Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-139/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 49087.94 (qırx doqquz min səksən yeddi manat doxsan dörd qəpik) manat əsas, 614,73 (altı yüz on dörd manat yetmiş üç qəpik) manat faiz, cəmi 49702,67 (qırx doqquz min yeddi yüz iki manat altmış yeddi qəpik) manat pul, iddia ərizəsinə görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30.40 (otuz manat qırx qəpik) manat ödənişin tutulması; ipoteka predmeti olan Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilinin ilkin satış qiyməti müəyyən edilməsi, tutma Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, giriş 87, M12 ünvanında yerləşən 5 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbi satılmış əmlakın hesabına hesabına ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, giriş 87, M12 ünvanında yerləşən 5 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslər 1 ay ərzində həmin evi tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, lakin iddiaçının nümayəndəsi Əli Nurullayev xx.xx.2021-ci il tarixində məhkəmə dəftərxanası vasitəsi ilə ərizə ilə müraciət edərək, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etməmiş, habelə bununla bağlı məhkəməyə hər hansı ərizə ilə də müraciət etməmişdir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-139/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-139/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver