Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1715/2020 09.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı QSC BOKT-un nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı QSC BOKT Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 23300,00 (iyirmi üç min üç yüz) ABŞ dolları, faiz borcu üzrə 17483,56 (on yeddi min dörd yüz ABŞ dolları, əlli altı sent) ABŞ dolları olmaqla, cəmi 40783,56 (qırx min yeddi yüz söksən üç ABŞ dolları, əlli altı sent) ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-NG-*** dövlət qeydiyyat nişanlı, “JEEP GRAND CHEROKEE” markalı minik (buraxılış ili 2012-ci il, Ban- 1C4RJFCG4CC207476, rəngi - qara) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti '‘İddiaçı’' QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC BOKT iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx'' X5 dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X8 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “Aqrarkredif' QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1815 saylı, xx.xx.2017-ci il tarixli təhviltəslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xxxxxx filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2012-ci il tarixdə, 0362 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 16 % tətbiq edilməklə, 60 ay müddətinə 61100 ( altmış bir min yüz) ABŞ dollar məbləğində kredit verilmişdir. xx.xx.2012-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-NG-*** dövlət qeydiyyat nişanlı, “JEEP GRAND CHEROKEE” markalı minik avtomobili (buraxılış ili 2012-ci il, Ban- 1C4RJFCG4CC207476, rəngi Qara) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X6 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2012-ci il tarixli, AA seriyalı, 035048 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 61100 (altmış bir min yüz) ABŞ dollar məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür.(2.2.bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 18 (on səkkiz) faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 23300,00 (iyirmi üç min üç yüz) ABŞ dolları, faiz borcu üzrə 17483,56 (on yeddi min dörd yüz ABŞ dolları, əlli altı sent) ABŞ dolları olmaqla, cəmi 40783,56 ( qırx min yeddi yüz səksən üç ABŞ dolları, əlli altı sent) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Göstərilənlərin nəzərə alınaraq, iddianın təmin olunması barədə qərar edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC BOKT-un nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərəkə bildirmişdir ki,o, iddiaçının ona qarşı tirəli sürdüyü əsas borc məbləği ilə razıdır. Lakin faiz borcu hissəsində verilən tələblə qismən razıdır. Faiz borcu artıq hesablanmışdır, məhkəmədən faiz borcunun azaldılmasını xahiş etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx'' ASCilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 0362 saylı kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx'' ASC Cavabdeh 60 ay müddətinə illik 16% ödəmək şərti ilə 61.100 ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh isə kredit müqaviləsinə əsasən krediti qəbul etməyi və müqavilədə göstərilən müddətlərdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi barədə öhdəlik götürmüşdür; xx xxxxx 2012-ci il tarixli kassa məxaric orderinin surətindən müəyyən olunur ki, 61.100 (altmış bir min yüz ABŞ dolları) məbləğində pul vəsaiti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx'' ASC tərəfindən Cavabdeh verilmişdir; İddiaçı QSC BOKT-un xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixli, 0362 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 23300.00 ABŞ dolları məbləğində əsas, 17483,56 ABŞ dolları məbləğində faiz, cəmi 40783,56 ABŞ dolları məbləğində borcu var; İddiaçı QSC BOKT-un xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə müqavilənin müddəti bitdiyi tarixə, yəni xx.xx.2017-ci il tarixə 26,300.00 ABŞ dolları məbləğində əsas, 17,483.56 ABŞ dolları məbləğində faiz, cəmi 43.783,56 ABŞ dolları məbləğində borcu var; xx.xx.2017-ci il tarixli Cavabdeh hesabının çıxarışından görünür ki, xx.xx.2009-cu il tarixindən xx.xx.2017-ci il tarixinədək olan kredit borcu üzrə sonuncu ödəniş 2.000 manat təşkil edir; Nəqliyyat vasitəsinin AB seriyalı, 661399 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “JEEP GRAND CHEROKEE” minik markalı (Ban- 1C4RJFCG4CC207476, buraxılış ili - 2011, rəngi - qara), **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur; İddiaçı QSC BOKT ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 362 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2012-ci il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq girovqoyan mülkiyyətində olan “JEEP GRAND CHEROKEE” markalı (Ban-1C4RJFCG4CC207476, buraxılış ili - 2011, rəngi - qara) avtomobili ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir; xx xxxx 2012-ci il tarixli, AA serialı, 035048 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh məxsus “JEEP GRAND CHEROKEE” minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin girova qoyulması dövlət qeydiyyatına alınmışdır, girov saxlayan ABB SKB-nin “xxxxxx” filialıdır; X8 Edilməsi Agentliyi MMC-nin cavabdehə ünvanladığı bildirişlərdən və xəbərdarlıq məktubundan müəyyən olur ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyi üçün tutmanın ona məxsus və girov predmeti olan avtomobilə yönəldilməsinin başlanılması barədə xəbərdar edilmişdir; X8 Edilməsi Agentliyi MMC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X11 ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xxxxxx filialı ilə cavabdeh X9 arasında xx.xx.2012-ci il tarixdə, № 0362 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilədən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xxxxxx filialı ilə xx.xx.2012-ci il tarixdə, № 0362 saylı “İpoteka müqaviləsi” bağlanmış 2011-ci il buraxılışlı, «JEEP GRAND CHEROKE» minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı, 1C4RJFCG4CC207476-Ban nömrəli,qara rəngli avtomobili “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-nin xxxxxx filialı qarşısında ipoteka ilə yüklü edilmişdir. Hal-hazırda X4 Bank qarşısında bağlanmış xx.xx.2012-ci il tarixdə, № 0362 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyi yaranmışdır və bu səbəblə də ərizənin dövlət qeydiyyatına alınması xahiş edilmişdir; xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx'' ASCilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx'' ASCtərəfindən Cavabdeh 60 ay müddətinə illik 16% ödəmək şərti ilə 61.100 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği «“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx'' ASC-dən götürmüş, lakin üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirə bilmədiyindən 23300.00 ABŞ dolları məbləğində əsas, 17483,56 ABŞ dolları məbləğində faiz, cəmi 40783,56 ABŞ dolları məbləğində borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir və bu barədə maliyyə arayışı təqdim edir. Göründüyükimi, cavabdehkredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməli, 23300.00 ABŞ dolları məbləğində əsas, 17483,56 ABŞ dolları məbləğində faiz, cəmi 40783,56 ABŞ dollarıCavabdeh «İddiaçı” QSC BOKT-un xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, krediti müqaviləsinin təminatı kimi cavabdehə məxsus öhdəliyin icrasının təminat üsulu kimi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xxxxxx filialı ilə xx.xx.2012-ci il tarixdə, № 0362 saylı “İpoteka müqaviləsi” bağlanmış 2011-ci il buraxılışlı, «JEEP GRAND CHEROKE» minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı, 1C4RJFCG4CC207476- Ban nömrəli,qara rəngli avtomobili ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutmanın, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipotekasaxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdeh kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin ona məxsus 2011-ci il buraxılışlı, «JEEP GRAND CHEROKE» minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikasının BDYPİ Qeydiyyat imtahan şöbəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu müqavilə üzrə öhdəliklərin icrası müddətlərini və qaydasını pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan avtomobilə yönəldilməli, avtomobil açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən məsələ iddia üzrə tələb kimi müəyyən edilsə də, hüquqi nəticə etibarı ilə qətnamənin icrası qaydasında həll olunmalı olduğundan, iddia tələbi “İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsinin ümumi qaydada cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerənə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 23300,00 ( iyirmi üç min üç yüz) ABŞ dolları, faiz borcu üzrə 17483,56 ( on yeddi min dörd yüz ABŞ dolları, 56 sent) ABŞ dolları olmaqla cəmi 40783,56 ( qırx min yeddi yüz söksən üç ABŞ dolları, 56 sent) ABŞ dolları məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə ödənilməli, tutma Cavabdeh mülkiyyətində olan 90- NG- 399 dövlət qeydiyyat nişanlı, “JEEP GRAND CHEROKEE” markalı minik (buraxılış ili 2012-ci il, Ban - 1C4RJFCG4CC207476, rəngi - Qara) avtomobilə yönəldərək açıq hərracda satılmalı, satışdan əldə edilən vəsaiti '‘İddiaçı’' QSC-nin hesabına ödənilməli, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 23300,00 ( iyirmi üç min üç yüz) ABŞ dolları, faiz borcu üzrə 17483,56 ( on yeddi min dörd yüz ABŞ dolları, 56 sent) ABŞ dolları olmaqla cəmi 40783,56 ( qırx min yeddi yüz səksən üç ABŞ dolları, 56 sent) ABŞ dolları məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə ödənilsin. Tutmanın Cavabdeh mülkiyyətində olan 90- NG-399 dövlət qeydiyyat nişanlı, “JEEP GRAND CHEROKEE” markalı minik (buraxılış ili 2012-ci il, Ban - 1C4RJFCG4CC207476, rəngi - Qara) avtomobilə yönəldərək açıq hərracda satılsın və satışdan əldə edilən vəsaiti '‘İddiaçı’' QSC-nin hesabına ödənilsin, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh qaytarılsın. İddia qalan hissədə rədd olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1715/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1715/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver