Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1787/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana sahib qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı, Bakı şəhəri 38 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə, alqı-satqı müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı, Bakı şəhəri 38 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə, alqı-satqı müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təstiq edilmiş 06.12.2019-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi; "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98.8 kv.m olan qeyri-yaşayış sahəsini boşaldılaraq “Yelo Bank" ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 06.12.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təsliq edilmişdir. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 98.8 kv.m olan qeyriyaşayış sahəsini nisyə alqı-satqı qaydasında 50000 manata Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 10000 manat məbləğində pulu alqı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcının - İddiaçı ASC-nin hesabına ödəyir, qalan 40000 manatı isə hər ay 1667 manat olmaqla “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 10000 manat məbləğində vəsait "xxxx" ASC-yə ödənildikdən sonra ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 98.8 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keşməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı lazımi qaydada ödəniş edilməmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında 06.12.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Həmçinin həmin müqavilənin digər şərtinə əsasən tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə. belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Mübahisənin məhkəmədən kənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu 17.12.2021-ci il tarixdə Cavabdeh poçt vasitəsilə göndərilmişdir. Lakin buna baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı lazımi qaydada ödəniş edilməmiş, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 98.8 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq Banka təhvil verilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini əsassız hesab etdiyini bildirərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 98.8 kv.m olan qeyri-yaşayış sahəsini nisyə alqı-satqı qaydasında 50000 manata Cavabdeh satılmışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 10000 manat məbləğində pulu alqı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcının - İddiaçı ASC-nin hesabına ödəyir, qalan 40000 manatı isə hər ay 1667 manat olmaqla, “Yelo Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin 17.12.2021-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, Cavabdeh 10 gün müddətində borcunu ödəməsi barədə xəbərdar edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Ödəniş qəbzlərindən müəyyən edilir ki, Cavabdeh müqavilə üzrə 03.12.2019-cu il tarixdə 10000 manat, 08.01.2020-ci il tarixdə 1667 manat, 05.02.2020-ci il tarixdə 1667 manat, 21.08.2020-ci il tarixdə 3334 manat, yenə həmin tarixdə 6.66 manat, 31.05.2021-ci il tarixdə 3334 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mulki Məcəllənin 445.3-cü maddəsinə əsasin əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələri). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 178-ci maddəsi). Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alğı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəllsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 424.4-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki iş materiallarından müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 06.12.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təsliq edilmişdir. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 98.8 kv.m olan qeyriyaşayış sahəsini nisyə alqı-satqı qaydasında 50000 manata Cavabdeh satılınası nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 10000 manat məbləğində pulu alqı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcının - İddiaçı ASC-nin hesabına ödəyir, qalan 40000 manatı isə hər ay 1667 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilkin 10000 manatı ödəmiş, daha sonra isə ayrı-ayrı vaxtlarda aylıq ödənişlər etmişdir. Son ödəniş 31.05.2022-ci il tarixdə olmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən müqavilə öhdəlikləri əhəmiyyətli dərəcədə pozulmuşdur. İddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş və bu səbəbdən sözügedən müqavilənin ləğvi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Yelo Bank" ASC ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 06.12.2019-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98.8 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq “Yelo Bank" ASC-yə təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Yelo Bank" ASC ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 06.12.2019-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98.8 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1787/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1787/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver