Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1747/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Nərimanov rayon Qeydiyyat şöbəsi göstərilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Nərimanov rayon Qeydiyyat şöbəsi göstərilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963cü il təvəllüdlü X3 Bakı şəhəri, Nəsimi rayonu Hənifə Ələsgərov 75B ünvanın yerləşən “Gilənar” restoranında xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəyə dəqiqləşdirmə verərək, xx.xx.1963-cü il təvəllüdlü X3 ölüm hadisəsinin xx.xx.2023-cü il tarixdə Bakı şəhərində baş verməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1963-cü il təvəllüdlü X7 onun atasıdır. Atası Bakı şəhəri, Nərimanov rayonu, X11 128q ünvanında ölən günə kimi yaşamış və qeydiyyatda olmuşdur. xx.xx.2023-cü il tarixində ünvan 3 ünvanında yerləşən “Gilənar” restoranında atasının 60 illik yubileyini qeyd edirdilər. Elə həmin gün saat 22:30 radələrində atası rəqs etdiyi zaman qəfil özünü pis etmiş və yerə yıxılmışdır. X6 Yardım Stansiyasına zəng etmişdilər. Həkim briqadası restorana gələn zaman atasının vəfat etdiyini bildirdilər. Mərhum atasına ölüm haqqında şəhadətnamə almaqdan ötrü Nərimanov Rayon Qeydiyyat Şöbəsinə və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi” X20 “Bakı Baş Səhiyyə Mərkəzi” X20 37 Nömrəli Şəhər Poliklinikasına müraciət etmiş, lakin həm qeydiyyat şöbəsi, həmdə ki, qeydiyyatda olduğu poliklinika imtina cavabı vermiş, məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Daha sonra Bakı Şəhəri Nəsimi rayonu Prokurorluğuna ölüm haqqında şəhadətnamənin alıması üçün müraciət etmiş, Nəsimi Rayon Prokurorluğunun qətnaməsinə əsasən atasının ölümü zamanı heç bir cinayət hadisəsi aşkarlanmamış və ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət edə biləcəyi qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsində göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, iş yükünün çoxluğu ilə əlaqədar mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X12 məhkəmə iclasında ifadə verərək, mərhum X3 onun qaynı olmasını, onun 60 illik yubileyini qeyd edərkən xx.xx.2023-cü il tarixinə “Gilənar” restoranında vəfat etməsini təsdiq etdi. Həmin zaman orda olduğunu və həmçinin qaynının Fatmayı kənd qəbristanlığında dəfn edildiyini bildirdi. İş üzrə şahid qismində dindirilmiş X8 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum X7 onun qaynıdır. xx.xx.2023-cü il tarixdə mərhum ad gününü qeyd edərkən vəfat etmişdir. Həmin zaman orda olmuşdur. Mərhumun Fatmayı kənd qəbristanlığında dəfn edildiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: XİV-ЖГ seriyalı, 312059 nömrəli Doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X2, anası X5r; AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə doğulmuşdur; AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1963-cü il tarixdə doğulmuşdur; AZ-İİ seriyalı, 523938 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X4 arasında nikah 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi xx.xx.2018-ci il tarixdə 735 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Səfərova” soyadı verilmişdir; 37 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü X7 37 nömrəli şəhər poliklinikasına hər hansı bir xəstəliklə əlaqədar müraciət olmamışdır. X1 restoranında ad gününü qeyd edərkən rəhmətə getmiş, ölüm evdə baş vermədiyi üçün Ölüm haqqında tibbi şəhadətnamə 37 nömrəli şəhər poliklinikası tərəfindən verilə bilməz. Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 21 nömrəli məktubundan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından, ərizəçinin ərizəsi təmin edilməmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; Abşeron rayon Fatmayı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 21 saylı arayışından görünür ki, X7 xx.xx.2023-cü il tarixində Fatmayı kənd qəbristanlığında dəfn olunmuşdur; Qəbirüstü abidənin fotoşəkilindən görünür ki, abidədə “X7 xx.xx.1963-xx.xx.2023” yazısı əks olunmuşdur. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən atasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, xx.xx.1963-cü il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Ərizəçi atasının ölümü haqqında şəhadətnamə alınması üçün Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin tibb müəssisəsinin arayışı olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1963-cü il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1747/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1747/2023
12.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver