Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1314/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, xx xxxxxx 2018-ci il tarixdə oğlu X10 dünyaya gəlmişdir. Oğlu təzə doğulan vaxtı normal olmuş, bir müddətdən sonra uşaqda narahatçılıqlar yaranmışdır. Uşaqda qan çox aşağı oldu]undan onu Talassemiyada qəbul etməmişlər, daha sonra “Qarayev” adına dövlət xəstəxanasında qəbul edilmişdir. Qan vurulduqdan sonra uşaq daha yaxşı olmuşdur. X8 Aləmşah həkimin qəbuluna getmişlər. Həkimin məsləhəti ilə uşağın sümük iliyindən punksiya edilmiş, uşaqda blast hüceyrələr çıxmışdır. Aləmşah həkim məsləhət görmüşdür ki, uşağı Türkiyəyə aparsınlar. Pandemiya olduğuna görə, sənədlərin toplanması, Covid analizinin verilməsi vaxt apardığına görə xx xxxxxxxx 2020ci ildə Türkiyəyə getmiş, X13 Xəstəxanasına yerləşdirilmişlər. Xəstəxanada uşağa biopsiya edilmiş, biopsiyanın cavablarına görə uşaqda blast hüceyrələrinin olması və eyni zamanda digər anormal hüceyrələrin olması aşkarlanmışdır. Uşağın xəstəxanada yatmalı olduğu bildirilmiş, qan vurulmuş, trombositlər köçürülmüşdür. Həmin xəstəxanada olan həkimlər oğlan uşaqlarında belə halların olduğunu və 3 aydan sonra heç bir müdaxilə olmadan öz-özünə keçib gedə bildiyini bildirmişlər. Bundan sonra Bakıya qayıtmaq üçün onlara rapor verilmişdir. 3 ay ümidi ilə xx xxxxxxxx 2020-ci ildə Bakıya qayıtmışlar. Dekarın 18-də uşağın 2 yaşı tamam olacaqdı və yanvarda uşağı yenidən müayinə etdirməyi düşünmüşlər. Bakıya qayıtdıqları vaxtdan uşağın gündəlik qidalanması, yuxu saatları normal olmuş, yəni uşağın ümumi vəziyyəti tam normal qənaətbəxş olmuşdur. xx xxxxxx 2020-ci ildə uşağın halı ağırlaşmış, təcili yardım çağırsalar da, həmişəki kimi vaxtında gəlməmişdir. Həmin gün yoldaşı dəfələrlə təcili tibbi yardıma zəng etdikdən sonra təcili yardım gec gəlmiş, müvafiq yardımlar etmiş, lakin özləri də uşağın artıq dünyasını dəyişdiyini müəyyən etmişlər. Təcili və X6 Stansiyasının 1 saylı bölməsi onlara xx.xx.2020ci il tarixli “ölüm haqqında xəbərdarlıq” vərəqəsi vermişdir. Həmin vərəqəyə əsasən uşağın ölməsi təsdiq edilir. Bundan sonra onlar ölüm haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri Nərimanv rayon Qeydiyyat şöbəsinə müraciət etmişlər. Onlara imtina məktubu ilə bildirilmişdir ki, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Buna əsasən şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi, xx xxxxxx 2018-ci il təvəllüdlü X4 xx xxxxxx 2020-ci il tarixdə ölməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X3 ifadəsində ərizəçinin uşağının xəstə olduğunu, xx.xx.2020-ci il tarixdə vəfat etdiyini bildirdi. Məhkəmə iclasında şahid X9 ifadəsində ərizəçinin uşağının onkoloji xəstə olduğunu, müalicə üçün Türkiyəyə aparıldığını, xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etdiyini təsdiqlədi. İş materiallarında olan Bakı Şəhər Nərimanov Rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 08 №-li məktubundan görünür ki, Bakı şəhəri Maraqlı şəxs X5 müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Bakı Şəhər Pirallahı rayonu, Gürgən Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 02 №-li arayışından görünür ki, X10 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və o, Pirallahı rayonu, Gürgən qəsəbəsində yerləşən qəbristanlıqda dəfn edilmişdir. İş materiallarında olan TTYS Statistika şöbəsinin Təcili və X6 Stansiyası Ölüm Haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci ildə X4 vəfat etməsi qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1089-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan 1 saylı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İV 216281 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan 5 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ №-li 112918 saylı, xx.xx.2016-cı il tarixli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X11 ilə X1 xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanmasına dair akt qeydləri kitabında 1107 saylı akt qeydi tərtib olunmuş, ərə Bayramov, arvada Bayramova soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2018-ci il təvəllüdlü X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1314/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1314/2021
03.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver