Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-724/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı hüquqi varisi X6, Üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X24” MMC-yə və "xxxx" MMC-yə (üçüncü şəxslər Maraqlı şəxs, Sabunçu rayon icra şöbəsi, "xxxx" ASC və X16 cəlb edilməklə) qarşı “qiymətləndirmə rəyinin ləğvi və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddianı təmin etmə barədə İddiaçı ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X24” MMC-yə (üçüncü şəxslər Maraqlı şəxs cəlb edilməklə) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X24” MMC tərəfindən imzalanmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllədə yerləşən 1 saylı evin 30-cu mənzilinə dair 06 dekabr 2017-ci il tarixli protokolun və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllə, ev 1, mənzil 30-a dair qiymətləndirmə rəyinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X11" MMC-nin təsisçisi və direktoru Maraqlı şəxs sement torbalarının xarici ölkələrdən gətirilməsi ilə məşğul olurdu. Sement kisələrinin gətirilməsi Türkiyə Respublikasında yerləşən müvafiq Bank vasitəsilə həyata keçirilirdi. Qeyd olunan qaydada sahubkarlıq fəaliyyətini həyata keçirirdi. Sahibkarlıq fəaliyyətini genişləndirmək üçün onun tərəfindən birinci dəfə bankdan 80.000 (səksən min) manat pul kredit yolu ilə götürülmüşdür. Həmin kredit borcu tam şəkildə ödənilmişdir. Həmin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq, alıcıların tələbini nəzərə alaraq, ikinci dəfə “Muğan bankadan 70.000 (yetmiş min) manat pul kredit kimi götürülmüşdür. Göstərilən bu fəaliyyət zaman keçdikcə iflasa uğramışdır. Ona görə də banka indiyə kimi kredit borcu ödənilməmişdir. Yuxarıda qeyd olunan kredit müqavilələri aşağıdakı mənzillər girov qoyulmaqla rəsmləşdirilmişdir: 1.Bakı şəhəri, Nizami rayonu,C.Naxçıvanski küçəsi, ev 65 A,mənzil 33 2. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllə, ev 1,mənzil 30 Bildirir ki, hər iki evin girov qoyulması ilə 70.000 (yetmiş min) manat pul kredit götürülmüşdür. İndiyə kimi əsas kredit borcundan pul ödənilməmişdir. Belə olan halda Muğan Bank tərəfindən onlara heç bir xəbər vermədən gizli olaraq hərrac keçirilmişdir. Bu barədə iddiaçı tərəfindən heç bir rəsmi sənədə imza atılmamışdır. İddiaçı bir mülkiyyət sahibi kimi borclu şəxs qismində hərraca çağırılmayıb. Bu barədə iddiaçıya hər hansı bir məlumat verilməmişdir. Görünüş xatirinə saxla protokol tərtib edilmişdir. Tərtib edilən protokol formal xarakter daşıyır. Bakıxanov qəsəbəsində yerləşən mənzil “Muğan Bank" ASC-nin təkidi ilə qiymətləndirmə aparılarkən bazar qiymətindən olduqca ucuz 80.000 (səksən min) manat dəyərində olduqca aşağı qiymətləndirilmişdir. Halbuki, bu cür 3 otaqlı evlər hal-hazırda 100.000 manatdan yuxarı qiymətədir. 06 dekabr 2017-ci il tarixdə tərtib edilmiş qeyri-obyektiv protokola əsasən "xxxx" ASC-nin əməkdaşı (etibarnamə əsasında nümayəndəsi) X14 tək alıcı kimi guya hərracda iştirak edərək mənzilin qiymətini bazar qiymətindən ucuzlaşdıraraq öz şəxsi mənafeyinə xidmət edərək 51.000 (əlli bir min) manat mənimsəmişdir. Bununla da o, öz vəzifəsindən, qulluq mövqeyindən sui-istifadə edərək, mənim və ailəmin mülkiyyətində olan mənzili ələ keçirmişdir. Qeyd olunanlardan başqa, yuxanda adı çəkilən hərrac keçirilərkən kredit borcunun iddiaçıdan deyil, “X11" MMC-dən tutularaq, "xxxx"a ödənilməli olmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin tələbləri də kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3957/2013 saylı 13 noyabr 2013-cü il tarixli qərarı ilə mübahisə aşağıdakı kimi həll edilmişdir. Cavabdeh Maraqlı şəxs kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013- cü il tarixli qətnaməsi kredit müqaviləsi üzrə borcların Maraqlı şəxs tutulmasına dair hissədə ləğv edilsin. Kredit müqaviləsi üzrə borcların ödənilməsi “X11" MMC-nin üzərinə qoyulmaqla əsas borca görə 70.000 (yetmiş min) manat X11" MMC-dən tutularaq, “Muğan Bank" ASCyə ödənilsin (Həmin icra vərəqəsinin surətini ərizəmə əlavə edirəm). Buna baxmayaraq Məhkəmə Təsisçi və direktorun eyni şəxs olduğunu qeyd etməmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4361 /2015 sayı 23 iyul 2015-ci il tarixli qətnaməsi aşağıdakı kimi qət etmişdir: “İddiaçılar Maraqlı şəxs, İddiaçı və X4 apellyasiya şikayətləri təmin edilsin, hərrac təşkilatı “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin hərrac nəticələri haqqında 15 fevral 2013-cü il tarixli Y-15 saylı protokoluna əsasən X7 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 65 “A", mənzil 33-ə dair “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC ilə “Muğan Bank" ASC arasında imzalanmış protokol və hərrac təşkilatı "Daşınar və Daşınmaz əmlakların Satışı X24" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın nəticələri haqqında 11 fevral 2013-cü il tarixli 10/02 saylı protokoluna əsasən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllə, ev 1, 30-cu mənzilə dair "Daşınar və Daşınmaz əmlakların Satışı X24" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Muğan Bank" ASC arasında imzalanmış protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair 11 fevral 2013-cü il tarixli müqavilə etibarsız hesab edilmişdir. Digər bir ev Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 65 A saylı evin mənzil 33-cü mənzilinə və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllədə yerləşən 1 saylı evin 30-cu mənzilə dair “Muğan Bank" ASC-nin adına verilmiş çıxarışlar etibarsız hesab edilmişdir. Yuxarıda göstərilənlərdən görünür ki, "Daşınar və Daşınmaz əmlakların Satışı X24" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Muğan Bank" ASC arasında 06 dekabr 2017-ci il tarixli protokol tərtib edilərkən həm qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin, həm də “İpoteka haqqında" Azərbaycan Respublikası qanununun tələbləri kobud şəkildə pozulmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllə, ev 1, mənzil 30-a dair qiymətləndirmə rəyi ləğv edilməsini xahiş etmişdir. 05 sentyabr 2022-ci il tarixdə iddiaçının oğlu X17 məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçının ölümü ilə əlaqədar məhkəmə iclasında onun hüquqi varisi kimi əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Yuxarıda qeyd olunanlara əsasən, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında X17 İddiaçı hüquqi varisi olaraq əvəz olunması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı hüquqi varisi X17iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs Maraqlı şəxs iddia tələbini qəbul edərək, hərracın nəticəsi barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər və üçüncü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 noyabr 2013-cü il tarixli, 2(102)3957/2013 nömrəli icra vərəqəsinə əsasən Bakı Apellvasiva Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qətnaməsi kredit müqaviləsi üzrə borcların Maraqlı şəxs tutulmasına dair hissədə ləğv edilsin. Kredit müqaviləsi üzrə borcların ödənilməsi “X11” MMC-nin üzərinə qoyulmaqla əsas borca görə 70.000 manat, faiz borcuna görə 3966.67 manat və 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 73.986 (yetmiş üç min doqquz yüz səksən altı) manat 67 qəpik “X11 MMC” -dən tutularaq "Muğanbank” ASC-yə ödənilməsi və qətnamə tutmanın banka ipoteka qoyulmuş X7 məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 65 “a”, 33 saylı mənzilə və İddiaçı məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, ev 1, 30 saylı mənzilə yönəldilməsi, mənzillərin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına “Muğanbank' ASC-yə olan borcun ödənilməsi, mənzillər satıldıqdan sonra İddiaçı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 1 saylı evin 30 saylı mənzilindən və X4 Bakı şəhəri, Nizami rayonu C.Naxçıvanski küçəsi 65 “a” saylı evin 33 saylı mənzilindən ən geci 1 ay ərzində çıxarılmaları hissəsində dəyişdirilmədən saxlanılması qət olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4361/15 saylı, 23 iyul 2015-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs, İddiaçı və X4 apelyasiya şikayəti təmin edilmiş, "xxxx" MMC-nin qiymətləndiriçi eksperti R.X1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 65 «A» saylı evin 33-cü mənzilinin qiymətləndirilməsi barədə 28 avqust 2012-ci il tarixli, 12-618 saylı ekspert rəyi və "xxxx" MMC-nin qiymətləndiriçi eksperti İ.Cəmşidovun İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllədə yerləşən 1 saylı evin 30-cu mənzilinin qiymətləndirilməsi barədə 29 avqust 2012-ci il tarixli, 658/1 saylı ekspert rəyi etibarsız hesab edilməsi, Hərrac təşkilatı "xxxx" MMC-nin hərracın nəticələri haqqında 15 fevral 2013-cü il tarixli, Y-15 saylı protokola əsasən X8, məksus olan 6akı şəhəri, Nizami rayonu, C.Naxçıvonski küçəsində yerləşən 65 «A» saylı evin 33-cü mənzilinə dair "xxxx" MMC ilə "xxxx" ASC arasında imzalanmış protokol və hərrac təşkilatı "xxxx" MMC-nin hərracın nəticələri haqqında 11 fevral 2013-cü il tarixli. 10/02 saylı protokola əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllədə yerləşən 1 saylı evin 30-cu mənzilinə dair “Daşmar və Daşınmaz Əmlakların Satışı X24” MMC ilə "xxxx" ASC arasında imzalanmış protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 11 fevral 2013-cü ii tarixli müqavilənin etibarsız hesab edilməsi qət olunmuşdur. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X24” MMC-i tərəfindən ”X12” MMC-yə, X7, İddiaçı, Sabunçu rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli 01/3074 nömrəli, xx.xx.2017-ci il tarixli, 01/3162 nömrəli bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3957 nömrəli, xx.xx.2013-cü il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085-də yerləşən 1 saylı evin 30 saylı mənzilinə yönəldilməsi, hərracda 80000(səksən min) manat ilkin satış qiyməti ilə satılması və hərracın xx.xx.2017-ci il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X24” MMC tərəfindən ”X12” MMC-yə, X7, İddiaçı, Sabunçu rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli 01/3381 nömrəli, xx.xx.2017-ci il tarixli, 01/3538 nömrəli bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3957 nömrəli, xx.xx.2013-cü il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085-də yerləşən 1 saylı evin 30 saylı mənzilinə yönəldilməsi, hərracda 68000 manat(altmış səkkiz min) manat satış qiyməti ilə satılması və hərracın xx.xx.2017-ci il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının 79/01 nömrəli 6 dekabr 2017-ci il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov 4085-ci məhəllədə yerləşən 1 saylı evin 30-cu mənzili Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3957 nömrəli, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin, Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli sifariş məktubunun və "xxxx" ASC-nin müvafiq məktubun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 80000 (səksən min) manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 68000( altmış səkkiz min) manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 51000 (əlli bir min) manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. İş materiallarında olan 11-16 noyabr 2017-ci il tarixli, 20-26 oktyabr 2017-ci il tarixli, 06- 12 oktyabr 2017-ci il tarixli, 15-21 sentyabr 2017-ci il tarixli və 31 avqust- 06 sentyabr 2017-ci il tarixli “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov 4085-ci məhəllədə yerləşən 1 saylı evin 30-cu mənzili ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış sorğuya verilmiş cavabdan görünür ki, ünvan 3 ünvanı xx.xx.2002-ci il tarixdə X2 adına ilkin qeydiyyata alınmışdır. 24 saylı DNK-nın 4ə/3-437 reyestr nömrəli, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin mənzil X9 adına rəsmiləşdirilmişdir. 37 saylı DNK-nın 4-Ə-3/449 reyestr nömrəli, 18.082005-ci il tarixli alqı-satqı müqaviləsinin imzalanması ilə qeyd olunan mənzil üzərində İddiaçı mülkiyyət hüquqları tanınmışdır Hərrac Təşkilatının hərracın nəticələri haqqında 10/02 saylı; xx.xx.2013-cü il tarixli protokoluna, eyni tarixli Hərracın yekunları 'üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə, notarius X3 tərəfindən təsdiq edilmiş 7-E-08/5284 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli şəhadətnaməyə, Xətai rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən sözügedən mənzil "xxxx" ASC-nin adına rəsmiləşdirilmişdir. Hərrac Təşkilatının hərracın yekunları barədə 79/01 saylı, xx.xx.2017-ci il tarixli protokola, Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə, RX seiyalı ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışa, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(102)-3957/2013 nömrəli icra vərəqəsinə əsasən “Muğanbank" ASC- nin adına həmin ünvan ilə bağlı ********** qeydiyyat tarixli, xx.xx.2020-ci il tarixli çıxarış tərtib edilmişdir. 9 saylı NO-nun 4ə-915 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin imzalanması ilə bəhs olunan mənzil X5 mülkiyyətinə keçmişdir. 16 saylı NOnun 4ə-58 reyestr nömrəli, xx.xx.2022-ci il tarxli alqı-satqı müqaviləsi əsasında qeyd olunan mənzil X10 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli ekspert rəyinə görə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllə, ev 1, 30 saylı mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, mənzilin ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllə, ev 1, 30 saylı mənzilin 2017-ci il tarixinə bazar dəyəri 93 000 (doxsan üç min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2017-ci il dekabr ayında yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Göstərilən Qanunun 34.1 və 34.1.1 maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarından biridir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. İpoteka predmeti hərracda satışa çıxarılmazdan əvvəl onun dəyəri qiymətləndirilməli və bu zaman mövcud qanunvericiliyin tələblərinə riayət olunmalıdır. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra-hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Göstərilən Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Sözügedən Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçı, və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.8-cü maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə görə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov 4085-ci məhəllədə yerləşən 1 saylı evin 30-cu mənzili Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3957 nömrəli, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin, Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli sifariş məktubunun və "xxxx" ASC-nin müvafiq məktubun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 80000 (səksən min) manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 68000 ( altmış səkkiz min) manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 51000 (əlli bir min) manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "xxxx" ASC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov 4085-ci məhəllədə yerləşən 1 saylı evin 30-cu mənzili “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi, mənzil ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin ünvanda yaşayan şəxslər tərəfindən, o cümlədən iddiaçının özü tərəfindən imza edilərək qəbul edilmiş və qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. Məhkəmə əmlakın qiymətləndirilməsinə dair hesabatın ləğv edilməsi tələbinə münasibətdə aşağıdakıları qeyd edir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göstərilən Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Belə olan halda məhkəmə tərəfindən əmlakın qiymətləndirilməsi barədə ekspertiza təyin edilmiş və "xxxx" MMC tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli ekspert rəyinə görə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllə, ev 1, 30 saylı mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, mənzilin ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllə, ev 1, 30 saylı mənzilin 2017-ci il tarixinə bazar dəyəri 93000 (doxsan üç min) manat təşkil etməsi nəticəsinə gəlinmişdir. Məhkəmə qiymətləndirilmə üzrə nəticələrin ləğv edilməsi hissəsində qeyd etməyi zəruri hesab edir ki, tərəflərin təqdim etdiyi sübutlardan da göründüyü kimi, İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov 4085-ci məhəllədə yerləşən 1 saylı evin 30-cu mənzili Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3957 nömrəli, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin əsasında ipoteka ilə yüklü edilmiş - İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov 4085-ci məhəllədə yerləşən 1 saylı evin 30-cu mənzilinin ilkin satış qiyməti – 80000 manat müəyyən edilmişdir. İddiaçı ünvanlanmış hərracın keçirilməsi ilə bağlı bildirişlərdə göstərilən əmlakın ilkin satış qiyməti öz əksini tapmış və iddiaçı həmin məbləğlə razılaşmış, onu mübahisələndirməmişdir. Bundan başqa iddiaçının iddia ərizəsində həmin daşınmaz əmlakın qiymətinin daha yüksək olmasını sübut edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə iclasında mübahisəli mənzilin həmin dövrdə bazar dəyərinin yüksək olması sübuta yetirilməmişdir. Digər tərəfdən məhkəmə cavabdeh Daşınar və Daşınmaz Əmlakların Qikymətləndirilməsi Xidməti” MMC-nin qiymətləndirmə rəyi ilə bağlı qeyd edir ki, təxminən 5 illik zaman fasiləsi ilə verilmiş iki rəy arasında 10-15% qiymət fərqinin olması yolveriləndir və yalnız bu fakt bütövlükdə əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların və hərracın nəticələrinin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən qiymətləndirilmə hesabatının mülki iş materiallarına əlavə edilməsi təmin edilməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisələndirilən mənzil iş materiallarından məlum olur ki, 16 saylı NO-nun 4ə-58 reyestr nömrəli, xx.xx.2022-ci il tarxli alqı-satqı müqaviləsi əsasında üçüncü şəxs X10 adına qeydiyyata alınmışdır. Bununla da məhkəmə hesab edir ki, iddia tələbi əmlakın qiymətləndirilməsinə dair hissəsində də əsassızdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələbi üzrə əldə etmək istədiyi nəticə hərracın etibarsızlığına nail olmaqdır. Ona görə də hazirki mübahisəyə Mülki Məcəllənin əqdin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən normaları tətbiq edilməklə qiymət verilməlidir. Belə ki, iddiaçı əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Belə olan halda iddiaçı mübahisələndirdiyi hərracın yekunlarına dair ehtimal olunan hüquqlarının pozulmasından xəbərdar olmamasını bildirsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3957/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsindən məlumatlı olmuş, həmin icra vərəqəsinin icrası ilə bağlı keçirilmiş hərraclardan məlumatlı olmaması barədə iddia tələbinin dəlili inandırıcı olmamışdır. Məhkəmə bu səbəbdən iddiaçının iddia ərizəsindəki istinad etdiyi ("xxxx" ASC tərəfindən onlara heç bir xəbər vermədən gizli olaraq hərrac keçirilmişdir. Bu barədə iddiaçı tərəfindən heç bir rəsmi sənədə imza atılmamışdır. İddiaçı bir mülkiyyət sahibi kimi borclu şəxs qismində hərraca çağırılmayıb. Bu barədə iddiaçıya hər hansı bir məlumat verilməmişdir. Görünüş xatirinə saxta protokol tərtib edilmişdir.) iddia tələbinin dəlillərini qeyri-mötəbər, formal mülahizələr kimi qiymətləndirir. Çünki mübahisəli mənzilin hərrac vasitəsilə satılması birbaşa olaraq icra vərəqəsində müəyyən edilmiş, bu səbəbdən də keçirilmiş müvafiq icra tədbirləri, onların nəticələri və s. barədə ümumiyyətlə məlumatlı olmaması barədə dəlillər inandırıcı deyil. Bu baxımdan məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarı) Beləliklə iddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracı və qiymətləndirilmə barədə hesabatı mübahisələndirmişdir. Mübahisəli hərracın nəticəsi barədə protokolun 2017-ci ildə bağlandığını nəzərə aldıqda görünür ki, ötən 4 il ərzində əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün bir illik kəsici müddət ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X24” MMC-yə və "xxxx" MMC-yə (üçüncü şəxslər Maraqlı şəxs, Sabunçu rayon icra şöbəsi, "xxxx" ASC və X16 cəlb edilməklə) qarşı “qiymətləndirmə rəyinin ləğvi və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-724/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-724/2022
07.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver