Məhkəmə qərarları › İş №2(005)-1527/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1527/2021

04.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1527/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 həqiqətən xx.xx.2021-ci il tarixdə vəfat etməsi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, atası X5 xx.xx.2021-ci il tarixdə ev şəraitində insult nəticəsində vəfat etmişdir. Təcili və X6 çağırsalar da, həkimlərin gəlişinə qədər artıq ölüm baş vermişdir. O, ölüm şəhadətnaməsinin alınması məqsədi ilə Bakı şəhəri 1 saylı Bakı “ASAN xidmət" Mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin oradan ona xx.xx.2021-ci il tarixli imtina məktubu verilərək “ölüm haqqında tibbi şəhadətnamənin” olmaması səbəbi ilə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Mərhum atası Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Kürdəxanı qəsəbə qəbirstanlığında dəfn edilmiş və bu barədə Kürdəxanı Bələdiyyəsinin arayışı mövcuddur. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum X5 onun atasıdır. O, daim müalicə alırdı, ürək tutması nəticəsində vəfat etmişdir. Təcili yardım çağrılmışdır. Atasçı vəfat edən zaman işdə olmuş, sonradan evə gəlmiş, evə gələndə artıq atası ürək tutmasından ölmüşdür. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum X5 onun əridir. Həqiqətən də xəstəlikdən əziyyət çəkirdi və nəticədə xx.xx.2021-ci il tarixdə vəziyyəti ağırlaşaraq rəhmətə getmişdir. xx.xx.2021-ci il tarixdə dəfn edilmişdir. mərhum X2 vəziyyəti pisləşdikdə evə təcili yardım da çağrılmışdır. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2016-cı il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1991-ci il tarixdə, Bakı şəhərində anadan olmuş Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır; xx.xx.2005-ci il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 04691530 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1953-cü il tarixdə Azərbaycan Respublikası, Neftçala şəhərində anadan olmuş X5 ünvan 3 ünvanında qeydiyyatdadır; Nərimanov VVAQ şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş XVİ-JQ seriyalı 336331 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası – X3; Bakı Şəhəri Təcili və X6 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdə saat 12:58 radələrində çağırış olub, çağırış yeri ünvan üzrə gələn 1 saylı bölmənin həkimi S.Məmmədəliyev 1961-ci il təvəllüdlü X2 vəfat etməsini qeyd etdi; Sabunçu Rayon Kürdaxanı Bələdiyyəsinin 52 nömrəli, 03.02.021-ci il tarixli arayışına əsasən X5 xx.xx.2021-ci il tarixdə Kürdəxanı qəsəbə qəbirstanlığında dəfn olunmuşdur; 1 saylı “Asan Xidmət” Mərkəzində Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli, 05/Q-82/15 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq, 106 saylı ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası, Neftçala şəhərində anadan olmuş X5 Ərizəçi atasıdır. Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində, ev şəraitində, yəni yaşadığı ünvan 3 ünvanında vəfat etmişdir. 1 saylı “Asan Xidmət” Mərkəzində Qeydiyyat Şöbəsi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X2 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1953-cü il tarixdə Azərbaycan Respublikası, Neftçala şəhərində anadan olmuş X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1953-cü il tarixdə Azərbaycan Respublikası, Neftçala şəhərində anadan olmuş X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar