Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-142/2021 07.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı “xxxx ” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün faiz borcunun, əlavə xərclərin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx ” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün faiz borcunun, əlavə xərclərin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxx 2016ci il tarixli kredit müqaviləsi üzrə banka olan 66.000 (altmış altı min) ABŞ dolları məbləğində əsas, 21.876,43 (iyirmi bir min səkkiz yüz yetmiş altı dollar qırx üç sent) ABŞ dolları məbləğində faiz, 23.115,50 (iyirmi üç min bir yüz on beş dollar əlli sent) ABŞ dolları məbləğində cərimə və kredit müqaviləsi üzrə xx xxxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6.776,55 (altı min yeddi yüz yetmiş altı dollar əlli beş sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 117.768,48 (bir yüz on yeddi min yeddi yüz altmış səkkiz dollar qırx səkkiz sent) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun və 20 (iyirmi) manat məbləğində xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli li bağ evi və 0,1006 ha torpaq sahəsinə yönəldilməsi, həmin bağ evinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evi və 0,1006 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evi və 0,1006 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 (bir) ay sonra Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evi və 0,1006 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3 və digər şəxslərin həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması və iddiaçı banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx ” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2016-cı il 12 aprel tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “MXD” filialından illik 18% ilə 24 (iyirmi dörd) ay müddətinə 78.000 (yetmiş səkkiz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evi və 0,1006 ha torpaq sahəsi 2012-ci il 07 fevral tarixli ipoteka müqaviləsilə yüklü edilmiş, Cavabdeh2 ilə 2016-cı il 12 aprel tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2016-ci il 12 aprel tarixli kredit müqaviləsinə görə şortləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il fevralın 11-dək Cavabdeh1 2016-ci il 12 aprel tarixli kredit müqaviləsi üzrə banka 66.000 (altmış altı min) ABŞ dolları məbləğində əsas, 21.876,43 (iyirmi bir min səkkiz yüz yetmiş altı dollar qırx üç sent) ABŞ dolları məbləğində faiz, 23.115,50 (iyirmi üç min bir yüz on beş dollar əlli sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 110.991.93 (bir yüz on min doqquz yüz doxsan bir dollar doxsan üç sent) ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alnımışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx xxxxx 2016-ci il tarixli kredit müqaviləsi üzrə banka 66.000 (altmış altı min) ABŞ dolları məbləğində əsas, 21.876,43 (iyirmi bir min səkkiz yüz yetmiş altı dollar qırx üç sent) ABŞ dolları məbləğində faiz, 23.115,50 (iyirmi üç min bir yüz on beş dollar əlli sent) ABŞ dolları məbləğində cərimə və kredit müqaviləsi üzrə xx xxxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6.776,55 (altı min yeddi yüz yetmiş altı dollar əlli beş sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 117.768,48 (bir yüz on yeddi min yeddi yüz altmış səkkiz dollar qırx səkkiz sent) ABŞ dolları məbləğində borcu vardır. xx xxxxx 2016-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh şəxs tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh şəxs tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazıınnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli 2(005)-142/2021 nömrəli qərardadı ilə iddiaçı “xxxx ” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün faiz borcunun, əlavə xərclərin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiaya Cavabdeh2 öldüyündən ona aid hissədə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “MXD” (əvvəlki İddiaçı X3 Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Mərkəzi) filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli 6-BİZ-1-0-112-16 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh1 iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “MXD” (əvvəlki İddiaçı X3 Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Mərkəzi) filialından illik 18% ilə 24 (iyirmi dörd) ay müddətinə 78.000 (yetmiş səkkiz min) ABŞ dolları məbləğində kredit götürmüşdür; iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti (əvvəlki İddiaçı X3 Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli 6-BİZ-1-0-112-16 (Z1) nömrəli zaminlik müqaviləsinin surətindən və məzmunundan görünür ki, xx xxxxx 2016-cı il tarixli 6-BİZ-1-0-112-16 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür; iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti (əvvəlki İddiaçı X3 Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli 6-BİZ-1-0-112-16(İ) nömrəli sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, xx xxxxx 2016-cı il tarixli 6-BİZ-1- 0-112-16 nömrəli bərpa olunmayan kredit xətti üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evi və 0,1006 ha torpaq sahəsi iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki İddiaçı X3 Açıq Səhmdar Cəmiyyəti) xeyrinə ipoteka ilə yüklü edilmişdir; Azərbaycan Respublikası X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evi və 0,1006 ha torpaq sahəsi İddiaçı X3 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində xx xxxxx 2016-cı il tarixdə 43 nömrəli reyestr kitabının 4634 nömrəli vərəqində qeydiyyata alınmışdır; xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh1 xx xxxxx 2016-ci il tarixli 6-BİZ-1-0-112-16 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə banka 66.000 (altmış altı min) ABŞ dolları məbləğində əsas, 30.147,93 (otuz min bir yüz qırx yeddi dollar doxsan üç sent) ABŞ dolları məbləğində faiz, 23.115,50 (iyirmi üç min bir yüz on beş dollar əlli sent) ABŞ dolları məbləğində cərimə və kredit müqaviləsi üzrə xx xxxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6.776,55 (altı min yeddi yüz yetmiş altı dollar əlli beş sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 119.263,43 (bir yüz on doqquz min iki yüz altmış üç dollar qırx səkkiz sent) ABŞ dolları məbləğində borcu vardır; “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh3 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin məzmunundan görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə onun bağladığı müvafiq ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evi və 0,1006 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İcrası yuxarıda qeyd olunan ipoteka ilə təmin olunmuş xx xxxxx 2016-ci il tarixli 6-BİZ-1-0-112-16 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə verilmiş kredit üzrə qalıq borc məbləğinin ödənilməsinin vaxtında həyata keçirilməməsi səbəbindən ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlanılması barədə xəbərdar edilmişdir; 384886 nömrəli poçt qəbzindən görünür ki, müvafiq bildirişin surətini xx xxxxxx 2020-ci il tarixdə Minyasov Abas adlı şəxs qəbul etmişdir; “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizəsindən görünür ki, Cavabdeh3 məxsus və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evi və 0,1006 ha torpaq sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş həmin təşkilatda xx xxxxxx 2020-ci il tarixdə qeydə alınmış, 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı ödənilmişdir; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2020-ci il tarixli QXM seriyalı 318M nömrəli qiymətləndirmə rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evinin bazar dəyəri 90.000 (doxsan min) manat və 0,1006 ha torpaq sahəsinin bazar dəyəri 50.000 (əlli min) manat məbləğində müəyyən edilmişdir; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2021-ci il tarixli LF seriyalı 01 nömrəli qiymətləndirmə rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evinin bazar dəyəri 443.700 (dörd yüz qırx üç min yeddi yüz) manat, likvid dəyəri 400.000 (dörd yüz min) manat məbləğində müəyyən edilmişdir; “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2021-ci il tarixli ƏEM/F seriyalı 71-153/21 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatın məzmunundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evinin 0,1006 ha torpaq sahəsi ilə birlikdə xx xxxxxx 2021-ci il tarixinə bazar dəyəri 400.000 (dörd yüz min) manat, likvid dəyəri 380.000 (üç yüz səksən min) manat məbləğində müəyyən edilmişdir; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəməyə müvafiq iddia tələbi ilə müraciət etmək üçün “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsini: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx xxxxx 2016-cı il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “MXD” filialından illik 18% ilə 24 (iyirmi dörd) ay müddətinə 78.000 (yetmiş səkkiz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evi və 0,1006 ha torpaq sahəsi 2012-ci il 07 fevral tarixli ipoteka müqaviləsilə yüklü edilmiş, Cavabdeh2 ilə xx xxxxx 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, müvafiq qaydada dövlət reyestrində qeydə alınmışdır. 2020-ci il fevralın 11-dək Cavabdeh1 2016-ci il 12 aprel tarixli kredit müqaviləsi üzrə banka 66.000 (altmış altı min) ABŞ dolları məbləğində əsas, 21.876,43 (iyirmi bir min səkkiz yüz yetmiş altı dollar qırx üç sent) ABŞ dolları məbləğində faiz, 23.115,50 (iyirmi üç min bir yüz on beş dollar əlli sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 110.991.93 (bir yüz on min doqquz yüz doxsan bir dollar doxsan üç sent) ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alnımışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx xxxxx 2016-ci il tarixli kredit müqaviləsi üzrə banka 66.000 (altmış altı min) ABŞ dolları məbləğində əsas, 21.876,43 (iyirmi bir min səkkiz yüz yetmiş altı dollar qırx üç sent) ABŞ dolları məbləğində faiz, 23.115,50 (iyirmi üç min bir yüz on beş dollar əlli sent) ABŞ dolları məbləğində cərimə və kredit müqaviləsi üzrə xx xxxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6.776,55 (altı min yeddi yüz yetmiş altı dollar əlli beş sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 117.768,48 (bir yüz on yeddi min yeddi yüz altmış səkkiz dollar qırx səkkiz sent) ABŞ dolları məbləğində borcu vardır. xx xxxxx 2016-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh şəxs tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh şəxs tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazıınnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh2 borcun ödənilməsi üçün tam öhdəlik daşımalıdır. Lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli 2(005)-142/2021 nömrəli qərardadı ilə müvafiq iddiaya Cavabdeh2 öldüyündən ona aid hissədə xitam verilməsi qərara alındığından, yalnız Cavabdeh1 öz risk dairəsinə daxil olan öhdəliyi icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi müvafiq kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcu hissəsində təmin edilməli, 66.000 (altmış altı min) ABŞ dolları məbləğində əsas və 21.876,43 (iyirmi bir min səkkiz yüz yetmiş altı dollar qırx üç sent) ABŞ dolları məbləğində faiz borcu Cavabdeh1 tərəfindən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödəməlidir. Məhkəmə iddianın əsas borca hesablanmış 23.115,50 (iyirmi üç min bir yüz on beş dollar əlli sent) ABŞ dolları məbləğində cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğlərinə mütənasib olmadığından endirilməli, müvafiq kredit xətti müqaviləsi üzrə 5.000 (beş min) ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh1ndən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 6.776,55 (altı min yeddi yüz yetmiş altı dollar əlli beş sent) ABŞ dolları məbləğində pul vəsaitinin tutulması” ilə bağlı hissəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilənlərə əsasən, iddia tələbinin “müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 6.776,55 (altı min yeddi yüz yetmiş altı dollar əlli beş sent) ABŞ dolları məbləğində pul vəsaitinin tutulması ilə bağlı” hissəsi təmin edilməli, müvafiq gecikdirilmiş faiz məbləği Cavabdeh1ndən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti (əvvəlki İddiaçı X3 Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli 6-BİZ-1-0-112-16(İ) nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən, xx xxxxx 2016-cı il tarixli 6-BİZ-1-0-112-16 nömrəli bərpa olunmayan kredit xətti üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evi və 0,1006 ha torpaq sahəsi iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki İddiaçı X3 Açıq Səhmdar Cəmiyyəti) xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən əmlak 299.000 (iki yüz doxsan doqquz min) manata qiymətləndirilmişdir (3.3-cü bənd). Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda torpaq sahəsinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evi və 0,1006 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq əmlakın qiymətləndirilməsi zamanı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2020-ci il tarixli QXM seriyalı 318M nömrəli qiymətləndirmə rəyi əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evinin ilkin satış qiyməti 90.000 (doxsan min) manat və 0,1006 ha torpaq sahəsinin ilkin satış qiyməti 50.000 (əlli min) manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmadığından, eləcə də qeyd edilən halın müstəqil iddia tələbinin predmeti olduğundan, iddia tələbi “həmin mənzillərə istifadə hüquqlarının itirilməsi” hissəsində təmin edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1ndən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxx 2016-ci il tarixli kredit müqaviləsi üzrə banka olan 66.000 (altmış altı min) ABŞ dolları məbləğində əsas, 21.876,43 (iyirmi bir min səkkiz yüz yetmiş altı dollar qırx üç sent) ABŞ dolları məbləğində faiz, 5.000 (beş min) ABŞ dolları məbləğində cərimə və kredit müqaviləsi üzrə xx xxxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6.776,55 (altı min yeddi yüz yetmiş altı dollar əlli beş sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 77.776,55 (yetmiş yeddi min yeddi yüz yetmiş altı dollar əlli beş sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc tutulmalı, Cavabdeh1ndən tutulmalı olan məbləğ-77.776,55 (yetmiş yeddi min yeddi yüz yetmiş altı dollar əlli beş sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borc öhdəliyinin təminatı kimi iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evinə və 0,1006 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak və torpaq sahəsi açıq hərrac yolu ilə realizə edilməli, bağ evinin və torpaq sahəsinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait cavabdeh (ipoteka qoyan) Cavabdeh3 verilməli, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evinin ilkin satış qiyməti 90.000 (doxsan min) manat, 0,1006 ha torpaq sahəsinin ilkin satış qiyməti 50.000 (əlli min) manat məbləğində müəyyən olunmalı, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evi və 0,1006 ha torpaq sahəsi açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1ndən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxx 2016-ci il tarixli kredit müqaviləsi üzrə banka olan 66.000 (altmış altı min) ABŞ dolları məbləğində əsas, 21.876,43 (iyirmi bir min səkkiz yüz yetmiş altı dollar qırx üç sent) ABŞ dolları məbləğində faiz, 5.000 (beş min) ABŞ dolları məbləğində cərimə və kredit müqaviləsi üzrə xx xxxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6.776,55 (altı min yeddi yüz yetmiş altı dollar əlli beş sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 77.776,55 (yetmiş yeddi min yeddi yüz yetmiş altı dollar əlli beş sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc, ödənilmiş 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı tutulsun. Cavabdeh1ndən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evinə və 0,1006 ha torpaq sahəsinə yönəldilsin. Həmin əmlak və torpaq sahəsi açıq hərrac yolu ilə realizə edilsin. Bağ evinin və torpaq sahəsinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh3 verilsin. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalıq borc ümumi qaydada cavabdehdən tutulsun., İpoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evinin ilkin satış qiyməti 90.000 (doxsan min) manat, 0,1006 ha torpaq sahəsinin ilkin satış qiyməti 50.000 (əlli min) manat məbləğində müəyyən olunsun. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 2 otaqlı, 183,1 kv.metr ümumi, 43,84 kv.metr yaşayış, 139,26 kv.metr yardımçı sahədən ibarət 55/4206 nömrəli bağ evi və 0,1006 ha torpaq sahəsi açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-142/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-142/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver