Məhkəmə qərarları › İş №2(005)-1438/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1438/2021

02.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1438/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Talıbov X1 Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, X2 xx.xx.1943-cü ildə Xocavənd rayonunda anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi 10/14-də qeydiyyatda olmaqla, orada yaşamışdır. Atası uzun müddət ürək çatışmazlığından əziyyət çəkdiyindən xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı Bakı şəhəri Nərimanov rayonu, E.İsaqzadə küçəsi 10/14-də ürək çatışmazlığından vəfat etmişdir.Təcili tibbi yardıma mərhum atamın adına çağırış edilmiş, lakin 17:27 radələrində həkim gələnə qədər X2 vəfat etmişdir. Atası poliklinikada qeydiyyatda olmadığından, ölüm haqqında həkim şəhadətnaməsi ala bilməmişdir. Mərhum atasının adına ölüm haqqında şəhadətnamə almaq üçün 5 saylı Bakı Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etsə də, qeydiyyat şöbəsi imtina məktubunda göstərmişdir ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Hesab edir ki, atası xx.xx.1943-cü ildə Xocavənd rayonunda anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi 10/14-də qeydiyyatda olan X3 xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Bakı şəhəri Nərimanov rayonu, E.İsaqzadə küçəsi 10/14-də ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi, mərhum atası xx.xx.1943-cü ildə Xocavənd rayonunda anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi 10/14-də qeydiyyatda olan X3 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X4 ifadəsində mərhum şəxsin onun qayınatası olduğunu, xx.xx.2020-ci il tarixdə vəfat etdiyini və Ağcəbədidə dəfn edildiyini bildirdi. Məhkəmə iclasında şahid X7 ifadəsində mərhumun nəvəsi olduğunu, babasının xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etdiyini, Ağcəbədidə dəfn edildiyini təsdiqlədi. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2021-ci il tarixli, 05/70-53 №-li məktubundan görünür ki, Maraqlı şəxs Ərizəçi müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 34№-li arayışından görünür ki, mərhum X8 xx.xx.2020-ci il tarixdə Ağcabədi rayonu Xocavənd kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan TTYS Statistika şöbəsinin Təcili və X6 Stansiyası Ölüm Haqqımda Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci ildə X3 vəfat etməsi qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı 03446327 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1943-cü il tarixdə Xocavənd rayonunda anadan olmuşdur. İş materiallarında olan Martuni Rayon ZAQS şöbəsi tərəfindən verilmiş xx.xx.1975ci il tarixli İİİ-JQ 455403 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Martuni rayonununda anadan olmuşdur. X2, anası X5r. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1943-cü il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1943-cü il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar