Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1784/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci il təvəllüdlü atası X3 xx.xx.2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi və ona ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, atası 10 noyabr 1957-ci il təvəllüdlü X6 29 oktyabr 2021-ci il tarixdə, Rusiya Federasiyasının, Stavropol Vilayəti, Budennovskiy rayonu, Budennovsk şəhərində vəfat etmişdir. Bundan sonra, atasının cənazəsi Azərbaycan Respublikasına gətirilmiş və Qəbələ rayonunda dəfn edilmişdir. Atasının Azərbaycan Respublikası ərazisində əmlakı olmasa da, bu yaxınlarda Ərizəçi qeyri-rəsmi məlum olmuşdur ki, atasının uzun müddət yaşadığı Rusiya Federasiyası və Qazaxıstan Respublikasında əmlakları mövcud olmuş, lakin həmin əmlaklarla bağlı sorğuların verilməsi, vərəsəlik işinin açılması və s. işlərin görülməsi üçün ölüm haqqında şəhadətnamənin mövcudluğu vacib şərtdir. Bununla bağlı, atasının qeydiyyat ünvanı üzrə qeydiyyat şöbəsinə müraciət etdi və Nərimanov rayon Qeydiyyat şöbəsinin 12 yanvar 2024-cü il tarixli, 03 saylı məktubu ilə ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclaslarda nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri şahid ifadələri ilə birlikdə tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X4 ifadəsində bildirdi ki, ərizəçi onun arvadıdır, mərhum isə qaynatası olmuşdur. X1 xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasında vəfat etdikdən sonra Azərbaycan Respublikası gətirilmiş və burda dəfn edilmişdir. Dəfnində iştirak etmişdir. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X2 ifadəsində bildirdi ki, o ərizəçinin xalası oğludur. X1 xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasında vəfat etmiş və dəfnində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Tibbi Ərazi Bölmələrinin İdaəetmə Birliyi” X10 tərəfindən 08 fevral 2024-cü il tarixdə verilmiş məktubda qeyd olunur ki, “Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən, vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir. Həmçinin qeyd olunan maddədə vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan həkim sirrini təşkil edən məlumatın verilməsinin konkret halları, eləcə də məlumat verilə bilən şəxslərin məhdud dairəsi göstərilmişdir. Həmin şəxslərin dairəsinə vəkil sorğusu və ya vəsatəti əsasında həkim sirri təşkil edən məlumatların təqdim edilməsi nəzərdə tutulmadığından, sorğuda tələb edilən məlumatların təqdim edilməsi qanunvericiliyə uyğun deyil. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"- nın 8.5 bəndlərinə əsasən ölüm laklı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir. Rəhmətə gedənin ölüm haqqında tibbi şəhadətnaməsi Ərizəçi tərəfindən şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi mümkün deyil. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. X3 AZE seriyalı, 06110488 nömrəli şəxsiyyət vəsiqəsində X3 xx.xx.1957-ci il tarixdə Azərbaycan Respublikasının Şuşa şəhərində doğulduğu qeyd olunur. Rusiya Federasiyasının dövlət orqanı tərəfindən verilmiş ölüm haqqında sənəddə xx.xx.1957-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə öldüyü qeyd olunur. Qəbələ Rayonu Vəndam Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 27 nömrəli arayışda qeyd olunur ki, X1 xx.xx.2021-ci il tarixə vəfat etmiş və oğlu X5 tərəfindən “Dəşmir” qəbristanlığında dəfn olunmuşdur. Qəbirüstü abidə fotoşəkillərindən X3 adına abidə qoyulduğu, abidədə vəfat tarixinin xx.xx.2021-ci il olduğu, abidənin övladları Elçin və Nərmindən xatirə olaraq qoyulduğu görünür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü X6 Ərizəçi atasıdır. X6 xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X3 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1957-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasında ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasında ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1784/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1784/2024
30.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver