Məhkəmə qərarları › İş №2(005)-1636/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1636/2023

05.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1636/2023 05.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə Ərizəçi “ölümün qeyd edilmə faktı”na dair ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən olunması”na dair ərizə ilə məhkəməyə müraciət edərək, əri X1 xx.xx.2023-cü ildə ölməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X4 onun həyat yoldaşı idi. O, xx.xx.1964-cü ildə Bakı şəhərində doğulmuşdur. xx.xx.2023-ci il tarixində həyat yoldaşı Zeynalov Səttarın, ünvan 1 ünvanının qarşısında, qəflətən halı pisləşib, və X14 xidməti gələnə qədər vəfat etmişdir. Zeynalov Səttarı növbəti gün, xx.xx.2023-cü il tarixində Sabunçu rayonu, Maştağa qəsəbə qəbirsanlığında dəfn etmişlər. Bundan sonra, iddiaçı ölüm haqqında şəhadətnaməni almaq üçün Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi iddiaçıya rəsmi qaydada bildirmişdir ki, “ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda ölümün hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlisiniz. İddiaçı, bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum X1 xx.xx.2023-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında şahid X3 ifadə verərək bildirmişdir ki, o ərizəçinin qardaşıdır. Mərhumun qaynıdır. Mərhumun halının pis olmasını ona ərizəçi bildirmişdir. Medera Klinikası ilə üzbəüz yaşayış yeri idi və oraya yaxınlaşanda onu orada uzanıqlı vəziyyətdə görmüşdür. Daha sonra X14 maşını gəldi və arayış təqim etdi. Bundan sonra mərhumu Maştağa qəsəbəsində dəfn etdik. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında şahid X11 ifadə verərək bildirmişdir ki, mərhumla 20 ildir dost olmuşlar. Məhrum xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İşdə olan zaman dostum zəng vuraraq X1 halının pisləşməsini daha sonra onun vəfat etməsini bildirmişdir. Mərhumu Maştağa qəsəbəsində yerləşən məzarlıqda dəfn edilmişdir. Dəfndə iştirak etmişdir. Ərizəçi və maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Ərizəçi məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndələrinin iştirakı olmadan keçirilməsinin məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.3-cü maddəsinə əsasən əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.3-cü maddəsinə əsasən ərizəçi və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1964-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki X4 xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası X5, anası X2r. İş materiallarına əlavə edilmiş Nikahın bağlanması barədə xx.xx.1992-ci il tarixli şəhadətnamədən görünür ki, X4 ilə Ərizəçi arasında nikah bağlanmış və bu barədə nikahların qeydiyyata alınma kitabında xx.xx.1992-ci il tarixdə 2210 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “ölüm haqqında Xəbərdarlıq vərəqəsi”-dən görünür ki, xx.xx.2023-cü il tarixdə, ünvan 2 ünvanına çağırışa gələn zaman 58 yaşlı X1 meyit aşkar edilmiş, “Həkimə qədər ölüm. Kişi cinsli meyit” diaqnozu qoyulmuşdur. İş materiallarında əlavə edilmiş Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 313 nömrəli arayışından görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Maştağa qəsəbəsi “Seyidlər” qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”Publik Hüquqi şəxs “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxs 4 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda ünvan 3 ünvanında qeydiyyatda olub xx.xx.2023-cü il tarixdə Nəsimi rayon ərazisində vəfat etmişdir vətəndaş X4 hər hansı bir xəstəliklə əlaqədar poliklinikaya müraciət etmədiyindən və tibbi qeydiyyatda olmadığından, verilmiş şifahi məlumata əsasən qəflətən vəfat etdiyindən N.Nərimanov rayonu 4 nömrəli şəhər poliklinikası tərəfindən onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmaması bildirilmişdir. İş materiallarında olan Nərimanov rayon Qeydiyyat Şöbəsinin 13 saylı, xx.xx.2023cü il tarixli ərizəçiyə cavab məktubundan görünür ki, ölüm haqqında akt qeydinin aparılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nm 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilinməsi, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmadığından məhkəməyə müraciət edilməsi bildirilmişdir. Beləliklə, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Maştağa qəsəbəsi “Seyidlər” qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi qanunverici bərpa edilməsi mümkün olmayan hallar üzrə alternativ bərpa imkanları və bu imkanlarda istifadə edilməsi üçün imperativ tələblər müəyyən etmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ tələbləri həmin normalar üzrə müəyyən edilən hallarının bərpasını bir neçə istiqamətdə tənzimləyir ki, bu hallara müvafiq sənədin itməsi, həmin sənədin qanuni bərpası imkanının qeyri mümükünlüyü, baş verdiyi andan edilməli həkətin təsdiq edilmədiyi halda həmin halın baş verib verməməsindən ibarətdir. Qeyd olunan imperativ tələblərə əməl edilməsi gələcəkdə bərpa və ya təsdiq edilməsi nəzərdə tutulmuş halın qanuni olaraq bərpası və ya təsdiqinə, habelə digər şəxslərin hüquqlarının pozulmamasına, eyni zamanda yeni məhkəmə mübahisələrinin yaranmamasına xidmət etməkdədir. Təqdim edilmiş ərizədə X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsinin müəyyən edilməsi xahiş olunmuşdur. Qeyd olunan ərizədə göstərilən halların qanunvericiliklə nəzərdə tutulmuş qaydada araşdırması zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.1-ci maddəsinə əsasən Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Həmin Qaydaların 8.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydaların 8.3-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Həmin Qaydaların 8.4-cü maddəsinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Həmin Qaydaların 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Həmin Qaydaların 8.6-cı maddəsinə əsasən ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. Həmin Qaydaların 8.7-ci maddəsinə əsasən Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ölüm haqqında aktların qeydiyyat kitabında ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normaları imperativ tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş X1 xx.xx.2023-cü ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş X1 xx.xx.2023-cü ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeyd aparılması Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar