Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-170/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı Bank “xxxx” ASC-nin nümayəndəsi X4, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində) “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxxx” ASC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 11.05.2018-ci il tarixli, DEN-00016-08/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 08.05.2020-ci il tarixinə olan 72969.04 manat əsas borc, 9229.88 manat faiz borcu, 6694.53 manat dəbbə borcu, ümumilikdə 88893.45 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Bank “xxxx” ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə bağlanan 11.05.2018-ci il tarixli, DENG-00016-08/18A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan 0.04 ha torpaq sahəsinə və onun üzərində yerləşən ünvan 2 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank “xxxx” ASC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 11.05.2018-ci il tarixli DEN-00016-08/18A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 (otuz altı) ay müddətinə, illik 22 (iyirmi iki) faiz ödəmək şərti ilə 120000 (bir yüz iyirmi min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh3 11.05.2018-ci il tarixdə iddiaçıyla DENG-00016- 08/18A saylı ipoteka müqaviləsi bağlayaraq xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan 0.04 ha torpaq sahəsini və onun üzərində yerləşən ünvan 1 ünvanlı fərdi yaşayış evini ipotekaya qoymuşdur. Cavabdeh2 11.05.2018-ci il tarixdə iddiaçıyla DENZ- 00016-08/18A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1nun kredit müqaviləsinə zamin durmuşdur. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 140 gündən artıq gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında əlan kredit müqaviləsinin 2.9-cu və ipoteka müqaviləsinin 7.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin 08.05.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 72969 (yetmiş iki min doqquz yüz altmış doqquz) manat 04 (dörd) qəpik, faizlərin məbləği 9229 (doqquz min iki yüz iyirmi doqquz) manat 88 (səksən səkkiz) qəpik, dəbbə borcu 6694 (altı min altı yüz doxsan dörd) manat 53 (əlli üç) qəpik təşkil edir. Beləliklə cavabdehlərin 08.05.2020-ci il tarixinə ümumi borcu 88893 (səksən səkkiz min səkkiz yüz doxsan üç) manat 45 (qırx beş) qəpik təşkil edir. Cavabdehlə bağlanılan kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə boreverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə boreverənə ödənilmiş olsun. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən borcverən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5 %-i məbləğində gündəlik cərimə tətbiq edir. Cavabdehlə bağlanılan kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən boreverən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5 %-i məbləğində gündəlik cərimə tətbiq edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Bank “xxxx” ASC-nin etibarnaməyə əsasən nümayəndəsi X7 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil kredit müqaviləsi üzrə əsas borcu qəbul etdiyini, digər hissələrlə razı olmadığını, onun ödəniş etməsi üçün ona vaxt verilməsini xahiş etməmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər cavabdehlərə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və üçüncü şəxs heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bank “xxxx” ASC ilə Cavabdeh1 qızı arasında bağlanmış DEN-00016-08/18A nömrəli, 11.05.2018-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, borcverən 120000 (bir yüz iyirmi min) AZN məbləğində krediti illik 22 (iyirmi iki) faizlə 36 (otuz altı) ay müddətinə Borcalanın mülkiyyətinə verir, Borcalan isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və onu 11-05-2021-ci il tarixinədək faizi ilə birlikdə Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 36 ay ərzində hər ay 4583,00 manat (sonuncu ay 4525,83 manat) məbləğində pul ödəməli idi; 11.05.2018-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, 120.000 manat məbləğində pul vəsaiti Bank “xxxx” ASC tərəfindən Cavabdeh1 verilmişdir; Bank “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış DEN-00016-08/18A nömrəli, 11.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə tərtib olunmuş maliyyə arayışından müəyyən olunur ki, 08.05.2020-ci il tarixinə Cavabdeh1 banka kredit borcu üzrə 72969,04 manat, ümumi faiz borcu üzrə 9229,88 manat, dəbbə borcu üzrə 6694,53 manat, cəmi 88893,45 manat borcu var; Bank “xxxx” ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış DEN-00016- 08/18A nömrəli, 11.05.2018-ci il tarixli (üç tərəfli) ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən tərəflər 11.05.2018-ci il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 2 ünvanlı fərdi yaşayış evi 170000 (bir yüz yetmiş min) AZN məbləğində qiymətləndiriləsinə və Bank “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilməsinə dair razılığa gəlmişlər; Bank “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış DEN-00016-08/18A nömrəli, 11.05.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında 11.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə zamin Bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar faizlər, cərimələr, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə “Borcalan” kimi tam məsuliyyət daşıyır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.01.2021-ci il tarixli, 9/5116 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən DEN-00016- 08/18A nömrəli, 11.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə 08.05.2019-cu il tarixə Məm Cavabdeh1 Bank “xxxx” ASC-yə olan əsas borcu 82235,09 manat məbləğində müəyyən edilir, o cümlədən; -əsas borc üzrə 73159,28 manat; faiz borcu üzrə 9075,81 manat; təşkil edir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir; “xxxx” MMC-nin 12.02.2021-ci il tarixli, ƏEM/Y 74-074/21 saylı ekspert rəyinə əsasən 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 2 ünvanlı fərdi yaşayış evinin 2020-ci il tarixinə bazar dəyəri 200.000 manat, likvid dəyəri 170.000 manat təşkil edir. Xidmət haqqı 200 manat təşkil edir; Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanlı fərdi yaşayış evi və 0,04 ha, 178,2 kv.m torpaq sahəsi Bank “xxxx” ASC-nin xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində 420 nömrəli reyestr kitabının 3974 nömrəli vərəqində 11.05.2018-ci il tarixində qeydə alınmışdır; Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 2 ünvanlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 420 nömrəli reyestr kitabının 39374 nömrəli vərəqində 02.03.2018-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin “Bank xxxx” ASC-yə ünvanladığı “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında” məktubun surətinə əsasən Cavabdeh3 məxsus ünvan 2 ünvanlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınmışdır; 20.01.1978-ci il tarixli, İ-SL seriyalı, 257251 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh3 ilə X1 arasında 20 yanvar 1978-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 20.01.1978-ci il tarixdə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir; X6 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən o, Cavabdeh3 məxsus olan, ünvan 2 ünvanlı fərdi yaşayış evinin və 0,04 ha torpaq sahəsinin ipotekaya qoyulmasına etiraz etməmişdir; “Bank xxxx” ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış 31.03.2020-ci il tarixli bildirişin surətinə əsasən cavabdehdən DEN-00016- 08/18A nömrəli, 11.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, Əks halda borcun tutulması və tutmanın ipoteka predmeti olan ünvan 2 ünvanlı fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi tələbi ilə məhkəmədə iddia qaldırılması barədə onlara xəbərdarlıq edilmişdirlər; 14 may 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı Bank “xxxx” ASC məhkəmədə iddia qaldırmaq üçün 30,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bank “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış DEN-00016-08/18A nömrəli, 11.05.2018-ci il tarixli kredit müqaviləsinə əsasən kreditor borcluya illik 22% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 120.000 manat məbləğində krediti verməyi, borcalan isə həmin kredit məbləğini götürməyi və krediti, ondan istifadəyə görə faizləri aralarında razılaşdırılmış müddətlərdə kreditora qaytarmağı barədə öhdəlik götürmüşdür. Cavabdeh1 qeyd edilən məbləğdə krediti qəbul etmiş, lakin 11.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Nəticədə Cavabdeh1 iddiaçıya kredit borcu üzrə 72969,04 manat, ümumi faiz borcu üzrə 9229,88 manat, dəbbə borcu üzrə 6694,53 manat, cəmi 88893,45 manat məbləğində borcu yaranması iddia edilmişdir. İddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə kredit müqaviləsinə əsasən ödənilməmiş borcun ödənilməsi tələb olunmuş, lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri bundan sonra da yerinə yetirməmişdir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də iddia tələbi əsas kredit borcu və hesablanmış faizlər hissəsində tam təmin edilməli, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz borcunu iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, hazırki mülki iş üzrə təyin edilmiş məhkəməmuhasibat ekspertizasının nəticələri üzrə tərtib edilmiş ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, lakin ekspert rəyi ilə əsas borc qismində müəyyən edilmiş məbləğ hazırda tələb edilən məbləğdən artıq olduğundan və bu hal məhkəmə tərəfindən iddia tələbindən kənara çıxma kimi qiymətləndirildiyindən, iddia tələbi əsas borcun tutulması hissəsində tam təmin edilməli, iddia üzrə tələb edilən 72969,04 manat məbləğində əsas borc cavabdehlərdən xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının tələb etdiyi faiz borcu məbləği ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hazırki mülki iş üzrə təyin edilmiş məhkəmə-muhasibat ekspertizasının nəticələri üzrə tərtib edilmiş ekspert rəyini mötəbər sübut kimi qiymətləndirilməli və ekspert rəyi ilə cavabdehin banka 08.05.2019-cu il tarixə mövcud olan faiz borcu qismində müəyyən edilmiş 9075. 81 manat əsas götürülməli və həmin məbləğ cavabdehlərdən Bank “xxxx” ASC –nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Bank “xxxx” ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin borcalan Cavabdeh1 11.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh2 zamin kimi borcalan Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərindən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində başqa hal nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə tərəfindən 11.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş əsas, faiz və cərimə borcu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, 11.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən 6694.53 manat dəbbə borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişləri və yaranmış borcun məbləğini nəzərə alıb belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 3000 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, Bank “xxxx” ASC ilə Cavabdeh3 arasında bağlanmış DEN-00016-08/18A nömrəli, 11.05.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı kimi cavabdehin mülkiyyətində olan 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 2 ünvanlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən mənzil 170.000 manata qiymətləndirilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh3 məxsus olan 0.04 ha torpaq sahəsinə və onun üzərində yerləşən ünvan 2 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlaklar açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiymətinin ipoteka müqaviləsində və “xxxx” MMC-nin 12.02.2021-ci il tarixli ekspert rəyində müəyyən edilən məbləğdə, yəni 170000 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında ipoteka müqaviləsində razılaşma olmuş, iş üzrə ekspertiza təyin olunmuş və 170000 manat məbləğində məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə “ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borun ödənilməsinə yetərli olmazsa qalan məbləğin cavabdehlərdən tutulması" hissədə iddia tələbini əsaslı hesab etmir və qeyd edir ki, həmin hissədə iddia tələbi rədd olunmalıdır. Belə ki, ipoteka predmetinin realizəsi mərhəsindən sonra həmin məbləğin borcun ödirilməsinə kifayət etmədiyi halda olan tədbirlər icra mərhələsində həyata keçirilir. Məhkəmə iddia tələbinin "mənzilin boşaldılması" hissəsi ilə bağlı Azərbaycan Respublikasının "İpoteka haqqında" Qanununun 59.4-cü maddəsinin tələblərinə istinadən qeyd edir ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuş, lakin ipoteka predmetinin boşaldılması nəzərdə tutulmamışdır. Bununla belə, mənzilin boşaldılması qanunvericlikdə təsbit edilmədiyindən məhkəmə iddia tələbinin bu hissəsinə Cavabdeh3 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 2 ünvanlı fərdi yaşayış evindən məcburi qaydada çıxarılması kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3 ipoteka predmetlərindən çıxmazsa, onlar məcburi qaydada çıxarılmalıdır. Eyni zamanda, məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni həll edib belə qənaətə gəlir ki, cavabdehlərdən iddiaçının xeyrinə, həmçinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu, keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası və məhkəmə əmtəəşünaslıq ekspertizası xərci tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Bank “xxxx” ASC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 11.05.2018-ci il tarixli, DEN-00016-08/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 08.05.2020-ci il tarixinə olan 72969.04 manat əsas borc, 9075,81 manat faiz borcu, 3000 manat dəbbə borcu, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Bank “xxxx” ASC-nin xeyrinə tutulması, Cavabdeh3 məxsus olan 0.04 ha torpaq sahəsinə və onun üzərində yerləşən ünvan 2 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməli, fərdi yaşayış evinin açıq hərracda satılmalı və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, əmlakın ilkin satış qiyməti 170000 manat məbləğində müəyyən edilməli, əmlak açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalı, iddia qalan hissədə rədd edilməli, keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası və məhkəmə əmtəəşünaslıq ekspertizası xərci cavabdehlərdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Bank “xxxx” ASC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 11.05.2018-ci il tarixli, DEN-00016-08/18A saylı kredit müqaviləsi müqaviləsinə, Bank “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış DEN-00016-08/18A nömrəli, 11.05.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 72969,04 manat əsas borc, 9075,81 manat faiz borcu, 3000 manat dəbbə borcu olmaqla, cəmi 85044, 85 manat (səksən beş min qırx dörd manat səksən beh qəpik) pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Bank “xxxx” ASC-nin xeyrinə ödənilsin. Tutma Bank “xxxx” ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış DEN- 00016-08/18A nömrəli, 11.05.2018-ci il tarixli (üç tərəfli) ipoteka müqaviləsinə əsasən Cavabdeh3 adına qeydiyyata alınmış, mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus 0.04 ha torpaq sahəsinə və onun üzərində yerləşən ünvan 2 saylı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilsin. İpoteka predmeti olan 0.04 ha torpaq sahəsinə və onun üzərində yerləşən ünvan 2 saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 170000 (yüz yetmiş min) manat məbləğində müəyyən edilsin. 0.04 ha torpaq sahəsinə və onun üzərində yerləşən ünvan 2 saylı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsın. İddia qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası xərci olaraq 100 (yüz) manat pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 birgə tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci olaraq 200 (iki yüz) manat pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 birgə tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-170/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-170/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver