Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-150/2022 14.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kredit borcun və ona hesablanmış fair borcunun ödənilməsi, tələbin iöoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kredit borcun və ona hesablanmış fair borcunun ödənilməsi, tələbin iöoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.07.2013-cü il tarixli 120-13/İ saylı Kredit müqaviləsinin ləğvi, Cavabdeh 43060,46 manat əsas borcun, 225,14 manat faiz borcunun, 450,28 dəbbə pulunun, tərəflərindən bildirişin qeydiyyatı üçün ödənilmiş 41,42 manat rüsumun və məhkəməyə müraciət üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 43807,30 manatın tutularaq "xxxx" ASC-yə verilməsi, tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 16 nömrəli evin, 3 saylı mənzilinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, Cavabdeh və onunla birlikdə yaşayanların həmin əmlakdan çıxarılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" ASC-yə 43807,30 manat məbləğin ödənilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 12.07.2013-cü il tarixində 120-13/İ saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 16 nömrəli evin, 3 saylı mənzilinin alınması məqsədi ilə 300 ay müddətinə, illik 8% olmaqla 50000 manat məbləğində kredit verilmişdir. 120-13/İ saylı Kredit müqaviləsinin təminatı kimi 13.07.2013-cü il tarixində 120-13/İ saylı Alqı-Satqı və İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 16 nömrəli evin, 3 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Lakin 120-13/İ saylı Kredit müqavləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər lazımınca icra edilmir. M/03-4790 saylı, 23.06.2021-ci il tarixli Arayışa əsasən Cavabdeh 23.06.2021-ci il tarixinə "xxxx" ASC-yə cəmi borcu 43735,88 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndə və vəkilinin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; 11.06.2021-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. ƏMDK-nın Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün və daşənmaz əmlakın qeydiyyatı ilə bağlı dövlət rüsumu ödənilmişdir. 23.06.2021-ci il tarixli, M/03-4790 nömrəli arayışdan görünür ki, 12.07.2013-cü il tarixli, 120-13/İ saylı kredit müqaviləs üzrə Cavabdeh 23.06.2021-ci il tarixinə 43060,46 manat əsas borcu, 225,14 manat faiz borcu, 450,28 dəbbə pulu olmaqla, ümumilikdə 43735,88 manat kredit borcu təşkil edir. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı 07.06.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, Cavabdeh 120-13/İ saylı Kredit müqaviləsində göstərilən öhdəlikləri 5 iş günü ərzində icra etməsi xahiş edilmiş, əks halda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. "xxxx" ASC-nin Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı 11.06.2021-ci il tarixli, M/11-4384 nömrəli İpoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə ərizədən görünür ki, Cavabdeh tərəfindən 13.07.2013-cü il tarixli ipoteka müqaviləsinə müvafiq olaraq ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 16 nömrəli evin, 3 saylı mənzil "xxxx" ASC tərəfindən tutmanın yönəldilməsi prosedurunun başlanması ilə əlaqədar olaraq 13.07.2013-cü il tarixli ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatını həyata keçirilməsini xahiş etmişlər. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" ASC-yə ünvanlanmış 25.06.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 16 nömrəli evin, 3 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 16 nömrəli evin, 3 saylı mənzil 28.09.2013-cü il tarixdə "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. "xxxx" ASC-nin Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı 12.07.2013-cü il tarixli ərizədən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 16 nömrəli evin, 3 saylı mənzili ipoteka kimi dövlət qeydiyyatına alınması xahiş etmişlər. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13.07.2013-cü il tarixli 120-13/İ saylı Alqı-Satqı və İpoteka Müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 16 nömrəli evin, 3 saylı mənzili Cavabdehun mülkiyyətinə verir, qeyd edilən mənzil DƏDRX vəsiqəsinə əsasən banka məxsusdur, mənzilin satış qiyməti 67000 manatdır, 17000 manatı Cavabdeh tərəfindən, 50000 manatı "xxxx" ASC tərəfindən kredit müqaviləsinə əsasən Cavabdeh verilmiş kredit vəsaiti hesabına ödənilir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 12.07.2013-cü il tarixli 120-13/İ saylı Kredit Müqaviləsinin surətindən görünür ki, bank müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizləri ödəmək və təminatlılıq əsasında 50000 manat məbləğində 300 ay müddətinə kredit vermiş, cavabdeh kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini müqavilədə göstərilmiş qaydada həyata keçirməsini öhdəsinə götürmüşdür. Kreditin istifadəsinə görə cavabdeh illik 8% ödəyir. “X2 Mərkəzi” MMC-nin 24.09.2021-ci il tarixli, 113 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 16 nömrəli evin, 3 saylı mənzilin real bazar dəyəri 93400 manat, likvid dəyəri 81000 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında 12.07.2013-cü il tarixində 120-13/İ saylı Kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 16 nömrəli evin, 3 saylı mənzilinin alınması məqsədi ilə kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi 13.07.2013-cü il tarixində 120-13/İ saylı Alqı-Satqı və İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 16 nömrəli evin, 3 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh müqavilə öhdəlikləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, “X2 Mərkəzi” MMC-nin 24.09.2021-ci il tarixli, 113 nömrəli ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin borc məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Odur ki, iddia tələbinə dair bu hissədə ərizəyə verilmiş iddia tələbləri həcmində baxılaraq hüquqi qiymət verilməklə əsas və faiz borcu iddia tələbində qeyd edildiyi məbləğlərdə tutulmalıdır. Cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə üzrə tələb olunan dəbbə pulu əsas borc məbləği əsas götürülməklə hesablanmalıdır. 120-13/İ nömrəli, 12.07.2013cü il tarixli Kredit müqaviləsi üzrə cərimə borcu – 450,28 manatdan 225 manata endirilməlidir. Məhkəmə iddia tələbinin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 16 nömrəli evin, 3 saylı mənzilə yönəldilməsinə dair aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 296.1-ci maddəsinə Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 27 oktyabr 2014-cü il tarixdə qüvvədə olan 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 39.3-cü və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 –ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 27 oktyabr 2014-cü il tarixdə qüvvədə olan 34.1.2-ci maddəsinə əsasən, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Alqı-Satqı və İpoteka Müqaviləsindən göründüyü kimi, ipoteka ilə yüklü edilmiş əmlak 120-13/İ nömrəli, 12.07.2013-cü il tarixli Kredit müqaviləsi üzrə borcun ödənilməsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən hərraca çıxarılmalıdır. O, da qeyd edilməlidir ki, ipoteka predmetinin qiyməti ilə bağlı suallara aydınlıq gətirilməsi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və müvafiq rəy alınmışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, “X2 Mərkəzi” MMC-nin 24.09.2021-ci il tarixli, 113 nömrəli ekspert rəyi əsas götürülməklə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 16 nömrəli evin, 3 saylı mənzili likvid bazar qiyməti 81000 manat olmaqla hərraca çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə anuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 120-13/İ nömrəli, 12.07.2013-cü il tarixli Kredit müqaviləsi üzrə olan əsas məbləğ üzrə 43060,46 manat, cərimə borcuna görə 225 manat olmaqla, cəmi 43485,46 (qırx üç min dörd yüz səksən beş manat, 46 qəpik) manat kredit borcu və 41,42 manat ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə onlayn müraciətə görə çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma ilkin satış qiyməti 81000 (səksən bir min ) manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 16 nömrəli evin, 3 saylı mənzilə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına iddiaçı "xxxx" ASC-yə olan borc ödənilsin. Satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh qaytarılsın. Göstərilən əmlak açıq hərracdan satılandan bir ay sonra boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-150/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-150/2022
14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver