Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1556/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs göstərilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, 02 noyabr 2022-ci il tarixli Maraqlı şəxs ilə bağlanmış mediasiya barışıq sazişinin alimentin ödənilməsi hissəsində təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 07 mart 2014-cü il tarixdə Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Lakin tərəflər ailə münasibətlərini davam etdirə bilmədiyindən boşanmaq qərarına gəlmişdir. Bununla bağlı olaraq tərəflər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq mediasiya institutuna müraciət etmişlər. xx.xx.2022-ci il tarixli mediasiya barışıq sazişindən də göründüyü kimi, tərəflər müəyyən mövzularla bağlı razılığa gəlmişlər. Həmin sazişin 2.1-ci maddəsinə əsasən, Maraqlı şəxs öz öhdəsinə götürür ki, birinci tərəfin tələbini qəbul edərək nikahın pozulması barədə gələcəkdə məhkəmədə qaldırılacaq iddianın mübahisəsiz qəbul edəcəkdir. Tərəflər məhkəmə aidiyyatı üzrə Nərimanov Məhkəməsində işə baxılması barədə razılığa gəlirlər. Əriəçi və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclaslarında iştirak etməmişlər. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişi üzrə şərtlərə əməl edildiyini, aliment ödənişlərinin həyata keçirildiyini, əsas olmadan ərizənin təmin ediləcəyi halda ərizə əsasında qəbul edilmiş qətnamənin icra yönəldilməsi, icra qurumunun iş yükünün əsassız artmasına, özünün və ərizəçinin icra məmuru ilə vaxt itirməsinə səbəb olacağını bildirdi və ərizənin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə işə ərizəçi və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəməyə təqdim edilmiş, “Birinci tərəf” Ərizəçi ilə “ikinci tərəf” Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişinə əsasən -İkinci tərəf öhdəsinə götürür ki, birinci tərəfin tələbini qəbul edərək nikahın pozulması barədə gələcəkdə məhkəmədə qaldırılacaq iddianı mübahisəsiz qəbul edəcəkdir. Tərəflər məhkəmə aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsində işə baxılması barədə razılığa gəlirlər; -İkinci tərəf öhdəsinə götürür ki, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 ananın himayəsində saxlanılmasına etiraz etməyəcəkdir; -İkinci tərəf öz öhdəsinə götürür ki, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 görə aylıq 193 manat məbləğində alimenti Birinci tərəfin təqdim etdiyi kart hesabına köçürəcəkdir; -Aliment məbləği hər ayın sonu ödəniləcəkdir; -Aliment üzrə ödəniş noyabr ayından etibarən həyata keçiriləcəkdir; -Birinci tərəf öhdəsinə götürür ki, ikinci tərəfin xx.xx.2017-ci il təvəllüdlü X3 ilə görüşməsinə mane olmayacaq. Görüş günü və saatı qarşılıqlı razılıq əsasında müəyyənləşəcəkdir. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən vaxtında könüllü qaydada icra edilməmişdir. Məhkəmə Maraqlı şəxs tərəfindən məhkəməyə verilmiş ərizəyə münasibətdə qeyd edir ki, ərizəyə əlavə edilmiş pul vəsaitinin köçürüləsi üçün ərizə və qəbzlərdən onun tərəfindən 2023-cü ilin fevral və mart ayları ərzində Ərizəçi bank hesabına köçürmələr edildiyi görünsə də, barışıq sazişi 2xx.xx.2022-ci il tarixdə bağlanmış, ödəniş edilməsinə noyabr ayından etibarən başlanacağı qeyd edilmişdir. Yuxarıda sadalanan qanunvericilik müddəalarından aydın olur ki, barışıq sazişi üçün 10 gün könüllü icra müddəti müəyyən edilmişdir. Maraqlı şəxs isə 2023-cü ilin fevral və mart ayları ərzində əvvəlki aylar üçün ödənişlər etmiş, könüllü icra müddətini pozmuşdur. Məhkəmə hesab edir ki, Ərizəçi haqlı olaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin alimentin ödənilməsi hissəsində təsdiq edilməsi” barədə ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02 noyabr 2022-ci il tarixdə 6 saylı Mediasiya təşkilatı vasitəsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış aşağıdakı şərtləri özündə əks etdirən barışıq sazişi məcburi icrası üçün təsdiq edilsin: -Maraqlı şəxs öz öhdəsinə götürür ki, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 görə aylıq 193 manat məbləğində alimenti Ərizəçi təqdim etdiyi kart hesabına köçürəcəkdir; -Aliment məbləği hər ayın sonu ödəniləcəkdir; -Aliment üzrə ödəniş noyabr ayından etibarən həyata keçiriləcəkdir; Ödənilmiş dövlət rüsumunu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1556/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1556/2023
28.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver