Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1540/2020 27.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İddiaçının ( birləşdirilmiş iş üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin hüquqi varisinin (birləşdirilmiş iş üzrə iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçıxxxx “xxxx” ASC-nin Cavabdeh qarşı (X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi” tələbinə, X2 cavabdehlərxxxx “xxxx” ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X7 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət X17 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” X16 X14 Cəmiyyəti Cavabdeh qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” X16 X14 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 1131 nömrəli kredit müqaviləsinə əsasən 14.248,68 (on dörd min iki yüz qırx səkkiz dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində əsas borcun, 3.490,20 (üç min dörd yüz doxsan dollar iyirmi sent) ABŞ dolları məbləğində faiz borcunun, 526,96 (beş yüz iyirmi altı dollar doxsan altı sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18.265,84 (on səkkiz min iki yüz altmış beş dollar səksən dörd sent) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh “xxxx” X16 X14 Cəmiyyətinin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş “Schmitz” yarımqoşqu markalı, 2004-cü il buraxılışlı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007-ci il buraxılışlı, “Mercedes Benz M1840LS” yük markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X3 cavabdehlərxxxx “xxxx” ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X7 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət X17 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, Y-232 və Y-233 saylı protokollar əsasında “xxxx”xxxx ASCnin adına verilmiş mülkiyyət hüququnu müəyyən edən şəhadətnamələrin və “xxxx”xxxx ASC ilə X10 arasında avtomobilin və yarımqoşqunun alğı-satqısına dair xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2827/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən X2 cavabdehlərxxxx “xxxx” ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X7 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət X17 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçıxxxx “xxxx” ASC-nin cavabdeh X9 qarşı (X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi” tələbinə dair 2(005)-1540/2020 saylı mülki işə birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının (birləşdirilmiş iş üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi, birləşdirilmiş iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, "xxxx"xxxx ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1131 saylı, krediti müqaviləsinə əsasən Cavabdeh illik 28 faiz hesablanmaqla, 24 ay müddətinə 30.000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh mülkiyyətində olan SCHMİTZ YARİMQİOŞU markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobil və 2007- ci il buraxılışlı, MERCEDENS BENZ M 1840 LS YÜK markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilləri xx.xx.2015-ci il tarixli 1131 saylı ipoteka müqaviləsinə əsasən bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin banka 14248.68 (on dörd min iki yüz qırx səkkiz ABŞ dolları altmış səkkiz sent) ABŞ dolları məbləğində əsas borcu, 3490.20 (üç min dörd yüz doxsan ABŞ dolları 20 sent) ABŞ dolları məbləğində faiz borcu, 526.96 (beş yüz iyirmi altı ABŞ dolları doxsan sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18265.84 (on səkkiz min iki yüz altmış beş ABŞ dolları səksən dörd sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1131 saylı ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə girov saxlayanın ipoteka predmetinə ödəniş yönəltmək hüququ vardır. Cavabdehin hüquqi varisinin (birləşdirilmiş iş üzrə iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 birləşdirilmiş iddia tələbini müdafiə edərək, onun təmin təmin edilməsini, iddiaçıxxxx “xxxx” ASC-nin iddiasının təmin edilməməsini xahiş edərək, “Schmitz” markalı, 2004-cü il buraxılışlı, 99ZB759 dövlət qeydiyyat nişanlı, boz ağ rəngli yanmqoşqu və 2007-ci il buraxılışlı “Mercedes Ben/” M1840LS yük markalı, 99XC454 dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mərhum atam Cavabdeh xüsusi mülkiyyətində olmuşdur. Sözügedən yanmqoşqu və avtomobil atam tərəfindən cavabdeh “xxxx''xxxx ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməklə həmin təşkilatdan atam Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən kredit vəsaiti alınmışdır. Qeyd edilən kredit vəsaitindən ödəmələrdə gecikmələr yarandığından hazırkı iş üzrə cavabdeh “xxxx”xxxx ASC Cavabdeh ölümündən sonra ona qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx”xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 14.248.68 ABŞ dolları məbləğində əsas borcun, 3.490,20 ABŞ dolları məbləğində faiz borcunun, 526,96 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18.265,84 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun mərhum atam Cavabdeh “xxxx”xxxx ASC-nin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş “Schmitz” yanmqoşqu markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007-ci il buraxılışlı “Mercedes Benz M1840LS” yük markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən atamın ölümündən 1 il sonra iddia təmin edilmiş, mərhum atam Cavabdeh 14248,68 ABŞ dolları məbləğində əsas borcun, 3490,20 ABŞ dolları məbləğində faiz borcunun, 526,96 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18265,84 ABŞ dolları məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “xxxx”xxxx ASC-nin xeyrinə tutulması, tutulan məbləğin atam Cavabdeh məxsus “Schmitz” yarımqoşqu markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007-ci il buraxılışlı “Mercedes Benz M1840LS” yük markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə yönəldilməsi, həmin avtomobillərin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına “xxxx”xxxx ASC-yə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğin göstərilən məblədən artıq olduqda isə artıq məbləğin qalıq hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir. Cavabdeh hüquqi varisi kimi tərəfimdən müvafiq ərizə ilə məhkəməyə müraciət olunaraq Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsinə və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdi. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən ərizə təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, iddiaçı “xxxx”xxxx ASC-nin varisi olduğum Cavabdeh qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən iddiaçı “xxxx”xxxx ASC-nin Cavabdeh qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi və bununla əlaqədar olaraq iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2019cu il tarixli qərardadına əsasən “xxxx”xxxx ASC-nin Cavabdeh qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi qərara alınmış və məhkəmənin təşəbbüsü ilə X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı “xxxx”xxxx ASC-nin Cavabdeh qarşı X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadla razılaşmayaraq müvafiq şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdim. Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim İ.K.Xəlilov, hakimlər X.Cəlilova, İ.Kərimovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli, 2( 105)-2026/2020 saylı qərardad ilə şikayətin təmin edilməsi hazırkı iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması üçün mülki işin həmin rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apcllyasiya Məhkəməsi hazırkı iş üzrə yuxarıda göstərilən nəticəyə gələrkən Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin həmin rayonun məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ləğv edilməsinə, sözügedən qiyabi qətnamə ləğv olunduğu üçün bu qətnaməsən verilmiş icra sənədi ilə əlaqədar keçirilmiş hərracın hər hansı bir qanuni əsasının mövcud olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası sözügedən qərarı ilə hesab etmişdir ki, mövcud olmayan qiyabi qətnaməyə əsasən keçirilmiş hərracın hüquqi nəticələri yoxdur. Qeyd etməyi zəruri hesab edirəm ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2685/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi üzrə verilmiş, eyni tarixli və eyni nömrəli icra vərəqəsi üzrə icra tədbirlərini həyata keçirən cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli, 9624-15-20-i saylı sifariş məktubu əsasında “X6 Mərkəzi” MMC-ti mərhum atam Cavabdeh xüsusi mülkiyyətində olmuş 2004-cü il buraxılışlı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli “SCİİMİTZ” markalı yanmqoşqunuu və “MERCEDES BENZ” 1840LS yük markalı, 2007-ci il buraxılışlı, **-XC-***dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin hərracını keçirmişdir. Qeyd edilən hərrac təşkilatı tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2019-cü il tarixli, Y-232 və Y-233 nömrəli “hərracın nəticələri haqqında protokof’laıdan görünür ki. yuxarıda sözügedən yarımqoşqu 8.287,50 manata, avtomobil isə 20.400 manata olmaqla 2(005)-2685/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbkar, hazırkı iş üzrə cavabdeh “xxxx”xxxx ASC-yə satılmış və sözügedən ASC “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.4-cü maddəsinə istinadən qeyd olunan avtomobilin və yarımqoşqunun alış qiymətini ödəməkdən azad edilmişdir. Onu da xüsusilə qeyd etməyi zəruri hesab edirəm ki, cavabdeh “xxxx”xxxx ASC yuxarıda sözügedən hərracların keçirilməsinə əsas olan məhkəmə aktının ləğv edildiyini bildiyi halda hüquqi əsası olmayan hərrac protokolları əsasında mərhum atama məxsus əmlakları öz adına rəsmiləşdirmiş, bundan sonra isə heç bir hüquqi əsası olmayan hərracın nəticəsində adına rəsmiləşdirdiyi yuxanda sözügedən əmlakları hazırkı iş üzrə cavabdeh F.C.Tarquluyev adlı şəxsə qanunsuz olaraq satmışdır. Belə ki, hərracın predmeti olmuş avtomobilin və qoşqunun cavabdeh “xxxx”xxxx ASC tərəfindən satılması barədə məlumat əldə etdiyimdən bu məlumatın dəqiqləşdirilməsi üçün vəkilim tərəfindən Azərbaycan Respublikasının DİN BDYP-nə xx.xx.2019-cu il tarixində müvafiq sorğu göndərilmişdir. Qeyd olunan sorğuya Azərbaycan Respublikasının DİN BDYP İdarəsindən verilən xx.xx.2019-cu il tarixli, 100267-1219 nömrəli cavab məktubundan, eləcə də bu məktuba əlavə olunan nəqliyyat vasitələrinin hərəkətləti barədə məlumatların kompüter çıxarış ilə təsdiq olunmuşdur ki, “SCHMİTZ yarımqoşqu” və “MERCEDES BENZ” markalı, 99XC454 dövlət qeydiyyat nişanlı avtomaşın ünvan 1 mənzil 117 ünvanında qeydiyyatda olan X10 adlı şəxsə satılmışdır. Hesab edirəm ki, hüquqi əsası olmayan hərrac protokolu əsasında cavabdeh “xxxx”xxxx-nin mülkiyyətinə əsassız olaraq keçirilmiş, yuxarıda sözügedən avtomobilin və qoşqunun F.Tarquliyevə satılması qanunsuzdur. Odur ki, həmin alqı-satqının etibarsız sayılması barədə qətnamə qəbul edilməlidir. Üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə üçüncü şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, ilk iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalı, birləşdirilmiş iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və baxışında tədqiq olunmuş: xx.xx.2015-ci il tarixli 1131 saylı krediti müqaviləsindən görünür ki, "xxxx"xxxx ASC Cavabdeh illik 28 faiz hesablanmaqla 24 aylıq müddətə 30.000 ABŞ dolları məbləğində kredit vermişdir. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, "xxxx"xxxx ASC Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün cavabdehə məxsus SCHMİTZ YARİMQOQŞU markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobil və 2007- ci il buraxılışlı, MERCEDENS BENZ M 1840 LS YÜK markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilləri ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrinə verilmiş xx.xx.2018-ci il tarixli, 192 nömrəli ərizədən görünür ki, SCHMİTZ YARİMQİOŞU markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobil və 2007- ci il buraxılışlı, MERCEDENS BENZ M 1840 LS YÜK markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilləri qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh banka olan borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün xəbərdar edilmişdir. AC seriyalı 464707 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, SCHMİTZ YARİMQİOŞU markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobil Cavabdehnın mülkiyyətindədir. AC seriyalı 464714 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2007- ci il buraxılışlı, MERCEDENS BENZ M 1840 LS YÜK markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdehnın mülkiyyətindədir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 26919 saylı ekspert rəyindən görünür ki, hesablardan çıxarışlardan və xx.xx.2015-ci il tarixli, 1131 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə müddətə, yəni xx.xx.2017-ci il tarixə banka olan əsas borcu 20506,76 ABŞ dolları, faiz borcu 2765,66 ABŞ dolları, iddia müddətinə, yəni xx.xx.2018-ci il tarixə banka olan əsas borcu 14205,92 ABŞ dolları, faiz borcu 3581,27 ABŞ dolları müəyyən olunur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/4418 saylı ekspert rəyindən görünür ki, hesablardan çıxarışlardan və xx.xx.2015-ci il tarixli, 1131 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə müddətə, yəni xx.xx.2017-ci il tarixə banka olan əsas borcu 20506,76 ABŞ dolları, faiz borcu 2765,66 ABŞ dolları, iddia müddətinə, yəni xx.xx.2018-ci il tarixə banka olan əsas borcu 14205,92 ABŞ dolları, faiz borcu 3581,27 ABŞ dolları müəyyən olunur. X6 Mərkəzi MMC-nin Y-233 tarixli, xx xxxxxxxx 2019-cu il tarixli protokolunun surətinə əsasən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-2685/2018 saylı icra sənədinə əsasən “MERCEDES BENZ” markalı, 99XC454 dövlət qeydiyyat nişanlı avtomaşın 20 400 manata ipotekasaxlayan “xxxx”xxxx ASC-nin tələbinin həcmində qiymətini ödəməkdən azad edilmişdir. X6 Mərkəzi MMC-nin Y-232 tarixli, xx xxxxxxxx 2019-cu il tarixli protokolunun surətinə əsasən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-2685/2018 saylı icra sənədinə əsasən “Schmitz” yarımqoşqu markalı, 2004-cü il buraxılışlı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomaşın 82874,50 manata ipotekasaxlayan “xxxx”xxxx ASC-nin tələbinin həcmində qiymətini ödəməkdən azad edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2015-ci il tarixli 1131 saylı krediti müqaviləsinə əsasən "xxxx"xxxx ASC Cavabdeh illik 28% hesablanmaqla 24 aylıq müddətə 30.000 ABŞ dolları məbləğində kredit vermişdir. xx.xx.2015-ci il tarixli 1131 saylı ipoteka müqaviləsinə əsasən "xxxx"xxxx ASC Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün cavabdehə məxsus SCHMİTZ YARİMQİOŞU markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobil və 2007-ci il buraxılışlı, MERCEDENS BENZ M 1840 LS YÜK markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillər ipoteka ilə yüklü edilmişdir. "xxxx"xxxx ASC həmin məbləğdə pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, ilk iddia tələbi tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin olunmalı, Cavabdeh 14248.68 (on dörd min iki yüz qırx səkkiz ABŞ dolları altmış səkkiz sent) ABŞ dolları məbləğində əsas borcun, 3490.20 (üç min dörd yüz doxsan ABŞ dolları 20 sent) ABŞ dolları məbləğində faiz borcunun, 526.96 (beş yüz iyirmi altı ABŞ dolları doxsan sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18265.84 (on səkkiz min iki yüz altmış beş ABŞ dolları səksən dörd sent) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçı "xxxx"xxxx ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. Məhkəmə hesab edir ki, xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi tutulacaq məbləğ Cavabdeh məxsus SCHMİTZ YARİMQİOŞU markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobil və 2007- ci il buraxılışlı, MERCEDENS BENZ M 1840 LS YÜK markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə yönəldilməli, həmin avtomobillər açıq hərracdan satılmalı və satışdan əldə ediləcək vəsait hesabına "xxxx"xxxx ASC-nə olan borc ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda isə artıq məbləğin qalıq hissəsi Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx xxx 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Məhkəmə birləşdirilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2685/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Cavabdeh xüsusi mülkiyyətində olan 2004-cü il buraxılışlı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli “SCİİMİTZ” markalı yarımqoşqunu və “MERCEDES BENZ” 1840LS yük markalı, 2007-ci il buraxılışlı, **-XC-***dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin hərracını keçirmişdir. xx xxxxxxxx 2019-cü il tarixli, Y-232 və Y-233 nömrəli “hərracın nəticələri haqqında protokola əsasən yarımqoşqu 8.287,50 manata, avtomobil isə 20.400 manata olmaqla 2(005)-2685/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbkar “xxxx”xxxx ASC avtomobilin və yarımqoşqunun alış qiymətini ödəməkdən azad edilmişdir. “SCHMİTZ yarımqoşqu” və “MERCEDES BENZ” markalı, 99XC454 dövlət qeydiyyat nişanlı avtomaşın ünvan 1 mənzil 117 ünvanında qeydiyyatda olan X1. İddiaçı hazırda həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının müqavilənin ləğv ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, iddiaçı “xxxx”xxxx ASC ilə X10 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil. Çünki iddiaçı alqı-satqı müqaviləsinin bağlanmasına əsas X6 Mərkəzi MMC-nin Y-233 tarixli, xx xxxxxxxx 2019-cu il tarixli və Y-232 tarixli, xx xxxxxxxx 2019-cu il tarixli hərrac protokolu olmuşdur. Bu hal isə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas deyildir. Bu səbəbdən də iddia tələbi təmin edilməməlidir. Bundan başqa hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 240 manat Cavabdeh hüquqi varisi X4 tutulmalı və Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçıxxxx “xxxx” ASC-nin Cavabdeh qarşı (X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi” tələbi təmin edilsin. Cavabdeh 14248.68 ( on dörd min iki yüz qırx səkkiz ABŞ dolları altmış səkkiz sent) ABŞ dolları məbləğində əsas borcun, 3490.20 (üç min dörd yüz doxsan ABŞ dolları 20 sent) ABŞ dolları məbləğində faiz borcunun, 526.96 (beş yüz iyirmi altı ABŞ dolları doxsan sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18265.84 (on səkkiz min iki yüz altmış beş ABŞ dolları səksən dörd sent) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı "xxxx"xxxx ASC-nin xeyrinə tutulsun. Tutulan məbləğ Cavabdeh məxsus SCHMİTZ YARİMQİOŞU markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007- ci il buraxılışlı, MERCEDENS BENZ M 1840 LS YÜK markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə yönəldilsin. Həmin avtomobillər açıq hərracdan satılsın və satışdan əldə ediləcək vəsait hesabına "xxxx"xxxx ASC-nə olan borc ödənilsin. Satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda isə artıq məbləğin qalıq hissəsi Cavabdeh qaytarılsın. X2 cavabdehlərxxxx “xxxx” ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və X7 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət X17 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 240 manat Cavabdeh hüquqi varisi X4 tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1540/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1540/2020
27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver