Məhkəmə qərarları › İş №2(005)-1772/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1772/2021

18.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1772/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi tələbinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1963-cü il təvəllüdlü X5 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçinin atası X12 xx.xx.1994-cü ildə anası X7 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan ərizəçinin, 2 qardaşı və bir bacısı anadan olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə nahardan sonra ərizəçinin atasın səhhəti qəflətən pisləşmiş, bir müddətdən sonra atasının vəziyyəti kritik olduğu üçün Təcili və X3 zəng etmişlər. Həkimlər gələnə kimi artıq ərizəçinin atası vəfat etmişdi, həkimlər ərizəçinin atasına baxıb bildirdilər ki, ərizəçinin atası vəfat etmişdir. Bu barədə «ölüm haqqında xəbərdarlıq» vərəqəsini tərtib edib onlara verib getdilər. Bundan sonra Nərimanov rayon Prokurorluğu ərizəçinin atasının ölümü ilə əlaqədar araşdırmalar aparmış və ərizəçinin atasının ürək çatışmazlığından əziyyət çəkdiyini müəyyən edilmiş və bu səbəbdən təbii ölüm hadisəsi baş verdiyi müəyyən edilmişdir. Ərizəçi bildirir ki, atası ürək xəstəliyindən əziyyət çəkirdi, müntəzəm olaraq müalicə alırdı, son vaxtlar tez-tez ürəyindən şikayət edirdi. Ərizəçinin atasının qəflətən ölümündən sonra ərizəçi və ailə üzvləri stress keçirmiş, ərizəçinin atasının ölümü ilə əlaqədar qeydiyyatda olduğu ərazi poliklinikasına sahə həkiminə müraciət edə bilməmiş və bunun vacibliyini dərk etməmişlər. Ərizəçinin atasının ölümündən sonra onu el adəti ilə X4 ərazisindəki qəbrstanlığında dəfn etmişlər. Bundan sonra ərizəçinin atasının ölümü ilə əlaqədar Maraqlı şəxsnə müraciət edərək onun ölümü barədə müvafiq şəhadətnamə almaq istədikdə bu barədə tibbi sənəd olmadığı üçün məhkəməyə müraciət etməyi tövsiyə etdilər. Ərizəçi bildirir ki, atasının ölüm haqda şəhadətnaməsi olmadan onun ölümündən sonra yaranmış bəzi hüquqi münasibətlərin tənzimlənməsi qeyri-mümkündür. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X13 ifadəsində bildirmişdir ki, o ərizəçinin qardaşıdır. Atası ürək xəstəliyindən əziyyət çəkirdi, müntəzəm olaraq müalicə alırdı, son vaxtlar tez-tez ürəyindən şikayət edirdi. Atasının qəflətən ölümündən sonra o və ailə üzvləri stress keçirmiş, atasının ölümü ilə əlaqədar qeydiyyatda olduğu ərazi poliklinikasına sahə həkiminə müraciət edə bilməmiş və bunun vacibliyini dərk etməmişlər. Atasının dəfn mərasimində iştirak etmişlər. Atasının Ramana qəbirstanlığında dəfn edilib. Məhkəmə iclasında iştirak etmiş digər şahid X8 ifadəsində bildirmişdir ki, o ərizəçinin dayısıdır. Vəfat edən şəxs onun yeznəsidir. xx xxxxxx 2020-ci il tarixdə nahardan sonra vəziyyəti kritik olduğu üçün təcili və X3 zəng etmişlər. Həkimlər gələnə kimi artıq X12 vəfat etmişdi, həkimlər baxıb bildidlər ki, X12 vəfat etmişdir. Şahid dəfn mərasimində iştirak etmişdir. X1 qəbirstanlığında dəfn edilimişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə doğulmuşdur. ASAN1 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZE seriyalı № 14358060 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1963-cü ildə Ermənistan, Krasnoselo rayonunda anadan olmuş X14 ünvan 1 ünvanında qeydiyyatdadır. Nərimanov rayonu Mənzil Kommunal Təsərüffatı Birliyinin.xx.xx.2020-ci il tarixli 007166 nömrəli arayışından görünür ki, Ərizəçi Fərid Əhmədov (köhnə adı daş karxanası) küçəsi 677 nömrəli mənzilində pasport qeydiyyatındadır. Təcili və X6 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il saat 17:32 də xəstə X14 ölümün ilkin səbəbi həkimə qədər ölüm kişi cinsli meyid müəyyən edilmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 199 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alınır. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. X4 ərazisində yerləşən qəbirstanlığın xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X14 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Təcili tibbi yardım stansiyasından verilmiş arayışa əsasən subtropik sovxozunun qəbirstanlığında dəfn edilmişdir. Nərimanov Rayon Prokurorluğunun xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X9 ölümündə cinayət hadisəsi müəyyən edilmədiyindən 65-C-21 nömrəli material üzrə Azərbyacan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti göndərilməklə, maraqlı tərəflərə məlumat verilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. Nikahın bağlanması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.1963-cü ildə Ermənistan SSR-in, Krasnoselo rayonu, cil kəndində doğulmuşdur. X10 ilə xx.xx.1994-cü il tarixində rəsmin nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü ildə doğulmuş atası X14 anası X2r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1853 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1963-cü ildə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuş X12 xx.xx.2020-ci ildə vəfat etmiş və xx.xx.2020-ci ildə X11 ərazisindəki qəbristanlığında dəfn edilmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən xx.xx.1963-cü il təvəllüdlü, Ermənistan Respublikası, Krasnosela rayonunda anadan olmuş X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü il tarixində Ermənistanın Krasnoselo rayonunda anadan olmuş X5 xx xxxxxx 2020-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhər Maraqlı şəxsnə həvalə edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar