Məhkəmə qərarları › İş №2(005)-16/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-16/2024

29.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-16/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “zəbt olunmuş sahədəki tikilinin sökülməsi və həmin torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “zəbt olunmuş sahədəki tikilinin sökülməsi və həmin torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş seriya RX №1308321 saylı xx.xx.2018-ci Çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,6 ha torpaq sahəsinin zəbt olunmuş 18,53 kv.metr hissəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin Cavabdehh oğlu tərəfindən boşaldılaraq iddiaçıya qaytarılması və 10 (on) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş seriya RX №1308321 saylı xx.xx.2018-ci Çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş 1 sot hissəsinin cavabdehlər “AtaHolding" MMC və “İnter-Servis" firması tərəfindən boşaldılaraq X2 qaytarılması, maddi və mənəvi ziyanının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırmaları zamanı mülkiyyətində olan torpaq sahəsinin 74,79 kv.metr hissəsinin “Ataholding" MMC tərəfindən zəbt olunduğu müəyyən edilmişdir. Mülkiyyətində olan 0,6 ha torpaq sahəsinin 18,53 kv.metr hissəsinin kimin istifadəsində olmasını isə müəyyən etmək mümkün olmamışdır. Buna görə də iddia tələbi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-183/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilərək cavabdeh "xxxx" MMC tərəfindən 0,1429 hektar torpaq sahəsinin zəbt olunmuş 74,79 kv.metr hissəsinin boşaldılaraq X2 qaytarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilərək zəbt olunmuş 74,79 kv.metr torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilmişdir. Torpaq sahəsinin təhvil-təslimi zamanı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis cəlb olunmuş, torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilmiş döngə nöqtələrinin koordinatları TRİMBLE R8 GPS cihazı vasitəsi ilə yerində müəyyən edilməklə göstərilmişdir. Bununla bağlı Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********03 saylı məktubda da qeyd olunmuşdur ki, “Torpaq sahəsinin plan ölçüsü" sənədində qeyd olunmuş 5-ci döngə nöqtəsinə dair koordinat mövcud vəziyyətdə qonşu tikilinin üzərində yerləşir. Ötən müddət ərzində aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, mülkiyyətində olan 0,6 ha torpaq sahəsinin 18,53 kv.metr hissəsi hazırki iş üzrə Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh zəbt etdiyi sahədə qanunsuz tikinti işləri aparmış və həmin tikilidən hazırda kababxana kimi istifadə edir. Zəbt olunmuş sahənin boşaldılmasını cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh sahəni boşaltmaqdan və qanunsuz tikilinin sökülməsindən imtina etmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil1 iddia tələbinin əsassız olduğunu qeyd edərək, iddianın təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X9 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixli 10/5227 saylı ekspert rəyi Bakı İnzibati Məhkəməsinin qərardadının icrası ilə əlaqədar tərəfindən verilmişdir. Rəyin nəticəsi ilə bağlı bildirir ki, bütün torpaq sahələrinin koordinatları Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza məlumatları əsasında müəyyən edilir. Ayrıc aktında mübahisəli torpağın sahəsi 596 kv.m olaraq göstərilmiş, sonradan həmin sahəyə 600 kv.m əsasında çıxarış veilmişdir. Plan-ölçü sənədində isə sahə 608 kv.m əks olunmuşdur. Müvafiq rəydə də ayrıc aktındakı sahə ilə plan ölçü arasındakı fərqin 12 kv.m olduğu bildirilmişdir. Yəni, ayrıc aktındakı sahə 12 kv.m fərqlə plan ölçüdəki koordinatlarla üst-üstə düşür. Lakin çıxarışa əsas olan plan-ölçü sənədində əlavə olaraq 8 kv.m sahə mövcuddur. Həmin artıq hissənin kimdə olması isə tərəfimizdən müəyyənləşdirilə bilmir. Bu səbəbdən Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinin əldə edilməsi tələb olunur. Mütəxəssisin rəyindəki plan-ölçü sənədində göstərilən koordinatlara əsasən 608 kv/m təşkil etdiyi artıq olan 8 kv/m torpaq sahəsinin 7 kv/m-nin Cavabdeh faktiki istifadə etdiyi tikilinin bir hissəsi olduğu müəyyən olunmuşdur. Yəni artıq olan 8 kv.m sahənin 7 kv.m sahəsi Cavabdeh faktiki istifadə etdiyi tikili ilə üst-üstə düşür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, ekspert rəyini tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX ******* №-li çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən ölçüsü 0.06 ha olan torpaq sahəsi X1 tam payda, xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2018-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 183/2019 saylı qətnaməsinə əsasən, cavabdeh “AtaHolding" MMC tərəfindən 0,1429 hektar torpaq sahəsinin zəbt olunmuş 74,79 kv.metr hissəsinin boşaldılaraq X2 qaytarılması, iddia tələblərinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-308/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, X3 və “AtaHolding" MMC-nin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmamış, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-183/2019 saylı iş üzrə 18 mart 2019-cu iİ tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-183/2019 saylı icra sənədinin icrası təmin edilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, tərəflərin və Nərimanov rayon İcra Şöbəsinin nümayəndələrinin iştirakı ilə sözügedən ünvanda texniki baxış keçirilmişdir. Müayinə baxış zamanı məlum olmuşdur ki, 2 saylı (82)-1323/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı əsasında torpaq sahəsinə verilmiş xx.xx.2018-ci il tarixli torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilmiş döngə nöqtələrinin koordinatları 9 TRİMBLE R8 GPS cihazı vasitəsi ilə yerində müəyyən edilməklə göstərilmişdir. “Torpaq sahəsinin plan və ölçüsü" sənədində qeyd olunmuş 5-ci döngə nöqtəsinə dair koordinat mövcud vəziyyətdə qonşu tikilinin üzərində yerləşir. Ümumi olaraq mövcud hasarlana sənəd üzrə sahələrə uyğun getmir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh verilmiş şəhadətnamənin surətindən görünür ki, Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin 06 fevral 2006-cı il tarixli 03 saylı qərarı ilə satılmış 0.1710 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və Nərimanov rayonu, M.Nağıyev küçəsi, 48A saylı evin altında yerləşən t/s onun kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı Cavabdeh mülkiyyətinə verilib. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2007-ci il tarixli Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən müəyyən olunur ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, 48A saylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 1ndə olan 0.171 ha torpaq sahəsində yerləşən 1 ədəd 3 mərtəbəli, 7 otaqlı, 230.8 kv.m yaşayış, 677.03 kv.m köməkçi sahədən ibarət 48A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 6593 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bu barədə xx.xx.2007-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 04 №-li “Murtuz Nağıyev küçəsi 48 “A” saylı evin sökülüb yenidən tikilməsinə icazə verilməsi haqqında” sərəncamının surətindən görünür ki, Cavabdeh ona məxsus Murtuza Nağıyev küçəsi 48 “A” saylı evini söküb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikməsinə icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 605 №-li “M.Nağıyev küçəsi 48 “A” №-li evin hüquqi qeydiyyata alınması haqqında sərəncamının surətindən görünür ki, M.Nağıyev küçəsi 48 “A” №-li evin tikintisi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli, 18/03- 8/7815 №-li məktubu ilə razılaşdırılmış eskiz layihəsinə uyğun və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 04 №-li Sərəncamına əsasən, başa çatdığına görə vətəndaş Cavabdeh mülkiyyətinə verilməsi qərara alınmışdır. X7 tərəfindən ünvan 6 ünvanda yerləşən mənzilin Cavabdeh adına özəlləşdirilməsinə razılıq verilmişdir. 27 iyul 2004-cü il tarixli AN-İ ******* №-li “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, X4, ümumi sahəsi 51.40 kv.m, yaşayış sahəsi 28.0 kv.m və 23.40 kv.m köməkçi sahədən ibarət olan 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi 48a saylı evi Alıcı - Cavabdeh mülkiyyətinə verir. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli sərəncamının surətindən görünür ki, Qarabağ müharibəsi əlili X6 ərizəsi nəzərə alınaraq, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsində ona fərdi ev tikintisi üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1323/2018 saylı qərarına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli, 10/7384 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsində mülkiyyətində olan 3 mərtəbəli 7 otaqlı yaşayış və qeyri-yaşayış sahəsinin, 677,03 kv.m köməkçi sahənin qapısı bağlı olduğundan koordinatlarını (ölçülərini) müəyyən etmək mümkün olmadı. ünvan 1 ünvanında yerləşən iddiaçı X1 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş seriya RX №1308321 saylı, xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin ölçüləri ilə Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsində mülkiyyətində olan 3 mərtəbəli 7 otaqlı yaşayış və qeyri-yaşayış sahəsinin, 677,03 kv.m köməkçi sahənin ölçüləri üst-üstə (toqquşma) düşmür. Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsində mülkiyyətində olan 3 mərtəbəli 7 otaqlı yaşayış və qeyri-yaşayış sahəsinin, 677,03 kv.m köməkçi sahədən ibarət tikilinin qapısı bağlı olduğundan, həmin tikilinin iş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli 11/1885 İnventar nömrə ilə qeydiyyatdan keçmiş eskiz plana uyğun tikilməsini müəyyən etmək mümkün olmadı. Cavabdeh istifadəsində olan torpaq sahəsinin giriş hissəsinin sağ tərəfində iddiaçının həyətyanı torpaq sahəsinə bitişik əksini tapmayan əlavə tikinti işlərinin aparıldığı müəyyən olunmuşdu. Eyni zamanda Cavabdeh adına verilmiş texniki pasporta əsasən istifadəsində olan torpaq sahəsinin bir hissəsi X5 əsasən mülkiyyətinə verilmiş 0,06 ha (600 kv.m) torpaq sahəsi (lakin Torpaq sahəsinin planı və ölçüsü” sənədində koordinatlar daxilində olan torpaq sahəsinin ümumi sahəsi 608 kv.m göstərilmişdir) ilə üst-üstə düşür. Lakin torpaq sahələrinin dəqiq nə qədər hissəsinin üst-üstə düşməsi Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən GPS vasitəsi ilə ölçüldükdən sonra müəyyən oluna bilər. Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsində mülkiyyətində olan 3 mərtəbəli 7 otaqlı yaşayış və qeyri-yaşayış sahəsinin, 677,03 kv.m köməkçi sahədən ibarət tikili iş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixil 11/1885 inventar nömrə ilə qeydiyyatdan keçmiş eskiz plana uyğun tikilib-tikilməməsini müəyyən etmək mümkün olmadığı üçün tədqiqat aparılmadı. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2022-ci il tarixli, 10/5227 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********87 nömrəli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 370 nömrəli sərəncamı əsasında iddiaçı X8 Bakı şəhəri, M.Nağıyev küçəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş ayrıc aktının koordinatları ilə daşınmaz əmlakın dövlət reyestrdən verilmiş çıxarışın əlavəsi olan planölçüdə qeyd olunmuş koordinatlarının 12 kv/m fərqlə üst-üstə düşdüyü müəyyən olundu. X6 adına tərtib edilmiş ayrıc aktında qeyd olunmuş koordinatlara və məsafə ölçülərinə əsasən ayrılmış sahənin 596 kv/m İddiaçı Daşınma Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, reyestr nömrəsi **********77 olan çıxarışda və çıxarışın əlavəsi olan torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin ölçüsünün 600 kv/m ölçüdə göstərilsə də, torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlara əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin 608 kv metr olduğu müəyyən olundu. Ayrıc aktına əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinə qeyd olunmuş koordinatlara əsasən üst-üstə düşən sahənin (İddiaçı iddia etdiyi sahə) Cavabdeh istifadəsində olduğu müəyyən olundu. Qərardadın üçüncü-dördüncü sualları üzrə: Mütəxəssis rəyinə əsasən, ümumiyyətlə X8 Bakı şəhəri, M.Nağıyev küçəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə məhkəmə qərarı əsasında verilmiş daşınmaz əmlakın dövlət reyesrtdən çıxarış əsasında hazılanmışplan və ölçüdə nəzərdə tutulmuş koordinatlarla, həmin torpaq sahəsinin İddiaçı mülkiyyətinə verildikdən sonra sonuncunun adına verilmiş çıxarışa əlavə edilmiş paln və ölçüdə torpaq sahəsinin koordinatları üst-üstə düşsə də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, reyestr nömrəsi **********77 olan çıxarışın əlavəsi olan torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən 608 kv/m təşkil etdir, artıq olan 8 kv/m torpaq sahəsinin 7 kv/m-nin Cavabdeh faktiki istifadə etdiyi tikilinin bir hissəsi olduğu müəyyən olundu. Qərardadın beşinci-altıncı sualları üzrə: Mütəxəssis rəyinə əsasən, Torpağın mülkiyyəət verilməsinə dair şəhadətnamə miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyindən qərardadın bu suallarını cavablandırmaq mümkün olmadı. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1883/2023 nömrəli 10 mart 2023-cü il tarixli qərarına əsasən, iddia mahiyyəti üzrə baxılan hissədə təmin edilmiş, üçüncü şəxs X2 məxsus ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə edilmiş 22 may 2018-ci il tarixdə tərtib edilmiş A № 266080 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində adıçəkilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan ölçülərlə uyğunsuzluğun əlavə 7 kv.m torpaq sahəsinə (iddiaçı Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi) münasibətdə aradan qaldırılması və həmin plan və ölçü sənədində olan koordinatlarda əlavə 7 kv.m torpaq sahəsinin (iddiaçı Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi) xaric edilməsi ilə əlaqədar 22 may 2018-ci il tarixdə tərtib edilmiş A № 266080 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində və həmin texniki məlumatların yerləşdiyi elektron baza məlumatlarında düzəlişin edilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-2687/2023 saylı qərardadına əsasən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1883/2023 nömrəli 10 mart 2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilmiş və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. Mülki iş materiallarından müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 370 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlili X8 Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsində fərdi ev tikintisi üçün 0,06 ha torpaq sahəsi ayrılmış, həmin sərəncamın əsasında DTXK-nın Bakı şəhər şöbəsi tərəfindən onun adına xx.xx.2003-cü il tarixli JN-8477H saylı “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə verilmiş və qeyd edilən ünvandakı 0,054 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmışdır. Həmin torpaq sahəsində Araz Hüseynov tərəfindən fərdi yaşayış evi inşa edilmiş və Bakı şəhəri 19 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2003-cü il tarixli 209474 nömrəli müqaviləyə əsasən, ünvan 7 ünvanında 506 kv.m torpaq sahəsində yerləşən iki otaqlı, 45,90 kv.m yaşayış sahəsi olan 5 saylı həmin fərdi yaşayış evi Araz Hüseynov tərəfindən Eynalova (Quattrocchı) Salatın Məmməd qızına 318 500 000 manata (köhnə manat) satılmış, sonuncunun fərdi yaşayış evi üzərindəki mülkiyyət hüququ xx.xx.2003-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona müvafiq çıxarış verilmiş, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də Salatın Quattrocchinin istifadəsinə keçmiş, lakin torpaq sahəsinin sənədləşdirilməsi tam başa çatmadığından adına rəsmiləşdirə bilməmişdir. Araz Hüseynov Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti başçısının 370 saylı xx.xx.2000-ci il tarixli sərəncamına əsasən və 03/52 saylı 2003-cü il tarixli ayrıc aktına uyğun olaraq fərdi ev tikmək üçün ayrılmış Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh quruma həvalə edilməsi" tələblərinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 15 mart 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 mart 2018-ci il tarixli qərarı 02 may 2018-ci tarixdə qanuni qüvvəsini alaraq icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə göndərilmiş, qərar icra olunaraq ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə Araz Hüseynovun adına dövlət reyestrində qeydiyyatdan keçmiş, bundan sonra isə X13 Quattrocchı arasında Bakı şəhəri 03 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Araz Hüseynov tam mülkiyyət hüququ üzrə özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini 50 000 manata Salatın Quattrocchiyə satmış, sonuncunun torpaq sahəsi üzərindəki mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona RX seriyalı, ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Daha sonra İddiaçı cavabdehlər "xxxx" MMC və qeyrilərinə qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş 1 sot hissəsinin boşaldılaraq ona qaytarılması və qanunsuz istifadə nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini xahiş etmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-183/2019 saylı qətnaməsi ilə cavabdeh “AtaHolding" MMC tərəfindən 0,1429 hektar torpaq sahəsinin zəbt olunmuş 74,79 kv.metr hissəsinin boşaldılaraq X2 qaytarılması, iddia tələblərinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Hazırda iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,6 ha torpaq sahəsinin zəbt olunmuş 18,53 kv.metr hissəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsini və torpaq sahəsinin boşaldılaraq iddiaçıya qaytarılmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir, üst-üstə düşən torpaq sahəsinin iddiaçıya aid olmadığını, cavabdehin həmin torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçıdan əvvəl əldə etdiyini, heç bir zəbt olunma halı olmadığını bildirir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbində onun torpaq sahəsinin 18,53 kv/m əksik olan sahəsinin cavabdeh tərəfindən tutularaq istifadə edildiyini göstərmişdir. Lakin işdə olan materiallar əsas götürülməklə, işin faktiki hallarına əsasən (xx.xx.2022-ci il tarixli 10/5227 saylı ekspert rəyi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı) iddiaçının istinad etdiyi dəlillər təkzib olunur. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 183/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə işin araşdırılmış hallarına görə, elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (Torpaq sahəsinin planı və ölçüsü, reyestr nömrəsi **********77) çıxarışla İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 0,06 hektar torpaq sahəsinin 18,53 kv.metr hissəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsindən kənarda yerləşir və sözügedən torpaq sahəsinin kimin istifadəsində olmasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, yuxarıda sözügedən məhkəmə araşdırması zamanı iddiaçının iddia etdiyi 1 sot torpaq sahəsinin 74,79 kv/m hissəsinin həmin iş üzrə cavabdeh tərəfindən zəbt edilməsi faktı təsdiqlənsə də, iddiaçıya məxsus 0,06 hektar torpaq sahəsinin 18,53 kv.metr hissəsinin kimin istifadəsində olmasını müəyyən etmək mümkün olmamışdır. Hansı ki, həmin məhkəmə mübahisəsinin də predmeti məhz bütövlükdə zəbt olunmuş torpaq sahəsinin iddiaçıya geri qaytarılması olmuşdur. Lakin göründüyü kimi, tələb olunan sahədən bir hissəsinin digər mülki iş üzrə cavabdeh tərəfindən zəbt olunması faktı təsdiqlənsə də, hazırda mübahisələndirilən ölçüdə torpaq sahəsinin kimin istifadəsində olması uzun məhkəmə çəkişmələrinə baxmayaraq müəyyən edilməmişdir. Hazırda isə iddiaçı konkret hansı fakta istinadən torpaq sahəsinin 18,53 kv.m-nin məhz iş üzrə Cavabdeh istifadəsində olmasını iddia etməsini əsaslandıra bilmir. Lakin iddia tələbinin dəlillərindən müəyyən etmək olar ki, bu faktlardan birincisi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda “Torpaq sahəsinin plan ölçüsü” sənədində qeyd olunmuş 5-ci döngə nöqtəsinə dair koordinatın mövcud vəziyyətdə qonşu tikilinin üzərində yerləşməsi barədə qeydin əks olunması, ikincisi isə cavabdehin istifadəsində olan torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsinin qonşu olmasıdır. Göründüyü kimi, bu dəlillər öz-özlüyündə hər hansı faktı təsdiqləmək üçün kifayət etmir. Məhkəmə iş üzrə yuxarıda gəldiyi nəticəni iddia ərizəsində göstərilən faktiki halların ekspertiza rəyləri ilə müəyyən edilməsinə zərurətin olması ilə əsaslandırır. Nəticə etibarilə məhkəmə iddiaçının öz iddia tələbini əsaslandırarkən istinad etdiyi xx.xx.2022-ci il tarixli mütəxəssis rəyini mötəbər sübut hesab etmir. Belə ki, Mülki Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin dəlillərinin araşdırılması məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin olunmuş, iddiaçı həmin ekspertiza rəyinə etiraz etmişdir. Bundan sonra məhkəmə tərəfindən ziddiyyətli halların araşdırılması üçün təkrar ekspertiza təyin edilsə də, iddiaçı zəruri olan mütəxəssis rəyinin təqdim edilməsinə görə xidmət haqqının ödənilməsini təmin etməmişdir. Bəllidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olur. Məhz deyilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi rəyin mötəbərliyi şübhəlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının özü tərəfindən təqdim edilmiş mütəxəssis rəyinin mötəbərliyi bu sahədə ixtisaslaşmış müvafiq dövlət orqanının mütəxəssis rəyi ilə təsdiq oluna bilərdi. Lakin göründüyü kimi, iddiaçı öz iddia tələblərinin təsdiq edilməsi üçün zəruri olan hərəkətləri etməmişdir. Məhkəmə, iş üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2022-ci il tarixli, 10/5227 nömrəli ekspert rəyindən də hazırda mübahisəli olan 18,53 kv/m sahənin kimin istifadəsində olduğu müəyyən edilmir. Həmin ekspertin rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş ayrıc aktı ilə məhkəmə qərarından sonra torpağa dair verilmiş plan-ölçü sənədi arasında 12 kv/m fərqin olduğu qeyd edilmişdir. Göründüyü kimi, aparılmış tədqiqatın nəticələrinə əsasən, iddiaçı X2 məxsus torpaq sahəsinin ölçüsü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın əlavəsi olan torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən 608 kv/m təşkil edir, artıq olan 8 kv/m torpaq sahəsinin 7 kv/m-nin Cavabdeh faktiki istifadə etdiyi tikilinin bir hissəsi olduğu, o cümlədən Ayrıc aktına əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinə qeyd olunmuş koordinatlara əsasən üst-üstə düşən sahənin (İddiaçı iddia etdiyi sahə) Cavabdeh istifadəsində olduğu qənaətinə gəlinmişdir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, iddiaçı X2 məxsus torpaq sahəsinin plan və ölçü sənədində adıçəkilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan ölçülərlə əlavə 7 kv.m torpaq sahəsinə dair uyğunsuzluğun aradan qaldırılması və elektron baza məlumatlarında düzəlişin edilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanların kontekstində qeyd olunur ki, mübahisəli hüquq münasibəti mülkiyyət hüququnun pozulmasına son qoyulması ilə bağlı olduğundan məhkəmə işdə olan sübutlara həmin münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 139, 238.1-ci maddələrinin tələbləri baxımından qiymət verərək iddianın əsassız olması barədə nəticəyə gəlir. `Qanunun göstərilən normalarının tələbinə görə mülkiyyət hüququnun pozuntusu o zaman baş verir ki, bu hüququn həyata keçirilməsinə hər hansı şəkildə qanunun ziddinə olaraq maneələr yaradılır, hüquqdan məhrum etmə və s. baş verir. Mülkiyyət hüququ, o cümlədən torpaq sahəsi üzərində mülkiyyət hüququ qanunla qorunur və müdafiə olunur. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına və bu hüquqdan məhrum etməyə yalnız qanunda nəzərdə tutulmuş hallarda yol verilir. Beləliklə, iddiaçının iddia etməsinə görə cavabdeh tərəfindən ona məxsus torpaq sahəsi zəbt olunmuş və nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur. Həmin tələblə bağlı məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunması sübuta yetməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması və ya ona məxsus torpaq sahəsinin 18,53 kv/m hissəsinin cavabdehin istifadəsində olması barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş və tələblərinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yuxarıda sadalananlardan əlavə qeyd etməyi zəruri hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə işin müəyyən olunmuş hallarına əsasən, işin faktiki hallarından, o cümlədən mütəxəssis rəyi və ekspert rəyi ilə müəyyən edildiyi kimi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş koordinatlarla çıxarışa əlavə edilmiş plan-ölçüdə qeyd olunan koordinatlar qismən (12 kv.m fərqlə) üst-üstə düşür. X6 adına tərtib edilmiş ayrıc aktında qeyd olunan koordinatlara və məsafə ölçülərinə əsasən ayrılmış sahə 596 kv.m, S.Quattrocchinin adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və çıxarışın əlavəsi olan plan və ölçü sənədində torpaq sahəsinin ölçüsü 600 kv.m göstərilmiş, lakin plan və ölçü sənədində olan koordinatlara əsasən sonuncunun torpaq sahəsi 608 kv.m təşkil etmişdir. Üst-üstə düşən sahədən 7 kv.m olan hissə iddiaçı Cavabdeh istifadəsindədir. Belə ki, artıq olan 8 kv.m torpaq sahəsinin 7 kv.m hissəsi Cavabdeh faktiki istifadəsində olan tikilinin bir hissəsidir. Göründüyü kimi məhkəmə qərarı qəbul edilənə qədər 596 kv.m torpaq sahəsi, məhkəmə qərarından sonra isə 600 kv.m torpaq sahəsinə X6 mülkiyyət hüququ tanınmışdır.... Lakin, cavabdeh mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə edilmiş texniki sənəddə həmin halı nəzərə almamış səlahiyyətindən kənarlaşaraq satıcının mülkiyyət hüququ mövcud olmamasına baxmayaraq əlavə iddiaçının faktiki istifadəsində olan 7 kv.m torpaq sahəsini koordinatlara göstərmiş, nəticədə iddiaçının istifadəsində olan 7 kv.m torpaq sahəsi üçüncü şəxsin texniki sənədlərində faktiki olaraq mülkiyyətində olan sahə kimi göstərilmişdir. Halbuki, texniki sənəd hüquqi müəyyənedən sənədə uyğun olmaqla tərtib edilməlidir ki, həmin sənədlər arasında uyğunsuzluq istər ekspert rəyi, istərsə də mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır. Həmçinin də sözügedən qərara əsasən, iddia mahiyyəti üzrə baxılan hissədə təmin edilərək, üçüncü şəxs X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu Murtuza Nağıyev küçəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə edilmiş 22 may 2018-ci il tarixdə tərtib edilmiş А№ 266080 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində adıçəkilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan ölçülərlə uyğunsuzluğun əlavə 7 kv.m torpaq sahəsinə (iddiaçı Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi) münasibətdə aradan qaldırılması və həmin plan və ölçü sənədində olan koordinatlarda əlavə 7 kv.m torpaq sahəsinin (iddiaçı Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi) xaric edilməsi ilə əlaqədar 22 may 2018-ci il tarixdə tərtib edilmiş А№ 266080 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində və həmin texniki məlumatların yerləşdiyi elektron baza məlumatlarında düzəlişin edilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Belə olanda məhkəmə qeyd edir ki, əvvəlcə iddia tələbi üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və onların tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Belə ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddiaçı X1 Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,6 ha torpaq sahəsinin 18,53 kv.metr hissəsinin kimin istifadəsində olmasını müəyyən etmək mümkün olmamış, eyni zamanda iddiaçı tərəfindən iddianın dəlillərində göstərilən halları təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə çıxışındakı “torpaq sahəsinin ölçülərini yerində müəyyən etmək mümkündür”, “torpaq sahələrinin cavabdehin istifadəsində olması ancaq Bakı İnzibati Məhkəməsinə təqdim edilmiş ekspertiza rəyləri ilə müəyyən edilmişdir”, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidovun apelyasiya şikayətində iddiaçının mülkiyyətində olan torpaq sahəsinə plan ölçü Bakı Şəhəri İcra hakimiyyətinin Ayrıc aktına uyğun tərtib edildiyi qeyd olunmuşdur” kimi dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ekspertiza rəyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 özü tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş, sonuncu həmin rəyə istinad edərək iddianın dəlillərini müdafiə etmişdir. İkinci bir tərəfdən məhkəmə digər dəlillə bağlı öz mövqeyini onunla əsaslandırır ki, hazırda iddia tələbi üzrə mübahisənin araşdırılması üçün torpaq sahəsinin faktiki ölçüləri deyil, iddiaçının mübahisələndirdiyi 18,53 kv/m torpaq sahəsinin hansı koordinatlar daxilində yerləşməsi o cümlədən həmin sahənin cavabdehin qanunsuz sahibliyi və istifadəsində olması faktı müəyyən edilməli idi. Hansı ki, bu məsələnin həlli xüsusi bilik tələb etdiyi üçün məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilsə də iddiaçı tərəfindən ekspertizanın rəyinin əldə edilməsi məqsədilə lazımı hərəkətlər edilməmişdir (İş materiallarında bu məsələyə dair kifayət qədər məlumat mövcuddur). Qeyd olunanlardan başqa məhkəmə, iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə çıxışındakı son dəlili ilə bağlı bildirir ki, həmin dəlil də əsassızdır. Belə ki, inzibati orqanın özünün cavabdeh kimi cəlb olunduğu iş üzrə maraqlarına uyğun olmayan məhkəmə qərarından şikayət edərkən qeyd etdiyi dəlillər, o demək deyildir ki, indiki iş üzrə təkzibedilməz sübut kimi qiymətləndirilə bilər. Üstəlik də iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin İK-nın xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, cavabdeh verilmiş apelyasiya şikayətini geri götürmüş və həmin şikayətlə bağlı apelyasiya baxışına xitam verilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbində qeyd olunan ünvan 1 ünvanında yerləşən 0,6 ha torpaq sahəsinin 18,53 kv.metr hissəsinin cavabdeh tərəfindən zəbt olunması faktı müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və MPM-nin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddia tələbi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 Cavabdeh qarşı “zəbt olunmuş sahədəki tikilinin sökülməsi və həmin torpaq sahəsinin boşaldılması”na dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar