Məhkəmə qərarları › İş №2(005)-1778/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1778/2022

25.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1778/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 30.12.1955-ci ildə anadan olmuş X3 07.03.2022-ci ildə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 07.03.2022-ci ildə vəfat etmişdir. Bu barədə təcili və təxirə salınmaz tibbi vardım stansiyası tərəfindən ölüm haqqında arayış vermişdir. X1 08.03.2022ci ildə Zabrat -2 qəbisanlığında dəfn edilmişdir. Bundan sonra Nərimanov rayonu 4 saylı şəhər poliklinikasına ölüm haqqında tibbi şəhadətnamə verilməsi haqqında müraciət etsə də, imtina edilmişdir. Bundan sonra Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, burada da rədd cavabı verərək bildirmişlər ki, poliklinika tərəfindən ölüm faktının təsdiq edən tibbi şəhadətnamə olmadan ölümü qeydə alınması mümkün deyildir. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak etmiş şahid X2 ifadəsində bildirmişdir ki, X6 07.03.2022-ci il tarixdə ölmüş və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X5 ifadəsində bildirmişdir ki, X6 07.03.2022-ci il tarixdə ölmüş və dəfn mərasimində iştirak etmişdir. Belə ki, iş materiallarında olan; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə doğulmuş və ana qrafasında X6 qeyd edilmişdir. Nərimanov Rayon Qeydiyyat şöbəsinin 12.03.2022-ci il tarixli, 40 saylı məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Təcili və təxirə salınmaz tibbi vardım stansiyasının 12 saylı bölməsinin sorğuya cavabından görünür ki, 07.03.2022-ci il tarixdə, saat 16:00-da X4 adına çağırış daxil olmuş, həkimə qədər qadın cinsli meyit aşkar olunmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 30.12.1955-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin vəkilinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 30.12.1955-ci il təvəllüdlü X6 07.03.2022-ci il tarixdə ölüb. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara 30.12.1955-ci il təvəllüdlü X3 07.03.2022ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30.12.1955-ci il təvəllüdlü X3 07.03.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar