Məhkəmə qərarları › İş №2(005)-1366/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1366/2022

29.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1366/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 02 noyabr 1957-ci il təvəllüdlü X2 ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, atası X3 1 yaşadıqları evin yaxınlığında vəfat etmiş, fakt üzrə Bakı şəhəri, Nərimanov Rayon Prokurorluğunda araşdırılma aparılmış, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, atası X3 02 noyabr 1957-ci il tarixdə anadan olmuş, uzun illərdi ki, yuxarıda qeyd olunan ünvanda yaşayırdı. Uzun müddət ərzində şəkərli diabet xəstəliyindən əziyyət çəkmiş və 8 saylı şəhər poliklinikasında qeydiyyatda olmuşdur. 10 dekabr 2021-ci il tarixdə isə həmin xəstəliyin kəskinləşməsi ilə əlaqədar vəfat etmişdir. Göründüyü kimi, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X2 ölümündə kənar şəxsin təqsiri olmamış və bu səbəbdən də cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Hadisə yerinə təcili yardım gəlib müayinə etsə də, onlara arayış verməmiş, Bunun da, nəticəsində 8 saylı şəhər poliklinikasında qeydiyyatda olsa da, onlara 88 forma arayış verməmişlər. Bunun da səbəbin meyidin polis orqanına verilməsi ilə izah etmişlər. Bu səbəbdən də onlar ölüm haqqında şəhadətnamə ala bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3 maddəsinə tələblərinə uyğun olaraq, ölümün təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Nərimanov rayon prokurorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında 11 yanvar 2022-ci il tarixli qərarının surətinə əsasən X2 ölməsi faktında cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir; Nərimanov rayon prokurorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında 11 yanvar 2022-ci il tarixli qərarının surətindən görünür ki, araşdırma zamanı mərhum X2 oğlu Vüsal Ələsov ərizə ilə rayon prokurorluğuna müraciət edərək bildirmişdir ki, 02.11.1957-ci il təvəllüdlü atası Cahangir Ələsov uzun müddət ərzində şəkərli diabet xəstəliyindən əziyyət çəkmiş və 8 saylı şəhər poliklinikasında qeydiyyatda olmuşdur. 10 dekabr 2021-ci il tarixdə isə həmin xəstəliyin kəskinləşməsi ilə əlaqədar vəfat etmişdir. Atası Cahangirin ölümü ilə bağlı heç kimə qarşı şikayəti və ya tələbi yoxdur, ona görə də, atasının meyitinin meyitxanaya aparılaraq məhkəmə-tibbi ekspertizasından keçirilməsindən imtina edir. 29.06.2018-ci il tarixdə ASAN 5 tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1989-cu il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, B\X6, ev 193B ünvanında qeydiyyatdadır; 02.02.2009-cu il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 06960867 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən 02.11.1957-ci il tarixdə Azərbaycan Respublikası, Şəmkir rayonu, Zəyəmcırdaxan kəndində anadan olmuş X3 Bakı şəhəri, B\X6, ev 193B ünvanında qeydiyyatdadır; 26.01.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası, Şəmkir rayonu, Zəyəmcırdaxan kəndində anadan olmuş X3 Ərizəçi atasıdır. Ərizəçi Bakı şəhəri, B\X6, ev 193B ünvanında qeydiyyatdadır. X3 10.12.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X2 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 10.04.1951-ci il tarixdə Azərbaycan Respublikası, Şəmkir rayonu, Zəyəmcırdaxan kəndində anadan olmuş X2 10.12.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 02.11.1957-ci il tarixdə Azərbaycan Respublikası, Şəmkir rayonu, Zəyəmcırdaxan kəndində anadan olmuş X2 10.12.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar