Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1799/2021 05.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rüfanə Xıdır qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 19765 (on doqquz min yeddi yüz altmış beş) ABŞ dolları-bundan 10768 (on min yeddi yüz altmış səkkiz) ABŞ dolları əsas, 220 (iki yüz iyirmi) ABŞ dolları faiz, 7505 (yeddi min beş yüz beş) ABŞ dolları cərimə, AR Konsitutsiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1272 (bir min iki yüz yetmiş iki) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliağa Vahid küçəsində mülkiyyətində olan 12 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49,90 kv.m, o cümlədən, yaşayış sahəsi 32,00 kv.m, yardımçı sahəsi 17,90 kv.m olan 2 otaqlı 15 nömrəli mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 27.05.2015-ci il tarixli 126.LN.2102.270515.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 (otuz altı) (iyirmi iki) faiz ödənilmək şərti ilə ilə 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. 28.01.2016-cı il tarixində, 126.LN.2102.270515.00001 saylı kredit müqaviləsinə əlavə razılıq № 1 bağlanaraq Kreditor tərəfindən borcalana 563,75 (beş yüz altmış üç dollar yetmiş beş sent) ABŞ dolları məbləğində krediti restrukturizasiya edir və 363,69 (üç yüz altmış üç dollar altmış doqquz sent) ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunub və bununla ümumi kredit məbləği 21.691,63 (iyirmi bir min altı yüz doxsan bir dollar altmış üç sent) ABŞ dolları təşkil edilərək, kreditin faiz dərəcəsi illik 14,74% (on dörd tam yetmiş dörd) faizə endirilmişdir. Cavabdeh1 ilə 126.LN.2102.270515.00001 saylı kredit müqaviləsi bağlanarkən Cavabdeh3 ilə bank arasında 27 may 2015-ci il tarixli, 126.CL.270515.00001/c saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh1 ilə 126.LN.2102.270515.00001 saylı kredit müqaviləsi bağlanarkən Cavabdeh2 ilə bank arasında 27 may 2015-ci il tarixli, 126.CL.270515.00001/d saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30.05.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 qızna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliağa Vahid küçəsində mülkiyyətində olan 12 nömrəli evin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49,90 kv.m, o cümlədən, yaşayış sahəsi 32,00 kv.m, yardımçı sahəsi 17,90 kv.m olan 2 otaqlı 15 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə bank ilə Cavabdeh2 arasında 27 may 2015-ci il tarixli 126.CL.270515.00001/b saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 02.06.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bank tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 19/740 saylı, 13.12.2020-ci il tarixli və 19/2003 saylı, 01.05.2020-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin müqavilə üzrə üz yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən İstifadə edərək mənfəət götürə bilərdi. 05.10.2020-ci il tarixinə Cavabdeh1 27.05.2015-ci il tarixli 126.LN.2İ02.270515.00001 saylı kredit müqaviləsi üzrə cəmi borcu 19765 (on doqquz min yeddi yüz altmış beş) ABŞ dolları təşkil edir. Bundan 10768 (on min yeddi yüz altmış səkkiz) ABŞ dolları əsas, 220 (iki yüz iyirmi) ABŞ dolları faiz, 7505 (yeddi min beş yüz beş) ABŞ dolları cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1272 (bir min iki yüz yetmiş iki) ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəfin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC və borcalan Cavabdeh1 arasında bağlanan 126.LN.2102.270515.00001 nömrəli 27 may 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə görə kreditor borcalana 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit ayırır. Bu kreditdən yalnız təmir tikinti işləri üçün istifadə ediləcəkdir. Müqavilənin 2.1-ci bəndinə əsasən borcalan istifadə ediyi kreditə görə kreditora illik 22 faiz ödəyir. Müqavilənin 5.1-ci bəndinə əsasən borcalan aldığı krediti bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş cədvələ uyğun ödəməyə borcludur. Birinci ödəniş 27 iyun 2015-ci il,sonuncu ödəniş isə 27 may 2018-ci il tarixdən gec olmayaraq həyata keçirilməlidir. İş materiallarında olan 126.LN.2102.270515.00001 nömrəli 27 may 2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, 27 may 2015-ci il tarixdən 27 may 2018-ci il tarixədək hər ay 954,76 ABŞ dollları ödəniş edilməli idi. İş materiallarında olan 126.LN.2102.270515.00001 nömrəli 27 may 2015-ci il tarixli kredit müqaviləsinə 2 saylı əlavədən görünür ki, 28 yanvar 2016-cı il tarixdən 28 may 2018-ci il tarixədək 21691 ABŞ dolları əsas məbləğ və 5620,15 ABŞ dolları faiz məbləği ödəniş edilməli idi. İş materiallarında olan "xxxx" ASC, borcalan Cavabdeh1 və ipotekaqoyan Cavabdeh2 arasında bağlanan 126.CL.270515.00001/b nömrəli 27 may 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, iptekasaxlayan və Cavabdeh1 slan oğlu arasında bağalnmış 27 may 2015-ci il tarixli 126.LN.2102.270515.00001 və ona edilmiş, və ya ediləcək əlavələr üzrə öhdəlklərin yerinə yetiriməsini təmin etmək məqsədi ilə ipotekaqoyan əmalkı ipoteka qoyur,eləcə ona olan hüquq və maraqları ipoteka saxlayana verir. İş materiallarında olan 126.CL.270515.00001/b nömrəli 27 may 2015-ci il tarixli ipoteka müqaviləsində 1 nömrəli əlavədən görünür ki, ipoteka qoyulmuş əmlak: ünvan 1 ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49.9 kv.m, yaşayış sahəsi 32 kv.m, o cümlədən yaradımçı sahəsi 17,9 kv.m olan xüsusi mülkiyyətli 2 otaqlı mənzildir. Qiymətləndirmə: 45000 manat. İş materiallarında olan 126.CL.270515.00001/b nömrəli 27 may 2015-ci il tarixli ipoteka müqaviləsinə 2 saylı əlavədən görünür ki, 27 may 2015-ci il tarixdən 27 may 2018-ci il tarixədək hər ay 954,76 ABŞ dollları ödəniş edilməli idi. İş materiallarında olan "xxxx" ASC, borcalan Cavabdeh1 və zamin Cavabdeh3 arasında bağlanan 126.CL.270515.00001/c nömrəli 27 may 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki,zamin bu müqaviləyə əsasən, bank qarşısında 27 may 2015-ci il tarixli 126.LN.2102.270515.00001 nömrəli kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan "xxxx" ASC, borcalan Cavabdeh1 və zamin Cavabdeh3 arasında bağlanan 126.CL.081214.00003/c nömrəli 29 may 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin bu müqaviləyə əsasən, bank qarşısında 08 dekabr 2014-cü il tarixli 126.LN.2102.081214.00003 nömrəli kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən 15000 (on beş min) manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan 28 yanvar 2016-cı il tarixdə bağlanmış 126.LN.2102.270515.00001 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə razılıqdan görünür ki,ümumi kredit məbləği 21691,63 (iyirmi bir min altı yüz doxsan bir ABŞ dolları altmış üç sent) ABŞ dolları təşkil edir. Borcalan istifadə etdiyi kreditə görə kreditora illik 14,74 faiz ödəyir. Kredit müqaviləsi üzrə birinci ödəniş 28 yanvar 2016-cı il, sonuncu ödəniş isə 28 may 2018-ci il tarixdən gec olmayaraq həyata keçirilməlidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş 19 oktyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 arasında bağlanan 126.LN.2102.270515.00001 nömrəli 27 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 05 oktyabr 2020-ci il tarixə 10768 (on min yeddi yüz altmış səkkiz) ABŞ dolları əsas borc, 220 (iki yüz iyirmi) ABŞ dolları faiz, 7505 (yeddi min beş yüz beş) ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 1272 (bir min iki yüz yetmiş iki) ABŞ dolları faiz borcu olmaqla, cəmi 19765 (on doqquz min yeddi yüz altmış beş) ABŞ dolları məbləğində borc mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh2 məxsus ünvan 1 "xxxx" ASC-də ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh1 29 may 2015-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh2 məxsus ünvan 1 ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49.9 kv.m, yaşayış sahəsi 32 kv.m, o cümlədən yaradımçı sahəsi 17,9 kv.m olan xüsusi mülkiyyətli 2 otaqlı mənzilin ipoteka qoyulmasına razılıq bildirmişdir. İş materiallarında olan Cavabdeh4 29 may 2015-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh2 məxsus ünvan 1 ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49.9 kv.m, yaşayış sahəsi 32 kv.m, o cümlədən yaradımçı sahəsi 17,9 kv.m olan xüsusi mülkiyyətli 2 otaqlı mənzilin ipoteka qoyulmasına razılıq bildirmişdir. İş materiallarında olan 29 may 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-dən 24252 (iyirmi dörd min iki yüz əlli iki) ABŞ dolları məbləğində kredit almışdır. İş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 10.03.2020ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1974-cü il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 10.03.2020ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1978-ci il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 10.03.2020ci il tarixli arayışdan görünür ki, Cavabdeh5 xx.xx.1998-ci il tarixdə Daşkəsən, Quşçu kəndində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 10.03.2020ci il tarixli arayışdan görünür ki, Cavabdeh4 xx.xx.1996-cı il tarixdə Daşkəsən, Quşçu kəndində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 17.02.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmdə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 02 oktyabr 2020-ci il tarixli bildirişdən görünür ki, kredit müqaviləsi üzrə borcun 3 gün müddətində tam ödənilməsi, əks təqdirdə, banka borcun və onun üçün çəkilən xərclərin qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 14 oktyabr 2020-ci il tarixli ərizədən görünür ki, kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması xahiş edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 28.12.2020-ci il tarixli **********20 saylı məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi mənzilə dair tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş qeydə alınmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.04.2021-ci il tarixli qiymətləndirmə ilə bağlı rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən Cavabdeh2 mülkiyyətində ümumi sahəsi 49,90 kv.m olan mənzilin hazırki dövr üzrə faktiki vıziyyəti nəzərə alınaraq real bazar qiyməti 65000 (altmış beş min) manata bərabərdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07.06.2021-ci il tarixli 9/2264 nömrəli ekspert rəyindən görünür ki, 126.LN.2102.270515.00001 nömrəli 27 may 2015-ci il tarixli kredit müqaviləsinin və ona 28 yanvar 2016-c il tarixdə edilmiş dəyişikliyin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 28 may 2018-ci il tarixə "xxxx" ASC-yə olan borcu 12002,36 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borcu 11629,61 ABŞ dolları, faiz borcu 372,75 ABŞ dolları. Ekspert qarşısında qoyulmuş sualda borcun 28 may 2018-ci iltarixədək hesablanmalı olduğu qeyd edildiyindən, tədqiqat zamanı 28 may 2018-ci il tarixdən 15 mart 2021-ci il tarixədək borcalan tərəfindən aparılmış 1753,8 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07.06.2021-ci il tarixli 9/2264 nömrəli ekspert rəyindən Cavabdeh1 28 may 2018-ci il tarixə "xxxx" ASC-yə olan borcu əsas borcu 11629,61 ABŞ dolları, faiz borcu 372,75 ABŞ dolları müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçı bankın əsas borca görə 19765 ABŞ dolları tələb etməsi əsassızdır. O da nəzərə alınmalıdır ki, müvafiq ekspert rəyindən göründüyü kimi cavabdeh Nəsirov Dağısatan 28 may 2018-ci il tarixdən 15 mart 2021-ci il tarixədək borcalan tərəfindən aparılmış 1753,8 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. Müqavilə üzrə ödənişin son tarixinin 28 may 2018-ci il olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, həmin tarixdən sonra müqavilə üzrə faizlərin hesablanması dayandırılmalı olduğundan, bundan sonrakı tarixlər üzrə aparılmış 1753,8 ABŞ dolları məbləğində ödəniş əsas borc məbləğində və 28 may 2018-ci il tarixədək müqavilə üzrə faizə görə yaranmış borc məbləğindən silinməlidir. Odur ki, 28 may 2018-ci il tarixdən sonra ödənilmiş 1753,8 ABŞ dolları məbləğindən müqavilə müddətində faiz borcuna görə hesablanmış 372,75 ABŞ dolları silinməli, qalan məbləğ (1381,05 ABŞ dolları) isə ekspert rəyinə əsasən müəyyən edilmiş əsas borcdan (11629,61 ABŞ - 1381,05 ABŞ dolları=10248,56 ABŞ dolları) silinməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 əsas borcuna görə 10248,56 ABŞ dolları məbləğində pul iddiaçı bankın xeyrinə tutulmalıdır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsi üzrə borc məbləğinin tələb edilməsi hissəsində iddia tələbi əsassızdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Odur ki, 27 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 7505 ABŞ dolları müəyyən edilən cərimə məbləği azaldılmalı 500 ABŞ dollarına endirilməlidir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 39.3-cü və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər kredit müqavilələri ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilərlə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, iddiaçıya olan borcu ödəməlidir. O da qeyd edilməlidir ki, ipoteka predmetinin qiyməti ilə bağlı suallara aydınlıq gətirilməsi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və müvafiq rəy alınmışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliağa Vahid küçəsi, ev 12, 15 saylı mənzilin bazar dəyəri 65000 (altmış beş min) manat olduğundan həmin əmlakın ilkin satış qiyməti 65000 manat müəyyən edilməklə tutma həmin mənzilə yönəldilməlidir. İddia tələbindən göründüyü kimi, iddiaçı iddia tələbində həmin mənzilin boşaldılmasını da xahiş etmişdir. Məhkəmə hesab edir ki, həmin hissəyə münasibətdə iddia tələbi təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.2-ci maddəsinə görə girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. “İpoteka haqqında” Qanunun 42.3-cü maddəsinə görə istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Göründüyü kimi mülki qanunvericiliyə görə girov və ipoteka məhdud əşya hüququ olmaqla ipoteka saxalayana bir sıra hüquqlar yaratsa da ipoteka predmeti olan əmlaka dair sərəncam vermək, onun gələcək müqəddəratını həll etmək hüququnu vermir. Qanunvericilikdə yalnız onun satılması ilə əmlak hüquqlarının əldə edilməsininin mümkünlüyü qeyd edilmişdir. Bununla belə “İpoteka haqqında” Qanunda istənilən şəxsin, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilməsinin mümkünlüyünün nəzərdə tutulması ipoteka qoyana həmin əmlakı almağa da hüquq yaradır. Qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, ipoteka predmetinin hərracda ipoteka qoyan tərəfindən alınacağı halda iddiaçının tələbində qeyd etdiyi kimi cavabdehlərin istifadə hüquqlarının xitam verilməsini, onların həmin fərdi yaşayış evindən çıxarılmalarını, həmin fərdi yaşayış evində pasport qeydiyyatından çıxarılmasını da mümkünsüz edərək qeyri müəyyənliyin yaranamsına səbəb ola bilər. İddiaçı nə qədər ki, ipoteka predmetinə hərrac vasitəsilə əmlak hüququ əldə etmədən hazırki qeyd edilən tələblə mülkiyyətçi kimi çıxış edərək və tələbin bu hissəsinin təmin edilməsini xahiş edir, qanunun tələbləri iddia tələbinin bu hissədə təmin edilməsini istisna edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, dövlət rüsumunun ödənilməsi hissəsində iddia təmin edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul cavabdeh X2 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 10248,56 (on min iki yüz qırx səkkiz ABŞ dolları , 56 sent) ABŞ dolları əsas borcuna görə, 500 (beş yüz) ABŞ dolları cərimə, AR Konsitutsiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1272 (bir min iki yüz yetmiş iki) ABŞ dolları faiz borcu olmaqla, cəmi 12020,56 (on iki min iyirmi ABŞ dolları 56 sent) ABŞ dolları və iş üzrə ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC- nin xeyrinə tutulmalı, tutma ilkin satış qiyməti 65000 (altmış beş min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliağa Vahid küçəsində olan 12 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49,90 kv.m, yaşayış sahəsi 32,00 kv.m, yardımçı sahəsi 17,90 kv.m olan 2 otaqlı 15 nömrəli mənzilə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, satışdan əldə ediləcək vəsait hesabına iddiaçı "xxxx" ASC-yə olan borc ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh2 qaytarılmalı, aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri Cavabdeh1 tutularaq, 150 (bir yüz əlli ) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3,) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 10248,56 (on min iki yüz qırx səkkiz ABŞ dolları , 56 sent) ABŞ dolları əsas borcuna görə, 500 (beş yüz) ABŞ dolları cərimə, müqavilə müddəti bitdikdən sonra hesablanmış 1272 (bir min iki yüz yetmiş iki) ABŞ dolları faiz borcu olmaqla, cəmi 12020,56 (on iki min iyirmi ABŞ dolları 56 sent) ABŞ dolları (ödəniş günü manata məzənnə ilə manatla) və iş üzrə ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC- nin xeyrinə tutulsun. Tutma ilkin satış qiyməti ilkin satış qiyməti 65000 (altmış beş min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliağa Vahid küçəsində olan 12 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49,90 kv.m, o cümlədən, yaşayış sahəsi 32,00 kv.m, yardımçı sahəsi 17,90 kv.m olan 2 otaqlı 15 nömrəli mənzilə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına iddiaçı "xxxx" ASC-yə olan borc ödənilsin. Satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh2 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri Cavabdeh1 tutularaq, 150 (bir yüz əlli) manat məbləğində pul (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1799/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1799/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver