Məhkəmə qərarları › İş №2(005)-1802/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1802/2020

22.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1802/2020 22.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi x1, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 14.10.2004-cü il təvəllüdlü oğlu x5 17.02.2020-ci il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, x7, 14.10.2004-cü ildə doğulmuşdur. Bu barədə Ədliyyə Nazirliyinin Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İİİ seriyalı 833761 saylı doğum haqqında şəhadətnamə verilmişdir. 17 fevral 2020-ci ildə Emil Quliyev ümumi respirator xəstəlikdən və kəskin hərarətdən qəflətən vəfat etmişdir. Ölüm faktı Təcili və x3 Stansiyasının həkimi tərəfindən də təsdiq olunmuşdur. Belə ki, ölüm haqqında xəbərdarlıq vərəqəsində təcili tibbi yardım briqadasının 17.02.2020-ci il tarixində saat 22:00-də Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 63 ünvanına gəlməsi, x5 meyitinin aşkar edilməsi və ölümün həkimə qədər baş verməsi qeydə alınmışdır. Həmin sənədi təqdim etsə də, ölümü təsdiq edən 106 saylı arayışı vermədilər. x5 ölümündən sonra ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etdi. Lakin oradan mənə imtina məktubu ilə cavab verilərək ölümü təsdiq edən 106 saylı həkim arayışı olmadığından ölüm faktının məhkəmə tərəfindən təsdiq olunması tövsiyyə edildi. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid x4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum x5 dəfn mərasimində və onun ölümü ilə əlaqədar keçirilmiş mərasimlərdə iştirak etmişdir. 17.02.2020-ci il tarixdə onun vəziyyəti ağırlaşmış, x9 həkim çağırmışdı, həmin gün vəfat etmişdir. Məhkəmə, ərizəçinin vəkili və nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 27.08.2019-cu il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1967-ci il tarixdə Azərbaycan Respublikası, Beyləqan şəhərində anadan olmuş Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır; Bakı Şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən 18.10.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 833761 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən x7 14 oktyabr 2004-cü il tarixdə doğulmuşdur. Atası Ərizəçi, anası x2r; Bakı şəhəri Təcili və x3 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən 17.02.2020-ci il tarixdə saat 22:20 radələrində çağırış olub, çağırış yeri ünvan üzrə gələn 9 saylı bölmənin həkimi İ.Kərimov 2004-cü il təvəllüdlü x5 vəfat etməsini qeyd etdi; Bakı Şəhəri Maraqlı şəxs 10 mart 2020-ci il tarixli, 64 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq 106 saylı ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 14.10.2004-cü il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş x7 Ərizəçi oğludur. Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır. x7 17 fevral 2020-ci il tarixdə Bakı şəhərində, ev şəraitində, yəni yaşadığı ünvan 3 ünvanında vəfat etmişdir. Bakı Şəhəri Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə x5 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 14.10.2004-cü il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş x5 17 fevral 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 14.10.2004-cü il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş x5 17 fevral 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı Şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar