Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1798/2020 10.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi İsmayılova Zəhraxanım Şahin qızının katibliyi Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1988-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır. Mərhum anası xx.xx.1967-ci il təvəllüdlü X12 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Ölüm səbəbi onkoloji xəstəliyin nəticəsi olaraq bilinir. Ölüm şəraiti yatdığı yerdə keçinməsi ilə xarakterizə olunur. Anası vəfat etdikdən sonra Xocəsən qəbiristanlığında dəfn edilmişdir. Bunu hazırkı ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi Xocəsən Bələdiyyəsinin 87/01 №-li, xx.xx.2020-ci il tarixli arayışının əsli ilə təsdiq edir. Mərhum anasının vəfat etməsindən sonra vərəsəliklə bağlı sənədləşmələr üçün ölüm haqqında şəhadətnamənin olması vacibdir. Ölüm haqqında şəhadətnaməni almaq üçün əlaqədar qurumlara müraciət etsə də, qanuni müraciətləri cavabsız qalmışdır.Bəzi sənədləşmə işləri ilə bağlı ölüm haqqında şəhadətnamənin olmasının vacibliyini nəzərə alaraq və həmin şəhadətnamənin başqa yolla əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, anası xx.xx.1967-ci il təvəllüdlü X6 xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən mənzildə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X9 ərizəni müdafiə edərək ərizənin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəllərinin iştirakını təmin etməmişdir. Eyni zamanda ərizə təqdim edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə işə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X13 ifadəsində ərizəçinin qaynatası olduğunu, X5 fevralı 24-də səhər 07:30 radələrində vəfat etdiyini, dəfnində iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində mərhumun qaynanası olduğunu, X5 uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkdiyini və fevralı 24-də vəfat etdiyini, Xocəsənqəbirstanlığında dəfn olunduğunu bildirmişdir. İş materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 05/a-448/15 №-li məktubundan görünür ki, 1 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi Rzayeva Məlahət Mövsüm qızının müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 87/01 №-li arayışından görünür ki, X1 qəbirstanlığında xx.xx.2020-ci il tarixdə dəfn olunmuşdur. İş materiallarında olan BŞT və TTYS Statistika şöbəsinin Təcili və X4 Stansiyası Ölüm Haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il saat 08:24-də X5 vəfat etməsi qeyd edilmişdir. İş materiallarında olan ASAN 1 tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan ASAN 1 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1967-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər ZAQS şöbəsi tərəfindən verilmiş Vİİ-JQ 263383 nömrəli, xx.xx.1980-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X14 xx.xx.1967-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Atası X7, anası Abadova Mafimi Mövsüm qızıdır. İş materiallarında olan Binəqədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş XX-JQ 454153 nömrəli, xx.xx.1998-ci il tarixli doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Rzayev Mövsüm Misir oğlu, anası X8r. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1967-ci il təvəllüdlü X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması üçün kifayət qədər araşdırılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi məhkəməyə müraciət etmiş və qeyd edilən tələb üzrə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1798/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1798/2020
10.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver