Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1625/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi Zellabdin qızının iştirakı ilə, Ərizəçi Zellabdin qızının maraqlı şəxs qismində Maraqlı şəxs göstərilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Zellabdin qızı (Maraqlı şəxs qismində göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasıya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin, birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ayın 20-dək hər uşağa 220 manat olmaqla, hər ay cəmi 440 manat aliment məbləğində alimentin Maraqlı şəxs alınaraq ona ödənilməsi hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət xoşbəxt yaşasa da, sonradan xasiyyətləri uyğun gəlmədiyindən, aralarında ciddi ünsiyyət problemləri yaşanmağa başlanmışdır. Hazırda birgə yaşamırlar. Uşaqlar hazırda onun himayəsində yaşayırlar. Uşaqların yetkinlik yaşına çatanadək hər ay 220 manat sabit pul məbləğində alimentin maraqlı şəxsdən tutularaq ona ödənilməsi ilə bağlı mediasiyaya müraciət edilmişdir. xx.xx.2023-cü il tarixdə mediasıya baş tutmuş, medıator tərəfindən ilkin medıasiya sessiyasından sonra proses zamanı MŞB/8/2023-01050 saylı barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ayın 20-dək hər uşağa 220 manat olmaqla, hər ay cəmi 440 manat aliment məbləğində alimentin Maraqlı şəxs alınaraq ona ödənilməsi barədə razılığa gəlinmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi Zellabdin qızı yuxarda qeyd edilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Ərizəçi Zellabdin qızı ilə “ikinci tərəf” Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01050 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Birinci tərəf X2 imzalandıqdan sonra ikinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn və onun (ananın) himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü övladı X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün ona ikinci tərəfə təqdim edəcəyi bank hasabına Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 20-dək hər uşağa görə 220 manat olmaqla, hər ay 440 manat aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.
2. İkinci tərəf Maraqlı şəxs saziş imzalandıqdan sonra birinci tərəf həyat yoldaşı Ərizəçi Zellabdin qızı ilə birgə nikahdan dünyaya gələn və analarının himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü övladı X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün birinci tərəfin ona təqdim edəcəyi bank hasabına xx.xx.2023-cü il tanxdən etibarən hər növbəti ayın 20-dək hər uşağa görə manat olmaqla, hər ay 440 manat aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür.
3. Birinci tərəf Ərizəçi Zellabdin qızı saziş imzalandıqdan sonra ikinci tərəf Maraqlı şəxs 01 07.2023-cü il tarixdən etibarən birgə nikahdan dünyaya gələn xx.xx.2011-ci il təvəllüdlü övladı X4 və 04.01 2020-ci il təvəllüdlü övladı X7 ilə (uşaqların mənafei nəzərə alınaraq) vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmağa (görüşməyə, telefon əlaqəsi saxlamğa və s.) şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür.
4. Tərəflər ailə mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir və bu sazişlə öz üzərlərinə götürdükləri öhdəliklərini pozduqları təqdirdə, aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüquqlarını öz üzərlərində saxlayırlar. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi Zellabdin qızı ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi birgə nikahdan olan uşaqların saxlanılması üçün razılığa gəlinmiş alimentə dair hissəsi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, sözügedən xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01050 nömrəli barışıq sazişinin bir hissəsi, yəni alimentə dair olmayan hissələri barədə tərəflər arasında məhkəmə çəkişməsi olduğundan, həmçinin hazırda barışıq sazişinin təkçə alimentə dair hissəsinin təsdiq edilməsi tələb edildiyindən, sazişin bu hissəsinin təsdiq edilməməsi təsdiq edilən hissədən ayrılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanuna zidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01050 nömrəli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi Zellabdin qızının (Maraqlı şəxs qismində göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməli, Ərizəçi Zellabdin qızı ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01050 nömrəli barışıq sazişi “ Birinci tərəf X2 imzalandıqdan sonra ikinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn və onun (ananın) himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü övladı X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün ona ikinci tərəfə təqdim edəcəyi bank hasabına Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 20-dək hər uşağa görə 220 manat olmaqla, hər ay 440 manat aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. İkinci tərəf Maraqlı şəxs saziş imzalandıqdan sonra birinci tərəf həyat yoldaşı Ərizəçi Zellabdin qızı ilə birgə nikahdan dünyaya gələn və analarının himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü övladı X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün birinci tərəfin ona təqdim edəcəyi bank hasabına xx.xx.2023-cü il tanxdən etibarən hər növbəti ayın 20-dək hər uşağa görə manat olmaqla, hər ay 440 manat aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür.” hissəsində təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi Zellabdin qızı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01050 nömrəli aşağıda qeyd edilən məzmunlu barışıq sazişi təsdiq edilsin: - Birinci tərəf X2 imzalandıqdan sonra ikinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn və onun (ananın) himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü övladı X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün ona ikinci tərəfə təqdim edəcəyi bank hasabına Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 20-dək hər uşağa görə 220 manat olmaqla, hər ay 440 manat aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. - İkinci tərəf Maraqlı şəxs saziş imzalandıqdan sonra birinci tərəf həyat yoldaşı Ərizəçi Zellabdin qızı ilə birgə nikahdan dünyaya gələn və analarının himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü övladı X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün birinci tərəfin ona təqdim edəcəyi bank hasabına xx.xx.2023-cü il tanxdən etibarən hər növbəti ayın 20-dək hər uşağa görə manat olmaqla, hər ay 440 manat aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ramin Quliyev