Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1494/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 13 sentyabr 2022-ci il tarixində onunla Maraqlı şəxs arasında barışıq sazişi imzalanmışdır. Mübahisə tərəflər arasında müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış borcun tələb edilməsi ilə bağlı olmuşdur. Barışıq sazişinin 2.2-ci bəndinə əsasən, barışıq sazişi imzalandıqdan sonra 14 sentyabr 2022-ci il tarixdən etibarən birinci tərəf Maraqlı şəxs işlədiyi halda, qızı X8 18 yaşına çatanadək saxlanması üçün, ikinci tərəf Ərizəçi xeyrinə hər ay 600 manat sabit məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin 01 iyun 2023-cü il tarixindən etibarən bugünədək Maraqlı şəxs tərəfindən barışıq sazişi üzrə öhdəliklər yerinə yetirilməmiş və sazişin şərtləri yəni 01 iyun 2023-cü il tarixdən bugünədək yalnız 800 manat məbləğində vəsait ödənilmişdir. Hal-hazırki dövrə kimi 4000 manat məbləğind borc ödənilməmişdir. Məhəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəyə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. O bildirdi ki, barışıq sazişinin təsdiq edildiyi vaxtdan son dövrlərədək maraqlı şəxs işsiz olduğundan aliment ödənməmişdir ki, bu da azyaşlının mənafeyinə ziddir. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizə ünvanlayaraq bildirmişdir ki, Ərizəçi 01 fevral 2024-cü il tarixli ərizəsində ziddiyyət təşkil edən tələbin təsdiq edilməsini əsassızdır. Belə ki barışıq sazişi bağlanan işsiz qalmışdı, buna görə icra sənədinin icrası qeyri-mümkün olmuşdur. Eyni zamanda həmin vaxt o, yüksək əmək haqqı vəd edən bir firmada işə düzəlmə ərəfəsində idi. Lakin sonra bu iş baş tutmadı. Hazırda Ərizəçi Nərimanov rayon Məhkəməsinin qətnaməsinə əsasən icra vərəqəsi üzrə aylıq qazancının ¼ hissəsi ərizəçinin xeyrinə tutulur. Belə olduğu halda ərizəçinin əlavə olaraq barışıq sazişinin təsdiq edilməsi barəsində ərizənin təmin edilməsi onun digər öhdəçiliyində olan əmək haqqının ⅓ hissə olmaqla iki azyaşlı uşaq üçün Mehriban Ələkbərovaya; digər bir azyaşlı uşaq üçün ¼ hissəsinin Qənbərova Pərvanəyə ödənilməsinə ciddi maneə yarada bilər. Onun aylıq maaşının (1550 manat dövlət xərclərindən sonra ələ çatan hissəsi 1240 manat) Ərizəçi ¼ hissəsi qismində tutulan alimentdən əlavə 600 manat məbləğində alimentin ödənilməsi mümkün deyildir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəməyə təqdim edilmiş, “Birinci tərəf” Ərizəçi ilə “İkinci tərəf” Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişinə əsasən: - Maraqlı şəxs işləmədiyi dövr ərzində X8 18 yaşına çatanadək saxlanması üçün Ərizəçi xeyrinə hər ay 200 manat ödəməyi öhdəsinə götürür. - Maraqlı şəxs işlədiyi halda, X8 18 yaşına çatanadək saxlanması üçün Ərizəçi xeyrinə hər ay 600 manat ödəməyi öhdəsinə götürür. - Ödəniş Ərizəçi təqdim etdiyi hesab və karta ödəniləcəkdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5310/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə ilə xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xeyrinə hər ay qazancın (başqa gəlirlərin) dörddə bir (1/4) hissəsində aliment tutulmuşdur. - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1584/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavadeh Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1569/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavadeh Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Ramin Quliyevin 31 yanvar 2024cü il tarixli “İcraata başlamaq haqqında” qərarının surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5310/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - 05 mart 2024-cü il tarixli arayışdan görünür ki, AR Kiçik və X11 Agentliyinin əməkdaşı Maraqlı şəxs fevral ayı üzrə hesablanmış əmək haqqının ¼ hissəsinin tutularaq xx.xx.2024-cü il tarixli 162 nömrəli ödəniş tapşırığın əsasən tələbkar Ərizəçi müvafiq hesabına aliment olaraq köçürülməsi təmin edilmiş və 2(005)-5310/2021 nömrəli icra vərəqəsi üzrə əmək haqqından tutulmalar hər ay davam edir. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5310/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə ilə xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xeyrinə hər ay qazancın (başqa gəlirlərin) dörddə bir (1/4) hissəsində aliment tutulması qət edilmişdir. Mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixində barışıq sazişi bağlanmışdır. Eyni zamanda Maraqlı şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə əmək haqqının ⅓ hissə olmaqla iki azyaşlı uşaq üçün Mehriban Ələkbərovaya, ¼ hissə olmaqla digər azyaşlı uşaq üçün ¼ hissəsini Qənbərova Pərvanəyə ödəyir. Ərizəçi 29 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək, 2(005)-5310/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin yenidən icra olunmasını xahiş etmişdir. Maraqlı şəxs hal-hazırda Azərbaycan Respublikasının Kiçik və X11 X10 şəxsində aparıcı mütəxəssisi vəzifəsində işləyir, əmək haqqı 1555 manatdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə sazişdə nəzərdə tutulmuş məsələ - alimentin ödənilməsi artıq məhkəmə qətnaməsi ilə həll edildiyindən məhkəmə tərəfindən təsdiq edilə bilməz. Belə ki, mülki işin materialları ilə təsdiq edilir ki, ərizəçi barışıq sazişinin təsdiqi üçün məhkəməyə müraciət etməzdən bir neçə gün öncə artıq mövcud məhkəmə qətnaməsinin icrasının davam etdirilməsini də xahiş etmişdir. Yenə mülki işin materialları ilə maraqlı şəxsin maaşından həmin icra sənədi üzrə tutulmaların həyata keçirildiyi aydın olur. Belə olan təqdirdə barışıq sazişinin təsdiqi maraqlı şəxsin hüquqlarının qeyri-mütənasib pozulmasına səbəb olmaqla yanaşı, mülki-prosessual hüququnun ədalətlilik və qanunilik prinsipləri ilə də ziddiyət təşkil edəcəkdir. Məhkəmə onu da qeyd edir ki, maraqlı şəxsın aliment öhdəlikləri üzrə əmək haqqısından ümumilikdə 5/6 hissədə tutulma həyata keçirilir (1/3+1/4+1/4=5/6). AR Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5310/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xeyrinə hər ay qazancın (başqa gəlirlərin) dörddə bir (1/4) hissəsində aliment tutulması qət edilmişdir. Göründüyü kimi tərəflər arasında olan mübahisə məhkəmə qətnaməsi ilə həll edilmiş və 05 mart 2024-cü il tarixli arayışdan da müəyyən edilir ki, həmin aliment hazırda Maraqlı şəxs tutulur. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə rədd edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 2 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiqindən imtina edillsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1494/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1494/2024
06.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver