Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9663/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı (LPO Maraqlı şəxs ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “X4 protokolunun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1933/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı (LPO Maraqlı şəxs ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 (əvvəlki adı “X1” MMC) tərəfindən keçirilmiş hərracın yekunlarına dair Y-590 saylı protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə 15 dekabr 2014-cü il tarixdə Maraqlı şəxs ASC ilə 96/0-AZN saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən bank İddiaçı 12 ay müddətinə illik 15% lə 300.000 (üç yüz min) manat məbləğində kredit vermişdir. Həmin tarixdə X9 ilə Maraqlı şəxs ASC arasında SPİ2 96/06 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X5 məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 100.16 kv.m yaşayış, 178.18 kv.m ümumi sahədən ibarət 3 saylı mənzil ipoteka qoymuşdur. Qeyd olunan əmlak Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin dövlət reyestrində qeydə alınmışdır. Maraqlı şəxs ASC Nəsimi Rayon Məhkəməsinə kredit borcunu ödənilməsinə dair iddia ərizəsi ilə müraciət etmiş, Nəsimi rayon məhkəməsinin 02 fevral 2017-ci il tarixli 2(006)-99/2017 saylı qətnaməsi ilə 15.12.2014-cü il tarixli 96/0-AZN saylı kredit müqaviləsi üzrə 300.000 (üç yüz min) manat əsas borc, 12.422 (on iki min dörd yüz iyirmi iki) manat faiz borcu, 1000 (min) manat cərimə borcu, cəmi 313.422 (üç yüz on üç min dörd yüz iyirmi iki) manatın cavabdeh İddiaçı alınaraq iddiaçı Maraqlı şəxs ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş X5 məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 100.16 kv.m yaşayış, 178.18 kv.m ümumi sahədən ibarət 3 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 340.000(üç yüz qırx min) manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən cəmi 313.422 manat iddiaçı Maraqlı şəxs ASC-yə ödənilməsi, qalan mələğin X5 verilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Cavabdeh2nə həvalə edilmişdir. “X1” MMC Cavabdeh2 sifarişi əsasən 19 aprel 2018-ci il tarixdə Nəsimi rayon Məhkəməsinin 02.02.2017-ci il tarixli 2(006)-99/2017 saylı icra vərəqəsinə əsasən hərrac keçirmişdir. Hərracda yuxanda göstərilən əmlakın son satış qiyməti 216.750 (iki yüz on alti min yeddi yüz əlli) manat məbləğində göstərilmişdir. Alıcı qismində isə ləğv prosesində olan Maraqlı şəxs ASC göstərilmişdir. Ancaq “X1” MMC hərracı keçirərkən ona heç bir bildiriş göndərməmiş, onun xəbəri olmadan ipoteka ilə yüklü edilmiş X6 mülkiyətində olan Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, ev 251 A, 3 saylı mənzili 216.750 manata Maraqlı şəxs ASC-yə satmışdır. Bu da onu göstərir ki, “X1” MMC İpoteka haqqında Azərbaycan Respublikasının Qanununu pozmuşdur. Bundan əlavə X4 48/1 nömrəli 19 aprel 2018-ci il tarixli protokolda qeyd olunmuşdur ki, alıcı Ləğv prosesində olan Maraqlı şəxs ASCnin **********817 saylı 16.05.2018-ci il tarixli etibarnamə əsasında X10 təmsil etmişdir. Maraqlı şəxs ASC ilə hərrac keçirən təşkilat əlbir olaraq qanunsuzluğa yol vermişdir. “X1” MMC tərəfindən X4 Protokol tərəflərə göndərilməli olsa belə, bu barədə iddiaçıya məlumat verilməmiş və göndərilməmişdir. Bu da onları mülkiyyətçiyə və əsas borclu olaraq ona qarşı qərəzli mövqe tutduğuna dəlalət edir. Bakı Apellyasiya məhkəməsində mülki işə 12 sentyabr 2018-ci ili tarixində baxılmış iş üzrə qətnamə çıxamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə qətnaməsi obyektiv olaraq çıxarılmamış, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, MPM-nin 88-ci maddəsinə zidd olmaqla qanuni və əsaslı deyildir. Məhkəmə iddianı rədd edərkən mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış və tərəflərin mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmişdir və nəticədə əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Bundan əlavə Nəsimi rayon məhkəməsi iş üzrə apellyasiya şikayəti verildiyi halda işi hansı əsasla hərrac məkəzinə sifariş veilməsi aydın deyil. Bakı Apellyasiya məhkəməsində işə 12 sentyabr 2018-ci il tarixində baxılmış iş üzrə qətnamə çıxamışdır. Bundan əlavə cavabdeh tərəf ona bildirişlərin göndərilməsini bildirsə də, həmin bildirişlərin kim tərəfindən alınması barədə məhkəməyə sənəd təqdim edə bilməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir, iddiaçı ərizə ilə müraciət edərək, səhhətində olan problemlərlə bağlı işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyasэ məhkəməsi юikayətin dəlillərindən asэlэ olmayaraq, məhkəmənin maddi və prosessual hьquq normalarэna riayət etməsini yoxlayэr. İddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 fevral 2017-ci il tarixli, 2(006)-99/2017 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs ASC-nin cavabdehlər İddiaçı və X5 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, 15.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 300.000 manat əsas borc, 12.422 manat faiz borcu, 1.000 manat cərimə borcu, cəmi 3.3.422 (üç yüz on üç min dörd yüz iyirmi iki) manat məbləğində pul cavabdeh İddiaçı alınaraq iddiaçı Maraqlı şəxs ASC-yə ödənilməsi, tələb ipoteka ilə yüklü edilmiş cavabdeh X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251 A nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi, 100.16 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 3 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzil ilkin satış qiyməti 340.000 (üç yüz qırx min) manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, həmin mənzilin satışından əldə olunan vəsaitdən cəmi 313.422 (üç yüz on üç min dörd yüz iyirmi iki) manat məbləğində pul Maraqlı şəxs ASC-yə ödənilməsi, qalan məbləğ X5 verilməsi, mənzilin satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun ödənilməyən digər hissəsi cavabdeh İddiaçı alınaraq iddiaçı Maraqlı şəxs ASC-yə ödənilməsi, ipoteka predmeti olan qeyd olunan mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan sonra 1 ay ərzində cavabdeh X3 həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməklə X11 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli, 2(103)- 9265/2018 saylı qətnaməsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 fevral 2017-ci il tarixli, 2(006)-99/2017 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən verilən apellyasiya şikayət təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-99 saylı iş üzrə 02 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsindən məlumatı olmaması səbəbi ilə evini özü almaqdan məhrum olmasına istinad etmiş və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, açıq X4 19.04.2018-ci il tarixli, 48/1 nömrəli protokolunun surətinə əsasən Nəsimi rayon Məhkəməsinin 2(006)-99/2017 saylı 02.02.2017-ci il tarixli icra vərəqəsinin və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin 17/70-327810/14 saylı 05.12.2017-ci il tarixli sifariş məktubuna əsasən əsasən ilkin hərrac qiyməti 340.000 (üç yüz qırx min) manat olan X5 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzil 216.750 manata (alıcı) LPO Maraqlı şəxs ASC-nin nümayəndəsi X10 əldə etmişdir. Birinci instansiya məhkəməsi hərracın keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş qaydada baş tutmasına, məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməməsinə və məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməməməsinə istinad etməklə iddia tələbini rədd etmişdir. Birinci instansiya məhkəməsi həmçinin iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisəlandirmək hüququnu da itirməsini qeyd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28.10.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan normaların tələbləri baxımından hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməli, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməlidir. İş materiallarında olan “Kaspi” Qəzetinin 17 yanvar, 27 fevral 2018-ci ilə aid olan 009 və 038 nömrəli buraxılışlarında yerləşdirilmiş elanlara əsasən 0.29574 ha torpaq sahəsində yerləşən 251 A nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzilin 15.02.2018-ci və 29.03.2018-ci il tarixdə hərraca çıxarılması barədə məlumatlar dərc edilməsi müəyyən edilmişdir. İşin müəyyən olunan hallarından həmçinin görünür ki, “X1” MMC-nin 17.01.2018-ci il və 27.02.2018-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişlərin surətlərinə əsasən Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin 17/70-327810/14 saylı 05.12.2017-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzilinin dəyəri 340.000 (üç yüz qırx min) manat olmaqla 15.02.2018-ci il tarixində, saat 11:00-da ünvan 2 ünvanında açıq hərracı keçiriləcəkdir. Lakin qeyd olunan bildirişlərin İddiaçı ünvanına göndərilməsi eləcə də İddiaçı həmin bildirişləri alması işin faktiki halları ilə müəyyən edilmir. Belə ki, qeyd olunan bildirişlər İddiaçı ünvanı kimi - ünvan 1, mənzil 36A əvəzinə ev 215 A ünvanına göndərilmiş və poçt zərfi bu ünvanda yaşamır qeydi ilə geri qaytarılmışdır. Göründüyü kimi keçirilmiş hərraclar barədə İddiaçı qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmamış və onun iştirakı olmadan hərrac keçirilmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 19.04.2018-ci il tarixli müqavilə düzgün olaraq bağlanmamışdır. Belə ki, həmin müqavilədən görünür ki, müqavilə «X1» MMC-nin direktoru Y.N.Əliyev şəxsində bir tərəfdən və Ləğv prosesində olan "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X2 şəxsində Ləğv prosesində olan Maraqlı şəxs ASC-nin müvafiq məktubuna əsasən bağlanmışdır. Müqaviləni isə Ləğv prosesində olan "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X10 imzalamışdır. Göründüyü kimi tələbkar Ləğv prosesində olan Maraqlı şəxs ASC olsa da, müqavilədə bir yerdə Ləğv prosesində olan "xxxx" ASC, sonda isə Ləğv prosesində olan "xxxx" ASC qeyd edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müqailə qanunveriliciyinin tələblərinə uyğun olaraq bağlanmamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə kolllegiyası birinci instansiya məhkəməsinin iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə nəticəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Hazırki iş üzrə də iddiaçı mübahisələndirilən hərracın keçirilməsindən məlumatı olmaması yuxarıda göstərilənlərə əsasən öz təsdiqini tapdığından hazırki iş üzrə iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1933/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. X8 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzilin satılması ilə bağlı keçirilmiş hərrac, həmin X4 19.04.2018-ci il tarixli, 48/1 nömrəli protokol və 19.04.2018-ci il tarixli «X1» MMC-nin direktoru Y.N.Əliyev şəxsində bir tərəfdən və Ləğv prosesində olan "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X2 şəxsində Ləğv prosesində olan Maraqlı şəxs ASC-nin müvafiq məktubuna əsasən bağlanmış və Ləğv prosesində olan "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X10 tərəfindən imzalamış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-9663/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9663/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver