Məhkəmə qərarları › İş №2(103)-11832/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11832/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11832/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ASC-yə qarşı (Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun ləğv edilməsi, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(005)-2475/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1 MMCyə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsi cəlb edilməklə) iddia ərizəsi, daha sonra Cavabdeh2 ASC-ni cavabdeh qismində cəlb etməklə iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən 39 saylı ünvanda olan 77.36 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 54 saylı mənzilə dair 29.10.2018-ci il tarixli X4 yekunları barədə 147/1 nömrəli Protokolunun və 29.10.2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilənin etibarsız hesab edilməsi və həmin yekun protokol əsasında yaranmış hüquqi nəticələrinin ləğv edilməsi, yəni Cavabdeh2 ASC-nin onun mənzilinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışının ləğv edilməsi və mənzilin üzərində mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-620/2017 saylı, 14.07.2017-ci il tarixli qətnaməsinə əsasən ondan və digər cavabdeh X1 müştərək qaydada 34401,18 ABŞ dolları məbləğində əsas, 4945.64 ABŞ dolları məbləğində faiz borcu, 334 ABŞ dolları cərimə olmaqla cəmi 39680.82 ABŞ dolları (ekvivalent ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaiti, habelə 30 manat dövlət rüsumunun Cavabdeh2 ASC-nin xeyrinə tutulması: tələbin ona məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən ev 39 ünvanında olan 77.36 kv.m yaşayış sahəsindən ibarət, 5 otaqlı, 54 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin qiyməti 115000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, mənzil satıldıqdan sonra ipoteka qoyan o və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Hazırda ona məlum olmuşdur ki, mülkiyyətində olan və yaşadığı həmin mənzil qeyriqanuni yolla açıq hərracdan satılmaqla Cavabdeh2 ASC-nin adına çıxarış alınmışdır. Mənzilin açıq hərracını təşkil edən "X6" MMC-yə verilmiş sorğu nəticəsində 29.10.2018-ci il tarixli X4 yekunları barədə 147/1 nömrəli Protokolun və 29.10.2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilənin surətini əldə etmiş, sözügedən 147/1 nömrəli Protokola və Müqaviləyə əsasən mənzili 73312,50 manat məbləğinə səlahiyyətli nümayəndə X7 şəxsində "Bank VTB (Azərbaycan)" ASC-yə satılmışdır. Hərracın təşkili və keçirilməsinə dair sifariş Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsi (icra məmuru X11) tərəfindən verilmişdir. Halbuki təşkil edilmiş və keçirilmiş açıq hərrac barədə məlumatı olmamış, ona hər hansı bir rəsmi məlumat daxil olmamışdır. Eyni zamanda "X6" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin maddi hüquq normaları pozulmaqla qəbul edildiyindən qanunsuz hesab edir. Hərrac təşkilatının 29.10.2018-ci il tarixli 147/1 nömrəli Hərracın yekunları barədə Protokolunun mətnindən görünür ki, "X6” MMC tərəfindən keçirilmiş açıq hərrac baş tutmuş və alıcı qismində tələbkar Cavabdeh2 ASC çıxış edərək 73312.50 manat qiymətlə (əmlakın 25% aşağı olan dəyəri) onun əmlakını əldə elmişdir. Lakin təşkil edilmiş açıq hərracın baş tutması və ya baş tutmamasını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(005)- 2475/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətinə görə, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Poçt xəbərnamələrindəki imzanın kim tərəfindən edildiyini müəyyən etmək üçün ekspertiza keçirilməsini tələb etsə də, məhkəmə ekspertiza keçirilməsinə ehtiyac olmadığını hesab edərək, imtina etmişdir. Hərracın keçirilməsindən məlumatı olmayıb, ona bildiriş təqdim edilməyib, xəbərnaməni də o imzalamayıb, banka olan borcunu tam ödəməyə hazırdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-971/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2475/2020 saylı iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən 39 saylı ünvanda olan 77.36 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 54 saylı mənzilə dair Cavabdeh1 MMC-nin 29.10.2018-ci il tarixli Hərracın yekunları barədə 147/1 nömrəli Protokolu və 29.10.2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilənin etibarsız hesab edilməsi və yekun protokol əsasında Cavabdeh2 ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışın (dövlət qeydiyyatı) ləğv edilməsi və mənzilin üzərində iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 140 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xüsusi hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh “Bank VTB (Azərbayan)” ASC tərəfindən verilmiş kasasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5513/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qərarı ilə qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26.04.2021-ci il tarixli, 2(103)-971/2021 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi isə işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Apelyasiya kollegiyası ilkin olaraq əldə etdiyi ekspert rəyinə istinad edərək, hərrac təşkilatı tərəfindən hazırki iddiaçıya göndərilmiş xəbərnamələrdəki imzaların iddiaçıya məxsus olmadığına istinad edərək, bu halı pozuntu kimi qəbul etmişdir. Lakin bu zaman apelyasiya kollegiyası Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın və Mülki Prosessual Məcəllənin tələblərini pozmuşdur. Belə ki, qanunverici poçt göndərişinin hansı qaydada göndərilməsini, hansı qaydada çatdırılmış hesab olunduğunu aydın şəkildə göstərmiş və izah etmişdir. Hazırki halda da xəbərnamələrdəki imzaların iddiaçıya məxuss olmaması, məktubların iddiaçıya verilməməsi anlamına gələ bilməz. Çünki iş materiallarından da göründüyü kimi, iddiaçı hazırda da həmin mənzildə yaşayır və poçt göndərişləri də həmin ünvana göndərilmiş və xəbərnaməyə imza edilmişdir. Həmin poçt göndərişlərinin xəbərnamələrinin iddiaçı tərəfindən imzalanmaması məktubun onun ailə üzvləri tərəfindən qəbul edilmədiyini istisna etmir. Odur ki, imzanın iddiaçıya məxsus olmaması kontekstindən yanaşıb bildirişlərin iddiaçıya çatdırılmaması kimi qiymət verilməsi qeyd edilən normaların pozuntusu hesab edilməlidir. Digər tərəfdən apelyasiya kollegiyası hərracın keçirilməsi zaman maddi normaların pozuntusuna yol verilməsinə istinad edərək, iddia tələbini təmin etmişdir ki, apelyasiya kollegiyasının bu mövqeyini də haqlı hesab etmək olmaz. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iş materiallarından görünür ki, Cavabdeh1 MMC tərəfindən İddiaçı və X3 açıq hərracın keçirilməsinə dair 27.07.2018-ci il tarixli 01/87 nömrəli bildiriş ünvanlanmış vö bildirişdə göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən ev 39 ünvanında olan 77.36 kv.m yaşayış sahəsindən ibarət, 5 otaqlı, 54 saylı mənzilin satılması ilə əlaqədar hərracın 27.08.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək. Cavabdeh1 MMC tərəfindən İddiaçı və X3 ünvanlanmış açıq hərracın keçirilməsinə dair 04.09.2018-ci il tarixli 01/87-1 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən ev 39 ünvanında olan 77.36 kv.m yaşayış sahəsindən ibarət, 5 otaqlı, 54 saylı mənzilin satılması ilə əlaqədar hərracın 04.10.2018-ci il tarixdə saat 11:00da keçiriləcəyi İddiaçı və X3 bildirilmişdir. Bildirişdə həmin əmlakın ilkin satış qiyməti 115000 manat, 15 % endirimli satış qiyməti isə 97750 manat müəyyən olunmuşdur. Bundan başqa, iş materiallarında olan 28-30 iyul 2018-ci il tarixli 133 (3507) nömrəli və 07 sentyabr 2018-ci il tarixli 142 (3516) nömrəli “Kaspi” qəzetində qeyd olunan əmlakla bağlı Cavabdeh1 MMC tərəfindən elanlar yerləşdirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur”. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, hərrac təşkilatı tərəfindən göndərilmiş bildirişlər iddiaçının yaşadığı ünvana daxil olmamış və iddiaçı eləcə də onun ailə üzvlərindən heç kim həmin bildirişləri qəbul etməmişdir, halbuki iddiaçı və ailə üzvləri bildirişlərin göndərildiyi ünvanda yaşayır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASCnin nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçının yaşadığı evə ünvanlanmış poçt xəbərnamələri imza edilməklə qəbul edilmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən iddiaçıya hərracın keçirilməsi barədə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər məhkəməyə gəlməmişlər, kollegiya işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən, kollegiya onun qununiliyini və əsaslılığını tam yoxlayır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-620/2017 saylı, 14.07.2017-ci il tarixli icra vərəqəsindən göründüyü kimi cavabdehlər İddiaçı və X1 müştərək qaydada 34401.18 ABŞ dolları məbləğində əsas, 4945.64 ABŞ dolları məbləğində faiz borcu, 334 ABŞ dolları cərimə olmaqla cəmi 39680.82 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaiti, habelə 30 manat dövlət rüsumu “Bank VİB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması; tələbin cavabdeh İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən ev 39 ünvanında olan 77.36 kv.m yaşayış sahəsindən ibarət, 5 otaqlı, 54 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin qiyməti 115000 (yüz on beş min) manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödəilməsi, mənzil satıldıqdan sonra ipoteka qoyan İddiaçı və onunla birlikdə yaşayan ailə üzvlərinin (qeydiyyatda olanlar) X9, X13, X10, X14, X5 və X8 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması qət edilmişdir İş materiallarında olan Cavabdeh1 MMC-nin 29 oktyabr 2018-ci il tarixdə keçirilmiş hərraca dair “Hərracın yekunları barədə” 147/1 saylı protokolununun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən ev 39 ünvanında olan 77.36 kv.m yaşayış sahəsindən ibarət, 5 otaqlı, 54 saylı mənzilin ilkin qiyməti 115000 (yüz on beş min) manat olmuşdur. İş materiallarında olan 29.10.2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin surətindən görünür ki, sözügedən 147/1 nömrəli Protokola və Müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən ev 39 ünvanında olan 77.36 kv.m yaşayış sahəsindən ibarət, 5 otaqlı, 54 saylı mənzili 73312,50 (yetmiş üç min üç yüz on iki manat 50 qəpik) manat məbləğinə səlahiyyətli nümayəndə X7 şəxsində "Bank VTB (Azərbaycan)" ASC-nə satılmışdır. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən İddiaçı oğluna və X3 ünvanlanmış açıq hərracın keçirilməsinə dair 27.07.2018-ci il tarixli 01/87 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən ev 39 ünvanında olan 77.36 kv.m yaşayış sahəsindən ibarət, 5 otaqlı, 54 saylı mənzilin 27.08.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı oğluna və X3 göndərilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən İddiaçı oğluna və X3 ünvanlanmış açıq hərracın keçirilməsinə dair 04.09.2018-ci il tarixli 01/87-1 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən ev 39 ünvanında olan 77.36 kv.m yaşayış sahəsindən ibarət, 5 otaqlı, 54 saylı mənzilin 04.10.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı oğluna və X3 göndərilmişdir. Bildirişdə həmin əmlakın ilkin satış qiyməti 115000 (yüz on beş min) manat, 15 % endirimli satış qiyməti 97750 (doxsan yeddi min yeddi yüz əlli) manat müəyyən olunmuşdur. İş materiallarında olan 28-30 iyul 2018-ci il tarixli 133 (3507) nömrəli “Kaspi” qazetində qeyd olunan əmlakla bağlı Cavabdeh1 MMC tərəfindən elan yerləşdirilmişdir. İş materiallarında olan xəbərnamələrin surətindən görünür ki, Cavabdeh1 MMC tərəfindən qeyd olunan əmlakla bağlı keçiriləcək hərracla bağlı bildirişlər İddiaçı oğluna və X2 yaşayış ünvanı olan, habelə iddiaçının faktiki vermiş olduğu iddia ərizəsində də göstərdiyi ünvan 2 ünvanına göndərilmiş, onun adından 31.07.2018-ci il tarixdə imzalanaraq qəbul edilmişdir. İş materiallarında olan 07 sentyabr 2018-ci il tarixli 142 (3516) nömrəli “Kaspi” qazetində qeyd olunan əmlakla bağlı Cavabdeh1 MMC tərəfindən elan yerləşdirilmişdir. İddiaçı, hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürmüş, iddiasının faktiki əsası kimi həm də, təşkil edilmiş və keçirilmiş açıq hərrac barədə məlumatı olmamasına, ona hər hansı bir rəsmi məlumat daxil olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayır və hərracın keçirilməsi barədə bildirişlər də məhz həmin ünvana göndərilmişdir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Qeyd olunan normanın təəblərindən də göründüyü kimi hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. İşin qeyd olunan hallarından da göründüyü kimi iddiaçıya hərrac barədə bildirişlər göndərilmişdir. İddiaçı isə bildirişlərin çatdırılması barədə xəbərnamədəki imzanın ona məxsus olmadığına istinad etmişdir. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.26-cı bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Həmin Qaydaların 9.28-ci bəndinə görə xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Həmin Qaydaların 9.29-cu bəndinə görə xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Əvvəlki apellyasiya baxışı zamanı da iddiaçının apelyasiya şikayətinin dəlilinin araşdırılması məqsədi ilə Kollegiyanın 01.02.2021-ci il tarixli qərardadı ilə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.03.2021-ci il tarixli 4/173 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş İddiaçı adına olan ünvan 3 ünvanına göndərilmiş bildirişlərin 31.07.2018-ci il tarixdə və 10.09.2018-ci il tarixdə qəbul edilməsi barədə poçt xəbərnamələrində “Şəxsən” qrafalarındakı imzalar – İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan normalarda poçt göndərişinin hansı qaydada göndərilməsini, hansı qaydada çatdırılmış hesab olunduğunu aydın şəkildə göstərmiş və izah etmişdir. Hərraca dair bildirişlərin xəbərnamələrindəki imzaların isə iddiaçıya məxsus olmaması, bildirişlərin iddiaçıya verilməməsi anlamına gəlməməlidir, belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçı hazırda da ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır və poçt göndərişləri də həmin ünvana göndərilmiş və xəbərnaməyə imza edilmişdir. Göründüyü kimi xəbərnamədəki imza iddiaçıya məxsus olmasa da məktubun onun ailə üzvləri tərəfindən qəbul edilmədiyi halını istisna etmir. Bundan əlavə iş materiallarından görünür ki, Cavabdeh1 MMC tərəfindən İddiaçı və X3 açıq hərracın keçirilməsinə dair 27.07.2018-ci il tarixli 01/87 nömrəli bildiriş ünvanlanmış vö bildirişdə göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən ev 39 ünvanında olan 77.36 kv.m yaşayış sahəsindən ibarət, 5 otaqlı, 54 saylı mənzilin satılması ilə əlaqədar hərracın 27.08.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək. Cavabdeh1 MMC tərəfindən İddiaçı və X3 ünvanlanmış açıq hərracın keçirilməsinə dair 04.09.2018-ci il tarixli 01/87-1 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən ev 39 ünvanında olan 77.36 kv.m yaşayış sahəsindən ibarət, 5 otaqlı, 54 saylı mənzilin satılması ilə əlaqədar hərracın 04.10.2018-ci il tarixdə saat 11:00- da keçiriləcəyi İddiaçı və X3 bildirilmişdir. Bildirişdə həmin əmlakın ilkin satış qiyməti 115000 manat, 15 % endirimli satış qiyməti isə 97750 manat müəyyən olunmuşdur. Bundan başqa, iş materiallarında olan 28-30 iyul 2018-ci il tarixli 133 (3507) nömrəli və 07 sentyabr 2018-ci il tarixli 142 (3516) nömrəli “Kaspi” qəzetində qeyd olunan əmlakla bağlı Cavabdeh1 MMC tərəfindən elanlar yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, eləcə də əvvəlki apellyasiya baxışı zamanı keçirilmiş ekpertiza tədqiqatının dəyəri MPM-nin 119.1-ci maddəsinin tələbinə görə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2475/2020 saylı iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin eləcə də əvvəlki apellyasiya baxışı zamanı keçirilmiş ekpertiza tədqiqatının dəyərini təşkil edən 140 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xüsusi hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar