Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-163/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi. Məhkəmə iclasının katibi X1, İddiaçı QSC BOKT-un nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC BOKT Cavabdeh1, Cavabdeh2 Rasim oğluna qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rasim oğlundan 19.09.2011-ci il tarixli, A11-287 saylı kredit müqaviləsinə əsasən əsas borcu 10510,17 (on min beş yüz on ABŞ dolları,17 sent) ABŞ dolları, faiz borcu üzrə 2090,27 (iki min doxsan ABŞ dolları, 27 sent) ABŞ dolları olmaqla, ümumilikdə 12600,44 (on iki min altı yüz ABŞ dolları, 44 sent) ABŞ dolları məbləğində və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub “Aqrarkredit QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan 2013-cü il buraxılışlı, «HYUNDAİ İX-35» minik markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti “Aqrarkredif' QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh1 qaytarılmasına, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehlərdən tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC BOKT iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında1' Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə İddiaçı QSC arasında S-AVK-1820 saylı, 27.12.2017-ci il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra i sə"xxxx" QSC tərəfindən borclu Cavabdeh1 kredit müqaviləsinə dair sənədlər təhvil-təslim aktına əsasən “X6 Edilməsi Agentliyi” MMC-yo verilmişdir. "xxxx" ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh1 arasında 19.09.2011 -ci il tarixli, Al 1-287 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 60 ay müddətinə 24872 (iyirmi dörd min səkkiz yüz yetmiş iki) ABŞ dolları məbləğində kredit verilmişdir. 05.10.11 il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan 2013-cü il buraxılışlı, «HYUNDAİ İX-35» minik markalı, 90- MG-180 dövlət qeydiyyat nişanlı avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X4 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 19.09.2011 -cü il tarixli, AA seriyalı, 087199 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. "xxxx" ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh2 Rasim oğlu 03.10.2013-cü il tarixdə, Al 1-287 nömrəli Zaminlik Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 2. Dci bəndinə əsasən Kreditorla Borclu arasında bağlanmış 19.09.2011 -ci il tarixli, Al 1-287 saylı Kredit Müqaviləsinə əsasən 24872 (iyirmi dörd min səkkiz yüz yetmiş iki ) ABŞ dolları məbləğində 19 sentyabr 2017-ci il tarixinədək verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Zamin Borclunun öhdəlikliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banlardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Borcverən avtommobilin alınması məqsədi ilə istifadə etmək üçün Borcalana 24872 (iyirini dörd min səkkiz yüz yetmiş iki) ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.3. bənd) Borcalan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti* və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən Kredit vəsaitinin hərəkəti Borcverən tərəfindən Borcalan üçün açılan ssuda hesabı ilə təmin edir. (5.4 bəndi) Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 60 (altmış) aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1 ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 18 %-lə hesablanır. Cavabdeh1 bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. 'Belə ki, cavabdehin banka hazırda olan kredit müqaviləsi üzrə əsas borcu 10510,17 (on min beş yüz on ABŞ dolları, 17 sent) ABŞ dolları, faiz borcu üzrə 2090,27 ( iki min doxsan ABŞ dolları,27 sent) ABŞ dolları olmaqla ümumilikdə 12600,44( on iki min altı yüz ABŞ dolları,44 sent) ABŞ dolları məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Göstərilənlərin nəzərə alınaraq, iddianın təmin olunması barədə qərar edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC BOKT-un nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, hazırda ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan 2013-cü il buraxılışlı, «HYUNDAİ İX-35» minik markalı, 90- MG-180 dövlət qeydiyyat nişanlı avtomobilin kimin istifadəsində olması, texniki vəziyyəti barədə məlumatları yoxdur. Buna görə də iş üzrə keçirilmiş eksperiza zamanı avtomobilin likvid dəyərinin 17 000 manat qiymətləndiirilməsi ilə razı deyil. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh1 iddia tələbini yalnız əsas borc hissəsində qəbul etdiyini bildirmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Azərbaycan Beynəlxalq Bankı'' ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 19.09.2011 -ci il tarixli, Al 1-287 saylı saylı kredit müqaviləsindən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı'' ASC Cavabdeh1 60 ay müddətinə illik 18% tətbiq edilməklə, 60 ay müddətinə 24872 (iyirmi dörd min səkkiz yüz yetmiş iki) ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh1 isə kredit müqaviləsinə əsasən krediti qəbul etməyi və müqavilədə göstərilən müddətlərdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi barədə öhdəlik götürmüşdür; 05.10.11-ci il tarixli kassa məxaric orderinin surətindən müəyyən olunur ki, 24872 (iyirmi dörd min səkkiz yüz yetmiş iki) məbləğində pul vəsaiti “Azərbaycan Beynəlxalq Bankı'' ASC tərəfindən Cavabdeh1 verilmişdir; İddiaçı QSC BOKT-un maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 19.09.2016-cı il tarixinə 10510,17 (on min beş yüz on ABŞ dolları, 17 sent) ABŞ dolları, faiz borcu üzrə 2090,27 ( iki min doxsan ABŞ dolları,27 sent) ABŞ dolları olmaqla ümumilikdə 12600,44( on iki min altı yüz ABŞ dolları,44 sent) ABŞ dolları məbləğində borcu var; Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan 2013-cü il buraxılışlı, «HYUNDAİ İX-35» minik markalı, 90- MG-180 dövlət qeydiyyat nişanlı avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka Müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 19.09.2011 -cü il tarixli, AA seriyalı, 087199 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. "xxxx" ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh2 Rasim oğlu 03.10.2013-cü il tarixdə, Al 1- 287 nömrəli Zaminlik Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 2. Dci bəndinə əsasən Kreditorla Borclu arasında bağlanmış 19.09.2011 -ci il tarixli, Al 1-287 saylı Kredit Müqaviləsinə əsasən 24872 (iyirmi dörd min səkkiz yüz yetmiş iki ) ABŞ dolları məbləğində 19 sentyabr 2017-ci il tarixinədək verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Zamin Borclunun öhdəlikliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banlardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. X6 Edilməsi Agentliyi MMC-nin cavabdehə ünvanladığı bildirişlərdən və xəbərdarlıq məktubundan müəyyən olur ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyi üçün tutmanın ona məxsus və girov predmeti olan avtomobilə yönəldilməsinin başlanılması barədə xəbərdar edilmişdir; Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı'' ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.09.2011 -ci il tarixli, Al 1-287 saylı kredit müqaviləsinə əsasən “Azərbaycan Beynəlxalq Bankı'' ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 18% ödəmək şərti ilə 24872 (iyirmi dörd min səkkiz yüz yetmiş iki) ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə İddiaçı QSC arasında S-AVK- 1820 saylı, 27.12.2017-ci il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra i sə"xxxx" QSC tərəfindən borclu Cavabdeh1 kredit müqaviləsinə dair sənədlər təhvil-təslim aktına əsasən “X6 Edilməsi Agentliyi” MMC-yə verilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği «“Azərbaycan Beynəlxalq Bankı'' ASC-dən götürmüş, lakin üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirə bilmədiyindən 10510,17 (on min beş yüz on ABŞ dolları, 17 sent) ABŞ dolları, faiz borcu üzrə 2090,27 ( iki min doxsan ABŞ dolları,27 sent) ABŞ dolları olmaqla ümumilikdə 12600,44( on iki min altı yüz ABŞ dolları,44 sent) ABŞ dolları məbləğində borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən tələb edir və bu barədə maliyyə arayışı təqdim edir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməli, 10510,17 (on min beş yüz on ABŞ dolları, 17 sent) ABŞ dolları, faiz borcu üzrə 2090,27 ( iki min doxsan ABŞ dolları,27 sent) ABŞ dolları olmaqla ümumilikdə 12600,44( on iki min altı yüz ABŞ dolları,44 sent) ABŞ dolları Cavabdeh1 «AqrarKredit” QSC BOKT-un xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, krediti müqaviləsinin təminatı kimi cavabdehə məxsus öhdəliyin icrasının təminat üsulu kimi "xxxx" ASCnin Sənaye filialı ilə “İpoteka müqaviləsi” bağlanmış və 2013-cü il buraxılışlı, «HYUNDAİ İX-35» minik markalı, 90- MG-180 dövlət qeydiyyat nişanlı avtomobili ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutmanın, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipotekasaxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdeh kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin ona məxsus 2013-cü il buraxılışlı, «HYUNDAİ İX-35» minik markalı, 90- MG-180 dövlət qeydiyyat nişanlı avtomobil dövlət qeydiyyat nişanlı avtomobilinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikasının BDYPİ Qeydiyyat imtahan şöbəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu müqavilə üzrə öhdəliklərin icrası müddətlərini və qaydasını pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan avtomobilə yönəldilməli, avtomobil açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən məsələ iddia üzrə tələb kimi müəyyən edilsə də, hüquqi nəticə etibarı ilə qətnamənin icrası qaydasında həll olunmalı olduğundan, iddia tələbi “İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsinin ümumi qaydada cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerənə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmə digər Cavabdeh2 Rasim oğlundan kredit borcunun tutulmasına Nərimanov Məhkəməsinin 12.08.2021-ci il tarixli qərardadı ilə hüquqi qiymət vermişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 əsas borc üzrə 10510,17 (on min beş yüz on ABŞ dolları, 17 sent) ABŞ dolları, faiz borcu üzrə 2090,27 ( iki min doxsan ABŞ dolları,27 sent) ABŞ dolları olmaqla ümumilikdə 12600,44( on iki min altı yüz ABŞ dolları,44 sent) ABŞ dolları məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə ödənilməli, tutma Cavabdeh1 mülkiyyətində olan 2013-cü il buraxılışlı, «HYUNDAİ İX-35» minik markalı, 90- MG-180 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldərək açıq hərracda satılmalı, satışdan əldə edilən vəsaiti '‘Aqrarkredit’' QSC-nin hesabına ödənilməli, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh1 qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 10510,17 (on min beş yüz on ABŞ dolları, 17 sent) ABŞ dolları, faiz borcu üzrə 2090,27 ( iki min doxsan ABŞ dolları,27 sent) ABŞ dolları olmaqla ümumilikdə 12600,44( on iki min altı yüz ABŞ dolları,44 sent) ABŞ dolları məbləğində kredit borcu (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə ödənilsin. Tutmanın Cavabdeh1 mülkiyyətində olan 2013-cü il buraxılışlı, «HYUNDAİ İX-35» minik markalı, 90- MG-180 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldərək açıq hərracda satılsın və satışdan əldə edilən vəsaiti '‘Aqrarkredit’' QSC-nin hesabına ödənilsin, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh1 qaytarılsın. İddia qalan hissədə rədd olunsun. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-163/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-163/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver