Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1730/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum X6 onun atası idi. Mərhum xx.xx.1968ci il tarixində Bakı şəhərində doğulmuşdur. xx.xx.2023-cü il tarixdə mərhumun səhhəti ağırlaşmış və Bakı şəhəri X7 Yardım Stansiyasının həkimləri gələnə qədər vəfat etmişdir. Bakı şəhəri X7 Yardım Stansiyası xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Vəfat etmiş şəxs Şüvəlan qəbirstanlıqda dəfn edilmişdir. Qeyd etmişdir ki, ölüm faktının müəyyən edilməsi və bu barədə arayışın verilməsi ilə bağlı 7 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət edilmişdir. Lakin 7 saylı Bakı Asan Xidmət X5 xx.xx.2023-cü il tarixli 3-16-5/7- 2xx-xx-2023 nömrəli məktubu ilə ölümün qeydə alınması ilə bağlı müraciətə imtina verilmişdir. Qeyd olunanların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X11 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçinin anasıdır, mərhum X6 onun həyat yoldaşıdır. xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mərhumun hüzr və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təyin edilmiş şahid X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçinin qonşusudur, ərizəçinin X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mərhumun hüzr və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1968-ci il tarixdə dünyaya gəlmişdir. "xxxx" MTK-nın verdiyi arayışın məzmunundan görünür ki, Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Hüseyno, K.Rəhimov, Y.Bakuvi və Q.Rəşad küçələrinin kəsişməsində yerləşən ünvanda inşa olunan “Zümrüd Residence” yaşayış kompleksində yerləşən 2 binanın, 3-cü girişinin 307 saylı mənzilində qeydiyyatsız yaşayır. Bakı Şəhər Nərimanov Rayon VVADQ şöbəsinin verdiyi doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1991-ci il tarixdə doğulmuşdur. X2, anası X8. AR Ədliyyə Nazirliyi 7 saylı Bakı Asan Xidmət X5 02 mart 2023-cü il tarixli, məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; AR TƏBİB PHŞ-nin 4 nömrəli Şəhər Poliklinikasının 02 mart 2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 hər hansı bir xəstəliklə əlaqədar poliklinakaya müraciət etmədiyindən və tibbi qeydiyyatda olmadığından 4 nömrəli Şəhər Poliklinikasının onun adına ölüm haqqında şəhadətnamə verməsi mümkün deyil. xx.xx.2023-cü il tarixli X7 Yardım Stansiyası tərəfindən verilmiş xəbərdarlıq vərəqəsinin məzmunundan görünür ki, xəstənin yanına saat 20:34-də çatmış, lakin TTY briqadası qeyd edilən ünvana çatana qədər xəstə vəfat etmişdir. Xəzər rayonu, Şüvəlan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 16 saylı arayışın məzmunundan görünür ki, X6, Bakı şəhəri, Şüvəlan qəbirstanlığında xx.xx.2023-cü il tarixində dəfn olunmuşdur. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1968-ci il tarixində Bakı şəhərində anadan olmuş X6 Ərizəçi atasıdır. Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Hüseyno, K.Rəhimov, Y.Bakuvi və Q.Rəşad küçələrinin kəsişməsində yerləşən ünvanda inşa olunan “Zümrüd Residence” yaşayış kompleksində yerləşən 2 binanın, 3-cü girişinin 307 saylı mənzilində qeydiyyatsız yaşayır. X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. 7 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X3 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 25xx.xx.1968-ci il tarixində Bakı şəhərində anadan olmuş X3 oğlu xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir. məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1968-ci il tarixində Bakı şəhərində anadan olmuş X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1730/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1730/2023
11.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver