Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1720/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, xx xxxx 1991-ci il tarixdə X3 ilə nikaha girərək ailə həyatı qurmuşdur. Həyat yoldaşı X3 xx.xx.2010-cu il tarixdə özünə qəsd edərək vəfat etmişdir. Ailə çətin vəziyyətə düşmüş, bu səbəbdən də dəfn və digər məsələlərlə baş qarışdığından və bundan əlavə olaraq istintaq orqanında iş getdiyindən ölüm haqqında şəhadətnaməni ala bilməmişlər. Ölüm haqqında şəhadətnamənin alınması üçün Nərimanov Rayon Qeydiyyat Şöbəsinə müraciət edilsə də, bir nəticəsi olmamış, onlara məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ölüm haqqında şəhadətnamənin olmaması hüquqi sənədlərin alınmasında promlem yaradır. Yuxarıdakıları nəzərə alaraq hesab edir ki, ölüm haqqında faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, həyat yoldaşı X2 xx.xx.2010-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında Şahid1 ifadəsində mərhumun qardaşı olduğunu, qardaşının xx.xx.2010-cu il tarixdə intihar etməyi nəticəsində ölməsini bildirdi. Məhkəmə iclasında Şahid2 ifadəsində mərhumun qonşusu olduğunu, intihar etməsi nəticəsində vəfat etdiyini bildirdi. İş materiallarında olan Bakı Şəhər Nərimanov Rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 37 №-li məktubundan görünür ki, Bakı şəhəri Maraqlı şəxs Ərizəçi müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Bakı Maraqlı şəxs tərəfindən verilmiş V-JQ №-li 436213 saylı nikah haqqında şəhadətnamə xx.xx.1991-ci il tarixli nikah xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanmasına dair akt qeydləri kitabında 400 saylı akt qeydi tərtib olunmuş, ərə Şirəliyev, arvada Şirəliyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2010-cu il tarixli 99 №-li arayışdan görünür ki, mərhum X2 meyiti xx.xx.2010-cu il tarixdə “MTE və PA” Birliyinin Binəqədi rayon Şöbəsinə daxil olmuş, məhkəmə-tibbi ekspertizadan keçirilmiş və sahiblərinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakiyyəti Başçısının Yenikənd Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 89 №-li arayışından görünür ki, həqiqətən Kürdəmir rayonu Yenikənd kəndində xx.xx.1969-cu il tarixdə anadan olmuş mərhum X4 xx.xx.2010-cu il tarixdə vəfat etmiş və Kürdəmir rayon Şahsevən kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1969-cu il təvəllüdlü X2 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü X2 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1720/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1720/2021
08.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver