Məhkəmə qərarları › İş №2(005)-1614/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1614/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1614/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Respublika Xammal və Əmtəə Birjasının “xxxxx” MMC-yə qarşı “protokol və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Respublika Xammal və Əmtəə Birjasının “xxxxx” MMC-yə qarşı “protokol və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 106/44a ünvanında yerləşən 36 nömrəli mənzilə dair hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 47/01 saylı protokol və sözügedən hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, hərracı keçirən cavabdeh "xxxxx” MMC ona bu barədə heç bir məlumat vermədən, bildiriş göndərmədən ardıcıl olaraq bir neçə dəfə hərrac keçirmiş və hərraca çıxarılan daşınmaz əmlakın bu gün ki, qiyməti 125.000 manat olmasına baxmayaraq həmin əmlakı 54.187,5 manata digər Cavabdeh1 Həsən oğluna satmışdır. Bu barədə hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli 47/01 nömrəli protokol tərtib olunmuşdur. Sözügedən protokolu qanunsuz, etibarsız sayır. Eləcə də qeyd edir ki, sözügedən daşınmaz əmlakın real qiyməti də 3 dəfə az qeyd olduğuna görə də yuxarıda qeyd olunan protokol əsassız sayılmalıdır. Bununla yanaşı qeyd edir ki, "xxxxx” MMC-nə qarşı hərrac təşkilatının hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 47/01 nömrəli protokolu əsasında Cavabdeh1 RX seriyalı 1393257 nömrəli çıxarış almışdır ki, həmin çıxarışı da qanunsuz və etibarsız sayır. Hərrac və onu udmuş səxslə bağlanmış müqavilə də etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, hərracın nəticəsi barədə protokolun etibarsız hesab edilməsi barədə iddia tələbi ilə iddiaçının əvvəlcə məhkəməyə müraciət etdiyini həmin işə baxılıb yekub məhkəmə aktı qəbul edildiyini, həmin qətnamənin qanuni qüvvəyə mindiyini bildirdi və iddianın əsassız hesab edilib, rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh «xxxxx» MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və işin təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən iddiaçının və cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, cavabdeh tərəfin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 106/44a ünvanında yerləşən, ümumi sahəsi 58,25 kv.metr olan 36 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. "xxxxx” MMC tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nə, İddiaçı, X3 və X1 ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli, 01 nömrəli bildirişin təsdiq edilmiş surətindən görünür ki, "xxxxx” MMC İddiaçı və digər şəxsləriyuxarıda qeyd olunan daşınmaz əmlakın müvafiq olaraq açıq hərracdan satılacağı (hərracın xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcəyi) barədə xəbərdar etmişdir. "xxxxx” MMC tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nə, İddiaçı, X3 və X1 ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli, 01/2 nömrəli bildirişin təsdiq edilmiş surətindən görünür ki, "xxxxx” MMC İddiaçı və digər şəxsləriyuxarıda qeyd olunan daşınmaz əmlakın müvafiq olaraq açıq hərracdan satılacağı (hərracın xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcəyi) barədə xəbərdar etmişdir. “xxxxx” MMC tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nə, İddiaçı Şulan oğluna, X5 və X1 ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli, 02 nömrəli bildirişin təsdiq edilmiş surətindən görünür ki, "xxxxx” MMC İddiaçı və digər şəxsləriyuxarıda qeyd olunan daşınmaz əmlakın müvafiq olaraq açıq hərracdan satılacağı (hərracın xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcəyi) barədə xəbərdar etmişdir. "xxxxx” MMC tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nə, İddiaçı, X3 və X1 ünvanlanmış açıq hərracın keçirilməsinə dairxx.xx.2018-ci il tarixli, 02/2 nömrəli bildirişin təsdiq edilmiş surətindən görünür ki, "xxxxx” MMC İddiaçı və digər şəxsləriyuxarıda qeyd olunan daşınmaz əmlakın müvafiq olaraq açıq hərracdan satılacağı (hərracın xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcəyi) barədə xəbərdar etmişdir. "xxxxx” MMC tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nə, İddiaçı, X3 və X1 ünvanlanmış xx.xx.2018-ci il tarixli, 01/3324 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin 7621-130652-15/2A saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu, X6 küçəsində yerləşən 106/44a saylı evin, 36 saylı mənzilinin ipoteka yüklü satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə «Birja yenilikləri» qəzetinin xx.xx.2018-ci il tarixli nömrəsində elan dərc edilmişdir. "Birja yenilikləri” qəzetinin surətlərindən görünür ki, iddiaçıya məxsus daşınmaz əmlakların açıq hərracdan satılması barədə elanlar verilmişdir. Xəbərnamələrin surətlərindən görünür ki, qeyd olunan bildirişlər İddiaçı tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxxx” MMC-nin Hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 47/01 saylı protokolun surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-198/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin və Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin 7621-130652/2018-15-2A saylı, xx.xx.2018-ci il tarixli məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 85.000 manat olan ipoteka predmeti (İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 106/44a ünvanında yerləşən, ümumi sahəsi 58,25 kv.metr olan 36 nömrəli mənzil olmaqla) fərdi yaşayış evi təkrar hərracdan, 25% aşağı olan qiymətlə, yəni 54.187,5 manata tələbkar Cavabdeh1 tərəfindən alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-673/2019 saylı qətnaməsi ilə iddaçı İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxxx” MMC-yə qarşı hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-6679/2019 nömrəli, xx xxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-673/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və mülki iş üzrə apelyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli, 2(102)- 5013/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-6679/2019 nömrəli, xx xxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2018-ci il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Göstərilən Qanunun 34.1 və 34.1.1 maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarından biridir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. İpoteka predmeti hərracda satışa çıxarılmazdan əvvəl onun dəyəri qiymətləndirilməli və bu zaman mövcud qanunvericiliyin tələblərinə riayət olunmalıdır. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra-hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Göstərilən Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Sözügedən Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçı, və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.8-cü maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə görə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsində yerləşən 106/44A saylı evin, 36 saylı mənzili ilə bağlı Nərimanov rayon məhkəməsinin 2(005)-198/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin və Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 7621-130652/2018 saylı xx.xx.2018-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 85.000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 72250 manat olmuşdur. Tələbkar ipoteka predmetini 25 faiz aşağı olan 54187,5 manat qiymətlə əldə etmiş, bu barədə "xxxxx” MMC tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2018-ci il tarixli 47/01 nömrəli "hərracın yekunları barədə protokol tərtib olunmuşdur. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, Kaspi qəzetində elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Cavabdeh1 təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək alqısatqı müqaviləsi imzalamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsində yerləşən 106/44A saylı evin, 36 saylı mənzili “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, hərracın yekunları barədə xx xxxxxxxx 2018-ci il tarixli, 47/01 saylı Protokolun ləğvi edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də iddianın rədd edilməsi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Respublika Xammal və Əmtəə Birjasının “xxxxx” MMC-yə qarşı “protokol və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar