Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1719/2021 02.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, qızı xx.xx.1984-cü il təvəllüdlü X4 Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsindəki 30 saylı evin 61 saylı mənzilində yaşamışdır. xx.xx.2020-cl il tarixdə gecə saat 21:00 radələrində o, həmin ünvanda qəflətən vəfat etmiş, xx.xx.2020-ci il tarixdə Qurd qapısı adlanan qəbirstanlıqda dəfn etmişlər. Bu, Bakı şəhər Təcili və X7 Stansiyasının xx.xx.2020-ci il tarixli tibbi arayışından da görünür ki, qızı tibb briqadası gələnə kimi artıq vəfat etmişdir. Bundan əlavə mərhum qızı X1 ərizəsində qeyd etdiyi tarixdə vəfat etməsini qonşular və yaxın qohumları da təsdiq edə bilərlər. Bununla əlaqədar məhkəməyə onun tərəfimdən məhkəmə iclasına dəvət ediləcəklər. Mərhumə qızı X2 ölüm haqqında şəhadətnamə almaq üçün ərazi üzrə Maraqlı şəxsnə müraciət etmiş, lakin Şöbənin xx.xx.2020-ci il tarixli 195 saylı cavabında göstərilmişdir ki, Maraqlı şəxs ərizəyə cavab olaraq bildirir ki, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində onun ərizəsinin təmin edilməsi qeyri-mümkün hesab edilmiş, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ölüm faktının müəyyən edilməsi mənə mərhum qızı X1 ölümü iıə əlaqədar yaranmış bəzi hüquqi münasibətlərinin (vərəsəlik və sair) tənzimlənməsi üçün zəruridir. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş qızı X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X5 ifadəsində qızı X1 İ dərəcəli əlil olduğunu, xx xxxxxx 2020-ci il tarixində ürək tutmasından öldüyünü və Qurd Qapısında dəfn edildiyini ifadəsində təsdiq etdi. İş materiallarında olan Bakı Şəhər Nərimanov Rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 195 №-li məktubundan görünür ki, Bakı şəhəri Maraqlı şəxs Ərizəçi müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin xx.xx.2020-ci il tarixli, 107 №-li arayışından görünür ki, X4 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və o, Qurd qapısı qəbristanlıqda dəfn edilmişdir. İş materiallarında olan Şaumyan rayon ZAQS şöbəsi tərəfindən verilmiş X-JQ seriyalı 418413 saylı xx.xx.1985-ci il tarixli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X4 xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X3r. İş materiallarında olan AZE seriyalı 08827819 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan TTYS Statistika şöbəsinin Təcili və X6 Stansiyasının 1 saylı bölməsinin xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 1 ünvanında yaşayan X4 xx.xx.2020-ci il tarixli 21:00-da həkimə qədər vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1984-cü il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1984-cü il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1719/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1719/2021
02.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver