Məhkəmə qərarları › İş №2(102)-5513/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5513/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5513/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “Bank VTB (Azərbayan)” ASC-yə, Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5513/21 (Açar sözlər: hərracın yekunu barədə protokolun ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız etibarsız hesab edilməsi) Bakı şəhəri, 05 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh “Bank VTB (Azərbayan)” ASC-nin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(103)-971/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Bank VTB (Azərbayan)” ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 05 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh1 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsi cəlb edilməklə) “hərracın yekunları barədə protokolun ləğv edilməsi, hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, E saylı mənzilə dair 29 oktyabr 2018-ci il tarixli X3 yekunları barədə 147/1 nömrəli P rotokolunun və 29.10.2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilənin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Bank VTB (Azərbayan)” ASC-ni də cavabdeh qismində göstərməklə, E saylı mənzilə dair 29 oktyabr 2018-ci il tarixli X3 yekunları barədə 147/1 nömrəli Protokolunun və 29.10.2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilənin etibarsız hesab edilməsi və həmin yekun protokol əsasında yaranmış hüquqi nəticələrin ləğv edilməsi, yəni cavabdeh “Bank VTB (Azərbayan)” ASC-nin mənzilinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi və mənzili üzərində m ülkiyyət hüququnun bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-620/2017 saylı, 14.07.2017-ci il tarixii qətnaməsinə əsasən cavabdehlər İddiaçı və X1 müştərək qaydada 34401,18 ABŞ dolları məbləğində əsas, 4945.64 ABŞ dolları məbləğində faiz borcu, 334 ABŞ dolları cərimə olmaqla cəmi 39680.82 ABŞ dolları (ekvivalent ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaiti, habelə 30 manat dövlət rüsumu “Bank VTB (Azərbaycan)" ASCnin xeyrinə tutulması: tələb cavabdeh İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş E saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin qiyməti 115000 m anat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, mənzil satıldıqdan sonra ipoteka qoyan İddiaçı və onunla birlikdə yaşayan ailə üzvləri (qeydiyyatda olanlar) X8, X10, X9, X12, X4 və X13 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Hazırda ona məlum olmuşdur ki, mülkiyyətində olan və yaşadığı ünvan 1 ünvanda olan 54 saylı mənzil qeyri-qanuni yolla açıq hərracdan satılmaqla “Bank VTB (Azərbaycan)" ASC-nin adına çıxarış alınmışdır. Mənzilin açıq hərracını təşkil edən Cavabdeh1nə verilmiş sorğu nəticəsində 29 oktyabr 2018-ci il tarixli X3 yekunları barədə 147/1 nömrəli Protokolun və 29.10.2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə Müqavilənin surətini əldə etmiş, sözügedən 147/1 nömrəli Protokola və Müqaviləyə əsasən E saylı mənzili 73312,50 manat məbləğinə səlahiyyətli nümayəndə X7 şəxsində "Bank VTB (Azərbaycan)" ASC-nə satılmışdır. Hərracın təşkili və keçirilməsinə dair sifariş Bakı şəhəri Xətai rayon İcra və Probasya Şöbəsi (icra məmuru X11) tərəfindən verilmişdir. Halbuki təşkil edilmiş və keçirilmiş açıq hərrac barədə məlumatı olmamış, ona hər hansı bir rəsmi məlumat daxil olmamışdır. Eyni zamanda "X5" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin maddi hüquq normaları pozulmaqla qəbul edildiyindən qanunsuz hesab edir. Hərrac təşkilatının 29.10.2018-ci il tarixli 147/1 nömrəli Hərracın yekunları barədə Protokolunun mətnindən görünür k i. "X5” MMC tərəfindən keçirilmiş açıq hərrac baş tutmuş və alıcı qismində tələbkar "Bank VTB (Azərbaycan)*' ASC çıxış edərək 73312.50 manat qiymətlə (əmlakın 25% aşağı olan dəyəri) onun əmlakını əldə elmişdir. Lakin təşkil edilmiş açıq hərracın baş tutması və ya baş tutmamasını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-2475/2020 saylı, 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Vüqar Quliyev) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə sorğusu əsasında məhkəməyə təqdim edilmiş hərrac sənədləri məhkəmə iclasında tədqiq olunaraq o da müəyyən edilmişdir ki, hərrac təşkilatı tərəfindən mülki qanunvericliyin və “İpoteka haqq ında” Qanunun tələblərinə uyğun olaraq E saylı mənzilin ilkin satış qiyməti 115000 (yüz on beş min) manat olmuş, hərrac ilkin olaraq baş tutmadığından növbəti keçirilən hərrac zamanı mənzilin dəyəri 15% endirimlə qiymətləndirilmiş, daha sonra 29.10.2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında 73312,50 (yetmiş üç min üç yüz on iki manat 50 qəpik) manat məbləğinə səlahiyyətli nümayəndə X7 şəxsində "Bank VTB (Azərbaycan)" ASC-nə satılmışdır. 07 sentyabr 2018-ci il tarixli 142 (3516) nömrəli “Kaspi” qazetində qeyd olunan əmlakla bağlı Cavabdeh1 MMC tərəfindən elan yerləşdirilmiş və hərrac barədə tərəflərə bildiriş göndərilmişdir. Hərracla bağlı bildirişlər İddiaçı yaşayış ünvanı olan, habelə iddiaçının faktiki vermiş olduğu iddia ərizəsində də göstər diyi E ünvanına göndərilmiş, onların adından 31.07.2018-ci il tarixdə imzalanaraq qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin verdiyi ifadədən və iddia ərizəsindən göründüyü kimi İddiaçı öz ünvanının ünvan 2ir. Bu səbəbdən 27.08.2018-ci il tarixdə saat 11:00-da, daha sonra 04.10.2018-ci il tarixdə saat 11:00-da keçiriləcəyi bildirilişlər qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya həmin ünvana göndərilmişdir. İddiaçının həmin bildirişləri almamasına dair məhkəmədə mübahisələndirməsinə münasibətdə məhkəmə bildirir ki, “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Hazırki iş üzrə poçt qəbzlərində isə “Şəxsən verilmə” qeydi ilə qəbzin verilməsini məcburi edən hal hərracla bağlı qanunvericlikdə nəzərdə tutulmamışdır. Qeyd edilən əsaslardan o da görünür ki, poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Belə vəziyyətdə poçt bildirişlərini qəbul edən şəxsin imzalaması poçt rabitəsi operatorunun vəzifəsi kimi deyil, əksinə olaraq poçt göndərişini alan şəxsə öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini həmin xəbərnamədə göstərmək hüququ vermişdir. Bununla belə qanunvericlik poçt rabitəsi operatoruna belə xəbərnamələrin yalnız hüquqi şəxsə verilərkən alıcı barədə məlumatların poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilməsinin məcburiliyini şərtləndirir. Hazırki mülki iş üzrə mübahisəyə qanunun analogiya üzrə tətbiqi imkanınının itirilmədiyini nəzərə alaraq məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ün van sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçı həmin bildirişləri almamasını məhkəmədə mübahisələndirsə də hərracla bağlı bildirişlərin İddiaçı yaşayış ünvanı olan E ünvanına göndərilməsində Cavabdeh1 MMC haqlı olmuşdur. Belə ki, iddiaçının faktiki vermiş olduğu qeydiyyyat və yaşayış ünvanı iddia ərizəsindən də görünür ki, ünvan 4aq iddiaçı qeyd etmişdir. Eyni zamanda hərracla bağlı bildirişlər 31.07.2018-ci il tarixdə qeyd edilən ünvanda imzalanaraq qəbul edilmişdir. İddiaçının mübahisələndirdiyi kimi rəsmi qaydada bildirişi şəxsən imza etməməsi, (iddiaçı tərəfindəın imzalanıb-imzalanmadığı araşdırılmadan) lakin bildirişin E ünvanında rəsmi qaydada verilməsi İddiaçı yuxarıda sadalanan qanunvericliyin əsasları baxımından hərrac barədə məlumatlı olması kimi qiymətləndirilir. Protokolun və müqavilənin etibarsız hesab edilməsi, hərracın hüquqi nəticələrinin ləğv edilməsi barədə iddiaçının xahişinə məhkəmə hərracın keçirilməsinin qanunda müəyyən etdiyi qaydalara və iddia tələbində göstərilən əsaslara uyğun hüquqi qiymət verilməsini məqbul hesab edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1, 416, 416.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 39.2, 41, 42.1, 44-cü, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1, 53.2, 53.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 135.2, 135.3, 135.6, 135.8, 217.4, 220.5-ci maddələri və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.26, 9.28, 9.29-cu bəndləri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, q ətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov- sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İmanov) 2(103)-971/2021 saylı, 01 fevral 2021ci il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 4/173 nömrəli, 15.03.2021-ci il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş İddiaçı adına olan ünvan 5 ünvanına göndərilmiş bildirişlərin 31.07.2018-ci il tarixdə və 10.09.2018-ci il tarixdə qəbul edilməsi barədə poçt xəbərnamələrində “şəxsən” qrafalarındakı imzalar – İddiaçı tərəfindən yox, baş qa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov- sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İmanov) 2(103)-971/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2475/2020 saylı iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində istifadədə olan 0.13732 ha torpaq sahəsində yerləşən 39 saylı ünvanda olan 77.36 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 54 saylı mənzilə dair Cavabdeh1 MMC-nin 29.10.2018-ci il tarixli Hərracın yekunları barədə 147/1 nömrəli Protokolu və 29.10.2018-ci il tarixli Hərracın yekunları üz rə əmlakın alqı-satqısı barədə Müqavilənin etibarsız hesab edilməsi və yekun protokol əsasında Cavabdeh2 ASC-nin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışın (dövlət qeydiyyatı) ləğv edilməsi və mənzilin üzərində iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 140 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xüsusi hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.03.2021-ci il tarixli 4/173 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş İddiaçı adına olan ünvan 6 ünvanına göndərilmiş bildirişlərin 31.07.2018-c i il tarixdə və 10.09.2018-ci il tarixdə qəbul edilməsi barədə poçt xəbərnamələrində “Şəxsən” qrafalarındakı imzalar – İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Göründüyü kimi, iddiaçıya müvafiq bildirişlər çatdırılmamışdır, istinad edilən poçt xəbərnamələrindəki imzalar ona məxsus deyildir. Bunun nəticəsində isə iddiaçının hərracda iştirak etmək imkanı (qanunun verdiyi hüququ) itirilmişdir. Kollegiya həmçinin hesab edir ki, “Kaspi” qəzetində keçiriləcək hərrac və təkrar hərrac barədə elan verilməsi də iddiaçının hüquqlarının pozulmaması anlamına gəlməyə əsas vermir, belə ki, həmin elanlar hərraca çıxarılan əmlakı almaq niyyətində olan digər şəxslər üçündür və bu elanların verilməsi mütləq mənada iddiaçının hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəb ərdar edilməsi kimi qiymətləndirilə bilməz, əks təqdirdə qanunverici qəzetdə elan verilməsi ilə kifayətlənər, ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməsini tələb etməzdi. Bundan başqa, hərrac təşkilatı hərracların keçirilməsi zamanı bununla bağlı qanunda müəyyən olunmuş prosedur qaydalara da tam əməl etməmişdir. Belə ki, qanun hərracların keçirilməsinə 15 təqvim günü qalmış ikinci elanın verilməsi, hərraclar baş tutmadıqda isə bununla bağlı elan verilməsini tələb etdiyi halda, hazırki iş üzrə hərrac təşkilatı bu tələblərə əməl etməmişdir. Bunun nəticəsində isə hərracın və təkrar hərracın məhz hansı səbəbdən baş tutmamasını müəyyən etmək mümkün olmur. İş materiallarından müəyyən edilir ki, hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin sadalanan tələblərinə riayə t olunmamışdır. Belə olan halda, Kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilir, hərrac keçirilərkən hərracın keçirilməsi qaydaları və normativ hüquqi aktların tələbləri pozulmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kssasiya şikayətlərinin dəlilləri Cavabdeh “Bank VTB (Azərbayan)” ASC (vəkili Vəkil2) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi hazırkı qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, qanunu səhv təfsir etmiş v ə Bankın hüquqlarının açıq şəkildə pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, işin faktiki hallan və iş materiallarında olan sənədlər sübut edir ki, qanunvericiliyin tələblərinə riayət edilməklə hərrac keçirilmiş və hərraca çıxarılmış daşınmaz əmlak ipoteka saxlayan “Bank VTB (Azərbaycan)“ ASC tərəfindən əldə edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmı ş ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən İddiaçı və X2 ünvanlanmış açıq hərracın keçirilməsinə dair 27.07.2018-ci il tarixli 01/87 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, E saylı mənzilin satılması ilə əlaqədar hərracın 27.08.2018-ci il tarixdə saat 11:00-da keçiriləcəyi barədə bildiriş İddiaçı və X2 göndərilmişdir. İş mater iallarında olan Cavabdeh1 MMC tərəfindən İddiaçı və X2 ünvanlanmış açıq hərracın keçirilməsinə dair 04.09.2018-ci il tarixli 01/87-1 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, E saylı mənzilin satılması ilə əlaqədar hərracın 04.10.2018-ci il tarixdə saat 11:00-da keçiriləcəyi barədə bildiriş İddiaçı və X2 göndərilmişdir. Bildirişdə həmin əmlakın ilkin satış qiyməti 115000 manat, 15 % endirimli satış qiyməti isə 97750 manat müəyyən olunmuşdur. İş materiallarında olan xəbərnamələrin surətindən görünür ki, Cavabdeh1 MMC tərəfindən qeyd olunan əmlakla bağlı keçiriləcək hərracla bağlı bildirişlər İddiaçı yaşayış ünvanı olan, habelə iddiaçının faktiki vermiş olduğu iddia ərizəsində də göstərdiyi ünvan 7 ünvanına göndərilmiş, onun adından imzalanaraq qəbul edilmişdir. Bundan başqa, iş materiallarında olan 28-30 iyul 2018-ci il tarixli 133 (3507) nömrəli və 07 sentyabr 2018-ci il tarixli 142 (3516) nömrəli “Kaspi” qəzetində qeyd olunan əmlakla bağlı Cavabdeh1 MMC tərəfindən elanlar yerləşdirilmişdir. Qanunvericiliyin tələblərinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməli, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməlidir. İş materiallarında olan və yuxarıda qeyd olunan sübutlardan isə görünür ki, hərrac təşkilatçısı tərəfindən qanunvericiliyin tələblərinə riayət edilərək müvafiq elanlar verilmiş və verilməsini təsdiq etmə üsulu ilə bildirişlər İddiaçı göndərilmişdir. Həmin bildirişlərin verilməsini təsdiq edən xəbərnamələrdən isə görünür ki, bildirişlər rəs mi qaydada çatdırılmışdır. Belə olan halda isə, keçirilmiş hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi qanunsuzdur. Bundan başqa qeyd edilməlidir ki. hazırkı mübahisələndirilən hərracın keçirilməsinə səbəb olan icra sənədinin verilməsinə əsas olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli 2(011)-620/2017 saylı qətnaməsi İddiaçı nümayəndəsinin iştirakı ilə qəbul edilmişdir. Bundan sonra həmin qətnamə İddiaçı tərəfindən mübahisələndirilmiş. lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2017-ci il tarixli 2(103)-11169/2017 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı tə rəfindən kasasıya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2018-cı il tarixli 2(102)-3524/2018 saylı qərarı ilə kasasiya şikayəti təmin edilməmiş və apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli 2(011)-620/2017 saylı qətnaməsi qanuni qüvvəsini almış və onun əsasında icra sənədi verilərək icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, hesab edirlər ki, iddiaçı tərəf özü də qeyd olunan qətnamənin icrasından maraqlı olmalı idi və məlumat əldə etməyə çalışmalı idi. Belə ki, həmin qətnamə ilə borcun tutulması və tutmanın ona məxsus ipoteka predmetinə yönəldilməsi, ip oteka predmeti olan daşınmaz əmlakın hərracdan satılması və s. qət edilmişdir. Odur ki, iddia tələbi rədd edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, verilmiş kasasiya şikayəti tam əsasızdır və təmin edilməməlidir. İş materiallarından göründüyü kimi onun əmlak mülkiyyətçisi olaraq əmlakın hərraca çıxarılmasından və orada satılmasından məlumatı olmayıb. Bu haqda məlumat aldıqdan sonra o, dərhal məhkəməyə hazırki iddia ilə müraciət etməklə yanaşı, tələbkar "xxxx"ASCyə dəfələrlə gedərək məsul şəxslərlə görüşmüş və məhkəmə qətnaməsi ilə qət edilən borc məbləğini bir dəfəyə və tam şəkildə ödəməyə hazır olduğunu bildirmişdir. Lakin bəlli olmayan səbəblərdən bank ondan borclu olduğu pu lu deyil, qanunsuz yolla keçirilmiş hərracda əldə etdiyi əmlakına sahib çıxmaq istəyir. O, həmin mənzildə ailəsi ilə birlikdə 9 nəfər olmaqla, o cümlədən 2 əlil insan olmaqla yaşayır. Digər tərəfdən iş materiallarından görünür ki, hərracı təşkil edən cavabdeh "X6" MMC apelyasiya məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verməyib və bununla hüquqi və faktiki olaraq iddiamı qəbul edərək etiraf etmiş olur ki, hərrac qanun pozuntusu ilə baş tutub, onun hüquqları kobudcasına pozulub. Maraqlıdır, yaranmış bu vəziyyətdə, hərrac təşkilatı hərracın təşkilində baş vermiş qanun pozuntularının olduğunu etiraf etdiyi halda, onun isə banka olan borcunu tam və bir dəfəlik ödəməyə hazır olduğunu bilə-bilə bank nədən bu əsassız kasasiya şikayəti verir. Hesab edir ki, bu anlaşılan deyil. Əlavə olaraq b ildirir ki, apelyasiya məhkəməsinin qətnaməsi qəbul edildikdən belə sonra bank ona müraciət edərək bildirdi ki, guya mənzili bankın balansına keçdikdən sonra belə onun banka 1816 ABŞ$ məbləğində borcu qalıb. O, 29 aprel 2021-ci il tarixində bu pulu da banka ödəmişdir (qəbz əlavə edilir). Bu gündə bir daha qeyd edir ki, hələ kasasiya şikayətinə baxılan zamanda da o, banka olan borcu tam və bir dəfəlik ödəməyə hazırdır. O, kasasiya şikayətinin təmin edilməməsi və apelyasiva məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı, Cavabdeh1 MMC-nin və 3-cü şəxs Bakı şəhəri Xətai rayon İxcra v ə Probasiya şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Bank VTB (Azərbayan)” ASC-nin vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamas ına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə cavabdeh “Bank VTB (Azərba yan)” ASC tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 26 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apelyasiya kollegiyası ilkin olaraq əldə etdiyi ekspert rəyinə istinad edərək, hərrac təşkilatı tərəfindən hazırki iddiaçıya göndərilmiş xəbərnamələrd əki imzaların iddiaçıya məxsus olmadığına istinad edərək, bu halı pozuntu kimi qəbul etmişdir. Lakin bu zaman apelyasiya kollegiyası Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın və Mülki Prosessual Məcəllənin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.26-cı bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Həmin Qaydaların 9.28-ci bəndinə görə xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Həmin Qaydaların 9.29-cu bəndinə görə xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Qeyd olunan maddələr kontekstindən çıxış edərək bildirilməlidir ki, qanunverici poçt göndərişinin hansı qaydada göndərilməsini, hansı qaydada çatdırılmış hesab olunduğunu aydın şəkildə göstərmiş və izah etmişdir. Hazırki halda da xəbərnamələrdəki imzaların iddiaçıya məxuss olmaması, məktubların iddiaçıya verilməməsi anlamına gələ bilməz. Çünki iş materiallarından da göründüyü kimi, iddiaçı hazırda da həmin mənzildə yaşayır və poçt gön dərişləri də həmin ünvana göndərilmiş və xəbərnaməyə imza edilmişdir. Həmin poçt göndərişlərinin xəbərnamələrinin iddiaçı tərəfindən imzalanmaması məktubun onun ailə üzvləri tərəfindən qəbul edilmədiyini istisna etmir. Odur ki, imzanın iddiaçıya məxsus olmaması kontekstindən yanaşıb bildirişlərin iddiaçıya çatdırılmaması kimi qiymət verilməsi qeyd edilən normaların pozuntusu hesab edilməlidir. Digər tərəfdən apelyasiya kollegiyası hərracın keçirilməsi zaman maddi normaların pozuntusuna yol verilməsinə istinad edərək, iddia tələbini təmin etmişdir ki, apelyasiya kollegiyasının bu mövqeyini də haqlı hesab etmək olmaz. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iş materiallarından görünür ki, Cavabdeh1 MMC tərəfindən İddiaçı və X2 açıq hərracın keçirilməsinə dair 27.07.201 8-ci il tarixli 01/87 nömrəli bildiriş ünvanlanmış vö bildirişdə göstərilmişdir ki, E saylı mənzilin satılması ilə əlaqədar hərracın 27.08.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək. Cavabdeh1 MMC tərəfindən İddiaçı və X2 ünvanlanmış açıq hərracın keçirilməsinə dair 04.09.2018-ci il tarixli 01/87-1 nömrəli bildirişdən görünür ki, E saylı mənzilin satılması ilə əlaqədar hərracın 04.10.2018-ci il tarixdə saat 11:00-da keçiriləcəyi İddiaçı və X2 bildirilmişdir. Bildirişdə həmin əmlakın ilkin satış qiyməti 11Eabr 2018-ci il tarixli 142 (3516) nömrəli “Kaspi” qəzetində qeyd olunan əmlakla bağlı Cavabdeh1 MMC tərəfindən elanlar yerləşdirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən hərracın təşkilat çısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həya ta keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyət li olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin ha llarının və işdə olan sübutların tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.04.2021-ci il tarixli, 2(103)971/2021 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 ASC tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelly asiya Məhkəməsi Mülki kollegiyasının 26.04.2021-ci il tarixli, 2(103)971/2021 saylı qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar