Məhkəmə qərarları › İş №2(005)-1684/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1684/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1684/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı BOKT QSC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X6 Edilməsi” MMC Cavabdeh qarşı borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19.09.2013-cü il tarixli, 345G nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 10494.27 manat, faiz üzrə 3883.54 manat olmaqla cəmi 14377.81 manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi; kredit borcunu Cavabdeh mülkiyyətində olan **-SM-*** dövlət qeydiyyat nişanlı, “CREAT WALL Haval H5T” minik” markalı (buraxılış ili 2011, ban- LGWFF3A52CB630462, rəngi-boz metal) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin cavabdeh X1 qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. İddiaçı QSC ilə “X6 Edilməsi Agentliyi” MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İddiaçı QSC-yə keçmiş, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X6 Edilməsi Agentliyi” MMC həyata keçirir. Yuxarıda qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə İddiaçı QSC arasında S-AVK-1434 saylı, 24.11.2017-ci il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isə İddiaçı QSC tərəfindən borclu şəxs Cavabdeh dair sənədlər təhvil-təslim aktına əsasən “X6 Edilməsi Agentliyi" MMC-yə verilmişdir. "xxxx" ASC-nin “Nizami filialı ilə Cavabdeh arasında 19.09.2013-cü il tarixli, 345G nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 36 ay müddətinə 15820 manat məbləğində nömrəli ssuda hesabı açılmışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-SM-*** dövlət qeydiyyat nişanlı, “CEAT WALL Haval H5T” minik” markalı (buraxılış ili 2011, ban-LGWFF3A52CB630462, rəngi -boz metal) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X5 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 02.10.2013-cü il tarixli, AA seriyalı, 103890 №-li «İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarış” verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Borcverən avtomobil alınması məqsədi ilə istifadə etmək üçün Borc alana 15820 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Borcalan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən Kredit vəsaitinin hərəkəti Borcverən tərəfindən Borcalan üçün açılan ******************** ssuda hesabı ilə təmin edir. Kredit vəsaiti bu Müqavilənin 4-cü bəndində nəzərdə tutulan kredit öhdəliklərinin icrasının təminat üsulunu tənzimləyən Müqavilə qüvvəyə mindiyi tarixdən 10 gündən gec olmayaraq Borcverən tərəfindən Borcalanın ssuda hesabına köçürülür və bu barədə Borclana məlumat verilir. Kredit vəsaitindən istifadə tarixi Borcalanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü tarix hesab olunur. Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 36 (otuz altı) aydır. Bu Müqavilə üzrə son ödəmə müddəti 19.09.2016-ci il tarixdə bitir. Bu müddətin uzadılması barədə Tərəflər razılığa gəldikdə, belə razılıq bu Müqavilənin 17-ci bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayma görə kredit verənə illik 18 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Cavabdehin banka hazırda olan əsas borc üzrə 10494,27 manat faiz üzrə 3883,54 manat olmaqla cəmi 14377,81 manat məbləğində kredit borcu təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilinəsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. İddiaçı “X6 Edilməsi” MMC-nin nümayəndəsi Nümayəndə1 30.10.2019-cu il tarixli Məhkəmə iclasında vəsatət verərək, iddiaçı qismində “X6 Edilməsi” MMC-nin əvəzinə İddiaçı BOKT QSC-nin göstərilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.10.2019-cu il tarixli, 2(005)- 405/2019 saylı qərardadı ilə ərizə təmin edilərək iddiaçı “X6 Edilməsi” MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddiaçı “X6 Edilməsi” MMC iş üzrə əsl İddiaçı BOKT QSC ilə əvəz edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2(005)- 405/2019 saylı qərardadı ilə İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi, iddiaçı tərəfində məhkəməyə müraciət edilməzdən əvvəl mübahisənin məhkəmədən kənar (pretenziya) qaydasında həll edilməsi barədə mülki qanunvericilikdə müəyyən olunmuş qaydaya əməl etməməsi və bu qaydanı tətbiq etmək imkanının itirilməmiş olmaması səbəbindən baxılmamış saxlanılmışdır. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq, Nərimanov Rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2(005)-405/2019 nömrəli qərardadın ləğv edib mülki işi mahiyyəti üzrə baxılması üçün təyin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası ilə əlaqədar cavabdehə 20.08.2020-ci il tarixdə məktub ünvanlanmışdır. Lakin cavabdeh cəmiyyətə müraciət etməmiş, Restrukturizasiya müqaviləsi bağlanmamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 mart 2022-cu il tarixli, 2(005)- 1684/2022 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2(005)- 405/2019 saylı qərardadı ləğv edilmiş və mülki işin icraatı təzələnmişdir. Məhkəmə iclasında İddiaçı BOKT QSC-nin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutların, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; "xxxx" ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında bağlanmış 19.09.2013-cü il tarixli, 345G nömrəli kredit müqaviləsi əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 36 ay müddətinə 15820 manat məbləğində nömrəli ssuda hesabı açılmışdır. 02.10.2013-cü il tarixli, AA seriyalı, 103890 №-li «İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarış”dan və "xxxx" ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında bağlanmış 19.09.2013-cü il tarixli, 345G nömrəli ipoteka müqaviləsindən müəyyən olunur ki, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-SM-*** dövlət qeydiyyat nişanlı, “CEAT WALL Haval H5T” minik” markalı (buraxılış ili 2011, ban-LGWFF3A52CB630462, rəngi -boz metal) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. 30.09.2013-cü il tarixli məxaric orderindən müəyyən olunur ki, Cavabdeh 15662.59 manat məbləğində pulu məxaric edərək ssuda hesabından istifadə etmişdir. Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. "xxxx" ASC ilə İddiaçı QSC arasında tərtib edilmiş S-AVK-1434 saylı, 24.11.2017-ci il tarixli sənədlərin təhvil-təsliminə dair aktdan müəyyən olunur ki, 13.09.2013-cü il tarixli, 345G nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh borcun tələb edilməsi hüququ İddiaçı BOKT QSC-yə güzəşt edilmişdir. 17.09.2018-ci il tarixli tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsinə dair bildirişdən müəyyən olunur ki, “X6 Edilməsi Agentliyi” MMC Cavabdeh, "xxxx" ASC –nin ona olan tələb hüquqlarını İddiaçı QSC-yə güzəşt etdiyi barədə xəbərdar etmiş və 10 gün müddətində öz öhdəliklərini icra edərək, yaranmış borcu ödəməyəcəyi halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09.10.2019-cu il tarixli, 32996 saylı ekspert rəyindən müəyyən olunur ki, "xxxx" ASC-nin “Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 19.09.2013-cü il tarixli, 345G nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, müqavilə müddətinə, yəni 19.09.2016-cı il tarixə Cavabdeh ümumilikdə banka olan əsas borcu 10493.51 manat, faiz borcu 3347.43 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" ASC-nin “Nizami filialı ilə Cavabdeh arasında 19.09.2013-cü il tarixli, 345G nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 36 ay müddətinə 15820 manat məbləğində nömrəli ssuda hesabı açılmışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-SM-*** dövlət qeydiyyat nişanlı, “CEAT WALL Haval H5T” minik” markalı (buraxılış ili 2011, ban-LGWFF3A52CB630462, rəngi -boz metal) avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. "xxxx" ASC ilə İddiaçı QSC arasında S-AVK-1434 saylı, 24.11.2017-ci il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isə İddiaçı QSC tərəfindən borclu şəxs Cavabdeh dair sənədlər təhvil-təslim aktına əsasən “X6 Edilməsi Agentliyi" MMC-yə verilmişdir. Cavabdeh öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 193-cü maddəsinin tələblərinə görə, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur. Mülki Məcəllənin 194.1-ci maddəsinin tələbinə görə, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Mülki Məcəllənin 194.2-ci maddəsinin tələbinə görə, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Mülki Məcəllənin 196-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə artıq borcun cavabdehdən tutulması məsələsinə hüquqi qiymət vermiş, cavabdehin iddiaçıya ödəməli olduğu pul məbləğinin cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmişdir. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borc məbləğinin ödənilməsinə kifayət etmədiyi təqdirdə növbəti prosessual hərəkət qətnamənin icrasına yönələn icra hərəkətlərinin ardıcıllığı “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və qətnamənin icra mərhələsinə aid olan məsələdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə iddia tələbinin cavabdehdən tutulmalı olan borc məbləği hissəsi ilə bağlı qeyd edir ki, mülki iş üzrə ekspertiza təyin edilmiş və cavabdehin müqavilə müddətinə banka olan əsas və faiz borcların məbləği müəyyən edilmişdir. Məhkəmə həmin məbləğlərin cavabdehdən tutulmasını ədalətli hesab edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13.09.2013-cü il tarixli, 345G nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 10493.51 manat, faiz borcu 3347.43 manat olmaqla cəmi 13840.94 manat məbləğində kredit borcu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli, kredit borcunun tutulması Cavabdeh mülkiyyətində olan **-SM-*** dövlət qeydiyyat nişanlı, “CREAT WALL Haval H5T” minik” markalı avtomobilə yönəldilərək həmin avtomobil açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait İddiaçı QSC-nin hesabına ödənilməli, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi cavabdeh X1 qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 30 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc 10493,51 manat, faiz borc 3347,43 manat olmaqla, cəmi 13840,94 (on üç min səkkiz yüz qırx manat doxsan dörd qəpik) manat məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı QSC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh mülkiyyətində olan **-SM-*** dövlət qeydiyyat nişanlı, “CREAT WALL Haval H5T” minik” markalı avtomobilə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı QSC-yə olan borc ödənilsin. Satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar