Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1351/2020 27.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, mərhum x5 onun həyat yoldaşı idi. O, 1951-ci ildə Bakı şəhərində doğulmuşdur. 2014-cü ilin oktyabr ayından yataq xəstəsi olmuşdur. xx.xx.2020-ci il tarixdə həyat yoldaşının xasiyyəti ağırlaşmış və x8 gələnə kimi vəfat etmişdir. Mərhumu həmin gün Pirşağı qəsəbə qəbiristanlığında dəfn etmişlər. Bundan sonra o, ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə rəsmi olaraq müraciət etmiş və ona rəsmi qaydada bildirilmişdir ki, ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər onda ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlidir. O, bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, x2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəllərinin iştirakını təmin etməmişdir. Eyni zamanda ərizə təqdim edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə işə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan Bakı Şəhər Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, 05/75-171 №li məktubundan görünür ki, Bakı şəhəri Maraqlı şəxs Ərizəçi müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 204 №-li arayışından görünür ki, x1 qəsəbə qəbirstanlığında xx.xx.2020-ci il tarixdə dəfn olunmuşdur. İş materiallarında olan BŞT və TTYS Statistika şöbəsinin Təcili və x3 Stansiyası Ölüm Haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il saat 06:05-də x2 vəfat etməsi qeyd edilmişdir. İş materiallarında olan Nərimanov RPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x5 xx.xx.1951-ci il tarixdə Bakı şəhərində kəndində anadan olmuşdur. İş materiallarında olan Nərimanov RPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1948-ci il tarixdə Şamxor şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli İ-JQ 406945 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi və x5 arasında xx.xx.1976-cı il tarixdə 3256 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş 18 saylı MKİS-in xx.xx.2020-ci il tarixli, 18/301 saylı arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, H.Əliyev pr, 76 saylı evin 4 nömrəli mənzilində qeydiyyatdadır. Onun yoldaşı x4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1951-ci il təvəllüdlü x2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması üçün kifayət qədər araşdırılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü x2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1351/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1351/2020
27.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver