Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1811/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 xx.xx.1997-ci il tarixdə İsmayıllı rayonunun Basqal qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 Ərizəçi atası idi. X4 1937-ci ildə İsmayıllı rayonunun Basqal qəsəbəsində anadan olmuş, xx.xx.1997-ci ildə vəfat etmiş və İsmayıllı rayonunun Basqal qəsəbəsində dəfn edilmişdir. Lakin ölüm haqqında şəhadətnamə alınmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri İsmayıllı rayon qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsindən ona rəsmi qaydada bildirilmişdir ki, “ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər sizdə ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda siz ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlisiniz”. Bu səbəbdən o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək X3 xx.xx.1997-ci il tarixdə İsmayıllı rayonunun Basqal qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X5 ifadəsində bildirmişdir ki, Ərizəçi onun əmisi oğlunun yoldaşıdır. X1 onun əmisidir və 1997-ci ilin noyabr ayında ciyərində olan xəstəliklə bağlı vəfat etdiyini bildirmişdir. Ərizəçi X1nun qızı olduğunu da təsdiqləmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X6 ifadəsində bildirmişdir ki, X1 onun dayısıdır və 1997-ci ilin noyabr ayında vəfat etmişdir. Dəfn mərasimində validdeynlərinin iştirak etdiyini də bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - AR ƏN Nərimanov Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 26 nömrəli arayışından görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. - AR ƏN X2 Reyestri Xidməti tərəfindən Nərimanov Rayon Məhkəməsinə təqdim olunan xx.xx.2023-cü il tarixli məktubdan məlum olur ki, X3 ölümü haqqında akt qeydinə dair məlumat aşkar edilməmişdir. - X11 Məntəqəsi tərəfindən verilən arayışdan görünür ki, X4 xx.xx.1997-ci il tarixdə vəfat etmiş və ölüm haqqında heç bir tibbi sənəd alınmamışdır. - AR İsmayıllı Rayonu Basqal Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilən 5 saylı arayışdan məlum olur ki, X4 xx.xx.1997-ci il tarixdə vəfat etmiş və İsmayıllı rayonu Basqal qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 1937-ci il təvəllüdlü X4 xx.xx.1997-ci il tarixdə rəhmətə gedib. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən, 1937-ci il təvəllüdlü X3 xx.xx.1997-ci il tarixdə İsmayıllı rayonunun Basqal qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1937-ci il təvəllüdlü X3 xx.xx.1997-ci il tarixdə İsmayıllı rayonunun Basqal qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən X2 qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1811/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1811/2023
12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver