Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-157/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X7 oglunun katibliyi, İddiaçı "xxxx" X18 Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, X9 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" KB ASC-ııin xeyrinə xx.xx.2018-ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019- cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 56.158,29 AZN, faiz borcu üzrə 696,79 AZN, cəmi 56.855,08 AZİN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predrrıctinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsində yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2019cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsi üzrə 56 855,08 AZN borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ünvanında yerləşən 123G nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 150.000 (yüz əlli min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsində yerləşən 123G nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə borclu X5 arasında xx.xx.2018-ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, xx.xx.2021-ci il tarixədək, illik 16% ödəmək şərtilə 80.000,90 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Kommersiya Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ei il tarixli, 24UMİ/18 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ünvanında yerləşən 123G nömrəli fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur (qeydiyyat nömrəsi: **********). İpoteka müqaviləsi xx.xx.2018-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə, xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 141UBZ/19 saylı; "xxxx" KB ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 141LBZ/İ9 saylı zaminlik müqavilələri çıxış edir və bu müqavilələrə görə Cavabdeh2 və Cavabdeh3 zamin kimi qeyd olunan kredit müqavilələrindən irəli gələn öhdəliklərin icra edilməməsinə görə borclu Cavabdeh1 Səxavəl qızı ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 xx.xx.2021 -ci il tarixə xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 56.158,29 AZN, faiz borcu üzrə 696,79 AZN, cəmi 56.855,08 AZN təşkil edir. xx.xx.2018-ci il tarixli, 24UMİ/18 saylı ipoteka müqaviləsinə əsasən X3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ünvanında yerləşən 123G nömrəli fərdi yaşayış evi xx.xx.2018-ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş, ipoteka predmeti əlan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 150.000 (bir yüz əlli min) manat məbləğində qiymətləndirilmişdir. İddiaçının ipoteka predmeti kimi çıxış edən mənzildən cavabdehin və onun ailə üzvlərinin çıxarılması onunla əlaqəlidir ki, əmlak hərraca çıxarıldığı zaman əmlak boş olmalıdır, eyni zamanda orada yaşayan şəxslərin və mənzilinin mülkiyyətçisinin hüquqlarından azad olmalıdır. Əks təqdirdə həmin əmlakın hərrac yolu ilo realizə olunması qeyri-mümkün olacaq. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3706/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh2 ölümü ilə bağlı ona münasibətdə işin icraatına xitam verilməsi və X1 İlham Fətiş oğlunun prosessual hüquq varisi kimi işə cəlb edilməsi qərara alınmışdır. Daha sonra İddiaçı "xxxx" KB ASC xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 52.597,34 AZN, faiz borcu üzrə 1174,20 AZN, cəmi 53.771,54 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsində yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2019cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsi üzrə 53771,54 AZN borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 150.000 (yüz əlli min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsində yerləşən 123G nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının "xxxx" KB ASC-nin nümayəndəsi X13 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Cavabdeh2 ölümü ilə bağlı hüquqi varisi X8 cavabdeh kimi nəzərə alınması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, X9 və Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" KB ASC ilə borclu X5 arasında xx.xx.2018-ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, xx.xx.2021-ci il tarixədək, illik 16% ödəmək şərtilə 80.000,90 AZN məbləğində kredit verilmişdir. "xxxx" Kommersiya Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 24UMİ/18 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 141UBZ/19 saylı; "xxxx" KB ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tairxli, 141LBZ/İ9 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh3 zamin kimi qeyd olunan kredit müqavilələrindən irəli gələn öhdəliklərin icra edilməməsinə görə borclu Cavabdeh1 Səxavəl qızı ilə eyni həcmdə məsuliyyət daşıyırlar. 1307732 saylı, RX seriyalı çıxarışa əsasən Cavabdeh2 ogluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ünvanında yerləşən 123G nömrəli fərdi yaşayış evi 180 ay müddətə "xxxx" KB ASC-nin xeyrinə yüklü edilmişdir. "xxxx" KB ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladıgı pretenziya məktubuna əsasən xx.xx.2018-ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, xx.xx.2021-ci il tarixədək, illik 16% ödəmək şərtilə 80 000,90 AZN məbləğində kredit verilməsi və 56.855,08 manat borclarının olması, borcun 5 gün müddətə ödənilməsi xahiş olunmuşdur. "xxxx" KB ASC-nin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış ərizəyə əsasən Cavabdeh2 ogluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ünvanında yerləşən 123G nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması xahiş olunmuşdur. Yasamal Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 104874 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən və məzmunundan görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə agciyər ürək çatmamazlıgı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 644 nömrə ilə qeyd edilmişdir; Bakı səhəri 43 nömrəli notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin məzmunundan görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş Cavabdeh2 vərəsələri qızı-X10r. Şəhadətnamə verilən miras əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ünvanında yerləşən 123G nömrəli fərdi yaşayış evindən ibarətdir; ********** saylı çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi X8 mülkiyyətindədir. İşdə olan nikah şəhadətnaməsinə əsasən Cavabdeh2 ilə X11 xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" KB ASC ilə borclu Cavabdeh1 arasında baglanmış xx.xx.2018-ci il tarixli, 24UM/18 müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə əsas kredit borcu üzrə 52597,34 AZN, faiz borcu üzrə 1174,20 AZN, cəmi 53771,54 AZN təşkil edir. “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 mart 2022-ci il tarixli rəyinin məzmunundan görünür ki, X9 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinin hazırki dövrə olan likvid dəyəri 155.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə borclu X5 arasında xx.xx.2018-ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, xx.xx.2021-ci il tarixədək, illik 16% ödəmək şərtilə 80 000,90 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Kommersiya Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ei il tarixli, 24UMİ/18 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ünvanında yerləşən 123G nömrəli fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. Bundan əlavə, xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsindən irəligələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli, 141UBZ/19 saylı; "xxxx" KB ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tairxli, 141LBZ/İ9 saylı zaminlik müqavilələri çıxış edir və bu müqavilələrə görə Cavabdeh2 və Cavabdeh3 zamin kimi qeyd olunan kredit müqavilələrindən irəli gələn öhdəliklərin icra edilməməsinə görə borclu Cavabdeh1 Səxavəl qızı ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. xx.xx.2018-ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 52597,34 manat, faiz borcu üzrə 1174,20 manat, cəmi 53771,54 manat təşkil edir. Bundan başqa zamin və ipoteka qoyan Cavabdeh2 oglunu ölümü ilə baglı onun vərəsəsi X16 işə cəlb edilmiş və Cavabdeh2 öhdəlikləri üzrə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir; 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”; Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 1133.1-ci maddəsinə əsasən “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”; 1133.2-ci maddəsinə əsasən “qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”; 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir; 1151.1-ci maddəsinə əsasən “mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göründüyü kimi, Bakı səhəri 43 nömrəli notariat ofisinin xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin məzmunundan görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş Cavabdeh2 vərəsəsi qızı-X10r. Şəhadətnamə verilən miras əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ünvanında yerləşən 123G nömrəli fərdi yaşayış evindən ibarətdir. Bu baxımdan, cavabdeh-vərəsə X16 borclu şəxsin vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduqları kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludur. Bu da öz növbəsində bankın cavabdeh şəxsdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Beləliklə məhkəmə iş materiallarında olan maliyyə arayışını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində təmin edilməli, cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-ııin əsas kredit borcu üzrə 52.597,34 manat, faiz borcu üzrə 1.174,20 manat, cəmi 53.771,54 manat məbləğində pul tutularaq ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı "xxxx" ASC “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı "xxxx" ASC (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını tələb edir. İş materiallarından göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu borclular tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və cavabdeh X9 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı və mənzil açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə onun ilkin satış qiyməti iddiaçının tələb etdiyi məbləg deyil, əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş məbləğdə, yəni 155.000 manat (yüz əlli beş min) manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" X18 Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və bildirişin qeydə alınmasına dair 40 manat xərc cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 müştərək qaydada əsas kredit borcu üzrə 52.597,34 manat, faiz borcu üzrə 1.174,20 manat, cəmi 53.771,54 manat (əlli üç min yeddi yüz yetmiş dörd manat əlli dörd qəpik) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödınilmiş 40 manat tutularaq iddiaçı "xxxx" X18 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilsin. Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi açıq hərracdan satılsın, ipoteka predmetinin açıq hərracda ilkin satış qiyməti 155.000 (yüz əlli beş min) manat müəyyən edilsin, əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilsin. Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaiti cavabdeh X9 qaytarılsın. Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər X16 və Cavabdeh1 həmin evdən çıxarılsınlar və ev boşaldılsın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-157/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-157/2022
05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver