Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1743/2022 17.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 vəkilləri Vəkil1, Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər 1 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat kontoruna, Cavabdeh2 qarşı dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və məcburi pay tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər 1 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat kontoruna, Cavabdeh2 qarşı dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və məcburi pay tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onları X1 vərəsələri kimi tanınması; Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında yerləşən 42.33 m2, yaşayış sahəsi 29.33 m2 olan 2 otaqlı mənzildən ibarət miras əmlakdan tam hissədə pay almasına dair İ saylı Bakı "ASAN xidməti" Mərkəzində notariat ofisində xx.xx.2021-ci il tarixdə reyestrdə 2V-546 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında cavabdehə miras qismində verilmiş daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş hüquqların dövlət qeydiyyatına alınması haqqında müvafiq çıxarışın etibarsız hesab edilməsi; onlara ünvan 1 ünvanında yerləşən 42.33 m:, yaşayış sahəsi 29.33 m2 olan 2 otaqlı mənzildən ibarət miras əmlakdan hər birinə 1/4 hissədə olmaqla payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, 1934-cü ildə Türkmənistan Respublikasında anadan olmuş, ünvan 2 ünvanda yaşayaraq xx.xx.2020-ci il tarixində 86 yaşında vəfat etmiş X1 qanun üzrə vərəsələridir. Belə ki, miras qoyan X3 onların xalasıdır. Onlar Türkmənistan Respublikasının vətəndaşlarıdılar və Türkmənistan, Aşqabad şəhəri Kopetdağ rayonu, Paraxat yaşayış kompleksi, 4/2, ev 41, mənzil 43 ünvanında yaşayırlar. Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 42.33 m2, yaşayış sahəsi 29.33 m2 olan 2 otaqlı mənzildən ibarət miras əmlakdan qanunsuz olaraq tam hissədə pay almışdır. Cavabdeh2 1 saylı Bakı "ASAN xidməti" Mərkəzində notariat ofisinin xüsusi notariusu Natiq Səmədova xx.xx.2021-ci ildə ərizə ilə müraciət edərkən başqa vərəsələrin olmamağı barədə yalan məlumat vermişdir. Halbuki, notariat işinə əlavə edilmiş Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2972/2021 saylı qətnaməsi ilə müəyyən edilir ki, Cavabdeh2 miras qoyan xalası X3 ilə qohumluq faktının tanınması üçün məhkəməyə müraciət etmiş və ərizəsinin əsaslarından biri də ondan ibarətdir ki, Xanım Quliyevanın iki bacısı olmuş, onlar Türkmənistanda yaşamış və orada vəfat etmişlər. Bundan başqa məhkəmə qətnaməsində uzaq qohum olan şahidlərin X1 üç bacı olması - Alla, Xanım və Gülzar barədə qeydlər vardır. Cavabdeh2 xalası Gülzarın övladları olan və cavabdehlə eyni dərəcədə vərəsə olan iddiaçılar barələrində dəqiq məlumatı olmuş və iddiaçılara miras əmlakdan pay ayrılması üçün onlar barəsində notariat orqanına bildirməmişdir. Onlar Azərbaycan Respublikası Qanunverciliyində miras əmlakın qəbulu ilə bağlı müddəti ötürmədən vərəsəlik hüquqlarının təmin edilməsi üçün 2021-ci ilin əvvəllərində Azərbaycan Respublikası ASAN Xidmət Mərkəzinə məktubla müraciət etmiş və 3 saylı Bakı "ASAN xidmət" mərkəzi xx.xx.2021-ci il tarixli məktubu ilə onların müraciətinə baxılması bağlı 42 vərəqdə ibarət olan sənədlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə göndərmişdir. Lakin, işin faktiki halı ondan ibarətdir ki, onların hüquqları kobud şəkildə pozularaq onlar vərəsə kimi qeydiyyata alınmadığı üçün onlara miras payı ayrılmamış və buna görə də, mirasın qəbulu barədə müvafiq şəhadətnamə verilməsi mümkün olmamışdır. Obyektiv səbəb olan Covid 19 pandemiyası ilə bağlı nə xalaların dəfinində iştirak etmək, nədə ki, bilavasitə vərəsəlik işi üçün Azərbaycan Respublikasına da gələ bilməmişlər. 3 saylı Bakı "ASAN xidmət" mərkəzi VHTS-nin baş məsləhətçisi A. Hüseynovun verdiyi "vətəndaşa göndərilmiş məktubun ünvanına çatmayıb geri qaytarılması haqqında" olan arayışına əsasən onlara göndərilmiş məktublar pandemiya ilə əlaqədar ölkə xaricinə çıxış olmadığına görə xx.xx.2021-ci il tarixdə poçt tərəfindən Mərkəzə geri qaytarılmışdır. Hüquqlarının təmin edilməsi üçün cavbdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və iddiaçılara da miras əmlakdan yarım hissədə pay ayrılmalıdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 vəkilləri Vəkil1 və Vəkil2 ayrıayrılıqda iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsi xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini əsassız hesab etdiyini bildirərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan; xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 147742 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür və bu barədə 32 nömrəli qeyd aparılmışdır. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi : Cavabdeh2dır və o miras əmlakdan tam pay almalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2972/2021 saylı qətnamədən müəyyən olunur ki, Cavabdeh2 X2 bacısı qızı olması, yəni X2 Cavabdeh2 xalası olması faktı müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinin dəlilləri sübutlarla öz təsdiqini tapmır. İddia tələbini əsaslandıran halları təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənləri nəzərə alaraq və mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verməklə məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər 1 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat kontoruna, Cavabdeh2 qarşı dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və məcburi pay tələbinə dair iddiasının təmin edilməsi üçün əsaslar müəyyən edilmədi. Belə ki, iddiaçılar məhkəməyə müraciət edərək, X2 onların xalası olduğunu iddia etsələr də, aralarında qohumluq əlaqələrinin olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. X2 onların xalası olması, aralarında hər hansı qohumluq əlaqələrinin olması öz təsdiqini tapmadı. Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər 1 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat kontoruna, Cavabdeh2 qarşı dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və məcburi pay tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, tərəflər ödəmiş dövlət rüsumları özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər 1 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat kontoruna, Cavabdeh2 qarşı dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və məcburi pay tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1743/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1743/2022
17.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver