Məhkəmə qərarları › İş №2(005)-1454/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1454/2024

27.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1454/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs göstərilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/10-00607 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi cavabdeh X2 ilə 17 avqust 1999-cu ıl tarixdə birgə nikaha daxil olmuş və nikahları Bakı şəhəri Nərimanov rayonu Qeycıyyat Şöbəsində 360 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan 26 mart 2012-ci il tarixdə X1 anadan olmuşdur Övladının anasının yanında qalmasına cavabdehin heç bır etirazı yoxdur və bununla bağlı ümumi razılığa gəlmişdirlər. Evləndikdən sonra cavabdehlə bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışdırlar. Belə ki, ailə münasibətləri bir müddət yaxşı olsa da sonralar cavabdehin təqsiri üzündən tədricən pozulmağa başlamışdır. Belə ki, cavabdehlə sözləri üst-üstə düşmür. Onlar faktiki olaraq bir ailə kimi yaşamır. Cavabdeh ilə ailə münasibətlərini bərpa etmək qeyri-mümkündür aralarında olan nikah formal xarakter daşıyır. Onların ailə münasibətlərini qoruyub saxlaması qeyri-mümkündür. Cavabdeh barışıq sazişi imzalanan gündən öhdəliyini yerinə yetirmir. Yaşadıqları yeri tərk etmir, aliment ödəmir, daim münaqişə yaradır. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə keçirilən mediasiya prosesi zamanı bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/10-00607 saylı barışıq sazişinin təsdiq edilməsini istəyir. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Öz izahatında bildirdi ki, cavabdehin səhhətində müəyyən problemlər var, ayağında qanqren yaranmışdır, hal hazırda birgə yaşayırlar, və ərizəçi maraqlı şəxsin qayğısına qalır. Bundan əvvəl boşanma üçün məhkəməyə müraciət edən zaman onu mediasiyaya yönləndirmişlər. Mediasiya təşkilatında isə onlara bildirildi ki, barışıq sazişi bağlanacağı halda həm aliment, həm daşınmaz əmlakın addan ada keçirilməsi məsələsi həll edilir və daha hər hansı bir sənədə ehtiyac qalmır. Sonrada məlum oldu ki, barışıq sazişi təsdiq edilməlidir. Buna görə də yenidən məhkəməyə müraciət edərək barışıq sazişinin təsdiq edilməsini istəyir. Daşınmaz əmlaklar faktiki ərizəçinin istifadə və sahibliyindədir, maraqlı şəxsin buna heç bir etirazı yoxdur. Lakin barışıq sazişi təsdiq edilmədiyindən əmlakları adına keçirə bilmir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Məhkəməyə təqdim edilmiş, “Birinci tərəf” Ərizəçi ilə “İkinci tərəf” Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/10-00607 saylı Barışıq sazişinə əsasən: - Ərizəçi və Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat şöbəsində xx.xx.1999-cu il tarixində bağlanmış 360 nömrəli nikahın pozulmasına razıdırlar. - Maraqlı şəxs bəyan edir ki, birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X1 anası Ərizəçi himayəsinə verilməsinə etiraz etmir. - Maraqlı şəxs bəyan edir ki, bir uşağa görə 500 manat aliment ödəməyə razıdır və həmin məbləği oktyabr ayından başlayaraq hər ayın 15-dən 30-dək Ərizəçi adına olan bank hesabına ödəniş etməyi öz üzərinə götürür. - Maraqlı şəxs bəyan edir ki, birgə nikah dövründə alınmış ünvan 1 ünvanınd ayerləşən ümumi sahəsi 78 kv.m, 2 otaqlı yaşayış bina evi, Bakı şəhəri, Sabunçu rayonu, Albalıq 2 qəsəbəsində yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsinin Ərizəçi adına keçməsinə etiraz etmir. - ********** qeydiyyat nömrəli, seriya MA,№0171674 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzil Maraqlı şəxs xüsusi mülkiyyətindədir. - ********** qeydiyyat nömrəli, seriya MA, №0019697 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsi, 60c saylı bağ sahəsi Maraqlı şəxs xüsusi mülkiyyətindədir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4592/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Ərizəçi və Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat şöbəsində xx.xx.1999-cu il tarixində bağlanmış 360 nömrəli nikah pozulmuşdur. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Göründüyü kimi, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyən, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edən “Mediasiya haqqında Qanun” tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi ilə qəbul edilmişdir. “Mediasiya haqqında Qanun”un: 24.6. maddəsinə əsasən, mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. 32.1.1. maddəsinə əsasən, tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən vaxtında könüllü qaydada icra edilməmişdir. Yuxarıda sadalanan qanunvericilik müddəalarından aydın olur ki, barışıq sazişi üçün 10 gün könüllü icra müddəti müəyyən edilmişdir. Maraqlı şəxs isə könüllü icra müddətini pozmuşdur. Məhkəmə hesab edir ki, Ərizəçi haqlı olaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, sözügedən xx.xx.2023-cü il tarixli, MŞB/10- 00607 saylı barışıq sazişinin bir hissəsi qanuna ziddir və sazişin bu hissəsinin təsdiq edilməməsi təsdiq edilən hissədən ayrılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanuna zidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4592/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Ərizəçi və Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat şöbəsində xx.xx.1999-cu il tarixində bağlanmış 360 nömrəli nikah pozulmuşdur. Barışıq sazişinin bu hissəsi ilə bağlı tərəflər arasında olan mübahisə həll edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli barışıq sazişinin bir hissəsi (2-24-cü bəndlər) ümumi şərtlərdən ibarətdir. Buna görə də barışıq sazişinin həmin hissədə də təsdiq edilməsinə zərurət yoxdur. Əlavə olaraq qeyd edilməlidir ki, sazişin təsdiq edilməyən hissəsinin təsdiq edilən hissədən ayrılması mümkündür. AR Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/10- 00607 saylı barışıq sazişi qismən təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 10 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/10-00607 saylı barışıq sazişi məcburi icra məqsədilə aşağıdakı hissədə təsdiq edilsin: - Maraqlı şəxs bəyan edir ki, birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X1 anası Ərizəçi himayəsinə verilməsinə etiraz etmir. - Maraqlı şəxs bəyan edir ki, bir uşağa görə 500 manat aliment ödəməyə razıdır və həmin məbləği oktyabr ayından başlayaraq hər ayın 15-dən 30-dək Ərizəçi adına olan bank hesabına ödəniş etməyi öz üzərinə götürür. - Maraqlı şəxs bəyan edir ki, birgə nikah dövründə alınmış ünvan 1 ünvanınd ayerləşən ümumi sahəsi 78 kv.m, 2 otaqlı yaşayış bina evi, Bakı şəhəri, Sabunçu rayonu, Albalıq 2 qəsəbəsində yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsinin Ərizəçi adına keçməsinə etiraz etmir. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 10 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/10-00607 saylı barışıq sazişinin digər hissələrdə təsdiq edilməsindən imtina edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar