Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-161/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X9, İddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11, Cavabdeh X4 iştirakları ilə, İddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X5 və Cavabdeh2 qarşı “krediti müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X6 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli RH-00003-01-ÖV/16A nömrəli kredit müqaviləsindən irəli gələn xx xxxx 2020-ci il tarixinə olan 33.808,70 (otuz üç min səkkiz yüz səkkiz manat yetmiş qəpik) manat məbləğində əsas borc, 13.758,32 (on üç min yeddi yüz əlli səkkiz manat otuz iki qəpik) manat məbləğində faiz borcu, 13.121,82 (on üç min bir yüz iyirmi bir manat səksən iki qəpik) manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 60.688,84 (altmış min altı yüz səksən səkkiz manat səksən dörd qəpik) manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqının, həmçinin 50 (əlli) manat məbləğində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh1 Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan xx xxxxxx 2016-cı il tarixli RİİG-00003-01/16A-(1) Sonrakı ipoteka müqaviləsinə 01 nömrəli əlavə saziş əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, 9a nömrəli evin, 48 nömrəli mənzilinə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması və mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialı ilə cavabdeh X12 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli RH-00003-01/16A nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 (otuz altı) ay müddətinə, illik 25 (iyirmi beş) faiz ödəmək şərti ilə 303.600 (üç yüz üç min altı yüz) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdeh X12 xx xxxxxx 2016-cı il tarixdə iddiaçıyla RİİG-00003-01/16A-(1) nömrəli Sonrakı ipoteka müqaviləsi bağlayaraq xüsusi mülkiyyət hüququ üzrə özünə məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsində istifadədə olan 0,16442 ha torpaq sahəsində yerləşən 9a nömrəli, 9 mərtəbəli binada 59,94 kv.metr ümumi, 30,15 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 48 nömrəli mənzili ipotekaya qoymuşdur. xx xxxxxx 2017-ci il tarixdə satıcı X12 ilə alıcı Cavabdeh1 arasında AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən Satıcı, Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsində istifadədə olan 0,16442 ha torpaq sahəsində yerləşən 9a nömrəli, 9 mərtəbəli binada 59,94 kv.metr ümumi, 30,15 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 48 nömrəli ipoteka ilə yüklü olan mənzili alıcının mülkiyyətinə vermişdir. xx xxxxxx 2017-ci il tarixdə Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialı ilə cavabdeh-yeni borclu Cavabdeh1 və əvvəlki X3 arasında “Öhdəliklərin verilməsinə dair” RH-00003-01-ÖV/16A nömrəli müqavilə imzalanmışdır. Öhdəliklərin verilməsi müqaviləsinin 1-ci bəndinə əsasən tərəflər razılığa gəlmişdir ki, müqavilə imzalandığı tarixdən əvvəlki borclu ilə bank arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli RH-00003-01/16A nömrəli kredit müqaviləsi üzrə əvvəlki borclunun hüquq və vəzifələri yeni borcluya verilmiş və yeni borclu qanunvericiliyə müvafiq olaraq əvvəlki borclunu əvəz etməyi qəbul etmişdir. Müqavilənin 2-ci bəndinə yeni borclu kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunmasına qədər kredit müqaviləsi ilə əvvəlki borcluya münasibətdə nəzərdə tutulmuş hüquq və vəzifələri həyata keçirir və müvafiq məsuliyyəti daşıyır. xx xxxxxx 2017-ci il tarixdə iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialı ilə cavabdeh-yeni borclu Cavabdeh1 və əvvəlki X3 arasında xx xxxxxx 2016-cı il tarixli RH-00003-01/16A nömrəli kredit müqaviləsinə 01 nömrəli əlavə saziş bağlanmışdır. Sazişə əsasən kredit müqaviləsi üzrə borcalan qismində çıxış edən X12 həmin kredit müqaviləsinə əsasən mövcud olan öz hüquq və öhdəliklərini Cavabdeh1 ötürmüş, Cavabdeh1 isə onları qəbul etmişdir. Kredit müqaviləsi üzrə əsas borcun qalığı 303.000 (üç yüz üç min) manat təşkil edir, kreditin son ödəniş tarixi xx xxxxxx 2020-ci il tarixi ilə əvəz olunmuşdur. xx xxxxxx 2017-ci il tarixdə iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialı ilə cavabdeh-sonrakı ipoteka qoyan Cavabdeh1 və əvvəlki ipoteka qoyan X12 arasında xx xxxxxx 2016-cı il tarixli RHG-00003-01/16A-(l) nömrəli Sonrakı İpoteka müqaviləsinə 01 nömrəli əlavə saziş bağlanmışdır. Sonrakı İpoteka müqaviləsinə əsasən X12 tərəfindən Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsində istifadədə olan 0,16442 ha torpaq sahəsində yerləşən 9a nömrəli, 9 mərtəbəli binada 59,94 kv.metr ümumi, 30,15 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 48 nömrəli mənzil Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin razılığı ilə X12 tərəfindən xx xxxxxx 2017-ci il tarixli AN-İ ******* nömrəli ipoteka ilə yüklü edilmiş əmlakın alqı-satqı müqaviləsi bağlanmaqla Cavabdeh1 satıldığına görə qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq X1 ipoteka müqaviləsi üzrə ipoteka qoyan qismində hüquq və vəzifələri Cavabdeh1 keçmişdir və cavabdeh həmin sonrakı ipoteka müqaviləsinə tərəf kimi daxil olmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 90 (doxsan) gündən artıq gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.9-cu və ipoteka müqaviləsinin 6.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin xx xxxx 2020-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 33.808,70 (otuz üç min səkkiz yüz səkkiz manat yetmiş qəpik) manat, faizlərin məbləği 13.758,32 (on üç min yeddi yüz əlli səkkiz manat otuz iki qəpik) manat, dəbbə borcu 13.121,82 (on üç min bir yüz iyirmi bir manat səksən iki qəpik) manat təşkil edir. Beləliklə, cavabdehlərin xx xxxx 2020-cu il tarixinə ümumi borcu 60.688,84 (altmış min altı yüz səksən səkkiz manat səksən dörd qəpik) manat təşkil edir. Məhkəmə iclasında iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X14 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X10 iddia tələbini qismən qəbul edərək, əsas məbləğə hesablanmış faiz və cərimə borcunu qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, 3-cü şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə 3cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 və cavabdeh X4 izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialı ilə cavabdeh X12 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli RH-00003-01/16A nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq kredit müqaviləsinə əsasən, bank tərəfindən borclu şəxsə şəxsi istifadə məqsədi ilə 36 (otuz altı) ay müddətinə, illik 25 (iyirmi beş) faiz ödəmək şərti ilə 303.600 (üç yüz üç min altı yüz) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir; Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialı ilə cavabdeh X12 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli RİİG-00003-01/16A-(1) nömrəli Sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialı ilə cavabdeh X12 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli RH-00003-01/16A nömrəli kredit müqaviləsinin təminatı qismində borclu şəxsə xüsusi mülkiyyət hüququ üzrə məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsində istifadədə olan 0,16442 ha torpaq sahəsində yerləşən 9a nömrəli, 9 mərtəbəli binada 59,94 kv.metr ümumi, 30,15 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 48 nömrəli mənzili ipotekaya qoyulmuşdur; X3 ilə cavabdeh-alıcı Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqavilənin 1-ci bəndinə əsasən satıcı-borclu şəxs Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsində istifadədə olan 0,16442 ha torpaq sahəsində yerləşən 9a nömrəli, 9 mərtəbəli binada 59,94 kv.metr ümumi, 30,15 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 48 nömrəli ipoteka ilə yüklü olan mənzili cavabdeh-alıcı şəxsin mülkiyyətinə vermişdir; Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialı ilə cavabdeh-yeni borclu Cavabdeh1 və əvvəlki X3 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli RH-00003-01-ÖV/16A nömrəli “Öhdəliklərin verilməsinə dair” müqavilənin məzmunundan görünür ki, müvafiq müqavilənin 1-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, müqavilə imzalandığı tarixdən əvvəlki borclu ilə bank arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli RH-00003-01/16A nömrəli kredit müqaviləsi üzrə əvvəlki borclunun hüquq və vəzifələri yeni borcluya verilmiş və yeni borclu qanunvericiliyə müvafiq olaraq əvvəlki borclunu əvəz etməyi qəbul etmişdir. Belə ki, müqavilənin 2-ci bəndinə əsasən yeni borclu kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunmasına qədər kredit müqaviləsi ilə əvvəlki borcluya münasibətdə nəzərdə tutulmuş hüquq və vəzifələri həyata keçirir və müvafiq məsuliyyəti daşıyır; Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialı ilə cavabdeh-yeni borclu Cavabdeh1 və əvvəlki X3 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli RH-00003-01/16A nömrəli kredit müqaviləsinə dair imzalanmış xx xxxxxx 2017-ci il tarixli 01 nömrəli əlavə sazişin məzmunundan görünür ki, müvafiq sazişə əsasən kredit müqaviləsi üzrə borcalan qismində çıxış edən X12 həmin kredit müqaviləsinə əsasən mövcud olan öz hüquq və öhdəliklərini Cavabdeh1 ötürmüş, Cavabdeh1 isə onları qəbul etmişdir. Kredit müqaviləsi üzrə əsas borcun qalığı 303.000 (üç yüz üç min) manat təşkil etmiş, kreditin son ödəniş tarixi xx xxxxxx 2020-ci il tarixi ilə əvəz olunmuşdur; Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialı ilə cavabdeh-sonrakı ipoteka qoyan Cavabdeh1 və əvvəlki ipoteka qoyan X12 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli RHG-00003- 01/16A-(l) nömrəli Sonrakı İpoteka müqaviləsinə dair imzalanmış xx xxxxxx 2017-ci il tarixli 01 nömrəli əlavə sazişin məzmunundan görünür ki, Sonrakı İpoteka müqaviləsinə əsasən X12 tərəfindən Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsində istifadədə olan 0,16442 ha torpaq sahəsində yerləşən 9a nömrəli, 9 mərtəbəli binada 59,94 kv.metr ümumi, 30,15 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 48 nömrəli mənzil Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin razılığı ilə X12 tərəfindən xx xxxxxx 2017-ci il tarixli AN-İ ******* nömrəli ipoteka ilə yüklü edilmiş əmlakın alqısatqı müqaviləsi bağlanmaqla Cavabdeh1 sarıldığına görə qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq X1 ipoteka müqaviləsi üzrə ipoteka qoyan qismində hüquq və vəzifələri Cavabdeh1 keçmişdir və cavabdeh həmin sonrakı ipoteka müqaviləsinə tərəf kimi daxil olmuşdur; Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 ünvanladığı xx xxxxxx 2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən kredit borcunun tutulması ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə başlanması barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, X8 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsində yerləşən 9a nömrəli evin 48 nömrəli mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır; xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X2 iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinə xx xxxxxx 2017-ci il tarixli RH-00003-01-ÖV/16A nömrəli kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixə 33.808,70 (otuz üç min səkkiz yüz səkkiz manat yetmiş qəpik) manat məbləğində əsas borc, 13.758,32 (on üç min yeddi yüz əlli səkkiz manat otuz iki qəpik) manat məbləğində faiz borcu, 13.121,82 (on üç min bir yüz iyirmi bir manat səksən iki qəpik) manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 60.688,84 (altmış min altı yüz səksən səkkiz manat səksən dörd qəpik) manat məbləğində borcu vardır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 9/3302 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, xx xxxxxx 2017-ci il tarixli RH-00003-01- ÖV/16A nömrəli kredit müqaviləsi üzrə cavabdeh X2 iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinə xx xxxxxx 2020-ci il tarixə (müqavilə müddəti bitən) olan borcu 45.479,47 (qırx beş min dörd yüz yetmiş doqquz manat qırx yeddi qəpik) manat məbləğində (əsas borc üzrə 33.126,17 (otuz üç min bir yüz iyirmi altı manat on yeddi qəpik) manat və faiz borcu üzrə 12.353,30 (on iki min üç yüz əlli üç manat otuz qəpik) manat) müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat məbləğində təşkil etmişdir; “Qiymətləndirmə Xidməti Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli 327M nömrəli rəyinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsində yerləşən 9a nömrəli evin 48 nömrəli mənzili hazırki bazar qiyməti 60.000 (altmış min) manat məbləğində müəyyən olunmuşdur; Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalı-Xidmət haqqının ödənilməsi barədə çıxarışın məzmunundan və surətindən görünür ki, Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 50 (əlli) manat məbləğində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müvafiq qaydada rüsum ödənilmişdir; xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialı ilə cavabdeh X12 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli RH- 00003-01/16A nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 (otuz altı) ay müddətinə, illik 25 (iyirmi beş) faiz ödəmək şərti ilə 303.600 (üç yüz üç min altı yüz) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı kimi cavabdeh X12 xx xxxxxx 2016-cı il tarixdə iddiaçıyla RİİG-00003-01/16A-(1) nömrəli Sonrakı ipoteka müqaviləsi bağlayaraq xüsusi mülkiyyət hüququ üzrə özünə məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsində istifadədə olan 0,16442 ha torpaq sahəsində yerləşən 9a nömrəli, 9 mərtəbəli binada 59,94 kv.metr ümumi, 30,15 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 48 nömrəli mənzili ipotekaya qoymuşdur. xx xxxxxx 2017-ci il tarixdə satıcı X12 ilə alıcı Cavabdeh1 arasında AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən Satıcı, Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsində istifadədə olan 0,16442 ha torpaq sahəsində yerləşən 9a nömrəli, 9 mərtəbəli binada 59,94 kv.metr ümumi, 30,15 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 48 nömrəli ipoteka ilə yüklü olan mənzili alıcının mülkiyyətinə vermişdir. xx xxxxxx 2017-ci il tarixdə Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialı ilə cavabdehyeni borclu Cavabdeh1 və əvvəlki X3 arasında “Öhdəliklərin verilməsinə dair” RH-00003-01-ÖV/16A nömrəli müqavilə imzalanmışdır. Öhdəliklərin verilməsi müqaviləsinin 1-ci bəndinə əsasən tərəflər razılığa gəlmişdir ki, müqavilə imzalandığı tarixdən əvvəlki borclu ilə bank arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli RH- 00003-01/16A nömrəli kredit müqaviləsi üzrə əvvəlki borclunun hüquq və vəzifələri yeni borcluya verilmiş və yeni borclu qanunvericiliyə müvafiq olaraq əvvəlki borclunu əvəz etməyi qəbul etmişdir. Müqavilənin 2-ci bəndinə yeni borclu kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunmasına qədər kredit müqaviləsi ilə əvvəlki borcluya münasibətdə nəzərdə tutulmuş hüquq və vəzifələri həyata keçirir və müvafiq məsuliyyəti daşıyır. xx xxxxxx 2017-ci il tarixdə iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialı ilə cavabdeh-yeni borclu Cavabdeh1 və əvvəlki X3 arasında xx xxxxxx 2016-cı il tarixli RH-00003-01/16A nömrəli kredit müqaviləsinə 01 nömrəli əlavə saziş bağlanmışdır. Sazişə əsasən kredit müqaviləsi üzrə borcalan qismində çıxış edən X12 həmin kredit müqaviləsinə əsasən mövcud olan öz hüquq və öhdəliklərini Cavabdeh1 ötürmüş, Cavabdeh1 isə onları qəbul etmişdir. Kredit müqaviləsi üzrə əsas borcun qalığı 303.000 (üç yüz üç min) manat təşkil edir, kreditin son ödəniş tarixi xx xxxxxx 2020-ci il tarixi ilə əvəz olunmuşdur. xx xxxxxx 2017-ci il tarixdə iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialı ilə cavabdeh-sonrakı ipoteka qoyan Cavabdeh1 və əvvəlki ipoteka qoyan X12 arasında xx xxxxxx 2016-cı il tarixli RHG-00003- 01/16A-(l) nömrəli Sonrakı İpoteka müqaviləsinə 01 nömrəli əlavə saziş bağlanmışdır. Sonrakı İpoteka müqaviləsinə əsasən X12 tərəfindən Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsində istifadədə olan 0,16442 ha torpaq sahəsində yerləşən 9a nömrəli, 9 mərtəbəli binada 59,94 kv.metr ümumi, 30,15 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 48 nömrəli mənzil Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin razılığı ilə X12 tərəfindən xx xxxxxx 2017-ci il tarixli AN-İ ******* nömrəli ipoteka ilə yüklü edilmiş əmlakın alqı-satqı müqaviləsi bağlanmaqla Cavabdeh1 satıldığına görə qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq X1 ipoteka müqaviləsi üzrə ipoteka qoyan qismində hüquq və vəzifələri Cavabdeh1 keçmişdir və cavabdeh həmin sonrakı ipoteka müqaviləsinə tərəf kimi daxil olmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehlərin xx xxxx 2020-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 33.808,70 (otuz üç min səkkiz yüz səkkiz manat yetmiş qəpik) manat, faizlərin məbləği 13.758,32 (on üç min yeddi yüz əlli səkkiz manat otuz iki qəpik) manat, dəbbə borcu 13.121,82 (on üç min bir yüz iyirmi bir manat səksən iki qəpik) manat təşkil edir. Beləliklə, cavabdehlərin xx xxxx 2020-cu il tarixinə ümumi borcu 60.688,84 (altmış min altı yüz səksən səkkiz manat səksən dörd qəpik) manat təşkil edir. İddiaçı tərəfindən Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixdə bildiriş göndərilməklə kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə qeyd edilən məhkəmə qaydasında kredit borcunun tam ödənilməsinin tələb ediləcəyi borclunun nəzərinə çatdırılmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, müəyyən edilmiş kredit borcunu iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinə ödəməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas və ona hesablanmış faiz borcu qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 9/3302 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş əsas borc üzrə 33.126,17 (otuz üç min bir yüz iyirmi altı manat on yeddi qəpik) manat və faiz borcu üzrə 12.353,30 (on iki min üç yüz əlli üç manat otuz qəpik) manat olmaqla 45.479,47 (qırx beş min dörd yüz yetmiş doqquz manat qırx yeddi qəpik) manat məbləğində borc vəsaiti Cavabdeh1 tərəfindən iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinə ödəməlidir. Məhkəmə iddia ərizəsinin kredit müqaviləsinə əsasən əsas borca hesablanmış cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləğləri əsas borc məbləğinə mütənasib olmadığından endirilməli, 13.121,82 (on üç min bir yüz iyirmi bir manat səksən iki qəpik) manat məbləğində cərimə (dəbbə) borcu 5.000 (beş min) manat məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh1 iddiaçı “BTB” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyəti “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyəti (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsində yerləşən 9a nömrəli evin 48 nömrəli mənzilinə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı və mənzil açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə onun ilkin satış qiyməti əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş məbləğdə, yəni 60.000 (altmış min) manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmadığından, eləcə də qeyd edilən halın qətnamənin icrası qaydasında həll olunmalı olduğundan, iddia tələbi “satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda qətnamənin qalan hissədə Cavabdeh1 ümumi qaydada icra edilməsi” hissəsində təmin edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı Cavabdeh1 tutularaq iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin “Sənaye” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli RH-00003-01-ÖV/16A nömrəli kredit müqaviləsindən irəli gələn xx xxxx 2020-ci il tarixinə olan 33.126,17 (otuz üç min bir yüz iyirmi altı manat on yeddi qəpik) manat məbləğində əsas borc, 12.353,30 (on iki min üç yüz əlli üç manat otuz qəpik) manat məbləğində faiz borcu, 5.000 (beş min) manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 50.479,47 (əlli min dörd yüz yetmiş doqquz manat qırx yeddi qəpik) manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqı, həmçinin 50 (əlli) manat məbləğində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum Cavabdeh1 iddiaçı Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi Bank “BTB” Açıq Səhmdar Cəmiyyəti qarşısında xx xxxxxx 2016-cı il tarixli RİİG-00003-01/16A-(1) Sonrakı ipoteka müqaviləsinə 01 nömrəli əlavə saziş əsasında ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, 9a nömrəli evin, 48 nömrəli mənzilinə yönəldilsin. Həmin mənzil açıq hərrac yolu ilə realizə edilsin. Mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh1 verilsin. İpoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, 9a nömrəli evin, 48 nömrəli mənzilin ilkin satış qiyməti 60.000 (altmış min) manat müəyyən olunsun. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, 9a nömrəli evin, 48 nömrəli mənzil açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq dövlət büdcəsinə keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-161/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-161/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver