Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-18/2022 18.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 nümayəndəsi X7, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012ci il tarixli, 100661-1-2538/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə banka borclu olduğu 74427,18 ABŞ dolları məbləğində əsas borc, 7865,79 ABŞ dolları məbləğində faiz borcu, 7160 ABŞ dolları məbləğində cərimə, ümumilikdə 89453,07 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və xx.xx.2015-ci il tarixli 100661-1-2538/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə banka borclu olduğu 233721,82 manat məbləğində əsas borc, 54339,42 manat məbləğində faiz borcu, 335808 manat məbləğində cərimə, ümumilikdə 623869,24 manat məbləğində pulun, həmçinin 30 manat məbləğində məhkəmə və 60 manat ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 90 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və X5 VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış qiymətlərini müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Quba şəhəri, “Qəçrəş yolu” yaşayış massivində 0.24 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı bağ evinə və Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov küçəsində 0.10 ha torpaq sahəsində yerləşən 13A saylı fərdi yaşayış evinə yönəldilməsi, daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, bağ evinə və fərdi yaşayış evinə tutma yönəldildikdən və daşınar əmlaklar satıldıqdan sonra ipoteka qoyanlar Cavabdeh2 və Cavabdeh3, həmçinin ipoteka qoyan Cavabdeh3 ilə birlikdə yaşayan ailə üzvləri – Cavabdeh6 və Cavabdeh7 yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onların yaşayış sahələrindən məcburi qaydada çıxarılmaları və yaşayış sahələrinin boşaldılması, cavabdehlərdən tutulmalı olan məbləğin Bank VTB (Azərbaycan)” ASC ilə Ocaq Müəssisəsi arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 100689-1-37 saylı "xxxx"nə əsasən Ocaq Müəssisəsinin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, məhəllə 22/13 ünvanında yerləşən istehsalat sexində girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı Əlavəsində göstərilən avadanlıqlara yönəldilməsi, həmin avadanlıqların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 cavabdehlə aralarında barışıq sazişi bağlandığını bildirərək, sazişin təsdiq olunmasını və iş üzrə icraata xitam veriməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər müvafiq barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin məhkəməyə təqdim etdiyi barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır: 1.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Agaəmi qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair 2(005)-18/2022 saylı mülki işə baxılır. 2.“Borclular” Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 “Bank”a müştərək qaydada olan kredit borcu “Bank” ilə “Kredit alan” Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100661-1-2538/1 saylı kredit müqaviləsi üzrə 74.427,28 (yetmiş dörd min dörd yüz iyirmi yeddi, 28) ABŞ dolları məbləğində əsas borc, 7.865,79 (yeddi min səkkiz yüz altmış beş, 79) ABŞ dolları məbləğində faiz borcu, 7.160 (yeddi min bir yüz altmış) ABŞ dolları məbləğində cərimə, ümumilikdə 89.453,07 (səksən doqquz min dörd yüz əlli üç, 07) ABŞ dolları və xx.xx.2015-ci il tarixli 100661-1-2538/2/2 saylı kredit müqaviləsi üzrə 233.721,82 (iki yüz otuz üç min yeddi yüz iyirmi bir, 82) manat məbləğində əsas borc, 54.339,42 (əlli dörd min üç yüz otuz doqquz, 42) manat məbləğində faiz borcu, 335.808 (üç yüz otuz beş min səkkiz yüz səkkiz) manat məbləğində cərimə, ümumilikdə 623.869,24 (altı yüz iyirmi üç min səkkiz yüz altmış doqquz, 24) manat məbləğində müəyyən edilsin. 3.“Tərəflər” hazırki Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin həllinə dair razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: 3.1. Bu Sazişin 2-ci bəndi ilə “Borclular”ın “Bank”a müştərək qaydada olan kredit borcu xx.xx.2012-ci il tarixli 100661-1-2538/1 saylı kredit müqaviləsi üzrə 89.453,07 (səksən doqquz min dörd yüz əlli üç, 07) ABŞ dolları məbləği 1 ABŞ dolları=1.70 AZN məzənnəsi ilə konvertasiya edilərək 152.070,22 (bir yüz əlli iki min yetmiş, 22) manat məbləğində kredit borcu xx.xx.2015-ci il tarixli 100661-1-2538/2/2 saylı kredit müqaviləsi üzrə 623.869,24 (altı yüz iyirmi üç min səkkiz yüz altmış doqquz, 24) manat məbləği ilə cəmlənərək cəmi 775.939,50 (yeddi yüz yetmiş beş min doqquz yüz otuz doqquz, 50) manat məbləğində müəyyən olunur. “Borclular”ın “Bank”a müştərək qaydada olan kredit borcunun 360.249 (üç yüz altmış min iki yüz qırx doqquz) manat məbləğində olan hissəsinin 50.000 (əlli min) manat məbləğində olan hissəsi Saziş imzalandıqdan dərhal sonra, qalan hissəsi isə 36 ay müddətində hər ayın 5-dən gec olmayaraq Sazişin 3.2-ci bəndində nəzərdə tutulmuş ödəniş cədvəlinə uyğun olaraq “Bank”a ödənilir. Bununla da, “Borclular”ın “Bank” qarşısında olan öhdəlikləri tam icra olunmuş hesab olunur. “Bank” tərəfindən “Borclular”a bu barədə arayış təqdim edilir və “Bank” qarşısında yüklü edilmiş ipoteka predmetləri yüklülükdən azad olunur;
4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə, cavabdehlər aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular”ın “Bank”a müştərək qaydada 775.939,50 (yeddi yüz yetmiş beş min doqquz yüz otuz doqquz, 50) manat məbləğində kredit borcunun həmin günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur; 4.2. Bu Sazişin 4.1-ci bəndinə əsasən “Borclular”dan “Bank”ın xeyrinə müştərək qaydada tutulmalı olan borc “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh3 Agaəmi qızına xüsusi mülkiyyət hüququ ilə məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov küçəsində 0,10 ha torpaq sahəsində yerləşən 13A saylı fərdi yaşayış evinə (ipoteka predmetinin ilkin satış qiyməti 270.000 (iki yüz yetmiş min) manat məbləğində müəyyən edilməklə) və ipoteka ilə yüklü edilmiş X1 xüsusi mülkiyyət hüququ ilə məxsus Quba rayonu, “Qəçrəş yolu” yaşayış massivində 0,24 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 517,2 kv.m. ümumi sahəsi olan 9 otaqlı bağ evinə (ipoteka predmetinin ilkin satış qiyməti 165.000 (bir yüz altmış beş min) manat məbləğində müəyyən edilməklə) yönəldilir, daşınmaz əmlaklar açıq hərracdan satılır, “İpoteka qoyan’lar Cavabdeh3 Agaəmi qızı və X2 tərəfindən əmlaklar bir ay ərzində boşaldılır, satışdan əldə olunmuş vəsait isə “Bank”a ödənilir; 4.3. İpoteka predmetlərinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borclular”ın “Bank”a müştərək qaydada olan kredit borcunun qalığının bağlanmasına, qalan hissə isə “İpoteka qoyanlara qaytarılır; 4.4 İpoteka predmetlərinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borcluların “Bank”a müştərək qaydada olan kredit borcunun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun tutulması “Bank” ilə “Girov qoyan” Cavabdeh4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100689-1-37 saylı “Avadanlıqların girov muqaviləsi”nə əsasən “Girov qoyan”ın mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, məhəllə 22/13 ünvanında yerləşən istehsalat sexində “Girov qoyan”ın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan müqavilənin 1 saylı Əlavəsində qeyd olunmuş avadanlıqlar siyahı üzrə müəyyən olunduqdan sonra həmin avadanlıqlara yönəldilir, müəyyən edilmiş avadanlıqların ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirilsin və açıq hərracdan satılır. Girov predmetinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borclular”ın “Bank”a müştərək qaydada olan kredit borcunun qalığının bağlanmasına, qalan hissə isə “Girov qoyan”a qaytarılır; 4.5. İpoteka və girov predmetlərinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, həmin çatışmayan məbləğ “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “icra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “icra haqqında” Qanun) uyğun olaraq açıq hərracdan satılsın və əldə olunmuş vəsait “Borclular”ın “Bank”a müştərək qaydada olan borcunun qalığının ödənilməsinə yönəldilir;
5. “Borclular” bu Sazişin 3.1-ci bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqavilələri üzrə “Bank" qarşısında heç bir öhdəliyi qalmır və bu Sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlaklar “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad edilir; 6.“Tərəflər” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir. Mülki Prosessual Məcəllənin 191.1 və 191.2-ci maddələrinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən xx.xx.2022-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli, tərəflərə Mülki Prosessual Məcəllənin 262.4cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 direktoru X7, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 arasında aşağıdakı məzmunda bağlanmış 16 avqust 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin: 1.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Agaəmi qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair 2(005)-18/2022 saylı mülki işə baxılır. 2.“Borclular” Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 “Bank”a müştərək qaydada olan kredit borcu “Bank” ilə “kredit alan” Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100661-1-2538/1 saylı kredit müqaviləsi üzrə 74.427,28 (yetmiş dörd min dörd yüz iyirmi yeddi, 28) ABŞ dolları məbləğində əsas borc, 7.865,79 (yeddi min səkkiz yüz altmış beş, 79) ABŞ dolları məbləğində faiz borcu, 7.160 (yeddi min bir yüz altmış) ABŞ dolları məbləğində cərimə, ümumilikdə 89.453,07 (səksən doqquz min dörd yüz əlli üç, 07) ABŞ dolları və xx.xx.2015-ci il tarixli 100661-1-2538/2/2 saylı kredit müqaviləsi üzrə 233.721,82 (iki yüz otuz üç min yeddi yüz iyirmi bir, 82) manat məbləğində əsas borc, 54.339,42 (əlli dörd min üç yüz otuz doqquz, 42) manat məbləğində faiz borcu, 335.808 (üç yüz otuz beş min səkkiz yüz səkkiz) manat məbləğində cərimə, ümumilikdə 623.869,24 (altı yüz iyirmi üç min səkkiz yüz altmış doqquz, 24) manat məbləğində müəyyən edilir; 3.“Tərəflər” hazırki Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin həllinə dair razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: 3.1. Bu Sazişin 2-ci bəndi ilə “Borclular”ın “Bank”a müştərək qaydada olan kredit borcu xx.xx.2012-ci il tarixli 100661-1-2538/1 saylı kredit müqaviləsi üzrə 89.453,07 (səksən doqquz min dörd yüz əlli üç, 07) ABŞ dolları məbləği 1 ABŞ dolları = 1.70 AZN məzənnəsi ilə konvertasiya edilərək 152.070,22 (bir yüz əlli iki min yetmiş, 22) manat məbləğində kredit borcu xx.xx.2015-ci il tarixli 100661-1-2538/2/2 saylı kredit müqaviləsi üzrə 623.869,24 (altı yüz iyirmi üç min səkkiz yüz altmış doqquz, 24) manat məbləği ilə cəmlənərək cəmi 775.939,50 (yeddi yüz yetmiş beş min doqquz yüz otuz doqquz, 50) manat məbləğində müəyyən olunur. “Borclular”ın “Bank”a müştərək qaydada olan kredit borcunun 360.249 (üç yüz altmış min iki yüz qırx doqquz) manat məbləğində olan hissəsinin 50.000 (əlli min) manat məbləğində olan hissəsi Saziş imzalandıqdan dərhal sonra, qalan hissəsi isə 36 ay müddətində hər ayın 5-dən gec olmayaraq Sazişin 3.2-ci bəndində nəzərdə tutulmuş ödəniş cədvəlinə uyğun olaraq “Bank”a ödənilsin. Bununla da, “Borclular”-ın “Bank” qarşısında olan öhdəlikləri tam icra olunmuş hesab olunur. “Bank” tərəfindən “Borclular”a bu barədə arayış təqdim edilsin və “Bank” qarşısında yüklü edilmiş ipoteka predmetləri yüklülükdən azad olunur;
4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə, cavabdehlər aşağıdakı tələbləri icra etməyi qəbul edirlər; 4.1. “Borclular”ın “Bank”a müştərək qaydada 775.939,50 (yeddi yüz yetmiş beş min doqquz yüz otuz doqquz, 50) manat məbləğində kredit borcunun həmin günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur; 4.2. Bu Sazişin 4.1-ci bəndinə əsasən “Borclular”dan “Bank”ın xeyrinə müştərək qaydada tutulmalı olan borc “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh3 Agaəmi qızına xüsusi mülkiyyət hüququ ilə məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov küçəsində 0,10 ha torpaq sahəsində yerləşən 13A saylı fərdi yaşayış evinə (ipoteka predmetinin ilkin satış qiyməti 270.000 (iki yüz yetmiş min) manat məbləğində müəyyən edilməklə) və ipoteka ilə yüklü edilmiş X1 xüsusi mülkiyyət hüququ ilə məxsus Quba rayonu, “Qəçrəş yolu” yaşayış massivində 0,24 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 517,2 kv.m. ümumi sahəsi olan 9 otaqlı bağ evinə (ipoteka predmetinin ilkin satış qiyməti 165.000 (bir yüz altmış beş min) manat məbləğində müəyyən edilməklə) yönəldilsin, daşınmaz əmlaklar açıq hərracdan satılsın, “İpoteka qoyan’lar Cavabdeh3 Agaəmi qızı və X2 tərəfindən əmlaklar bir ay ərzində boşaldılsın, satışdan əldə olunmuş vəsait isə “Bank”a ödənilir; 4.3. İpoteka predmetlərinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borclular”ın “Bank”a müştərək qaydada olan kredit borcunun qalığının bağlanmasına, qalan hissə isə “ipoteka qoyan”lara qaytarılır; 4.4 İpoteka predmetlərinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borcluların “Bank”a müştərək qaydada olan kredit borcunun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun tutulması “Bank” ilə “Girov qoyan” Cavabdeh4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 100689-1-37 saylı “Avadanlıqların girov muqaviləsi”nə əsasən “Girov qoyan”ın mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, məhəllə 22/13 ünvanında yerləşən istehsalat sexində “Girov qoyan”ın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan müqavilənin 1 saylı Əlavəsində qeyd olunmuş avadanlıqlar siyahı üzrə müəyyən olunduqdan sonra həmin avadanlıqlara yönəldilsin, müəyyən edilmiş avadanlıqların ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirilsin və açıq hərracdan satılsın. Girov predmetinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borclular”ın “Bank”a müştərək qaydada olan kredit borcunun qalığının bağlanmasına, qalan hissə isə “Girov qoyan”a qaytarılır; 4.5. İpoteka və girov predmetlərinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, həmin çatışmayan məbləğ “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilsin, həmin əmlaklar “icra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “icra haqqında” Qanun) uyğun olaraq açıq hərracdan satılsın və əldə olunmuş vəsait “Borclular”ın “Bank”a müştərək qaydada olan borcunun qalığının ödənilməsinə yönəldilir;
5. “Borclular” bu Sazişin 3.1-ci bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqavilələri üzrə “Bank" qarşısında heç bir öhdəliyi qalmır və bu Sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlaklar “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad edilır; 6.“Tərəflər” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilsin və “İcra haqqında” Qanuna əsasən icra edilir. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Nərgiz Tağıyeva