X4 adlarında övladları vardır. Ailə münasibətlərində yaranmış narazılıqlarla əlaqədər ilk növbədə Bakı 11 saylı Mediasiya Təşkilatına müraciət elmişdir. Mediasiya prosesi nəticəsində tərəflər arasında nikahın məhkəmə qaydasında, birgə nikahdan olan xx.xx.2022-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 ananın himayəsində qalmasına və maraqlı tərəf X5 xx.xx.2022-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ayın 22-sinə qədər hər birinə. 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürülməsinə dair razılığa gəlinmə ilə əlaqədar Bakı 11 saylı mediasıya Təşkilatımı MŞB/11/2073-00369 nömrəli, xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişində tərəflor arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Lakin həmin müddət bitməsinə keçməsinə baxmayaraq bu günədək X7 hər iki övladlarına alimentin ödənilməsindən tamamilə yayınmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs tələbi qəbul etdiyini, lakin hazırda ödəyə bilmədiyini, hazırda maaşından kredit borcunun tutulduğunu bildirdi. İş materiallarında olan 01 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İV№ 704238 saylı və xx.xx.2022-ci il tarixli AZ- İV№704237 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-1523/2023 saylı qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs ilə Kərəmova (Ağayeva) Ləman Əli qızı arasında 2307.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbdəsi tərəfindən qeydə alınmış və 82 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 anaları Kərəmova (Ağayeva) Ləman Əli qızının himayəsində saxlanılması qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında olan nikah qeydi xx.xx.2023-cü ildə pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 223 №-i ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı 11 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci) Ərizəçi və (ikinci) Maraqlı şəxs razılaşırlar ki, Maraqlı şəxs övladları xx.xx.2022-ci il doğum tarixli X2 və xx.xx.2022-ci il doğum tarixli X1 Ərizəçi himayəsində qalmasına etiraz etmir. Kərəmov Maraqlı şəxs Ləman Əli qızına xx.xx.2023-cü il tarixdən başlayaraq övladları xx.xx.2022-ci il doğum tarixli X6 və xx.xx.2022-ci il doğum tarixli X4 yetkinlik yaşına çatanadək, hər ayın 22-nə qədər hər birinə, 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Ərizəçi Maraqlı şəxs övladları xx.xx.2022-ci il doğum tarixli X6 və xx.xx.2022-ci il doğum tarixli X3 ilə həftə sonları günün saat 09:00-18:00 dək olan vaxtlarında heç bir maneə yaratmadan ünsiyyət qurmağına şərait yaradacaq. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə X8 arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan xx.xx.2023-cü il tarixli, barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 11 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ayın 22-ə qədər hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron kabinetdən Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədə şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 1 ay sonra qanuni qüvvəyə minir. Hakim: Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar